Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2030/2024 15.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi O.E.Həsənovun iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı işdən çıxarılma müavinətin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı işdən çıxarılma müavinətin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2014-cü il tarixdən etibarən Cavabdeh MMC-nin Azf-088 layihəsində əmək fəaliyyətinə başlamışdır. Əmək müqaviləsi Cavabdeh MMC ilə ilkin olaraq müddətli bağlanmış və AR ƏM-nin 45-ci maddəsinin 5-ci bəndinə əsasən əmək fəaliyyətinin və müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq davam etdiyi üçün müddətsiz müqavilə ilə əvəz olmuşdur. O, 6 il 7 ay müddətində Cavabdeh MMC-nin Azf-088 layihəsində müxtəlif vəzifələrdə, sonuncu isə “X6 üzrə Koordinator” vəzifəsində çalışmışdır. Əmək fəaliyyətində olduğu Cavabdeh MMC-nin Azf-088 layihəsinin yekunlaşması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə sözügedən layihədə ştatlar ləğv edilərək 2 həftə öncədən xəbərdarlıq edilməklə onunla bağlanmış əmək müqaviləsinə işdənçıxarma müavinətinin ödənilməməsi məqsədi ilə əsassız olaraq AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Sözügedən şirkətdə xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixinə fasiləsiz olaraq 6 il 7 ay müddətində əmək fəaliyyətində olduğunu (5 ildən çox fasiləsiz əmək stajı) və müddətsiz əmək müqaviləsinin Cavabdeh MMC ilə bağlandığını nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə və 77-ci maddəsinin 1-ci hissəsinin 3-cü tələbinin təmin edilmədiyindən ona 4 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli və AR ƏM-nin 77-ci maddəsinin “b” bəndinin tələbinə uyğun olaraq orta aylıq əmək haqqının 1.7 misli işdən çıxarılma müavinəti ödənilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi təmin edilsin. Orta aylıq əmək haqqının 1.7 misli işdən çıxarılma müavinəti ödənilməməsi səbəbləri barədə soruşduqda ona bildirmişlər ki, əlavə hesablamalar aparılıb ödəniləcək. Lakin bu günə kimi əmək haqqı ödənilməmişdir. xx.xx.2021-ci il tarixdən hazıra kimi ödənilməmiş 6446,40 manat pulunun və həmin pulun ödənilmədiyi hər gün üçün 1 faiz işçiyə pul əvəzinin ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, işəgötürən qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrindən birini yerinə yetirmir, qeyd olunan fakt əmək haqqını hesabı üzrə bank çıxarışı ilə təsdiq olunur. Onun məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi günə olan hesaba görə Cavabdeh MMC ödənişin hər gecikdirilmiş gün üçün ona 6446,40-1%=6,4x1095 (bir günü 6,4 manat olmaqla gecikdirilmiş 1095 günə vurulmaqla) 7.008 manat məbləğində ödəniş verilməlidir. Müavinatın ödənilməsi barədə cavabdehə xx.xx.2024-cü il tarixdə tərəfindən sifarişli məktub göndərilmişdir. Həmin məktuba müsbət cavab verilməmişdir. Əmək münasibətlərinin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi. Ona əmək müqaviləsinin ləğv edilməsi barədə xəbər verilməmişdir. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir (Əmək Müqaviləsinin 172-ci maddəsinin 1,2 və 4-cü hissələri). xx.xx.2021-ci il tarixdən hazıra kimi ödənilməmiş 6.446,40 manat müavinət pulunun və həmin pulun ödənilmədiyi hər gün üçün 1% işçiyə pul əvəzinin ödənilməsi nəzərdə tutulmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MMC-dən müavinət ödənişləri üzrə 6.446,40 manat məbləğində pul tutularaq onun xeyrinə ödənilməsi, Cavabdeh MMC müavinət ödənişin xx.xx.2021-ci il tarixdən hazıra kimi hər gecikdirilmiş gün üçün 6.446,40-1%=6.4x1095 (bir günü 6.4 manat olmaqla gecikdirilmiş 1095 günə vurulmaqla) 7.008 manat miqdarında vəsaitin cavabdehdən alınaraq onun xeyrinə pul kompensasiyası ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair altı həftə əvvəl xəbərdar edilməli olduğu halda ona 2 həftə öncə xəbərdarlıq edilmiş və belə olan halda ona 3.792 manat x 0,9 misli=3.412,80 manat məbləğində vəsait alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə iddiaçının iştirakı olmadan baxılması barədə vəsatətini nəzərə alaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək və iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim edilərək izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Cavabdeh Birgə Müəssisəsinin (hazırda Cavabdeh MMC) Azf-088 layihəsinə əmək müqaviləsi əsasında “X6 üzrə koordinator” peşəsinə işə qəbul olunmuşdur. Tərəflərin təsdiqlədiyi əmək müqaviləsində əks olunduğu kimi, işəgötürən tərəfindən layihə çərçivəsində işlərin azalması ilə əlaqədar İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hal) əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq son haqq-hesab aparılmaqla xitam verilmişdir. Qanunvericilikdə bununla bağlı imperativ norma nəzərdə tutulmadığı halda korporativ sosial məsuliyyət prinsipindən yanaşılaraq və işçinin əməyini qiymətləndirərək məqsədi ilə əmək müqaviləsinə xitam verilərkən Cavabdeh MMC tərəfindən müvafiq əmr əsasında İddiaçı aylıq vəzifə maaşının üç misli məbləğində əlavə ödəniş edilmişdir. İddiaçının tələblərinin faktiki və qanunvericilik baxımından əsassız olması ilə yanaşı, hazırkı iddia üzrə Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən olunmuş iddia müddəti artıq ötmüşdür. İşin faktiki hallarından və təsdiqedici sənədlərdən göründüyü kimi, Cavabdeh MMC ilə İddiaçı arasındakı əmək münasibətləri zamanı və bu münasibətlərə xitam verildikdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə Cavabdeh MMC tərəfindən əməl edilmişdir və mövcud sənədlərin məcmusuna qiymət verilərək iddia tələbi rədd edilməlidir. İddiaçı təkrarən bir neçə dəfə əmək qanunvericiliyinin Cavabdeh MMC tərəfindən pozulması iddiası ilə müraciət etmiş, lakin bu halları heç bir mötəbər sübutla təsdiq edə bilməmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Cavabdeh Birgə Müəssisəsinin 253/K nömrəli, xx.xx.2021-ci il tarixli əmrin surətindən görünür ki, Azf-088 layihəsinin: layihə rəhbəri X3, cühüğü X1, sürücü X2 və ətraf mühatinin mühafizəsi üzrə koordinatoru İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “e” bəndinə əsasən (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hal) əsasən son haqq-hesab ödənilməklə xitam verilməsi əmr edilmişdir. Əmrin əsası kimi Azf-088 layihəsinin rəhbərliyi tərəfindən göndərilmiş məktub, Baş direktorun birinci müavini Ali Şanlının və Baş direktorun dərkənarı göstərilmişdir. Həmin əmrlə tanış olarkən İddiaçı xx.xx.2021-ci il tarixdə əmrlə tanış olması, qeyd olunmuş maddə ilə əmək müqaviləsinə xitam verilməsi ilə razı olmaması qeyd etmişdir. İş üzrə İddiaçı kart hesabından çıxarışın surətindən görünür ki, işəgötürən tərəfindən İddiaçı 2020-ci ilin iyun ayından 2021-ci ilin iyun ayınadək əmək haqqı ödənilmişdir. İş üzrə Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/2-0352 saylı, xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı ödənilməmiş əmək haqqı,məzuniyyət pulu və digər ödənilməmiş vəsait tələbinə dair mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə, saat 13.30-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar da rədd edilməsini xahiş etmiş və bununla əlaqədar yazılı vəsatət vermişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixdə Cavabdeh MMC-nin Azf-088 layihəsinə əmək müqaviləsi əsasında “X6 üzrə koordinator” peşəsinə işə qəbul olunmuş, işəgötürən tərəfindən layihə çərçivəsində işlərin azalması ilə əlaqədar xx.xx.2021-ci il tarixli əmrinə əsasən iddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hal) əsasən son haqq-hesab ödənilməklə xitam verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki,iddiaçı həmin əmrlə tanış olduqdan sonra, tanış olduğu əmrə qeyd kimi “qeyd olunmuş maddə ilə əmək müqaviləsinə xitam verilməsi ilə razı deyiləm” kimi məlumat göstərsə də, iddiaçı tərəfindən onun işdən azad olunma əmrinin düzgün verilməməsi ilə bağlı məhkəmədə iddia qaldırması və mübahisəyə dair məhkəmə araşdırılmasının aparılmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, əmək müqaviləsi Cavabdeh MMC ilə ilkin olaraq müddətli bağlanmış və AR ƏM-nin 45-ci maddəsinin 5-ci bəndinə əsasən əmək fəaliyyətinin və müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq davam etdiyi üçün müddətsiz müqavilə ilə əvəz olmuşdur. O, 6 il 7 ay müddətində Cavabdeh MMC-nin Azf-088 layihəsində müxtəlif vəzifələrdə, sonuncu isə “X6 üzrə Koordinator” vəzifəsində çalışmışdır. Əmək fəaliyyətində olduğu Cavabdeh MMC-nin Azf-088 layihəsinin yekunlaşması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə sözügedən layihədə ştatlar ləğv edilərək 2 həftə öncədən xəbərdarlıq edilməklə onunla bağlanmış əmək müqaviləsinə işdənçıxarma müavinətinin ödənilməməsi məqsədi ilə əsassız olaraq AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Sözügedən şirkətdə xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixinə fasiləsiz olaraq 6 il 7 ay müddətində əmək fəaliyyətində olduğunu (5 ildən çox fasiləsiz əmək stajı) və müddətsiz əmək müqaviləsinin Cavabdeh MMC ilə bağlandığını nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə və 77-ci maddəsinin 1-ci hissəsinin 3-cü tələbinin təmin edilmədiyindən ona 4 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli və AR ƏM-nin 77-ci maddəsinin “b” bəndinin tələbinə uyğun olaraq orta aylıq əmək haqqının 1.7 misli işdən çıxarılma müavinəti ödənilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi təmin edilsin. Orta aylıq əmək haqqının 1.7 misli işdən çıxarılma müavinəti ödənilməməsi səbəbləri barədə soruşduqda ona bildirmişlər ki, əlavə hesablamalar aparılıb ödəniləcək. Lakin bu günə kimi əmək haqqı ödənilməmişdir. xx.xx.2021-ci il tarixdən hazıra kimi ödənilməmiş 6446,40 manat pulunun və həmin pulun ödənilmədiyi hər gün üçün 1 faiz işçiyə pul əvəzinin ödənilməsi nəzərdə tutulmuşdur. Onun məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi günə olan hesaba görə Cavabdeh MMC ödənişin hər gecikdirilmiş gün üçün ona 6446,40 - 1%=6,4x1095 (bir günü 6,4 manat olmaqla gecikdirilmiş 1095 günə vurulmaqla) 7.008 manat məbləğində ödəniş verilməlidir. xx.xx.2021-ci il tarixdən hazıra kimi ödənilməmiş 6.446,40 manat müavinət pulunun və həmin pulun ödənilmədiyi hər gün üçün 1% işçiyə pul əvəzinin ödənilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən iddiaçı Cavabdeh MMC-dən müavinət ödənişləri üzrə 6.446,40 manat məbləğində pul tutularaq onun xeyrinə ödənilməsi, Cavabdeh MMC müavinət ödənişin xx.xx.2021-ci il tarixdən hazıra kimi hər gecikdirilmiş gün üçün 6.446,40-1%=6.4x1095 (bir günü 6.4 manat olmaqla gecikdirilmiş 1095 günə vurulmaqla) 7.008 manat miqdarında vəsait cavabdehdən alınaraq onun xeyrinə pul kompensasiyası ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair altı həftə əvvəl xəbərdar edilməli olduğu halda ona 2 həftə öncə xəbərdarlıq edilmiş və belə olan halda ona 3.792 manat x 0,9 misli=3.412,80 manat məbləğin vəsait alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. X4 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir (Əmək Məcəlləsinin 172-ci maddəsinin 1, 2 və 4-cü hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinin xitam verilməsinin əsaslarından biridir. Məhkəmə qeyd edir ki, iddiaçı onun işdən azad olunma barədə əmrdə onunla bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməli olduğu halda düzgün olmayaraq 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndi ilə xitam verilməsinin qanunsuz olmasını əsas gətirərək, qeyd edilən Məcəllənin 77-ci maddəsinə müvafiq ona tələbində qeyd etdiyi müavinətin verilməli olmasını, lakin həmin müavinətin ona verilməməsini göstərmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən onun işdən azad olunma əmrinin düzgün verilməməsi ilə bağlı məhkəməyə müraciət etməməsi, hazırkı tələbə baxarkən əmək münasibətlərinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndi ilə xitam verilməsi zamanı müavinətin ödənilmə halı araşdırılmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında əmək münasibətlərinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndi ilə xitam verildikdən sonra iddiaçıya qanunvericiliyinin tələblərinə uyğun olaraq son haqq-hesab hesablanaraq verilmişdir. İddiaçı həmin maddə ilə ona verilmiş son haqq-hesabı əsassız hesab etmir. Bu səbəbdən məhkəmə iddiaçının cavabdeh tərəfindən ona işdən çıxarılma müavinətin düzgün hesablanıb verilməməsi barədə dəlillərini əsaslı hesab etmir, məhkəmə hesab edir ki, iddia tələbi müavinət ödənişləri üzrə 6.446,40 manat məbləğində pulun tutulması hissəsində əsassızdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının müavinət ödənişləri üzrə 6.446,40 manat məbləğində pulun ödənilməsi barədə tələbi əsassız hesab olunduğu üçün, iddia tələbi müavinət ödənişin xx.xx.2021-ci il tarixdən hazıra kimi hər gecikdirilmiş gün üçün 6.446,40-1%=6.4x1095 (bir günü 6.4 manat olmaqla gecikdirilmiş 1095 günə vurulmaqla) 7.008 manat miqdarında vəsaitin cavabdehdən alınaraq iddiaçının xeyrinə pul kompensasiyası ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair altı həftə əvvəl xəbərdar edilməli olduğu halda ona 2 həftə öncə xəbərdarlıq edilmiş və belə olan halda ona 3.792 manat x 0,9 misli=3.412,80 manat vəsaitin tutulması hissələrində də əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş hazırki tələblə əlaqədar məhkəməyə müraciət etmək üçün 1 illik iddia müddətini ötürmüşdür. Cavabdehin nümayəndəsi tərəfindən hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddianın bu əsasla da rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edilən maddənin 5-ci bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçının xx.xx.2021-ci il tarixdən ödənilməmiş müavinətin tələb edilməsi ilə bağlı mübahisənin həlli üçün isə qanunvericilikdə 1 il ərzində məhkəməyə müraciət edilməsi nəzərdə tutulduğundan, məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan 3 ildən əvvəlki müddət üçün ödənilməyən müavinətin tələb edilməsi ilə bağlı iddia tələbi, eyni zamanda iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi ilə əlaqədar da təmin edilməməlidir. İddia müddətinə aid olunmuş Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir;üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.» E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı pozulmuş əmək hüquqlarının bərpası ilə əlaqədar məhkəmədə iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətləri ötürdüyündən, həmçinin qaldırılan iddia tələblərinin təmin edilməsi ilə əlaqədar əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ : İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən müavinət ödənişləri üzrə 6.446,40 manat məbləğində pul tutularaq onun xeyrinə ödənilməsi, Cavabdeh MMC müavinət ödənişin xx.xx.2021-ci il tarixdən hazıra kimi hər gecikdirilmiş gün üçün 6.446,40-1%=6.4x1095 (bir günü 6.4 manat olmaqla gecikdirilmiş 1095 günə vurulmaqla) 7.008 manat miqdarında vəsaitin cavabdehdən alınaraq onun xeyrinə pul kompensasiyası ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair altı həftə əvvəl xəbərdar edilməli olduğu halda ona 2 həftə öncə xəbərdarlıq edilmiş və belə olan halda ona 3.792 manat x 0,9 misli=3.412,80 manat məbləğin vəsait alınaraq ona ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2030/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2030/2024
15.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver