Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1990/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı MMC-nin - Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin - Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə "Azərmaş” MMC tərəfindən ödənilmiş 375 manat məbləğində pulun və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə bağlanmış 06 noyabr 2020-ci il tarixli MAS-3014 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2019-cu il buraxılışlı, “Khazar Peugeot” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçıMMC lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(009)-2373/'2021 saylı qətnaməsi iiə (hakim R.Qafarova) İddiaçı MMC-nin iddası qismən təmin edilmişdir.“Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti olan “Khazar Peugeot” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi nəticəsində inzibati xəta ilə əlaqədar sürücü AR X4 və Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin və BNA-nın elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir:
1. BNA1418659 saylı protokola görə 18 manat;
2. BNA1266977 saylı protokola görə 18 manat;
3. BNA1266978 saylı protokola görə 18 manat;
4. BNA0599560 saylı protokola görə 18 manat;
5. BNA1266976 saylı protokola görə 18 manat;
6. EQ5186738 saylı protokola görə 36 manat;
7. EQ5186735 saylı protokola görə 36 manat;
8. EQ5186739 saylı protokola görə 36 nıaııat;
9. EQ5186736 saylı protokola görə 45 manat;
10. İXP3608188 saylı protokola görə 96 manat; 11.EQ5611920 saylı protokola görə 36 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 375 manat məbləğində ödəniş edilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiaqanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin nəzərinə çatdırırıq ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəfimizdən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X2 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. X2 Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsin görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən "zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki. qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın ”. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilərək təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2020-ci il tarixli MAS-3014 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, İddiaçı MMC Cavabdeh istifadəsinə 2019-cu il buraxılışlı, “Khazar Peugeot” minik markalı, **-PD- *** dövlət qeydiyyat nişanlı, NVAAD1HFEKH180272 ban nömrəli, qara rəngli avtomobil 13280 manat məbləğinə sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. İş materiallarında olan 06 noyabr 2020-ci il tarixli Təhvil-Təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar Peugeot” markalı 90PD899 dövlət qeydiyyat nişanlı avtomobil təhvil təslim aparılmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC cavabdehə borcu ödəmələrinə dair xəbərdarlıq edilməsi barədə məktub göndərmişdir. İş materiallarında olan portal çıxarışından görünür ki, “Khazar Peugeot” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi nəticəsində inzibati xəta ilə əlaqədar sürücü AR X4 və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. İş materiallarında olan qəbzlədən görünür ki, cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)- 2373/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2020-ci il tarixli MAS-3014 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilmiş, Cavabdeh 06 noyabr 2020-ci il tarixli MAS-3014 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 aprel 2021-ci il tarixə 434,36 (dörd yüz otuz dörd manat otuz altı qəpik) manat əsas borc, 355,35 (üç yüz əlli beş manat otuz beş qəpik) manat mükafat, 74,62 (yetmiş dörd manat altmış iki qəpik) manat dəbbə pulu və dəymiş zərərin əvəzi olaraq 803 (səkkiz yüz üç) manat olmaqla, cəmi 1667,33 (bir min altı yüz altmış yeddi manat otuz üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Baş Dövlət Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli EQ ******* saylı, xx.xx.2020-ci il tarixli EQ ******* saylı, xx.xx.2021-ci il tarixli EQ 5611920, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı, xx.xx.2020-ci il tarixli, İXP ******* saylı, BNA ******* saylı, xx.xx.2021-ci il tarixli, BNA ******* saylı, xx.xx.2021-ci il tarixli, BNA ******* saylı, xx.xx.2021-ci il tarixli, BNA ******* saylı, xx.xx.2021-ci il tarixli, BNA ******* saylı, xx.xx.2019-cu il tarixli qərarlara əsasən Cavabdeh 375 manat məbləğində cərimə olunmuşdur. Müəyyən olundu ki, İddiaçı MMC tərəfindən qeyd olunan qərarlara görə ümumilikdə 375 manat cərimə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən həmin qərarlar üzrə ödənilmiş cəmi 375 manat cərimə məbləğinin cavabdehdən tutulması iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh inzibati xəta haqqında protokollara görə "Azərmaş”MMC tərəfindən ödənilmiş 375 manat məbləğində pul və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq İddiaçıMMC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh inzibati xəta haqqında protokollara görə "Azərmaş” MMC tərəfindən ödənilmiş 375 manat məbləğində pul və ödənilmiş 30.40 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçıMMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova