Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1960/2022 29.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi MMC-nin “paylanmayan poçt göndərişlərinin sahibsiz hesab edilməsi və açılmasına razılıq alınması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi MMC “paylanmayan poçt göndərişlərinin sahibsiz hesab edilməsi və açılmasına razılıq alınması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, siyahı üzrə paylanmayan 177 (bir yüz yetmiş yeddi) ədəd poçt göndərişlərinin açılmasına və tərkibində olan müxtəlif çeşidli malların sahibsiz elan edilməsinə dair yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, poçt göndərişlərinin çatdırılacağı ünvanı dəqiqləşdirmək mümkün olmadıqda və ya ünvan sahibi poçt göndərişini almaqdan imtina etdikdə, poçt göndərişi çatdırılması mümkün olmayan göndəriş kimi göndəriciyə qaytarılmalıdır. Lakin, poçt göndərişinin üzərindəki məlumatlara əsasən göndəricini müəyyənləşdirmək mümkün olmadıqda, yaxud göndərici poçt göndərişini geri almaqdan imtina etdikdə, belə göndərişlər paylanmayan poçt göndərişlərinə aid edilir. Hal-hazırda Ərizəçi MMC-nin saxlancında olan imtina edilmiş, çatdırılması və ya geri qaytarılması mümkün olmayan 177 (bir yüz yetmiş yeddi) ədəd poçt göndərişi mövcuddur. İmtina edilmiş poçt göndərişləri akt əsasında rəsmiləşdirilmiş, siyahıya alınmış və bir ay ərzində poçt şöbəsində saxlanıldıqdan sonra qanunvericiliklə müəyyən edilmiş müddətə saxlanılması üçün Ərizəçi MMC-nin X12 göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi MMC-nin nümayəndəsi X5 ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun məzmunda izahat verib, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 1 - 3 saylı PF-nin 1142 saylı PŞ-nın rəisi Xəlilova Fərqanə və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP029339807AZ ştrix kodlu Türkiyəyə göndərilən bağlama geri qayıtmış və ünvançıya məlumat verdikdən sonra, ünvançı göndərdiyi bağlamanın geri qayıtdığı halda məbləğ ödəyəcəyindən öz ərizəsi ilə bağlamadan imtina etmişdir. 2- 3 saylı PF-nin 131 saylı PŞ-nın müdiri X8 tərəfindən tərtib edilmiş aktdan görünür ki, CP001109724AZ ştrix kodlu beynəlxalq bağlama ünvançıya geri qaytarılmış, Hacızadə Fərid bağlamanın üzərində yazılan 17 manat (on yeddi manat) məbləği ödəməkdən imtina etmişdir. 3- 3 saylı PF-nin MXŞ-nin müdiri E.C.Əhmədov və əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.2020-ci ildə Macarıstana göndərilən və xx.xx.2020-ci il tarixdə Macarıstandan qayıdan Rzayev Oktayın adına olan CP001151571AZ ştrix kodlu bağlama xx.xx.2020-ci il tarixində müştəri geri qayıdan bağlamanı almaqdan imtina etmişdir. 4- 3 saylı PF-nin 131 saylı PŞ-nın müdiri X8 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP001110033AZ ştrix kodlu beynəlxalq bağlama ünvançıya geri qaytarılmış, Mərdanova Fidan bağlamanın üzərində yazılan 27 manat (iyirmi yeddi manat) məbləği ödəməkdən imtina etmişdir. 5- 126 saylı PŞ-nin müdiri G.Mustafayeva və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP000674395AZ ştrix kodlu beynəlxalq bağlama ünvançıya geri qaytarılmış, Svetlana Mirzəyeva bağlamanın üzərində yazılan 153 manat 62 qəpik məbləği ödəməkdən və bağlamanı almaqdan öz ərizəsinə əsasən imtina etmişdir. 6- 25 saylı PŞ-nin müdiri F.A.Quliyeva və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP 002060452AZ ştrix kodlu beynəlxalq bağlama xx.xx.2021-ci il tarixdə Turkiyədən geri gayıtmış, dəfələrlə Leyla Əlismanova ilə əlaqə saxlanılsa da, o, bağlamanı almaqdan imtina etmişdir. 7- 52 saylı PŞ-nin müdiri F.Qəhrəmanova və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, CP029024989AZ ştrix kodlu beynəlxalq bağlama ünvançıya geri gaytarılmış, Ayşən Məmmədzadə bağlamanın üzərində yazılan 17 manat (on yeddi manat) məbləği ödəməkdən və bağlamanı almaqdan imtina etmişdir. 8- MPŞ-nin müdiri G.Qurbanova və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli aktdan görünür ki, Ukraynadan qaytarılmış CP029212987AZ ştrix kodlu beynəlxalq bağlamanı İradə Ağakişiyeva almaqdan imtina etmişdir. 9- MPŞ-nin müdiri G.Qurbanova və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli aktdan görünür ki, CP002184783AZ ştrix kodlu beynəlxalq bağlamanı göndərici almaqdan imtina etmişdir. 10- 25 saylı PŞ-nin müdiri F.A.Quliyeva və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Ukraynadan qaytarılmış CP001211743AZ ştrix kodlu beynəlxalq bağlamanı Ramin Səfərov almaqdan imtina etmişdir. 11- 52 saylı PŞ-nin əməliyyatçısı Böyükxanım Qasımova və digər əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP002084493AZ ştrix kodlu beynəlxalq bağlama Türkiyədən geri qayıtmış, göndərici bağlamanın üzərində yazılan dövlət rüsumunu ödəməkdən və bağlamanı almaqdan imtina etmişdir. 12- 3 saylı PF-nin 133 saylı PŞ-nin müdiri Ə.S.Osmanov və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP001278011AZ ştrix kodlu qaytarılan beynəlxalq bağlamanı Ceyhun Əhmədov almaqdan imtina etmişdir. 13- 33 PŞ-nin rəisi A.İslamov və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP002089368AZ ştrix kodlu beynəlxalq bağlama Türkiyədən geri qayıtmış və vətəndaş bağlamanı almaqdan imtina etmişdir. 14- 33 PŞ-nin rəisi A.İslamov və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Turan Məmmədov tərəfindən İsrayilə göndərilmiş CP001664050AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış və vətəndaş bağlamanı almaqdan imtina etmişdir. 15- 83 PŞ-nin müdir əvəzi S.Nəcəfova və əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, CP001354557AZ ştrix kodlu beynəlxalq bağlama xx.xx.2022-ci il tarixdə geri qayıtmış, göndəriciyə dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlib aparmamış, bu səbəbdən xx.xx.2022-ci il tarixdə PDM-ə geri qaytarılmışdır. 16- Şəki Regional PŞ-nin əməliyyatçısı A.Qasımov, Şəki Regional PŞ-nin 8 saylı PŞnin rəisi-S.Hümmətova və vətəndaş V.Mürşüdov tərəfindən tərtib edilmiş aktdan görünür ki, CP029016537AZ ştrix kodlu beynəlxalq bağlama Böyük Britaniyadan qeyri müəyyən səbəbdən geri qayıtmış, vətəndaş V.Mürşüdov bağlamanın üzərində yazılan 62.01 manat məbləği ödəməkdən imtina etmiş və göndəriş PDM-ə göndərilmişdir. 17- 33 PŞ-nin rəisi A.İslamov və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP002089411AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış və vətəndaş bağlamanı almaqdan imtina etmişdir. 18- 3 saylı PF-nin 131 saylı PŞ-nın müdiri X8 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP029179447AZ ştrix kodlu beynəlxalq bağlama geri qaytarılmış, abonent (Nəsirov) bağlamanın üzərində yazılan 52 manat 94 qəpik məbləği ödəməkdən imtina etmişdir. 19- 3 saylı PF-nin MXŞ-nin müdiri E.Əhmədov və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, CP001151996AZ ştrix kodlu beynəlxalq bağlama geri qaytarılmış, vətəndaşa məlumat verilməsinə baxmayaraq bağlamanı almaqdan və rüsumu ödəməkdən imtina etmişdir. 20- 3 saylı PŞ-nin rəisi M.Ağakişiyeva və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, RR009114359AZ ştrix kodlu beynəlxalq bağlama geri qaytarılmış və X2 bağlamanı almaqdan imtina etmişdir. 21- MXŞ (Şəbəkə)-nin şöbə rəisi A.Aliyeva və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP002367543AZ ştrix kodlu beynəlxalq bağlama geri qaytarılmış, dəfələrlə ünvana bildirişlərin göndərilməsi və xəbərdarlıq olunmasına baxmayaraq bağlamanı götürməkdən şifahi imtina etmişdir. 22- 89 saylı PŞ-nin rəisi E.Əliyev, əməliyyatçı və vətəndaşın özü tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, CP002834855AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış və vətəndaş bağlamanı almaqdan imtina etmişdir. 23- 149 saylı PŞ-nin rəisi Çingiz Xəlilov və qeyriləri tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, CP028917530AZ beynəlxalq bağlama geri qaytarılmış, göndərici bağlamanın üzərində yazılan 67 manat 50 qəpik məbləği ödəməkdən və bağlamanı almaqdan imtina etmişdir. 24- 102 saylı PŞ-nin rəisi M.Bayramov və əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, CP002238977AZ ştrix kodlu beynəlxalq bağlama geri qaytarılmış, vətəndaş E.Abdullayev bağlamanın üzərində yazılan dövlət rüsumunu ödəməkdən imtina etmişdir. 25- 3 saylı PF-nin 1142 saylı PŞ-nın rəisi Xəlilova Fərqanə və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, CP001083179AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış, göndərici qaytarılan bağlamanın yenidən məbləğini ödəməkdən və ərizə yazmaqdan imtina etmişdir. (28 manat 40 qəpik ödəmək imkanı olmadığına görə) 26- 26 saylı PŞ-nin müdiri İ.Kələntərov və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP001114273AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış və vətəndaş bağlamanı almaqdan imtina etmişdir. 27- 31 saylı PŞ-nin müdiri İ.Mustafayeva və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP002840762AZ ştrix kodlu beynəlxalq bağlama xx.xx.2020-ci il tarixdə vətəndaş tərəfindən öz imzası ilə təsdiqlənmiş forma-20 bağlamanın üstündəki qaiməyə tikilməklə geri qaytarılmışdır. 28- Naftalan PF-nin MXŞ-nin rəisi Əntiqə Həsənova və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP001870785AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış, bağlamanı göndərən vətəndaş X9 vəfat etmiş və həyat yoldaşı bağlamanı götürməkdən imtina etmişdir. 29- Abşeron PF, MXŞ-nin rəisi X.Yaqubova və əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, RR010128443AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış, göndəricinin ünvanı dəqiq olmadığı üçün çatdırmaq mümkün olmamış, tel nömrəsi ilə əlaqə saxlanılmış, o, bağlamanı gəlib götürməmişdir. 30- R.Zeynalov və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP028919575AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış və Gülşən Orucova bağlamanı almaqdan imtina etmişdir. 31- 40 saylı PŞ-nin rəisi İ.Sima və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP029036837AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış və Kamran Əliyev bağlamanın üzərində yazılan 43 manat 27 qəpik məbləği ödəməkdən və bağlamanı almaqdan imtina etmişdir. 32- 122 saylı PŞ-nin rəis əvəzçisi D.Nağıyeva və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP001156565AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış və Faiq Hüseynov bağlamanı almaqdan imtina etmişdir. 33- 122 saylı PŞ-nin rəis əvəzçisi D.Nağıyeva və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP001156551AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış və Faiq Hüseynov bağlamanı almaqdan imtina etmişdir. 34- PŞ-nin rəisi R.Məmmədov və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP029060456AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış və vətəndaş bağlamanın üzərində yazılan dövlət rüsumunu ödəməkdən imtina etmişdir. 35- 3 saylı PF-nin 131 saylı PŞ-nın müdiri X8 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP001110501AZ ştrix kodlu beynəlxalq bağlama geri qaytarılmış və Sevda Məhərrəmova bağlamanın üzərində yazılan 120 manat 12 qəpik məbləği ödəməkdən imtina etmişdir. 36- PŞ-nin rəisi N.Şabandayeva, əməkdaşlar və müştərinin özü tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP029771725AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış və vətəndaş Əliyeva Fazilə bağlamanı almaqdan imtina etmişdir. 37- 65 saylı PŞ-nin rəisi və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP001972070 ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış və vətəndaş bağlamanı almaqdan imtina etmişdir. 38- 3 saylı PF-nin 1142 saylı PŞ-nin rəisi Fərqanə Xəlilova və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP001230549AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış və göndərici bağlamanın üzərində yazılan 57 manat 50 qəpik məbləği ödəməkdən və bağlamanı almaqdan imtina etmişdir. 39- 122 saylı PŞ-nin rəis əvəzçisi D.Nağıyev və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP001156517AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış və Faiq Hüseynov bağlamanı almaqdan imtina etmişdir. 40- PŞ-nin müdiri Ş.Xanbabayev və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli aktdan görünür ki, CP001097249AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış və göndərici bağlamanın üzərində yazılan 57 manat məbləği ödəməkdən və bağlamanı almaqdan imtina etmişdir. 41- Tovuz RPF MXŞ-nin rəis müavini N.Qarayeva və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP000836677AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış və yarasız hala düşdüyündən göndərici bağlamanı almaqdan imtina etmişdir. 42- Balakən MXŞ-nin rəisi C.Bizillayeva və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP001285088AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış və Elmin Qantayev bağlamanın üzərində yazılan 49 manat 40 qəpik məbləği ödəməkdən və bağlamanı almaqdan imtina etmişdir. 43- PŞ-nin rəisi Sima İsayeva və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP029047358AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış və bağlamanın içindəki məhsullar xarab olduğu üçün göndərici X10 bağlamanı almaqdan imtina etmişdir. 44- 33 PŞ-nin rəisi A.İslamov və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP002079670AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış və göndərici bağlamanı ödəniş edib götürməkdən imtina etmişdir. 45- 102 saylı PŞ-nin rəisi M.F.Bayramov və əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, CP001511748AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış, göndəriciyə dəfələrlə məlumat verilməsinə baxmayaraq bağlamanı gəlib aparmamış və bağlamadan imtina etmişdir. 46- Abşeron 2 saylı PŞ-nin müdiri Aybəniz Həsənova və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP 002310597AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış və vətəndaş bağlamanı almaqdan imtina etmişdir. 47- 3 saylı PF-nin 131 saylı PŞ-nın müdiri X8 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, CP029179447AZ ştrix kodlu beynəlxalq bağlama geri qaytarılmış, abonent (Nəsirov) bağlamanın üzərində yazılan 52 manat 94 qəpik məbləği ödəməkdən imtina etmişdir. 48- 40 saylı PŞ-nin rəisi İ.Sima və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, CP000340698AZ ştrix kodlu beynəlxalq bağlama geri qayıtmış və X6 dəfələrlə məlumat verilməsinə baxmayaraq bağlamanı götürməkdən imtina etmişdir. 49; 50 - Cavid Cabbarov tərəfindən PDM-in rəisinə xx.xx.2022-ci il tarixdə yazılmış ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdə Turkiyəyə yolladığı CP029038245AZ və CP029038206AZ ştrix kodlu bağlamalar geri qayıtmış o, da bağlamaları götürməkdən imtina etmişdir. 51- MPŞ-nin müdiri G.Qurbanova və əməliyyatçılar tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, CP029209387AZ ştrix kodlu poçt göndərişləri göndərici geri götürməkdən imtina etdiyi üçün PDM-ə saxlanca göndərilmişdir. 52- MPŞ-nin müdiri G.Qurbanova və əməliyyatçılar tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, CP029827552AZ ştrix kodlu poçt göndərişi göndərici geri götürməkdən imtina etdiyi üçün PDM-ə saxlanca göndərilmişdir. 53- 92 saylı PŞ-nın müdiri və əməliyyatçılar tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, CP001097178AZ ştrix kodlu beynəlxalq bağlama İsveçə göndərilmiş, həmin bağlama geri qaytarılmış, abonent bağlamanın xarab olması səbəbindən bağlamanı götürməkdən imtina etmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-nin 323.2-ci maddəsinə əsasən paylanmayan poçt göndərişlərinin açılmasına razılıq alınmasına dair ərizə 3 (üç) ayda bir dəfədən az olmayaraq, ünvan sahibinə və ya göndəriciyə çatdırılması mümkün olmayan poçt göndərişlərinin içərisindəki əşyalar, mallar və pul vəsaitlərinin sahibsiz hesab edilməsinə dair ərizə isə “Poçt rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 6 (altı) aylıq saxlama müddəti başa çatdıqdan sonra poçt rabitəsi operatoru tərəfindən məhkəməyə verilir. Məhkəmə paylanması mümkün olmayan poçt göndərişlərinin açılmasına razılıq verilməsinə dair ərizəyə baxaraq onu təmin etdikdə, belə razılığın verilməsi barədə, ünvan sahibinə və ya göndəriciyə çatdırılması mümkün olmayan və qanunla müəyyən edilmiş 6 (altı) aylıq saxlama müddəti başa çatmış poçt göndərişinin içərisindəki əşyaların, malların və pul vəsaitlərinin sahibsiz hesab edilməsinə dair ərizəyə baxaraq onu təmin etdikdə, həmin əşyaların, malların və pul vəsaitlərinin sahibsiz hesab edilməsi barədə qətnamə çıxarır. (MPM-326.2) “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən poçt göndərişinin üzərində ünvanın dəqiq olmadığı, silindiyi, pozulduğu, oxunmadığı və ya buna oxşar digər hallarda və ünvan sahibi poçt göndərişini almaqdan imtina etdikdə poçt göndərişi çatdırılması mümkün olmayan hesab edilir. Ünvanı dəqiqləşdirmək mümkün olmadıqda və ya ünvan sahibi poçt göndərişini almaqdan imtina etdikdə, poçt göndərişi çatdırılması mümkün olmayan göndəriş kimi göndəriciyə qaytarılmalıdır. Poçt göndərişinin üzərindəki məlumatlara əsasən göndəricini müəyyənləşdirmək mümkün olmadıqda, yaxud göndərici poçt göndərişini geri almaqdan imtina etdikdə, belə göndərişlər paylanmayan poçt göndərişlərinə aid edilir. Bu halda poçt rabitəsi operatoru poçt göndərişini məhkəmənin müvafiq qərarından sonra aça bilər. (13.2) Poçt rabitəsi operatoru paylanmayan poçt göndərişləri üçün 3 (üç) ayda bir dəfədən az olmayaraq, onların açılmasına razılıq almağa dair məhkəməyə müraciət etməli, məhkəmə həmin müraciətə 5 (beş) iş günü ərzində baxmalıdır. (13.3) Paylanmayan poçt göndərişləri qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla poçt rabitəsi operatoru tərəfindən 6 (altı) ay saxlanmalıdır. (13.4) Ərizəçi hazırda “paylanmayan poçt göndərişlərinin sahibsiz hesab edilməsi və açılmasına razılıq alınması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, siyahı üzrə paylanmayan 177 (bir yüz yetmiş yeddi) ədəd poçt göndərişlərinin açılmasına və tərkibində olan müxtəlif çeşidli malların sahibsiz elan edilməsinə dair yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi MMC-nin saxlancında saxlanılan 53 ədəd- CP029339807AZ, CP001109724AZ, CP001151571AZ, CP001110033AZ, CP000674395AZ, CP002060452AZ, CP029024989AZ, CP029212987AZ, CP002184783AZ, CP001211743AZ, CP002084493AZ, CP001278011AZ, CP002089368AZ, CP001664050AZ, CP001354557AZ, CP029016537AZ, CP002089411AZ, CP029179447AZ, CP001151996AZ, RR009114359AZ, CP002367543AZ, CP002834855AZ, CP028917530AZ, CP002238977AZ, CP001083179AZ, CP001114273AZ, CP002840762AZ, CP001870785AZ, RR010128443AZ, CP028919575AZ, CP029036837AZ, CP001156565AZ, CP001156551AZ CP029060456AZ, CP001110501AZ, CP029771725AZ, CP001972070AZ, CP001230549AZ, CP001156517AZ, CP001097249AZ, CP000836677AZ, CP001285088AZ, CP029047358AZ, CP002079670AZ, CP001511748AZ, CP002310597AZ, CP029179447AZ, CP000340698AZ, CP029038245AZ, CP029038206AZ, CP029209387AZ, CP029827552AZ, CP001097178AZ ştrix kodlu poçt göndərişlərinin ünvan sahiblərinə çatdırılması mümkün olmamış, göndərişlər geri qayıtdıqdan sonra göndəricilərə bu barədə məlumat verilmiş və çatdırılması mümkün olmayan göndəriş kimi göndəriciyə qaytarılmış, lakin göndəricilər həmin poçt göndərişlərini almaqdan imtina etmişlər. Həmçinin qeyd edilən poçt göndərişlərinin qanunvericiliklə nəzərdə tutulmuş 6 aylıq saxlama müddəti də başa çatmışdır. Belə olan halda məhkəmə yuxarıda göstərilən 53 ədəd poçt göndərişinin qanunvericiliyin tələbinə uyğun olaraq paylanmayan poçt göndərişlərinə aid edilməli olduğunu nəzərə alaraq, onların açılmasına razılıq verilməsini və tərkibində olan tərkibində olan müxtəlif çeşidli əşyaların sahibsiz hesab edilməsini mümkün hesab edir. Ərizədə və əlavə siyahıda göstərilən qalan 124 ədəd poçt göndərişi ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən Qanunun tələbindən də göründüyü kimi, ünvanı dəqiqləşdirmək mümkün olmadıqda və ya ünvan sahibi poçt göndərişini almaqdan imtina etdikdə, poçt göndərişi çatdırılması mümkün olmayan göndəriş kimi göndəriciyə qaytarılmalıdır. Poçt göndərişinin üzərindəki məlumatlara əsasən göndəricini müəyyənləşdirmək mümkün olmadıqda, yaxud göndərici poçt göndərişini geri almaqdan imtina etdikdə, belə göndərişlər paylanmayan poçt göndərişlərinə aid edilir. Paylanmayan poçt göndərişləri qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla poçt rabitəsi operatoru tərəfindən 6 (altı) ay saxlanmalıdır. Məhkəmə qeyd edir ki, ərizədə və əlavə siyahıda göstərilən qalan 124 ədəd poçt göndərişlərinin hər birinin müvafiq olaraq “poçt göndərişi çatdırılması mümkün olmayan” göndəriş kimi göndəriciyə qaytarılması, poçt göndərişinin üzərindəki məlumatlara əsasən göndəricinin müəyyənləşdirilməsinin mümkün olmaması, yaxud göndəricinin poçt göndərişini geri almaqdan imtina etməsi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, bəzi poçt göndərişlərini almaqdan göndəricinin imtina etməsi və paylanmayan poçt göndərişlərinə aid edilməsi təsdiq oldunduğu halda belə, həmin göndərişlərin qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla poçt rabitəsi operatoru tərəfindən 6 (altı) ay saxlama müddəti başa çatmamışdır. Odur ki, məhkəmə həmin hissələrdə ərizənin təmin edilməsini məqsədə müvafiq hesab etmir. Bununla yanaşı məhkəmə qeyd edir ki, ərizədə və əlavə siyahıda göstərilən qalan 124 ədəd poçt göndərişlərinin hər birinin müvafiq olaraq “poçt göndərişi çatdırılması mümkün olmayan” göndəriş kimi göndəriciyə qaytarılmasını, poçt göndərişinin üzərindəki məlumatlara əsasən göndəricinin müəyyənləşdirilməsinin mümkün olmamasını, yaxud göndəricinin poçt göndərişini geri almaqdan imtina etməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edildiyi halda, eləcə də bir sıra paylanmayan poçt göndərişlərinin qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla poçt rabitəsi operatoru tərəfindən 6 (altı) ay saxlama müddəti başa çatdıqdan sonra ərizəçi həmin poçt göndərişlərinə münasibətdə qanunvericiliyin tələbinə uyğun olaraq məhkəməyə yenidən müraciət edə bilər. Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Azərpoçt” MMC-nin saxlancında saxlanılan 53 ədəd- CP029339807AZ, CP001109724AZ, CP001151571AZ, CP001110033AZ, CP000674395AZ, CP002060452AZ, CP029024989AZ, CP029212987AZ, CP002184783AZ, CP001211743AZ, CP002084493AZ, CP001278011AZ, CP002089368AZ, CP001664050AZ, CP001354557AZ, CP029016537AZ, CP002089411AZ, CP029179447AZ, CP001151996AZ, RR009114359AZ, CP002367543AZ, CP002834855AZ, CP028917530AZ, CP002238977AZ, CP001083179AZ, CP001114273AZ, CP002840762AZ, CP001870785AZ, RR010128443AZ, CP028919575AZ, CP029036837AZ, CP001156565AZ, CP001156551AZ CP029060456AZ, CP001110501AZ, CP029771725AZ, CP001972070AZ, CP001230549AZ, CP001156517AZ, CP001097249AZ, CP000836677AZ, CP001285088AZ, CP029047358AZ, CP002079670AZ, CP001511748AZ, CP002310597AZ, CP029179447AZ, CP000340698AZ, CP029038245AZ, CP029038206AZ, CP029209387AZ, CP029827552AZ, CP001097178AZ ştrix kodlu poçt göndərişləri paylanmayan poçt göndərişlərinə aid edildiyindən onların poçt rabitəsi operatoru tərəfindən açılmasına razılıq verilməli və tərkibində olan müxtəlif çeşidli (əşyalar) mallar sahibsiz hesab edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 355-22-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 53 ədəd - CP029339807AZ, CP001109724AZ, CP001151571AZ, CP001110033AZ, CP000674395AZ, CP002060452AZ, CP029024989AZ, CP029212987AZ, CP002184783AZ, CP001211743AZ, CP002084493AZ, CP001278011AZ, CP002089368AZ, CP001664050AZ, CP001354557AZ, CP029016537AZ, CP002089411AZ, CP029179447AZ, CP001151996AZ, RR009114359AZ, CP002367543AZ, CP002834855AZ, CP028917530AZ, CP002238977AZ, CP001083179AZ, CP001114273AZ, CP002840762AZ, CP001870785AZ, RR010128443AZ, CP028919575AZ, CP029036837AZ, CP001156565AZ, CP001156551AZ CP029060456AZ, CP001110501AZ, CP029771725AZ, CP001972070AZ, CP001230549AZ, CP001156517AZ, CP001097249AZ, CP000836677AZ, CP001285088AZ, CP029047358AZ, CP002079670AZ, CP001511748AZ, CP002310597AZ, CP029179447AZ, CP000340698AZ, CP029038245AZ, CP029038206AZ, CP029209387AZ, CP029827552AZ, CP001097178AZ ştrix kodlu paylanmayan poçt göndərişlərinin poçt rabitəsi operatoru tərəfindən açılmasına razılıq verilsin və poçt göndərişlərinin tərkibində olan müxtəlif çeşidli (əşyalar) mallar sahibsiz hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova İş № 2(009)-1378/2022 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ (çıxarış) Bakı şəhəri Səbail Rayon Məhkəməsi 07 iyun 2022-ci il Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması” barədə ərizəsi üzrə (maraqlı şəxs “X4 İnformasiya Agentliyi” X14 Müəsissəsi göstərilən) mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “ria.ru” internet informasiya ehtiyatına müraciətlərin edilməsi məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1960/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1960/2022
29.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver