Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1997/2020 26.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, Cavabdeh “xxxx” BOKT MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” BOKT MMC, Cavabdeh2 MMC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” BOKT MMC-yə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə “xxxx” BOKT MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli ÇAŞək 55645/10 saylı zaminlik müqaviləsinə xitam verilməsi, hesabından 1966.86 ABŞ dolları borcun silinməsi və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, yaşadığı rayonda istehlak və digər kreditlərin alınması üçün bank filiallarına müraciət etdiyi zaman şəxsi hesab vərəqəsində zamin öhdəliyi kimi xx.xx.2010-xx.xx.2012-ci illər üzrə 1966.86 ABŞ dolları borc məbləği olduğu bildirilmiş və bu səbəbdən kreditin verilməyəcəyi göstərilmişdir. Bununla əlaqədar xx.xx.2020-ci ildə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə müraciət etmişdir. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Cavabdeh2 MMC tərəfindən ona verilmiş SF-4275 nömrəli çıxarışında onun zamin kimi öhdəlikləri içərisində “xxxx” BOKT-dan alınmış 4000 ABŞ dolları borcun olduğu müəyyən edilmiş və qalıq borc məbləği kimi 1966.86 ABŞ dolları vardır. Daha sonra xx.xx.2020-ci il tarixli ərizə ilə Cavabdeh2 MMC-yə və “xxxx” BOKT MMC-yə müraciət edərək kredit tarixçəsində qeydə alınmış borcun silinməsində köməklik göstərilməsini xahiş etmişdir. "Cavabdeh2” MMC-dən ərizəsinə verilən xx.xx.2020-ci il tarixli V-125/20 saylı cavab məktubunda müraciətə baxıldığı, kredit hesabatınızın məlumatlarında yalnışlıq olduğunu iddia etdiyiniz təqdirdə təsdiqləyici sənədlərlə müvafiq məlumatı təqdim edən məlumat təchizatçısına və ya məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. Eyni zamanda “xxxx” BOKT MMC-nin cavab məktubunda bildirilmişdir ki, zamin olduğunuz X5 illə xx.xx.2020-cu il tarixdə bağlanılmış kredit müqaviləsinə əsasən təşkilatdan 4000 ABŞ dolları məbləğində 18 ay müddətinə kredit alınmış, alınmış kredit üzrə öhdəliklər tam icra edilməmiş və bu günə 204.93 ABŞ dolları faiz, 1761.93 ABŞ dolları cərimə olmaqla cəmi 1966.86 ABŞ dolları borc təşkil edir. Məktuba əlavə edilmiş xx.xx.2020-ci il tarixli ÇAŞƏK 55645/10 saylı kredit müqaviləsinin surətindən göründüyü kimi 18 ay müddətində ödənilməsi şərtilə 4000 ABŞ dolları verilmiş və onun son icra tarixi xx.xx.2012-ci il təşkil edir. Həmçinin onun xx.xx.2020-xx.xx.2012-ci il tarixlərdə həmin kredit müqaviləsinə zamin olmağı ilə bağlı xx.xx.2010-cu il tarixli ÇAŞƏK 55645/10 saylı zaminlik müqaviləsi əlavə edilmişdir. Eyni zamanda kredit ödənişi barəsində çıxarışdan göründüyü kimi X2 xx.xx.2020-cu il tarixli ÇAŞƏK 55645/10 saylı kredit müqaviləsi üzrə əsas borcu yoxdur və sonuncu ödəniş tarixi xx.xx.2012-ci ildir. Beləliklə, iş materiallarına əlavə edilmiş xx.xx.2010-cıı il tarixli ÇAŞƏK 55645/10 saylı zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən, bu müqavilənin müddəti xx.xx.2020-cu il tarixli ÇAŞƏK 55645/10 saylı kredit müqaviləsinin müddəti ilə üst üstə düşür. Həmin kredit müqaviləsinin 1.1-ci bəndinə görə kredit 18 ay müddətinə verilir (kreditin müddəti: xx.xx.2010- xx.xx.2012). Məhkəmə iclasında cavabdeh “xxxx” BOKT MMC-nin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, iddiaçı onlara müraciət etmişdir. Ona bildirilmişdir ki, o, bu barədə məhkəməyə müraciət etməlidir. Bu səbəbdən də, məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin, teleqram vuraraq onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, cavabdehin izahatını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan CAŞƏK 55645/10 saylı kredit müqaviləsindən görünür ki, xx xxxx 2010-cu il tarixdə X5 “xxxx” BOKT–dan 18 ay müddətinə, illik 36 % olmaqla 4000 ABŞ dolları kredit götürmüşdür. İş materiallarında olan CAŞək 55645/10 saylı zaminlik müqaviləsindən görünür ki, xx xxxx 2010-cu il tarixdə X5 ilə “xxxx” BOKT arasında bağlanmış CAŞək 55645/10 saylı 4000 ABŞ dollar kredit müqaviləsinə əsasən zamin X4 məsuliyyət daşıyır. İş materiallarında olan CAŞək 55645/10 saylı zaminlik müqaviləsindən görünür ki, xx xxxx 2010-cu il tarixdə X5 ilə “xxxx” BOKT arasında bağlanmış CAŞək 55645/10 saylı 4000 ABŞ dollar kredit müqaviləsinə əsasən zamin X6 məsuliyyət daşıyır. İş materiallarında olan Cavabdeh2 MMC xx.xx.2020-ci il tarixli, SF-4275 saylı kredit məlumatlarının icmalından görünür ki, 55645 saylı hesab nömrəsi üzrə İddiaçı 1966.86 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinəəsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dairxx xxxxxxxx 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında həmçinin belə nəticəyə gəlmişdir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılımış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı öhdəliyin yarandığı andan əmələ gəlir. Həmçinin zaminliyə xitam verilməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəllənin 477-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa sxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul eməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Məhkəmə hesab edir ki, iş üzrə olan sübutlarla zaminlik öhdəliyinə xitam verilməsi üçün əsaslar müəyyən edildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2010-cu il tarixli, ÇAŞək 55645/10 saylı zaminlik müqaviləsinə xitam verilsin, hesabda olan 1966.86 ABŞ dolları (İddiaçı) borc silinsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1997/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1997/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver