Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1932/2023 16.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “istifadə edilmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “istifadə edilmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə pul əvəzi və ilkin mediasiya sessiyasında xidmət haqqı və digər xərclərə görə tərəfindən ödənilmiş 56 (əlli altı) manat məbləğində vəsaitin cavabdeh LPO Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 01 iyun 2023-cü il tarixinədək Cavabdeh ASC-də əmək müqaviləsi əsasında işləmişdir. xx.xx.2023-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ştatları ixtisar edildikdə) əsasən xitam verilmişdir. Əmək müqaviləmə xitam verildiyi tarixə istifadə edilməmiş əmək məzuniyyəti günləri qalsa da, son haqq hesab zamanı həmin məzuniyyət günlərinin əvəzinə pul əvəzi ona ödənilməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, əmək qanunvericiliyinə əsasən ümumilikdə məzuniyyətə çıxmağa verilən kompensasiya əmək haqqından verilir. Bununla bağlı Banklar haqqında Qanunun 82.1.5-ci maddəsində deyilir ki, bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülür. “Banklar haqqında” Qanunun 76cı maddəsində isə deyilir ki, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. Qarşı tərəf isə qeyd edir ki, bu Əmək Məcəlləsi ilə tənzimlənməlidir. X3 haqqında Qanunun 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən X3 bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Plenum Qərarında bildirilir ki, bu zaman Banklar haqqında Qanun tətbiq olunmalı və icraata xitam verilməlidir. Xitama əsas kimi isə işin məhkəmədə baxılmasına mümkün olmaması qeyd olunmalıdır. Məhkəmə, cavabdehin nümayəndəsini dinləyib, iddia ərizəsini iş materialları əsasında araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Plenum Qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Lisenziyanın ləğvi ilə əlaqədar banklar ləğv edilərkən işçilərin əmək haqqı ilə bağlı tələblər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2-ci maddəsinə uyğun ödənilməlidir. Müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82ci maddəsində müəyyən edilən növbəlilik üzrə ödənilməsinin nəzərdə tutulması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “istifadə edilmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsinə (elektron qaydada, əlavə 2-yə uyğun olaraq) şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1932/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1932/2023
16.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver