Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1986/2023 07.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi E.A.Kərimovun iştirakları ilə İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliklərinə əməl edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliklərinə əməl edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, uzun müddət ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113,1 kv.m. 4 otaqlı evdə yaşamışdır. xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC ilə aralarında bağlanmış mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında müqavilə əsasında sözügedən mənzili boşaldaraq cavabdehə təhvil vermişdir. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı Qərarına əsasən binaların sökülməsi, ərazidə abadlıq işlərinin aparılması, müasir tələblərə uyğun binaların tikilməsi ilə məşğul olduğu üçün Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 117 nömrəli, xx.xx.2016-cı il tarixli Sərəncamı əsasında binanın olduğu yerdə yeni binaların tikintisi ilə məşğul olurdu və ona binanın sökərək yerində yeni bina tikintisi, həmin binada yeni mənzillə təmin etmə, mənzil təhvil verənə kimi kirayə pulunun ödənilməsi təklifi etmiş, o, da digər sakinlər kimi bu təklifə razılaşaraq məlum müqaviləni bağlamışdır. Qeyd edilən müqavilənin 1-ci bəndinə əsasən cavabdehə yaşayış kompleksinin tikintisi məqsədi ilə 113,1 kv.m. mənzilini təhvil verir, Cəmiyyət isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi və əlavə olaraq onun 20%-ə qədər artıq sahəni təmirli olmaq şərti ilə mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 3.3-cü bəndinə əsasən Cəmiyyət onun, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin X3 yaşamaqları üçün onun kirayə xərclərini 1 aylıq 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə şərtlərini pozaraq, ona yeni mənzilin təhvil verilməsini və müvəqqəti yaşaması üçün kirayə haqqının müəyyən hissəsinin ödənilməsini həyata keçirməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli “mənzilə dair hüquqların ötürülməsi, istifadəsinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 74 ünvanda olan sökülmüş binaya daha yaxın məsafə yerləşən və tikintisi nəzərdə tutulan binada sahəsi 135,72 kv.metrdən az olmayaraq layihəyə uyğun təmirli mənzilin verilməsi və təmirli mənzil təhvil verilən günə kimi hər ay 500 manat olmaqla kirayə haqqının iddiaçıya ödənilməsinin Cavabdeh MMC-yə həvalə edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) X5 öz izahatında göstərmişdir ki, qaldırılan iddiaya etiraz etmir. Pandemiya ilə əlaqədar binanın tikintisi obyektiv səbəbdən gecikmiş, digər tərəfdən MTK-nın pul vəsaitləri üzərinə sərəncam qoyulmuş, hazırda götürülmüşdür, kirayə haqları ödəniləcəkdir. Sakinlərin çoxu dənizə baxan hissədə mənzillə təmin olunmasını xahiş edir. Lakin həmin hissədə daha böyük ölçülü mənzillər yerləşir. İddiaçıya tələbdə göstərilən sahəli mənzil verilməsində problem yoxdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə “Cəmiyyət” qismində Cavabdeh MMC ilə “İstifadəçi” qismində İddiaçı arasında bağlanılmış “Mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” xx.xx.2017-ci il tarixli müqaviləsinin surətinə əsasən müqavilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı Xəzər rayonlarının ərizəsində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarına əsasən mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə yaşayış binalarının, habelə bu rayonların ərazisində yaşayış üçün yarasız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması məqsədi ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin 117 nömrəli xx.xx.2016-cı il tarixli sərəncamı əsasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2016-cı il tarixli tapşırığı ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi,74 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü kompleksinin tikintisini həyata keçirir. “İstifadəçi” istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 74 ünvanında yerləşən ümumi sahəsi 113,1 kv.m. mənzili yaşayış kompleksinin tikintisi məqsədi ilə “Cəmiyyətə”-ə təhvil verir. “Cəmiyyət” isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi və 20%-ə qədər əlavə sahəni təmirli olmaq şərtilə təmirli mənzili “İstifadəçi”yə təhvil verir (bənd 1). Cəmiyyət İstifadəçinin, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin X3 yaşaması üçün İstifadəçinin kirayə xərclərinin kompensasiyası aşağıdakı şərtlərdə kompensasiya verir: kirayə xərclərinin kompensasiya məbləği 1 aylıq: 500 manat müəyyən edilmişdir (bənd 3.3,3.4.1). Yeni mənzilin təhvil verilməli olduğu tarix: 36-48 ay (dəqiq tarixlər yeni mənzilin yerləşdiyi binanın tikinti layihəsi ilə müəyyən ediləcək (bənd 4.1.2). İş üzrə "xxxx" ASC-nin “Yubiley” filialı tərəfindən verilmiş FJB**********473 nömrəli, xx.xx.2023cü il tarixli kassa məxaric orderin surətindən görünür ki, Cavabdeh MTK tərəfindən İddiaçı 29.283,30 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş üzrə X1 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC ilə aralarında bağlanmış mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında müqavilə əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113,1 kv.m. olan 4 otaqlı mənzili boşaldaraq Cavabdeh MMC-ə təhvil vermişdir. Qeyd edilən müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh MMC-yə yaşayış kompleksinin tikintisi məqsədi ilə 113,1 kv.m. mənzilini təhvil verir, Cəmiyyət isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi və əlavə olaraq onun 20% artıq sahəsini təmirli olmaq şərti ilə mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 3.3-cü bəndinə əsasən Cəmiyyət onun, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin X3 yaşamaları üçün onun kirayə xərclərini 1 aylıq 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bu günədək Cavabdeh MMC tərəfindən aylıq kirayə haqqından cəmi 29.283 manat pul ödənilmişdir. Cavabdeh MMC tərəfindən xx.xx.2017-ci il tarixli müqavilənin şərtləri pozularaq, ona yeni mənzilin təhvil verilməsi və müvəqqəti yaşaması üçün kirayə haqqının ödənilməsi tam şəkildə həyata keçirilməmiş, bununla da müqavilə öhdəlikləri icra edilməmişdir. Göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh MMC-dən aralarında bağlanmış müqavilə şərtlərinə əməl etməsi, ona yeni mənzilin verilməsini təmin etməsi və ödənilməli olan aylıq 500 manat kirayə haqqını tam ödəməsi tələb olunur. Əks təqdirdə öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə müqavilə öhdəliklərinə əməl edilməsi və pul tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X6 küçəsi, 74 saylı ünvanda yerləşən ümumi sahəsi 113,1 kv.m. olan 4 otaqlı mənzildə yaşamışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı Xəzər rayonlarının ərizəsində abadlıqquruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarına əsasən mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə yaşayış binalarının, habelə bu rayonların ərazisində yaşayış üçün yarasız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması məqsədi ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin 117 nömrəli xx.xx.2016-cı il tarixli sərəncamı əsasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2016-cı il tarixli tapşırığı ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi,74 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü kompleksinin tikintisini həyata keçirir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanılmış “Mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” xx.xx.2017-ci il tarixli müqavilənin müvafiq şərtlərinə əsasən iddiaçı cavabdehə yaşayış kompleksinin tikintisi məqsədi ilə 113,1 kv.m. mənzilini təhvil vermiş, cavabdeh isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi və əlavə olaraq onun 20% artıq sahəsini təmirli olmaq şərti ilə iddiaçının mülkiyyətinə verməsini, iddiaçının, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin X3 yaşamaları üçün onun kirayə xərclərini 1 aylıq 500 manat olmaqla ödəməsini öhdəsinə götürmüşdür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh MTK tərəfindən iddiaçıya aylıq kirayə haqqından 29.283,30 manat məbləğində pul ödənilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərini pozaraq iddiaçıya yeni mənzil təhvil verməmiş və müvəqqəti yaşaması kirayə haqqının ödənilməsi tam şəkildə həyata keçirilməmiş, bununla da müqavilə öhdəlikləri icra edilməmişdir. Bu səbəbdən iddiaçı onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 74 ünvanda olan sökülmüş binaya daha yaxın məsafə yerləşən və tikintisi nəzərdə tutulan binada sahəsi 135,72 kv.metrdən az olmayaraq layihəyə uyğun təmirli mənzilin verilməsi və təmirli mənzil təhvil verilən günə kimi hər ay 500 manat olmaqla kirayə haqqının ona ödənilməsinin cavabdehə həvalə edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi müqavilə şərtlərinə əsasən cavabdeh mübahisəli mənzilin yerində inşa ediləcək binadan yeni təmirli mənzil verilməsini və həmin mənzili təhvil verənədək kirayə haqqı ödənilməsini öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi icra etmədiyindən iddiaçının müqavilə öhdəliyinin icrası ilə bağlı hazırkı tələblə məhkəməyə müraciət etməsi əsaslı hesab edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 74 ünvanda olan, sökülmüş binaya daha yaxın məsafədə yerləşən və tikintisi nəzərdə tutulan binadan sahəsi 135,72 kv.m. az olmayan təmirli mənzilin verilməsi və mənzil təhvil verilənədək müqavilə şərtlərinə əsasən hər ay 500 (beş yüz) manat kirayə haqqının ödənilməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğu üçün, məhkəmə xərci ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 74 ünvanda olan, sökülmüş binaya daha yaxın məsafədə yerləşən və tikintisi nəzərdə tutulan binadan sahəsi 135,72 kv.metrdən az olmayaraq layihəyə uyğun təmirli mənzilin verilməsi və təmirli mənzil təhvil verilən günə kimi hər ay 500 (beş yüz) manat olmaqla kirayə haqqının İddiaçı ödənilməsi Cavabdeh MTK-ya həvalə edilsin. Cavabdeh MTK-dan İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1986/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1986/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver