Məhkəmə qərarları › İş №2(009)-1915/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1915/2025

03.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1915/2025 03.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X7 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı SOCAR Azneft İB-yə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azneft İB-yə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəlki iş yerinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və 50000 manat mənəvi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ödənişsiz əsasla Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində bakalavr təhsili alıb tamamladıqdan sonra 2008- 2011-ci illərdə SOCAR-ın Xaricdə Təhsil üzrə Təqaüd Proqramının iştirakçısı olaraq X1 Biznes İqtisadiyyatı üzrə Magistr təhsili alıb və xx.xx.2011-d idə X2 iqtisadiyyat və Uçot İdarəsinin Maliyyə və Хəzinədarlıq Şöbəsində gənc mütəxəssis vəzifəsində işə başlayıb, 07.09.202-ci ildən SOCAR Azneft İB-də Baş direktorun yeni texnika və innovasiya üzrə müşaviri vəzifəsinə təyin olunub, xx.xx.2022-d ildən SOCAR Azneft İB-də Baş direktorun müşaviri 17-ci dərəcəli vəzifəsinə keçib və ədalətsiz və əsassız olaraq xx.xx.2025-ci ildə ştatı ixtisar olunanadək Birlikdə işləyib. İddiaçı TQDK-nm bakalavr təhsil plltesinə qəbul imtahanında 649 bal, magistr təhsil piləsi» qəbiri imtahanında isə 95 bal toplayıb. Qeyd edim ki. Almaniyada təhsil almağa başlayana qədər Bank of Baku və Caspian international Broking şirkətlərində də çalışıb. 2020- cl ilə qədər Azneft İB-nin Maliyyə və Xəzinədarlıq Şöbəsində çalışmaqla bərabər SOCAR-ın Mayak (proqram ofisinin üzvü) və s. layihələrin iştirakçısı olub. Ötən dövr ərzində müxtəlif təlimlərdə bərabər Layihələrin İdaraolunması üzrə Magistr dərəcəsi ahb (SPM , BHOS). 2020-ci ilin sentyabr ayından etibarən X2 Baş direktorunun müşaviri vəzifsində çalıdığı dönəmdə müxtəlif layihələrin iştirakçısı (SAP UFAM və Mckinsey, BCG konstatfinq şifkətiəri ilə birlikdə icra olunan layihələr) olmaqla bərabər müxtəlif dövrlərdə Abşeron İHS layihəsində. (JOCAP, HPS Birləşmə Sazişi) Azneft İB tərəfindən kordinator olub, Biriikdə müxtəlif işçi qrupların üzvü və sədri daraq Biriiyiran feafiyyəfinm səmərəli və şəffaf təşkilinə, biznes proseslərin ootimaiiaşdınlması və xərclərin əsaslı şəkildə azaldılmasına öz töhvəsini verib. Əlavə olunan CV-ciə sonunculara dair detallı məlumat əks olunub. Lakin xx.xx.2024-cü il tarixində, Neftçilər Günündə, İddiaçıya, Birliyin Baş direktorunun adından X3 İdarəolunması Departamentinin rəhbəri vasitəsilə işlədiyi (tutduğu) Baş direktorun müşaviri ştatının ixtisar olunacağı bildirilmişdir. Xatırladırıq ki, xx.xx.2024-cü fldə SOCAR Azneft İB-yə yeni Baş direktor təyin olunub və hazırda biriiyə həmin Baş direkftor rəhbəriik edir. Nəzərinizə çatdırır ki, həmin zaman (xx.xx.2024-cü il və sonralar), Az-neft İB-də iddiaçının təcrübəsinə, təhsilinə, bilik və bacarıqlarına daha uyğun olan onlarla vakant iş yerləri mövcud olsa da həmin vakant yerlərdən heç biri İddiaçıya təklif olunmayıb. İddiaçıya xx.xx.2025-d il tarixində iştediyi Baş direktorun müşaviri ştatı xx.xx.2025-ci il tarixindən ixtisar olunacağı haqqında rəsmi məlumat təqdim olundu (sənədin sürəti qoşmaya əlavə olunur). Nəzərinizə çatdırıram ki, həmin zaman Azneft İBdə iddaçının təcrübəsinə, təhsilinə, bilik və bacarıqlarına daha uyğun olan onlarla vakant iş yerləri mövcud olsa da həmin vakant yerlərdən heç biri İddiaçıya təklif olunmadı. Xanrtadıram ki, SOCAR-ın Xaricdə Təhsil üzra Təqaüd Proqramının müqavilə şərtlərinə əsasən xaricdə təhsil aldıqdan sonar təqaüdçü (iddiaçı) SOCAR-da 5 il işləmək öhdəliyi daşıyır. X4raq güzəştli şərtlə mənzil aldıqdan sonra Xaricdə Təhsil üzrə Təqaüd Proqramının iştirakçısının (İddiaçının) SOCAR-da əlavə olaraq 3 il də işləmək öhdəliyi yaranır. Qeyd olunanları nəzərə alaraq İddiaçının ümumilikdə 8 il SOCAR-da işləmək öhdəliyi olub. Ali təhsildən dərhal sonra həmin 8-10 il iş stajının və təcrübəsinin istənilən br gəncin karyerası?» və həyat yolaram formalaşmasnda olduqca həll edici rol oynadığı hər kəs tərəfindən qəbul olunduğunu və həmin dövrdə İddiaçının SOCAR-da işləmək öhdəliyinin ( 8-9 il) olduğunu nəzərə alsaq, hazırda Azneft İB- tərəfindən İddiaçının işlədiyi ştatı əsassız və qərəzli olaraq ixtisar etməldə və əmək müqaviləsinə əsassız olaraq xitam verilməsinin qanunsuz olmaqla bərabər bir Azərbaycan vətəndaşının-gəncinin taleyi iıə oynamaqa bərbər tutulan, insani baxımdan qəddar bir hərəkət olduğunu görmək çətin deyil. Sonuncu cümlədən iddiaçının üzləşdiyi halın qanunsuz olmağa yanaşı mənəvi baxımdan ifrat dərəcədə ədalətsiz və traqik olduğu açıq görsənir. Azneft İB-nin hazırkı qərarı Gənclərin Xaricdə Təhsili üzrə Dövlət Proqramı və X6 açıq aşkar ziddiyyət təşkil edir.. Son 17 ayda Azneft İB-də Bas direktora ən azı 4-5 yeni müşavir ştatları və digər yeni ştatlar açiiıb (yaradılıb) və həmin və digər ştatlara onlarla yeni işçilər təyin olunub. Elementar olaraq yeni Müşavir ştatlarının açıldığını nəzərə alsaq və həmin və digər ştariara son 1 ildə qəbul olunan işçilərin CV-tərcümeyi-hallannı nəzərdən keçirsək, İddiaçıya (İddiaçı kimi təhsili, təcrübəsi, biliyi olan bir gəncə s adekvat bir iş təklifi olunmadan ştatın ixtisar olunaraq əmək müqaviləsinə xitam verilməsinin hüquqi baxımdan da əsassız və qanunazidd olmaqla yanaşı və ədalətsiz olduğunu görərik. SOCAR və Azneft İB dövlət müəssisəsidir və hər bir gənc XTP -yə müraciət edib onun iştirak şərtlərini qəbul edən (bildiyiniz kimi, XTP iştirakçısı daşınmaz əmlak girov qoyur və təhsili tamamladıqdan sonra 5 SOCAR işləmək öhdəliyi götürür) zaman Dövlətə etimad göstərir və öz taleyini, karyerasının və hətta atəşinin rifahını Dövlətə etibar edir. Lakin hazırda iddiaçının qarşılaşdığı həl və Azneft İB-də ədalətsiz otaraq İddiaçıya qarşı qəbul ofunmuş qərar hər hansı çox kiçik bir özəl-şəxsi şirkətdə 1 nəfər tərəfindən qəbul oluna biləcək bir qərara bənzəyir, Dövlətin və SOCAR-m mənafeyi nəzərə alınmır və bir ziyalı Azərbaycan gənci olaraq iddiaçını çox məyus etmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndi əsasında - yəni “işçilərin sayı və ya ştatların ixtisan ilə əlaqədar əsasla xitam verildiyi bildirildi. Həmin sənəddə və iddiaçının əmək müqaviləsinin ləğv edilməsi haqında SOCAR Azneft İB-nin xx.xx.2025-ci il tarixli No. 14-2-1/3-1K-47/2025 nömrəli əmrində əsas olaraq SOCAR Azneft İB-nin xx.xx.2025-d il tarixli 14-2-1/3-1İ-6/2025 nömrəli əmri qeyd olunub. Sonuncu əmrdə də Ştatın ixtisarının subyektiv, əsas və qərəzli olduğu açıq aşkar görsənir. Belə ki, İddiaçı xx.xx.2022-ci ildən Baş direktorun 17-ci dərəcəli müşavirini vəzifəsi öhdəliklərini icra etsə də həmin sənəddə Baş direktorun yeni texnika və innovasiya üzrə müşavirinin funksiyalarına və ümumiyyətlə baş direktorun müşaviri ştatının vəzifə təlimatlarında qeyd olunmayan ( Satınalma ilə bağlı işlər) vəzifə öhdəliklərinə istinad olunur və həmin vəzifə öhdəliklərinin icrasına ehtiyac qalmadığını bildirir. Bu əsaslandırma ziddiyətli, normativ sənədlərə zidd olmaqla yanaşı qərəzli və qanunsuzdur. Cavabdeh etirazda qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, iddiaçı hələ 21 yanvar 2025-ci ildə işlədiyi ştatın 25 mart 2025-ci il tarixdən ixtisar olunacağı haqqında bildirişi almış, 01 aprel 2025-ci ildə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmri və əmək kitabçasını xx.xx.2025-ci ildə almışdır. İddiaçı həmin tarixdən 2 ay 22 gün sonra – xx.xx.2025 il tarixdə 18 saylı Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2025 il tarixli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış əldə etmiş, 01 avqust 2025-ci ildə məhkəməyə müraciət etmişdir. Mediasiya haqqında AR Qanununun 35.1-ci maddəsinə görə, Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə görə, Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Belə olan halda Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbi baxımından hesab edilməlidir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə, 01 avquust 2025-ci il tarixdən sonra müraciət etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi-vəkili etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Tələb eyni zamanda bu əsasla da təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Azneft İB-nin idarəetmə aparatının rəhbərlik yanında aparatda baş direktorun yeni texnika və innovasiya üzrə müşaviri, 16-cı dərəcəli vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı Azneft İB-nin idarəetmə aparatının rəhbərlik yanında aparatına 17-ci dərəcəli baş direktorun müşaviri vəzifəsinə keçirilmişdir. SOCAR Azneft İB tərəfindən İddiaçı göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişdə onunla bağlanmış əmək müqaviləsinə ştatın ixtisarı ilə bağlı xəbərdarlıq qüvvəyə mindiyi gündən 9 təqvim həftəsindən sonra xitam veriləcəyi ilə bağlı məlumat verilmişdir. “Azneft” İB-nin 01 aprel 2025-ci il tarixli əmrinin surətindən görünür ki, həmin əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı sonuncu iş yeri olaraq Azneft İB-nin idarəetmə aparatının rəhbərlik yanında aparatına 17-ci dərəcəli baş direktorun müşaviri vəzifəsində çalışmışdır. İddiaçının Azneft İB-də aparılan struktur islahatları ilə əlaqədar vəzifə ştatının ixtisarı ilə bağlı cavabdeh tərəfindən Həmkarlar İttifaqına müraciət edilmişdir. Həmkarlar İttifaqı Komitəsinin üzvləri keçirdikləri iclasda iddiaçının əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmiş və bu barədə cavabdeh qurumun rəhbərliyi məlumatlandırılmışdır. İddiaçı işdən azad olunacağı ilə bağlı xx.xx.2025-ci il tarixdə məlumatlandırılmış və cavabdehin 01 aprel 2025-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin “ə” bəndinə əsasən işəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır. 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. 71-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı xx.xx.2025-ci il tarixdə rəsmi qaydada məlumatlandırılmışdır. İddiaçının əmək stajının 10 ildən artıq olmasını və 01 aprel 2025-ci il tarixdə işdən azad olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq doqquz təqvim həftəsi öncədən işdən azad olunacağı ilə bağlı məlumatlandırılmışdır. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadlarına (ərlərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Qeyd olunan maddənin məzmunundan da görünür ki, qanunvericilik işçilərin sayı və ya ştat vahidləri ixtisar edilərkən, şəxslərin işdə saxlanılma üstünlüyü hüququnu işəgötürənin seçim etmək imkanı və hüququ ilə əlaqələndirmişdir. Bununla yanaşı məhkəmə eyni zamanda qeyd edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə görə işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə aparılmış araşdırma zamanı Əmək Məcəlləsinin 79-cu maddəsinin təsiri altına düşən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub, qanunun tələblərinə riayət edilərək qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi üçün əsas ola bilməz. İddia tələbinin “mənəvi zərər hissəsi” tələbin “işdən çıxarma barədə əmrin ləğvi” barədə hissəsindən törəmə tələb olduğundan və həmin tələb təmin edilmədiyindən iddianın cavabdehdən mənəvi zərərin tutulması hissəsi də əsassız hesab edilməlidir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə iddiaçı eyni zamanda məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir və tələb həmçinin bu əsasla da təmin edilməməlidir. Belə ki, işdə olan mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddaçı hazırki tələbə dair mediasiya təşkilatına xx.xx.2025-ci il tarixdə, məhkəməyə isə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Halbuki iddiaçının özünün də bildirdiyinə əsasən o, işdən azad olunması ilə bağlı əmri və əmək kitabçasının işdən azad olunduğu gün, yəni ki 01 aprel 2025-ci il tarixdə təhvil almışdır. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı SOCAR Azneft İB-yə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar