Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1951/2020 17.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, ərizəçi X1 (maraqlı şəxs kimi qeyd etdiyi X5) “müvəqqəti qeydiyyat haqqında hüquqi faktın müəyyən edilməsi barədə ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı X3 ünvan 1 ünvanında yerləşən onun mənzilində müvəqqəti qeydiyyata alınma faktının qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X1 ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakılara görə ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 306.1-ci və 151.1-ci maddələrinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsinə görə isə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. X4 faktın müəyyən edilməsini istəsə də, qanunla nəzərdə tutulmuş formasına əməl etməmiş, həmçinin, həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair sübutlar (maraqlı şəxsin imtinası və s) ərizəyə əlavə edilməmişdir. Belə ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ilə bağlı işlərə məhkəmədə baxılması üçün zəruri şərt olan “faktı təsdiq edən lazımi sənədlərin başqa qaydada əldə oluna bilinməməsi” şərtinə əməl olunmamasına dəlalət edir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə görə, ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən hesab edirəm ki, X2 “müvəqqəti qeydiyyat hüquqi faktın müəyyən edilməsi” məzmunlu ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, ərizəçiyə, xüsusi icraat qaydasında baxılan ərizələr üçün nəzərdə tutulmuş formaya və qaydaya riayət etməklə müvafiq ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1951/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1951/2020
17.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver