Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2028/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X8 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və 3-cü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh 2 saylı X3rşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 25 oktyabr 2023cü il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh 2 saylı X3rşı “işə bərpa və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli əmr və xx.xx.2023-cü il tarixli əmrin etibarsız hesab edilməsi, tarix müəllimi vəzifəsinə bərpa olunaraq xx.xx.2023-cü il tarixdən işləmədiyi müddətdə orta aylıq əmək haqqı miqdarında ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixindən Bakı şəhəri 2 saylı TH Liseyin müvəqqəəti direktor əvəzi Aybəniz Cavadova tərəfindən iddiaçı barəsində xəbərdarlıq edilmədən əmr verilərək xx.xx.2023-cü il tarixi müddətində əmək fəaliyyətini məhdudlaşdırmışdır. xx.xx.2023-cü il tarixində 2 saylı TH Liseyin təşkilatçısı Kəmalə Abbasova direktor vəzifəsini müvəqqəti icra edən adından xəbərdarlıq edilmədən Əmək Müqaviləsinə xitam verilməsi haqqında əmr imzalamışdır. Bu xəbəri aldıqdan sonra xx.xx.2023-cü il tarixində 2 saylı TH Liseyin direktoru Turanə Məcidliyə ərizə ilə müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixli əmrin surəti iddiaçıya təqdim edilmişdir. Bununla əlaqədar olaraq bildirmək istəyir ki, həyat yoldaşı 2009-cu ildə vəfat etdikdən sonra 2 azyaşlı uşaqları tək böyütmüşdür. Biri 10-cu sinifdə, digəri isə ali məkətəbə imtahan vermişdir. Başlıca məqsədi onların təhsillərini başa vurmalarını nəticələndirməkdir. Bu səbəbdən əmək fəaliyyətini davam etmək hüququndan istifadə etmək istəyir. 1993-1994cü illər arasında Azərbaycan torpaqlarının bütövlüyü uğrunda Qarabağın Murov dağ istiqamətində Kəlbəcərdə ağır döyüşlərdə iştirak etmişdir. İddiaçı haqqında xx.xx.2022- ci il tarixli əmr verilərkən razılaşma olmayıb, ərizəsi yazılmayıb, xəbərdarlıq edilmədən, heç bir müddət göstərilmədən əmək müqaviləsi imzalanmayıb. AR ƏM maddəsinin 81.2 bu məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Ümumiyyətlə, xx.xx.2022-ci il tarixli əmr ƏM-nin tələbləri pozularaq qanunsuz olaraq yazılmışdır. AR ƏM-nin 77-ci maddəsinin tələblərinə əməl edilməyərək xəbərdarlıq edilmədən xx.xx.2023-cü il tarixli əmr qanunsuz olaraq yazılmışdır. Sözügedən əmr işəgötürənlə işçi arasında fərdi qaydada yazılmalı olduğu halda qanunsuz olaraq siyahı əsasında bir neçə müəllimlərin adları göstərilərək qanunsuzluqların üstünü örtmək məqsədilə yazılmışdır. AR-sı ƏM-nin 84.1 maddəsinə əsasən, xx.xx.2023-cü il tarixli əmr yazılarkən hüquqi ünvan göstərilməyib, işəgötürənin vəzifəsinin adı və atasının adı göstərilməyib, Əmək Müqaviləsi üzrə işçinin vəzifəsi, peşəsinin adı qeyd edilməyib, Əmək Müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməyib, əmr 2 saylı TH Liseyin direktoru Turanə Məcidli tərəfindən imzalanmalı olduğu halda liseyin təşkilatçısı Kəmalə Abbasova tərəfindən imzalanmışdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, AR Elm və Təhsil Nazirliyinin Bakı şəhəri Üzrə Təhsil İdarəsinə ünvanladığı məktubda qeyd edilmişdir ki, təqvim ilinin sonunda çalışmanın yaş həddinə çatmış müəllimlərlə çalışma müddəti həmin tədris ilinin sonuna kimi uzadılsın. Belə olan halda isə iddiaçının razılığı əsasında əmr çıxarılmaqla onun çalışma müddəti tədris ilinin sonuna kimi uzadılmışdır. Cavabdeh təhsil müəssisəsi isə həmin xx.xx.2022-ci il tarixli əmri çıxararkən Bakı şəhəri Üzrə Təhsil İdarəsinin qeyd olunan 2973-02/10 nömrəli məktubunu əsas götürmüşdür. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 2 saylı X4 xx.xx.2022-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, İddiaçı çalışma müddəti yaş həddinə çatması ilə əlaqədar olaraq 2022/2023-cü tədris ilinin sonunadək uzadılmışdır. 14 avqust 2023-cü il tarixli 8 saylı əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə son yaş həddinə çatmağı əsası ilə xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 2 saylı X5 tarix müəllimi vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixdə onun çalışma müddəti yaş həddinə çatması ilə əlaqədar olaraq tədris ilinin sonuna kimi uzadılmışdır. 14 avqust 2023-cü il tarixli 82 saylı əmr ilə isə onunla bağlanılmış əmək müqaviləsinə son yaş həddinə çatmağı əsası ilə xitam verilmişdir. Məhkəmə ilk öncə xx.xx.2022-ci il tarixli əmrə münasibətdə qeyd edir ki, iddiaçı 2022-ci ilin dekabr ayında 65 yaşını tamamlamaqla dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə çatmışdır. Bundan sonra isə işəgötürənin əmri əsasında onun çalışma müddəti tədris ilinin sonunadək uzadılmışdır. Məhkəmə həmçinin işçinin çalışma müddətinin uzadılmasına razılıq verməsi barədə mübahisəyə münasibətdə qeyd edir ki, qanunvericilikdə işçinin bu razılığı məhz yazılı formada verməli olduğu əks olunmur. İşçinin çalışma müddətinin uzadılmasından işdən azad olunana kimi əmək fəaliyyətinə öz iradəsinə zidd olmadan davam etməsi məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, işçi öz hərəkətləri ilə şifahi formada da olsa buna razılıq vermişdir. Belə olan halda işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli əmrin verilməsində hər hansı qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-1.1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. 10-1.6-cı maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir Məhkəmə iddiaçının 14 avqust 2023-cü il tarixli işdən azad olunma ilə bağlı əmrə münasibətdə işdən azad olunmamışdan qabaq ona xəbərdarlıq edilməməsi ilə bağlı bildirdiklərinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən işçi çalışmanın yaş həddinə çatmaqla işdən azad olunarkən onun öncədən rəsmi xəbərdar edilməsi tələb olunmur. İddiaçı isə çalışmanın son yaş həddinə çatdığı 2022-ci ilin dekabr ayından həmin tədris ilinin (2022/2023) sonuna kimi çalışmaqda və əmək haqqı almaqda davam etməklə onun çalışma müddətinin uzadılmasına razılıq verməsi barədə öz iradəsini ifadə etmişdir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda işəgötürən işçi ilə bağladığı əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, işçi yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad olunduğu halda işəgötürən tərəfindən qabaqcadan bununla bağlı rəsmi xəbərdar edilməlidir. Çalışmanın yaş həddinə çatmaqla işdən azad olunarkən qanunvericilik işəgötürənin üzərinə belə bir öhdəlik qoymamışdır. Məhkəmə iddiaçının 14 avqust 2023-cü il tarixli işdən azad olunma ilə bağlı əmrə münasibətdə əmrin səlahiyyətli olmayan şəxs tərəfindən imzalanması bağlı bildirdiklərinə münasibətdə qeyd edir ki, işəgötürən tərəfindən bu məsələdə də qanunvericiliyin tələbləri gözlənilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhər üzrə Təhsil İdarəsinin 20 iyul 2023-cü il tarixli əmrinin surətindən görünür ki, 2 saylı X4 direktoru 22 avqust 2023-cü il tarixinə kimi məzuniyyətə buraxılmış və müəssisəinin direktor vəzifəsinin həvalə olunduğu şəxs X1 olmuşdur. Eyni zamanda 14 avqust 2023-cü il tarixli əmrdən çıxarışdan da görünür ki, iddiaçı barəsində əmr məhz direktor vəzifəsini müvəqqəti icra edən şəxs kimi X1 tərəfindən verilmişdir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə yekun qənaətə gəlir ki, iddiaçının çalışma müddətinin uzadılması və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli əmrlərin ləğv edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş hər hansı bir əsas mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh 2 saylı X3rşı “işə bərpa və s.” tələbinə dair iddiası təmin edilməsin. Mediasiya xərci qismində ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2028/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2028/2023
25.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver