Məhkəmə qərarları › İş №2(009)-192/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-192/2023

17.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-192/2023 17.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı nümayəndə və vəkili Vəkil, cavabdeh SOCAR-ın Nəqliyyat İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh SOCAR-ın Nəqliyyat İdarəsi və SOCAR-ın Nəqliyyat İdarəsi 6 X12 Departamentinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh SOCAR-ın Nəqliyyat İdarəsinin nümayəndəsi X5 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə” dair iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, o, 2006-cı ildən Cavabdeh2 Nəqliyyat İdarəsi 6 X12 Departamentində “sürücü” vəzifəsinə işə qəbul edilərək əmək fəaliyyətinə başlamış və işlədiyi müddət ərzində heç bir intizam tənbehi tədbirinə məruz qalmamışdır. xx.xx.2021-ci ildə Cavabdeh2 Nəqliyyat idarəsi 6 X12 Departamentinin əmrinə əsasən Azərbyacan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. O, Cavabdeh2 Nəqliyyat idarəsi 6 X12 Departamentinin xx.xx.2021-ci il tarixli əmrini qanusuz və əsassız hesab edir. Belə ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr və əmək kitabçasının əsli ona bu günə qədər də təqdim olunmamışdır. İddiaçıya Cavabdeh2 Nəqliyyat idarəsi 6 X12 Departamenti tərəfindən xx.xx.2022-ci il tarixli, AƏ12/107 nömrəli məktub göndərilmiş, işinə xitam verildiyini və Cavabdeh2 Nəqliyyat idarəsi 6 X12 Departamentinin Kadrlar şöbəsinə gəlməsi bildirmişdir. xx.xx.2021-ci ildə, saat 19:30 radələrində Hacıqabul RPŞnin əməkdaşları tərəfindən yaşadığı ünvana baxış keçirilərkən ümumilikdə 09 ədəd çətənə (kannabis) bitkisi həyətyanı torpaq sahədən və üzərində saxladığı ümumi təmiz çəkisi 140 qram olan kustar üsullarla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək kökündən çıxarılmaqla götürümüşdür. Bu səbəbdən iddiaçı şübhəli şəxs qismində tutulmuşdur. İşəgötürən Socar” Nəqliyyat idarəsi 6 X12 Departamenti dərhal xx.xx.2021-ci ildə əmək müqaviləsinə xitam verilməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, əmək müqaviləsinə xitam verilməsi üçün istinad olunan maddi hüquq norması qətiyyən əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Çünki, maddənin dispozisiyasına baxdıqda aşkar şəkildə görünür ki, qanuni qüvvəyə minmiş hökmün və azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın olması zəruridir. Lakin iddiaçı həmin vaxt ancaq şübhəli şəxs qismində tutulmuşdur. Çünki, maddənin dispozisiyasına baxdıqda aşkar şəkildə görünür ki, qanuni qüvvəyə minmiş hökmün azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın olması zəruridir. Lakin iddiaçı həmin vaxt ancaq şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında izahatı alınmış İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, əsasnamədə qeyd edilir ki, cavabdehin, əmək müqaviləsi bağlamaq, tənbeh və həvəsləndirmə tədbirləri vermək səlahiyyətləri vardır. Əmək müqaviləsinə xitam vermək səlahiyyəti yoxdur. İddiaçı 2006-cı ildən cavabdeh şirkətdə sürücü vəzifəsində işləmişdir. İndiyə qədərki dövrdə heç bir intizam tənbehinə məruz qalmayıb. Amma xx.xx.2021-ci ildə Əmək Məcəlləsini 74-cü maddəsinin ç bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İddiaçıya əmrin surəti və əmək kitabçası təqdim edilməmişdir. Daha sonra ərizə ilə müraciət etdikdən sonra əmək kitabçasını təqdim etmək üçün məktubla cavab verdilər. Əmək Müfəttişliyinin rəyi var ki, əmr əsassızdır, bu hallar aradan qaldırılmalıdır. İddiaçı 19:30 radələrində, xx.xx.2021-ci il tarixdə Hacıqabul RPŞ-nin polis əməkdaşları tərəfindən tutulur. Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə şübhəli bilinir. 22 iyun tarixdə tutulur və 23 iyun tarixdə əmək müqaviləsinə xitam verilir. Cinayət Prosessual Məcəlləsinin 23-cü maddəsinə əsasən məhkəmə hökmü olmadan heç kəsi cinayət törətməkdə təqsirli hesab etmək olmaz. Qarabağ müharibəsində iştirakçı olmuşdur. Birmənalı olaraq Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2021-ci ildə verilməli olan əmr xx.xx.2021-ci il tarixdə-3 ay əvvəl verilmişdir. Hesab edir ki, iddia əsaslıdır. Himayəsində azyaşlı uşağı vardır. Bunları nəzərə alıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh SOCAR-ın Nəqliyyat İdarəsinin nümayəndəsi X9 bildirmişdir ki, xx.xx.2021-ci il işçi işə gəlmədiyi üçün Hacıqabul RPŞ-nə müraciət olundu. Oradan bildirilir ki, işçi 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilir. xx.xx.2021-ci ildə hökm çıxarılmışdır və hökmü almaq üçün xx.xx.2021-ci il tarixdə müraciət edilib. Hökm qanuni qüvvəyə mindikdən sonra xx.xx.2021-ci il tarixdə iddiaçı işdən azad edilmişdir. Tutulduğu vaxtdan əmək müqaviləsinə xitam verilmişdir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan 1230 №-li əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixində Cavabdeh2 Nəqliyyat idarəsi 6 X12 Departamentinə 1 saylı avtomobil dəstəsi, avtomobil sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh2 Nəqliyyat İdarəsinin 04 oktyabr 2021-ci il tarixli əmrdən görünür ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixədək əmək məzuniyyəti verilmiş 6 X12 Departamentinin direktoru X7 vəzifə səlahiyyətləri məzuniyyətdə olduğu müddətdə baş mühəndis X2 həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 1598/k nömrəli əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmişdir. (əmrin verilməsi üçün əsas məhkəmə hökmü) İş materiallarında olan Bakı 8 saylı Mediasiya təşkilatının X4 iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB\8-00116 nömrəli arayışa əsasən İddiaçı xx.xx.2022-ci il tarixli, 7E-9208 saylı etibarnamə üzrə nümayəndəsi Vəkil təmsil etmişdir. Lakin Cavabdeh2 Nəqliyyat İdarəsi İMS-də iştirak etməkdən imtina etmişdir. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ləyin olunmuş azadlığın məhdudlaşdırılması cəzalarını qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasan İddiaçı tutulduğu iki gün müddətin hər günü azadlığın məhdudlaşdırılmasına iki gününə bərabər hesablanmaqla üzərində 03 (üç) il 05 (beş) ay 26 (iyrirmi alı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan AZ-İ seriyalı, 034490 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X8 arasında bağlanmış nikah xx.xx.2002ci il tarixdə, 220 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Əlhəsənov, arvada Əlhəsənova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 169172 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2003-cü ildə anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında X6 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 746820 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2006-cı ildə anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında X6 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 355423 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2009-cu ildə anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında X6 qeyd edilmişdir. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin Səbail rayon Məhkəməsinə ünvanladığı 10 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(071)-115/2021 nömrəli hökmü xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin İddiaçı ünvanladığı 28 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddənin 3-cü bəndinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qayda sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən işəgötürənin əsas vəzifəsi əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaqdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə xitam verilir. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli, 1598/k nömrəli əmrin verilməsinə əsas olmuş Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(071)-115/2021 nömrəli hökmü ilə İddiaçı barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(071)-115/2021 nömrəli hökmü xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almasına baxmayaraq əmək müqaviləsinə xx.xx.2021-ci ildə-3 ay əvvəl xitam verilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, 6 X12 Departamentinin direktorunun işçini işdən azad etmək səlahiyyəti olmadığından (əsasnaməsinin 5.5-ci bəndi) direktorun vəzifə səlahiyyətləri həvalə edilmiş baş mühəndis X1 da işçini işdən azad etmək səlahiyyəti olmamışdır. Məhkəmə hesab edir ki, SOCAR-ın Nəqliyyat İdarəsi 6 X12 Departamentinin 06 oktyabr 2021-ci il tarixli, 1598/k saylı əmri (əmək müqaviləsinə xitam verilməsi tarixi-23 iyun 2021-ci il) Əmək Məcəlləsinin tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, SOCAR-ın Nəqliyyat İdarəsi 6 X12 Departamentinin 06 oktyabr 2021-ci il tarixli, 1598/k saylı əmri (əmək müqaviləsinə xitam verilməsi tarixi-23 iyun 2021-ci il) ləğv edilməli, İddiaçı 6 X12 Departamentinin Texnoloji Nəqliyyat sahəsinin 1 saylı avtomobil dəstəsi-avtomobil sürücüsü vəzifəsinə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. SOCAR-ın Nəqliyyat İdarəsi 6 X12 Departamentinin 06 oktyabr 2021-ci il tarixli 1598/k saylı əmri (əmək müqaviləsinə xitam verilməsi tarixi-23 iyun 2021-ci il) ləğv edilsin, İddiaçı 6 X12 Departamentinin Texnoloji Nəqliyyat sahəsinin 1 saylı avtomobil dəstəsiavtomobil sürücüsü vəzifəsinə bərpa edilsin və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar