Məhkəmə qərarları › İş №2(009)-1940/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1940/2021

14.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1940/2021 14.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Ali qızının, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində "xxxx" ASC cəlb edilməklə) Cavabdeh qarşı cavabdehin mənzildən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddiası, Cavabdeh (3-cü şəxs qismində "xxxx" ASC və 14 saylı Notariat kontoru cəlb edilməklə) cavabdeh İddiaçı qarşı ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması tələbinə dair qarşılıqlı iddiası barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində «Bank Avrasiya ASC cəlb edilməklə) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müracəit edərək, Cavabdeh qanunsuz olaraq zəbt etdiyi və ona məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin boşaldılması və cavabdehin ona məxsus əşyalarla birlikdə həmin yaşayış sahəsində çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 07 fevral 2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini 2N00 manat məbləğində ilkin ödəniş ödənilməklə, qalan vəsaiti isə "xxxx" ASC ilə onun arasında imzalanmış 06.02.2019-cu il atrixli İBO/167 saylı kredit müqaviləsinə əsasən illik 7% hesablanmaqla, N0 ay müddətinə qaytarılmaqla ona ayrılmış 88000 manat məbləğindəki kredit vəsaiti hesabına olmaqla ümumilikdə 111000 manat məbləğində vəsait ödəməklə X1 almışdır. Əmlakın mülkiyyət hüququ əsasında ona məxsus olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11.02.2019-cu il tarixli Daşınmaz əmlak, alqı-satqı və ipoteka müqaviləsinə əsasən əldə edildiyindən hazırda həmin əmlak 06.02.2019-cu il tarixli İBO/167 saylı Kredit müqaviləsin təminatı olaraq "xxxx" ASC-də ipoteka ilə yüklüdür. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsus olsa da, faktiki olaraq həmin əmlak Cavabdeh qanunsuz istifadəsindədir. Belə ki, onunla Cavabdeh arasında həmin yaşayış sahəsinin idarəçiliyi və istifadəsinə dair hər hansı razılaşma olmasa da, onun iradəsinə zidd olaraq cavabdeh həmin əmlakın faktiki idarəçiliyini həyata keçirməklə bərabər, həmin yaşayış sahəsindən istifadə hüququnu həyata keçirir və bununla da mülkiyyətçi olaraq mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Mülkiyyətinin qanunsuz olaraq zəbt edilməsindən müharibə bitdikdən və “Bank” tərəfindən Bakı şəhər Səbail rayon Məhkəməsində qaldırılmış iddia üzrə məhkəmənin qəbul etdiyi 05.10.2020-ci il tarixli 2(009)-1426/2020 saylı qətnaməsini aldıqdan sonra məlumatlı olmuşdur. Həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmişdir və iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. O, İİ Qarabağ müharibəsi başlamazdan əvvəl təlimlərdə olmuş, müharibə başlayandan sonra isə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarından işğal olunmuş torpaqlarının azadlığı uğrunda döyüşlərdə iştirak etmiş və döyüşlərdə ağır yaralanmışdır. Ağır xəsarət aldığı üçün xəstəxanada müalicə almağa başlamışdır. Təlimlər, davamında müharibədə iştirak ediyindən, sonradan isə xəstəxanada müalicə aldığından, ona mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində, habelə hərbi hissədə olmadığından evin faktiki olaraq Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edildiyindən məlumatlı olmamışdur. Məlumatlı olmamağının səbəbi keçən müddət ərzində həmin mənzildə yaşamamağı ilə əlaqədardır. Onun xəstəxanada müalicə almağı ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası” X15 tərəfindən təqdim edilmiş 26.10.2020-ci il tarixli, 31/65 saylı arayış təqdim edilmişdir. Həmin arayışda göstərilmişdir ki, xəstə İddiaçı 04.10.2020-ci il tarixindən Ortopediya şöbəsində “Odlu silah yaralanması, sağ baldırın yumşaq toxuma yarası, sağ qalmış sümüyünün çox qəlpəli yerdəyişmiş sınığı” diaqnozu ilə stasionar müalicədədir. Hazırki günə qədər də stasionar müalicə davam etdirilir. Müharibədə ağır yaralandığı və travma almağı barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən verilmiş N.01.2021-ci il tarixli N №-li Travma haqqında arayış mövcuddur. Həmin arayışdan da bəlli olur ki, o, İddiaçı 28.09.2020-ci il tarixində Azərbaycan Respublikasının işğal olunmuş torpaqların azad olunması uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılmış güllə yaralanması nəticəsində “Odlu silah yaralanmasından, sağ baldır sümüklərin açıq qəlpəli yerdəyişmiş sınığı, yumşaq toxuma defektinə görə aparılmış Q.A.İlizarov üsulu ilə osteosintezi cərrahi əməliyyatdan sonraki vəziyyət” xəsarətini almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliknikası tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, müharibə zamanı aldığı xəsarət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 269№-li qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət Siyahısı”na əsasən ağır xəsarətdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliknikasını tərəfindən verilmiş 01.05.2021 -ci il tarixli 7335 saylı arayışdan müəyyən olunur ki, 01.05.2021-ci il tarixindən etibarən xəstəliyi ilə əlaqədar ona N gün müddətində məzuniyyət verilmişdir. Müharibədə ağır yaralandığından və daimi qulluğa ehtiyacı olduğundan, habelə cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş və ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən başqa yaşayış yeri olmadığından hazırda həmin yaşayış sahəsində deyil, valideyinlərinin yaşayış yeri olan Goranboy rayonu, Balakürd kəndində yaşayır. Müalicə ilə əlaqədar mütəmadi olaraq Bakı şəhərinə gəlməli olsa da, həmin mənzildə yaşamaq hüququ Cavabdeh tərəfindən məhdudlaşdırıldığından onun üçün çoxlu maneələr, habelə əlavə xərclərin mövcudluğu yaranmışdır. Cavabdeh tərəfindən mülkiyyətində olan yaşayış sahəsindən məhrum olmaqla bərabər, həmin şəxs onun əlavə xərclərdə (yol xərci, qonaqlama xərci və.s) iştirak etməyinə də səbəb olmuşdur. Xəsarəti ağır olduğundan onun mütəmadi olaraq müalicəyə ehtiyacı var. Müalicəsinin həyata keçirilməsi rayon xəstəxanasında mümkün deyildir və tərəfindən hər dəfə Bakı şəhərinə gəlməyi zərurəti vardır. Bakı şəhərində özünəməxsus yaşayış sahəsi olmasına baxmayaraq, həmin yaşayış sahəsinin cavabdeh tərəfindən zəbt olunması səbəbindən ona daha çox zərər vurur. Mülkiyyət hüququ əsassız şəkildə pozulduğundan və cavabdeh tərəfindən həmin əmlak könüllü sürətdə ona təhvil verilmədiyindən cavabdehin həmin mənzildən məcburi qaydada çıxarılması zərurəti vardır. 16 iyul 2021-ci il tarixdə Cavabdeh 3-cü şəxs qismində "xxxx" ASC və 14 saylı Notariat kontoru cəlb edilməklə cavabdeh İddiaçı qarşı ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı mənzilə görə ödədiyi 18800 manat, kirayədə qaldığı müddət 6750 manat, 660 manat, 400 manat, ödədiyi N manat və 15 ay müddətində ona vurduğu mənəvi zərərə görə 20000 manat, cəmi 46740 manat məbləğində pulk vəsaitinin ödənilməsinə, 22.09.2019-cu ildə 14 saylı notariat kontorunda aralarında bağlanmış ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, qətnamənin icrasının ona dəymiş maddi və mənəvi zərər ödənilməklə 22.09.2019-cu ildə 14 saylı notariat kontorunda aralarında bağlanmış ilkin alqı-satqı müqaviləsinin ləğv edilməklə eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı 2019-cu ildə ona bildirdi ki, ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 63.9 kv.m olan 18 nömrəli mənzilini satır. Həmin dövrdə o da öz mənzilini sataraq qızıl biznesi ilə gəlir əldə etməli olduğundan, onun mənzilini də "xxxx" ASC-də girovda olduğundan və həmin mənzilə ilkin ödəniş etməklə əldə edə və qalan pulunu isə kreditlə ödəyərək həm yenidən mənzil almış olacağını, həm də qızıl biznesini inkişaf etdirəcəyini düşünərək cavabdehə həmin mənzili ala biləcəyini bildirdi. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 1 ünvanında yerləşən, ümumi sahəsi 63,9 kv.m.olan 18 nömrəli mənzil cavabdehin xüsusi mülkiyyətində və Bank Avrasiya ASC-nin girovunda idi. Həmin mənzil 105012 manata qiymətləndirməklə 21.09.2019-cu ildə 14 saylı notarit kontorunda ilkin alqı-satqı müqaviləsi bağladılar. Həmin ilkin alqı-satqı müqaviləsinin 2.2-ci bəndində də göstərildiyi kimi nəzərdə tutulan qiymətin 16660 manatını satıcının notariusun bankla olan depozit hesabına ödəmişdir. Qalan pul məbləğini isə "xxxx" ASC-nin 06.02.2019-cu il tarixli İBO/167 saylı kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən 01.10.2019-cu il tarixdən başlayaraq cavabdehin əvəzinə cədvələ uyğun ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndindən də göründüyü kimi, cavabdeh müqavilə bağlandığı andan mənzili 10 gün müddətinə ona təhvil verməyi və əsas alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini öz öhdəsinə götürmüşdü. Müqavilənin 4.1-ci bəndinə əsasən tərəflərdən hər biri öz öhdəliyini yerinə yetirməzsə digər tərəfin müqaviləni dəyişdirmək və çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququ var. Cavabdehlə razılaşmamaları səbəbindən o, həm mənzil əldə edərək, qalıq pulunu hissəhissə ödəyəcəkdi, həm də qızıl biznesini inkişaf etdirəcəkdi. Mənzilə dair ilkin alqı-satqı müqaviləsi bağlamaqlarına və həmin müqavilənin bağlandığı 21.09.2019-cu il tarixdən 10 gün sonra mənzil ona təhvil verilməli olsa da, artıq 1 ildir ki, o nə mənzili cavabdehdən ala bilmir, nə də ona ödədiyi pulu, çəkdiyi xərcləri, nə də vurduğu zərəri. Notariat kontoru isə həmin alqı-satqının ləğv edilməsini və ona ödədiyi pulu, çəkdiyi xərcləri və vurduğu zərəri qaytarmasını məhkəmədən xahiş edir. Belə ki, o, mənzili satdığından və həmin mənzili alaraq ora köçüb yaşamalı idi və qızıl biznesini davam etdirməli idi, cavabdeh 10 günə ona mənzili təhvil vermədiyindən, o, məcbur olaraq kirayədə qalmalı oldu və bunun üçün hər ay 400 manat pul ödəyir. Artıq 11 aydır ki, 400 manatdan hesablamaqla 4400 manat kirayə pulu ödəmişdir, həmçinin həm kirayə, həm kredit ödənişlərini etməkdə çətinlik çəkdiyindən artıq bir neçə aydır ki, kreditləri də ödəyə bilmir ki, bütün zərərlər də məhz cavabdehin hərəkətləri nəticəsində ona dəymişdir. Məhkəmə iclasında İddiaçı nümayəndə və vəkili Vəkil1 Ali qızı qarşılıqlı iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını, öz iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsində göstərilən xüsusuatları təsdiq edən eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını, öz qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsinii xahiş etmiş və iddia ərizəsində göstərilən xüsusuatları təsdiq edən eyni məzmunlu izahat verərək eləcə də izah etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ilkin alqı-satqı müqaviləsindən sonra Cavabdeh tərəfindən 16660 manat satıcının notariusun bankla olan depozit hesabına ödənmiş, qalan pul məbləğini isə Fərqanə Mhdiyeva "xxxx" ASC-nin 06.02.2019-cu il tarixli İBO/167 saylı kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən 01.10.2019-cu il tarixdən başlayaraq cavabdehin əvəzinə cədvələ uyğun ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı 10 gün sonra mənzili Cavabdeh təhvil verməyi öhdəsinə götürsə də, öhdəliyə əməl etməmiş, Fərqanə həmin mənzilə yalnız 05.11.2020-ci il tarixdə köçə bilmişdir. Ona görə də, Fərqanə evsiz qaldığına görə övladları ilə kirayələrdə yaşamağa məcbur olmuş və buna görə ümumilikdə 4400 manat kirayə haqqı ödəməli olmuşdur. Cavabdeh İddiaçı adından əmlak və həyat sıqortaları, banka edilən ödənişlər də daxil olmaqla cəmi 18800 manat ödəniş olmuşdur ki,həmin ödənişlərin qəbzlərinin əsilləri Cavabdeh olduğu üçün onların surətləri məhkəməyə təqdim olunmuşdur. Ona görə də, qarşılıqlı iddia tələbini əsaslı hesab edərək təmin edilməsi, ilkin iddia tələbinin isə əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində "xxxx" ASC və 14 saylı Notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində "xxxx" ASC 20 sentyabr 2021-ci il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsinə qarşı öz etirazını təqdim edərək bildirmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı “alqı-satqı müqaviləsinin ləğvini” onunla xarakterizə etmişdir ki, İddiaçı ilə onun arasında 21.09.2019-cu il tarixdə 14 saylı notariat kontorunda ilkin alqısatqı müqaviləsi imzalanmış və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 1 ünvanında yerləşən 18 saylı mənzilin əldə edilməsi ilə əlaqədar onun tərəfindən ilkin olaraq 16 660 manat məbləğində ödəniş həyata keçirilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin daşınmaz əmlak ona təhvil verilməmişdir və nəticədə ona ümumilikdə 46 740 manat məbləğində zərər dəymişdir. Bununla bağlı qeyd etmək zəruridir ki, hazırda qarşılıqlı iddia üzrə iddiaçının mübahisələndirdiyi daşınmaz əmlaka münasibətdə bağlanmış alqı-satqı müqaviləsi tamamilə etibarsızdır və onun ləğvi tələbinin irəli sürülməsi absurdur. Belə ki, 07.02.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak "xxxx" ASC tərəfindən İddiaçı ayrılmış 88 000 manat məbləğində kredit vəsaiti hesabına İddiaçı tərəfindən əldə edilmiş və "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Hazırki mübahisə predmeti olan daşınmaz əmlak "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilməsinə baxmayaraq və bankın razılığı alınmadan həmin əmlak barəsində İddiaçı ilə Cavabdeh arasında 21.09.2019-cu il tarixdə İlkin alqı-satqı müqaviləsi imzalanmış və həmin müqavilə 14 saylı Notariat Kontoru tərəfindən təsdiqlənmişdir. Halbuki “İpoteka haqqında” AR qanununun N.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İddiaçı “alqı-satqı müqaviləsinin ləğvi” tələbini irəli sürsə də, həmin tələb AR Mülki Məcəlləsinin 337 və “İpoteka haqqında” AR qanununun N və 31-ci maddələrinin tələbləri nəzərə alınmaqla absurd iddiadır və təmin edilə bilməz. Həmçinin nəzərə alınmlaıdır ki, kredit alan İddiaçı tərəfindən “Bank” qarşısında olan öhdəliklər lazımı qaydada icra olunmadığından “Bank” tərəfindən İddiaçı qarşı Bakı şəhəri Səbail rayon Məhkəməsində iddia qaldırılmış və məhkəmənin 05.10.2020-ci il tarixli 2(009)-1426/2020 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə 87112,96 manat əsas borc, 3906,39 manat faiz borcu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş N manat dövlət rüsumunun və bildirişin qeydiyyata üçün dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş N manat məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan və cavabdeh İddiaçıa məxsus Bakı şəhəri, Səbail rayonu, Badmadar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 saylı evin 18 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş vəsait hesabına "xxxx" ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, "xxxx" ASC-nin xeyrinə tutulan borc və məhkəmə xərclərinin ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 saylı evin 18 saylı mənzilinin hərracda satıldıqdan sonra mənzildə qeydiyyatda olan və yaşayan cavabdehlər X7, X4, X10 və X8 tərəfindən ən geci 1 ay ərzindən mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2(103)-1237/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli, 2(009)-1426/2020 saylı qətnaməsi ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, 120000 manat məbləğində müəyyən edilmiş, qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır və “İcra haqqında” AR qanununa əsasən icra tədbirləri həyata keçirilməkdədir. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbi ümumumiyyətlə qeyri-müəyyəndir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsinin xahiş etdim hissəsində 46740 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etsə də, həmin məbləğin hansı əsaslardan irəli gəldiyini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş və tələbini tam olaraq müəyyən etməmişdir. Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, kommersiya mübahisələri üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Ona görə də, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı və 14 saylı Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab etmişdir ki, aşağıdakılara görə iddia təmin edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 07 fevral 2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini 2N00 manat məbləğində ilkin ödəniş ödənilməklə, qalan vəsaiti isə "xxxx" ASC ilə onun arasında imzalanmış 06.02.2019-cu il atrixli İBO/167 saylı kredit müqaviləsinə əsasən illik 7% hesablanmaqla, N0 ay müddətinə qaytarılmaqla ona ayrılmış 88 000 manat məbləğindəki kredit vəsaiti hesabına olmaqla ümumilikdə 111000 manat məbləğində vəsait ödəməklə X1 almışdır. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 06.02.2019-cu il tarixli İBO/167 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 88 000 manat məbləğində illik 7 faiz dərəcəsi ilə N0 ay müddətinə ipoteka krediti verilmişdir. İş materiallarında olan 26 oktyabr 2020-ci il tarixli 31/65 saylı arayışdan görünür ki, xəstə İddiaçı 1994-cü il təvəllüdlü 04.10.2020-ci il tarixdən xəstəxananın Ortopediya şöbəsində» Odlu silah yaralanması. Sağ baldırın yumşaq toxuma yarası, sağ qamış sümüyünün çox qəlpəli yerdəyişmiş sınığı» diaqnozu ilə stasionar müalicədədir. Hazırda xəstə stasionrada müalicəsini davam etdirir. İş materiallarında olan N.01.2021-ci il tarixli N №-li N saylı hərbi hissənin travma arayışından görünür ki, İddiaçı 28.09.2020-ci il tarixində Azərbaycan Respublikasının işğal olunmuş torpaqların azad olunması uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılmış güllə yaralanması nəticəsində «Odlu silah yaralanmasından (28.09.2020) sağ baldır sümüklərinin açıq qəlpəli yerdəyişmiş sınığı, yumşaq toxuma defektinə görə aparılmış Q.A.İlizarov üsulu ilə osteosiptezi cərrahi əməliyyatından sonrakı vəziyyət» xəsarətini almışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1426/2020 saylı, 05.10.20202-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı X16 Səhmdar Cəmiyyətinin xeyrinə 87112,96 manat əsas borc, 3906,39 manat faiz borcu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş N manat dövlət rüsumu və bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidməthaqqı olaraq ödənilmiş N manat məbləğində pulun tutulması, tutmanın cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 saylı evin 18 saylı mənzilinə yönəldilməsi, mənzil açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına Bank Avrasiya ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Bank Avrasiya ASC-nin xeyrinə tutulan borc və məhkəmə xərcləri ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 saylı evin 18 saylı mənzili hərracdan satıldıqdan sonra mənzildə qeydiyyatda olan və yaşayan cavabdehlər X7, X4, X10 və X6 ən geci 1 (bir) ay ərzində mənzildən çıxarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)- 1237/2021 saylı, 16.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1426/2020 saylı, 05.10.20202-ci il tarixli qətnaməsinin ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 1, 18 saylı mənzilin likvid dəyərinin 120.000 manat müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan 14 saylı notariat ofisində 21.09.2019-cu il tarixdə təsdiq edilmiş İddiaçı (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında bağlanmış İlkin alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 saylı evin 18 saylı mənzilinin qiyməti 105012 manat məbləğində müəyyən olunmuşdur. “Alıcı” mənzilin qiymətinin 16660 manatını “Satıcı”ya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödədi. “Alıcı” qaln pul məbləğini isə "xxxx" ASC-nin 06.02.2019-cu il tarixli İBO/167 saylı kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən 01.10.2019-cu il tarixdən başlayaraq İddiaçı əvəzinə cədvələ uyğun ödəməyi öz öhdəsinə götürür. Təqdim olunmuş "xxxx" ASC-nin 21.09.2019-cu il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən notarius X3 bankda açılan depozit hesabı vasitəsi ilə 16660,0 manat ödəniş etmişdir. Təqdim olunmuş "xxxx" ASC-nin 21.09.2019-cu il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən notarius X3 bankda açılan depozit hesabı vasitəsi ilə 33,32 manat ödəniş etmişdir. Təqdim olunmuş "xxxx" ASC-nin 23.09.2019-cu il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı adından 29,34 manat Əmlak sığortası ödənişi olmuşdur. Təqdim olunmuş "xxxx" ASC-nin 23.09.2019-cu il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı adından 124,02 manat Həyat sığortası ödənişi olmuşdur. Təqdim olunmuş "xxxx" ASC-nin 03.10.2019-cu il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı adından 621,97 manat standard aylıq ödəniş olmuşdur. Təqdim olunmuş "xxxx" ASC-nin 23.09.2019-cu il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı adından 1.246,81 manat standard aylıq ödəniş olmuşdur. Təqdim olunmuş "xxxx" ASC-nin 03.10.2019-cu il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı adından 62,1 manat standard aylıq ödəniş olmuşdur. Təqdim olunmuş "xxxx" ASC-nin 03.10.2019-cu il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı adından 14,67 manat standard aylıq ödəniş olmuşdur. Təqdim olunmuş "xxxx" ASC-nin 03.10.2019-cu il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı adından 14,67 manat standard aylıq ödəniş olmuşdur. Təqdim olunmuş "xxxx" ASC-nin 01.12.2019-cu il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı adından 34,0 manat xidmət haqqı ödəniş olmuşdur. Təqdim olunmuş "xxxx" ASC-nin 08.11.2019-cu il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı adından N,0 manat dövlət rüsumu ödəniş olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanman və qorunan hüququdur.Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və X5 haqqında» Konvensiyaya dair 20 mart 1952-ci ildə Parisdə imzalanmış 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyul 2009-cı il tarixli qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiçı və cavabdeh arasında həmin yaşayış sahəsinin idarəçiliyi və istifadəsinə dair hər hansı razılaşma olmasa da, onun iradəsinə zidd olaraq cavabdeh həmin əmlakın faktiki idarəçiliyini həyata keçirməklə bərabər, həmin yaşayış sahəsindən istifadə hüququnu həyata keçirir və bununla da mülkiyyətçi olaraq iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhz bu çərçivədə məhkəmənin qənaəti bundan ibarətdir ki, ilkin iddia tələbinin hüquqi əsası sübuta yetirildiyindən ilkin iddia təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı İddiaçı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində «Bank Avrasiya ASC cəlb edilməklə) Cavabdeh qarşı cavabdehin mənzildən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddiası təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun N.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər arasında ipoteka predmetinə dair ilkin alqı-satqı müqaviləsi ipoteka saxlayan «Bank Avrasiya ASCnin razılığı olmadan bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-cü maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunun yuxarıd göstərilən normasının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, ipoteka predmeti olan daşınmaz əmlaka dair İddiaçı ilə Cavabdeh arasında 21.09.2019-cu il ilkin alqı-satqı müqaviləsi ipoteka saxlayanın razılı olmadan bağlandığı üçün öz-özlüyündə əhəmiyyətsiz əqddir və onun ləğv edilməsinə dair qarşılıqlı iddia tələbinin də hüquqi əsası yoxdur. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən İddiaçı adından kredit və sair borclar üzrə 18.796,54 manat ödəniş olmuşdur ki, həmin məbləğ İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi kirayə qaldığı müddət üçün 6750 manat və mənəvi zərərin əvəzi olaraq 20000 manat tutulması hissəsində aşağıdakılara görə əsassızdır və təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfındən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X5 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affmnanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə nəzərə alır ki, mənəvi zərərin ödənilməsi üçün cavabdehin qanunsuz hərəkətinin, eləcə də həmin hərəkətlə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi arasında səbəbli əlaqənin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbində cavabdehin əsassız və qanunsuz hərəkətləri səbəbindən mənəvi sarsıntı keçirməsi, sağlamlığının pozulması, mənfi psixi reaksiyaya səbəb olması nəticəsində fiziki əzab çəkdiyini göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Qarşılıqlı iddiaçı eləcə də, kirayə qaldığı müddət üçün 6750 manat ödəməsi hissəsində tələbinin əsaslarına dair sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hissədə qarşılıqlı iddia ididdia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikas Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 saylı evin 18 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılsın. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı 18.796,54 (on səkkiz min yeddi yüz doxsan altı manat əlli dörd qəpik) manat tutularaq iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar