Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1956/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı- Cavabdeh MTK-nın qanuni təmsilçisi X1 qarşı “bir-biri ilə əlaqədar olmayan” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-nın qanuni təmsilçisi X1 qarşı “bir-biri ilə əlaqədar olmayan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirdiyinə görə iddianın yolverilməzliyinə geri qaytarılmalıdır. Belə ki, iddiaçının bir tələbi Cavabdeh MTK-nın qanuni təmsilçisi X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinin tətbiq edilməsi digər tələbi isə müqavilə əsasında 78.9 kv.m mənzilinin təhvil verilməsi, son bir il ərzində ona dəymiş 10000 manat məbləğində ziyanın ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə birinci tələbi ilə müvafiq orqana, digər tələbi -müqavilə əsasında 78.9 kv.m mənzilinin təhvil verilməsi, son bir il ərzində ona dəymiş 10000 manat məbləğində ziyanın ödənilməsi ilə bağlı Cavabdeh MTK-nın hüquqi ünvanı üzrə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.) Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirildiyindən, eyni zamanda irəli sürümlüş tələblərdən biri mülki mühakimə icraatı qaydasında baxılması yol verilmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2018-ci il tarixli əvəzləşmə müqaviləsinin 13-cü bəndindən görünür ki, müqavilə üzrə mübahisələr danışıqlar yolu, qarşılıqlı həll edilməyən mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası MPM-nin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Ərizə və ona əlavə edilmiş sənədlərdən İddiaçı müqavilə əsasında 78.9 kv.m mənzilinin təhvil verilməsi, son bir il ərzində ona dəymiş 10000 manat məbləğində ziyanın ödənilməsi ilə bağlı pretenziya qaydasına əməl etmədiyi, yəni Cavabdeh MTK-ya müraciət olunması və ya müraciət olunduğu təqdirdə aldığı imtina barədə sənədi iş materiallarına əlavə etmədiyi müəyyən olunmuşdur. Bu da iddiaçının qanunvericiliyin qeyd edilən tələblərinə əməl etmədiyini göstərir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Qeyd edilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı- Cavabdeh MTK-nın qanuni təmsilçisi X1 qarşı “bir-biri ilə əlaqədar olmayan” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə ödənilmiş 121 (bir yüz iyirmi bir) manat dövlət rüsumu (əməliyyat İD: 279245623, ödəniş qəbzinin nömrəsi 18348) geri qaytarılsın. İddiaçıya izah olunsun ki, müqavilə əsasında 78.9 kv.m mənzilinin təhvil verilməsi, son bir il ərzində ona dəymiş 10000 manat məbləğində ziyanın ödənilməsi ilə bağlı Cavabdeh MTK-nın hüquqi ünvanının olduğu yerə görə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1956/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1956/2023
18.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver