Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2006/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxxx 1958-ci ildə Cəlilabad rayonu Andreyevka kəndində doğulması faktının müəyyən edilməsi və bununla əlaqədar doğum haqqında şəhadətnamə təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1958-ci il tarixində Cəlilabad rayonu Andreyevka kəndində anadan olmuş, ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır və həmin ünvanda yerləşən mənzildə daimi olaraq yaşayır. Atası, X1 və anası X7 1951-ci il tarixindən faktiki nikah münasibətlərində olmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. xx.xx.1958-ci il tarixində faktiki nikah münasibətindən o, Ərizəçi dünyaya gəlmişdir. Lakin valdeynləri onun üçün savadsızlıqdan, o cümlədən məlumatsızlıqdan irəli gələn səbəblərdən doğum haqqında şəhadətnamə əldə etməmişlər. Valideynləri isə o doğulduqdan 2 il sonra, xx.xx.1960-cı il tarixində 29 nömrəli aktla nikah münasibətlərini rəsmiləşdirmiş, lakin yenə də onun üçün doğum haqqında şəhadətnamə əldə etməmişlər. İndiki vaxtda da, o, doğum haqqında şəhadətnamənin olmaması səbəbindən bir çox maneə ilə üzləşir və məhrumiyyətlər yaşayır. Bu barədə dəfələrlə uzaq məsafə qət edib, Maraqlı şəxsnə müraciət etsə də, müraciətləri cavabsız qalmış, heç bir nəticə verməmişdir. Valdeynlərinin hər ikisinin vəfat etməsi işi xüsusilə çətinləşdirmişdir. Bunu işə əlavə etdiyi 20.09 2001-ci il tarixli 119468 nömrəli və xx.xx.1995-ci il tarixli 464561 saylı ölüm haqqında şəhadətnamələrlə təsdiq edir. Doğum haqqında şəhadətnaməni almaq üçün 5 saylı Bakı “ASAN xidmət” şöbəsinə xx.xx.2023-cü il tarixli müraciət etdikdə, “ASAN xidmət” tərəfindən Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti arxiv fondunda 1955-1961-ci illərə aid Cəlilabad rayon və Qarazəncir icra nümayəndəliyi üzrə və ‘Vətəndaşlıq vəziyyəti aktları’ avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparmış və doğum haqqında akt qeydi aşkar etməmişlər və məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Elə ona görə də, bəzi sənədləşmə işləri ilə bağlı doğum haqqında şəhadətnamənin olmasının vacibliyini nəzərə alaraq və həmin şəhadətnamənin başqa yolla əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.7-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi, xx.xx.1958-ci ildə Cəlilabad rayonu, Andreyevka kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxiv fondunda 1955-1961-ci illərə aid Cəlilabad rayon və Qarazəncir icra nümayəndəliyi üzrə və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan İİ-JQ 464561 nömrəli, xx.xx.1995-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.1994-cü ildə 75 yaşında ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1994 ildə sentyabr ayının 15 günündə 38 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZ 119468 nömrəli, xx.xx.2001-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2001-ci ildə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2001 ilin noyabr ayının 01 günündə 38 № ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 1658/12 nömrəli arayışdan görünür ki, X1 və X2 nikahı haqqında 04 iyun 1960-cı il tarixdi 29 №-li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Cəlilabad rayon Qarazəncir kənd icra nümayəndəliyi. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, Ərizəçi onun doğma qardaşıdır. Onların valideynləri X1 və X7 olmuşlar, atası xx.xx.1994-cü ildə, anası xx.xx.2001-ci ildə vəfat etmişlər. Onlar ailədə 3 bacı və 4 qardaşdırlar. Qardaşı Ərizəçi xx.xx.1958-ci ildə Cəlilabad rayonu, Andreyevka kəndində doğulmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində bildirmişdir ki, Ərizəçi onun doğma qardaşıdır. Onların valideynləri X1 və X7 olmuşlar, atası xx.xx.1994-cü ildə, anası xx.xx.2001-ci ildə vəfat etmişlər. Onlar ailədə 3 bacı və 4 qardaşdırlar. Qardaşı Ərizəçi xx.xx.1958-ci ildə Cəlilabad rayonu, Andreyevka kəndində doğulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu ”Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 03 saylı, 12 aprel 2019-cu il tarixli Qərarında məhkəmələrə izah etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1958-ci il tarixində Cəlilabad rayonu Andreyevka kəndində doğulmuşdur, onun valideynləri atası X1, anası X7 olmuşlar. Bu xüsusat onun Səbail RPİ-si tərəfindən xx.xx.2011-ci il tarixində verilmiş şəxsiyyət vəsiqəsindən, digər sənədlər və şahid ifadələri ilə təsdiq olunmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçinin doğumun qeyd edilməsi faktı müəyyən olunmalı, ona doğum haqqında şəhadətnamə verilərək, həmin şəhadətnamədə ata qrafasında X1 (milliyyəti azərbaycanlı), ana qrafasında X7 (milliyyəti azərbaycanlı) qeyd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxx 1958-ci il tarixdə Cəlilabad rayonu, Andreyevka kəndində doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında X1 (milliyyəti azərbaycanlı), ana qrafasında X7 (milliyyəti azərbaycanlı) göstərilsin. Həmin qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2006/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2006/2023
15.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver