Məhkəmə qərarları › İş №2(009)-1942/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1942/2020

14.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1942/2020 14.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu İddiaçı İsmayılova (Rzayeva) Roza Musa qızının cavabdeh Bakı şəhəri 1 saylı Notariat ofisinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı İsmayılova (Rzayeva) Roza Musa qızının cavabdeh Bakı şəhəri 1 saylı Notariat ofisinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkməyə müraciət edərək atası X1 vəfatından sonra ondan miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 434 saylı, 0,2 ha torpaq sahəsi olan miras əmlakı onun tərəfindən qəbul edilməsi barədə hüquqi əhəmiyyətli faktının tanımnası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş ərizə forma və məzmununa uyğun deyil. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o hüquqi əhəmiyyətli olan mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə tələb irəli sürmüşdür, lakin ərizə xüsusi icraat qaydasında verilməli olduğu halda, iddiaçı icraatı qaydasında verilmişdir. AR MPM-nin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Hakim digər tərəfdən qeyd edir ki, ərizə aidiyyət qaydalarının pozulması ilə verilmişdir. AR MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Hakim qeyd edir ki, ərizəçi Səbail rayonunda qeydiyyatda olmadığından və yaşamadığından, hazırki tələb - hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı olduğundan həmi ərizəyə Səbail rayon Məhkəməsində baxıla bilməz. Ərizəçi ərizə yaşadığı yer üzrə məhkəməyə verməlidir. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.3, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı İsmayılova (Rzayeva) Roza Musa qızının cavabdeh Bakı şəhəri 1 saylı Notariat ofisinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia ərizəsi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından və ərizənin forma və məzmunu düzgün tərtib edilmədiyindən sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar