Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1995/2021 02.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən Cavabdeh 22.000 manat kompensasiya ödənilməklə ona məxsus Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 9 №-li evin 4 №-li mənzili üzərində Cavabdeh istifadə hüququna xitam verilməsi, Cavabdeh həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 08 oktyabr 2004-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahından 16 dekabr 2005-ci il tarixdə X3 və 17 mart 2009-cu il tarixdə X4 adlı iki uşağı doğulmuşdur. Hazırda cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ailə münasibətləri pozulmuş və onlar ayrılmışlar. Bundan sonra ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-720/2018 saylı, 07.05.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 08 oktyabr 2004-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış və 2706 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından anadan olan 16 dekabr 2005- ci il təvəllüdlü X3 və 17 mart 2009-cu il təvəllüdlü X4 anaları Cavabdeh yanında saxlanılmışdır. Uşaqların məhkəmə qətnaməsi ilə ananın yanında qalmaları qət edilsə də, 2020-ci ilin mart ayından etibarən İddiaçı yanında yaşayırlar. Uşaqların bütün xərclərini, yəni geyim, təhsil, sağlamlığa dair xərclərini atası - İddiaçı çəkir. 30 yanvar 2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah ləğv edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya MH 111246 №-li qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 9 saylı evin 4 saylı mənzili iddiaçının atası - X1 xüsusi mülkiyyəti kimi 25.10.1997-ci il tarixdə qeydiyyatdan keçirilmişdir. İddiaçının atası - X2 16 oktyabr 2008-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, İddiaçı mərhum atasının yeganə vərəsəsidir və Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 9 saylı evin 4 saylı mənzil onun miras əmlakıdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 11.03.2020-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 9 saylı evin 4 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının keçmiş ailə üzvü olsa da, iddiaçının mülkiyyətində olan mənzildə yaşayır və orada əsassız olaraq hələ də qeydiyyatdadır. İddiaçı övladlarının xatirinə Cavabdeh mübahisəli mənzildə yaşamasına icazə versə də, sonuncu idiaçının bu mənzildə yaşamasına, mənzili təmir etməsinə hər cür maneəçilik törədir. Hətta cavabdeh iddaçını ümumiyyətlə mənzilə buraxmır. İş üzrə tərəflərin bir mənzildə yaşaması mümkün deyil. Cavabdeh iddiaçını daimi təhdid edir, iddiaçı hesab edir ki, sağlamlığı təhlükə altındadır. Bu səbəbdən iddiaçı cavabdehin mübahisəli mənzildən çıxarılması barədə iddia irəli sürmüşdür. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1597/2020 saylı, 13.10.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil veriliməsi tələbinə dair ilkin iddiası təmin edilmiş və iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1263/2021 saylı, 18.02.2021 -ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1597/2020 saylı, 13.10.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilkin iddia rədd edilmiş və qarşılıqlı iddia isə təmin edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “iddiaçı Səfərəiyev Fərid mübahisəli məznilə dair vərəsəliyi 2008-ci ildə qəbul etdiyi gündən Cavabdeh həmin mənzilə MM-nin 228-ci maddəsi ilə nəzərdə tutulan istifadə hüququ yaranmışdır və bu hüquqa həmin maddə ilə müəyyən edilmiş qaydada bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsi mümkündür”. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2. maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 -ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur:- yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır;- yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31.03.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda miimkündür.Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Göründüyü kimi, iddiaçı ilə bərabər həmin mənzildə iddiaçının keçmiş ailə üzvü olan cavabdeh də qeydiyyatdadır və yaşayır. Bu hal isə iddiaçının mülkiyyətində olan mənzilindən istədiyi kimi istifadə və sahiblik etməyə, mənzilə dair sərəncam verməyə imkan vermir. Bu da onun milli qanunvericilik və beynəlxalq hüquq normaları ilə qorunan mülkiyyət hüquqlarımın pozulması deməkdir. Ona görə hesab edirəm ki, bu məsələ qanunvericiliyin tələblərinə riayət olunmaqla həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.“Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC tərəfindən verilmiş 09.09.2020-ci il tarixli 39 nömrəli qiymətləndirmə arayışından görünür ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə eyni tip orta təmirli mənzillərin kirayə haqqı 400-450 manat təşkil edir. Göründüyü kimi, 3 il müddətində oxşar şəraitili mənzildə yaşamaq üçün cavabdehə aylıq 450 manat olmaqla 16.200 manat vəsait kifayət edir. İddiaçı isə humanistlik edərək cavabdehə övladlarına görə mənzilə istifadə hüququna xitam verilməsi müqabilində 22.000 manat kompensasiya verir və onun istifadə hüququna xitam verilməsini xahiş edir. Hesab edirik ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehə imkan verir ki, o, mülkiyyətçinin (iddiaçının) hesabına davamlı sürətdə və bir neçə il müddətində başqa yerdə, mübahisəli mənzilə xas olan şəraitə oxşar şəraitdə yaşasın, kompensasiyanın məbləği ədalətlidir. Hesab edir ki, mülkiyyətçi olaraq İddiaçı tərəfindən cavabdehə təklif edilən 22.000 manat kompenasiyanın məbləği hazırki bazar qiymətinə uyğundur. Mübahisəli mənzil çox pis təmirlidir, mənzil sonuncu dəfə 25 il bundan əvvəl təmir edilib, təxirəsalınmaz təmirə ehtiyacı var. Həmin mənzildən su sızması nəticəsində Cavabdeh qonşuların mənzillərinə ziyan vurmuşdur. Hesab edirik ki, cavabdehin həmin mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququna Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən kompensasiya verilməsi yolu ilə xitam verilməlidir. Hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 9 saylı evin 4 saylı mənzilinin mülkiyyətçisi olan İddiaçı tərəfindən Cavabdeh Yıizasif qızına 22.000 manat kompensasiyanın verilməsi müqabilində onun həmin mənzildən istifadə hüququna xitam verilməsi və sonuncunun həmin mənzildən çıxarılması hazırkı mübahisənin ədalətli həllidir. İddiaçı 17.08.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 tərəfindən Cavabdeh qızma 25.000 manat kompensasiya ödənilməklə ona məxsus Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 9 №-li evin 4 №-li mənzili üzərində Cavabdeh istifadə hüququna xitam veriliməsi, Cavabdeh həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 31.08.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qızma qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə ərizyə əlavə edilmiş 13 saylı, 25 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "Tərəqqi” MMC-nin qiymətləndirmə rəyini iş materiallarına əlavə edilməsini və yekun qərar qəbul edərkən sübut kimi qiymətləndirməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil2 idda tələbini tam müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh keçmiş ərarvaddırlar, artıq boşanıblar. Kompensasiya ödənilmədən mənzildən çıxarılma ilə bağlı olan iddia tələbləri təmin olunmamışdır. Cavabdehin isə istifadə hüququ tanınmışdır. Tərəflərin birlikdə yaşaması mümkün deyil. Uşaqlar isə atanın yanında qalır. Qətnamədə uşaqlar anaya verilsə də, atada qalması barədə razılaşıblar. Pandemiya başlayandan bəri, 1,5 ildir ki, ata ilə qalırlar. Geyim və yemək kimi bütün xərcləri ata qarşılayır. Ev babadan ataya, atasından da Fərid bəyə vərəsəliklə keçmişdir. İddiaçı cavabdehin yaşamasına icazə versə də, cavabdeh təmir üçün şərait yaratmır. İddiaçı öz mülkiyyətində olan mənzildən istifadə edə bilmir, yaşaya bilmir. Həmin şəraitli evdə kirayə haqqı 400-500 manatdır. 3 ilə 18000 manat edir. İddiaçı 20.000 manat təklif edirdi, hazırda isə 25.000 manat kompensasiya verir. Artıq verməyinin səbəbi isə məhkəmə prosesinin uzanmamasıdır. Bu səbəbdən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmirlər. Daimi istifadə hüququ ilə icarə müqaviləsini əvəz etmək olmaz. Daimi hüquq müvəqqəti hüquqla əvəz edilə bilməz (Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin rəyləri var). Vəkil olaraq, ata olaraq da qadının küçəyə atılmasını qəbul etmir. Bu səbəbdən də iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edirəm. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Nəsimi Rayon Məhkəməsinin 07.05.2018 tarixli, 2(006)-720/2018 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 08 oktyabr 2004-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış və 2706 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması və tərəflərin birgə nikahından anadan olan 16 dekabr 2005-ci il təvəllüdlü X3, və 17 mart 2009-cu il təvəliüdlü X4 anaları Cavabdeh yanında saxlanılması qət edilmişdir. İş üzrə Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən 30.01.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 308181 №-li Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah ləğv edilmiş və akt qeydləri kitabında 30.01.2019-cu il tarixində, 30 №-ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhər Tİ və MHQİ (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən verilmiş 111246 №-li qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 xüsusi paylı mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. İş üzrə Daşinmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********01-05101-093027 reyestr nömrəli Çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən xususi mülkiyyət İddiaçı adına rəsmiləşdirilmişdir. İş üzrə Səbail Rayon Məhkəməsinin 13.10.2020-ci il tarixli, 2(009)-1597/2020 saylı qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 9 syalı evin 4 saylı mənzilindən ona məxsus əşyalarla birlikdə çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı təvih verilməsi və iddiaçı Cavabdeh Yuzasif qızının cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 9 syalı evin 4 saylı mənzilən istifadə hüququnun tanınması barədə qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.02.2021-ci il tarixli, 2(103)-1263/2021saylı qətnaməsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 13.10.2020-ci il il tarixli, 2(009)-1597/2020 nömrəli qətnaməsi ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin 4 saylı mənzilindən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia tələbi təmin edilməməsi, qarşılıqlı iddia təmin edilməsi və Cavabdeh Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin 4 saylı mənzilinə istifadə hüququ tanınması qət edilmişdir. İş üzrə "xxxx" MMC-nin 09.09.2020-ci il tarixli 39 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin, 4 (dörd) otaqlı, ümumi sahəsi 105,30 kv.m olan 4 saylı mənzilinin aylıq kirayə haqqı 400 (dörd yüz) - 450 (dörd yüz əlli) manat arasında dəyişir. İş üzrə İddiaçı sifarişinə əsasən Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "Tərəqqi” MMC tərəfindən verilmiş müstəqil auditor hesabatından görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 105,30 kv.m ümumi sahəsi olan mənzilin orta aylıq kirayə haqqı 400 (dörd yüz) - 450 (dörd yüz əlli) manat arasında dəyişir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin 4 saylı mənzili mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 08.10.2004-cü ildə nikah bağlanılmış və onların birgə nikahdan 16.12.2005-ci il təvəllüdlü X3 və 17 mart 2009-cu il təvəllüdlü X4 adlı uşaqları var. Tərəflər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin 4 saylı mənzildə yaşamışlar. Tərəflər arasında olan nikah 07.05.2018-ci il tarixli qətnamə ilə ləğv edilmiş və buna baxmayaraq hazırki vaxtadək cavabdeh mübahisəli mənzildə yaşamağa davam edir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının mülkiyyətindəki mənzilə köçdükdən sonra Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri baxımından istifadə hüququ əldə etmişdir və hazırda tərəflər arasında nikah ləğv edilsə də, həmin hüquq saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə kompensasiya vermək yolu ilə istifadə hüququna Azərbaycan Respublikası Mülki Məcələlnin 228.2-ci maddəsinin tələbləri baxımından xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı omluşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh ilə nikahın pozulduqdan sonra münasibətləri gərgin olduğuna görə onunla birlikdə bir mənzildə yaşamaq qeyri-mümkündür. İddiaçı iddia tələbində cavabdehə istifadə hüququna kompensasiya verilməsi ilə bağlı məbləği 25000 manat məbləğində göstərmişdir. Məhkəmə qeyd edir ki, kompensasiya məbləği iddiaçı tərəfindən iddia tələbində göstərilməsə də, məhkəmə tərəfindən təklif olunan kompensasiya məbləğinə aydınlıq gətrilməli və təklif olunan məbləğə iddiaçının razılığına uyğun olaraq müəyyən edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir.
2. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin 25.08.2021-ci il tarixli hesabatından görünür ki, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi ərazidə mübahisəli mənzilə uyğun mənzilin aylıq kirayə haqqı 400-450 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili cavabdehə istifadə hüququnun kompensasiyası kimi 25000 manat (450 manat x 24 ay = 10.800 manat) verilməsinə razılığını bildirmişdir. Məhkəmə iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi ərazidə aylıq kirayə haqqı məbləğini və iddiaçı tərəfindən cavabdehə təklif olunan kompensasiya məbləğini nəzərə alaraq hesab edir ki, həmin məbləğ cavabdehin (25000 manat 4 ildən artıq müddətinə) iki il ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verəcəkdir. Həmin məbləği məhkəmə hesab edir ki, ədalətlidir və hər iki tərəfin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarından görünür ki, Avropa insan hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı 13.07.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikasında isə mülkiyyət və yaşayış sahəsindən istifadə etmək hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrin həlli zamanı həm beynəlxalq hüquq normaları, həm də milli qanunvericiliyin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında formalaşmış hüquqi mövqeyinə əsasən hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüququ onlara mənzilin dəyərindən pay ayrılması hüququnu verməsə də, yuxarıda göstərilən qərarda qeyd edildiyi kimi kompensasiya verilməsi elə əvəzləşdirməni nəzərdə tutmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi kompensasiya verilməklə cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi hissəsində təmin edildiyindən, iddia tələbi cavabdehin mübahisəli mənzildən çıxarılması hissəsində də əsaslı hesab edilməli və təmin edilmədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, qətnamənin cavabdehə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması hissələri eyni vaxtda icra edilməlidir. Beləliklə göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbləri əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin 4 saylı mənzili üzrə Cavabdeh istifadə hüququna 25000 (iyirmi beş min) manat, kompensasiya ödənilməklə xitam verilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin 4 saylı mənzilindən çıxarılsın. Qətnamə cavabdehin istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və onun mənzildən çıxarılması hissələrində eyni vaxtda icra edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavadeh Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şəhla Süleymanova