Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2037/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və əmrin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MMC-yə qarşı “işə bərpa və əmrin ləğvi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli əmrin etibarsız hesab edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və ödənilməmiş 1 aylıq əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Cavabdeh MMM-nin Səbail rayonu, Salyan şosesində yerləşən “X5 Hotel” adlı otelində ofisiant vəzifəsində çalışmışdır. Həmin oteldən çalışdığı müddətdə daima işinə məsuliyyətlə yanaşmış və buna görə də kollektivin hörmətini qazanmışdır. Anası ürək xəstəliyi ilə əlaqədar işəgötürənə xx.xx.2019-cu il tarixdə işdənçıxma barədə ərizə yazmışdı. İşəgötürənə bildirmişdir ki, məni tez işdən azad etsin. Çünki anasının xəstəliyi ilə əlaqədar Türkiyə Respublikasına getməli idi. Həmin tarixdə Türkiyə Respublikasına getməyimi AZE № C02749128 saylı xarici pasportundakı giriş-çıxış pasportları təsdiq edir. Belə ki, həmin pasportdan görünür ki, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ölkədən çıxışla bağlı möhürü, Gürcüstan Dövlət Sərhəd Xidmətinin xx.xx.2019-cu il tarixdə, Türkiyə Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2019-cu il tarixdə möhürü var. Buradan da görünür ki, onun dövlət sərhədini keçməyi və həmin ərəfədə Türkiyə Respublikasına getməyi işin mübahisəsiz və şübhə doğurmayan halıdır. Lakin təəsüflər olsun ki, işəgötürənə yazılı şəkildə işdən azad olma barədə ərizə təqdim edərək təxminən bir həftə sonra üzrlü səbəbdən işə gəlməsə də sonradan əmək kitabça ona təqdim olunarkən, daha sonra isə esosial.az saytında şəxsi kabinetimə baxarkən işəgötürənlə aramızdakı əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsi ilə xitam verilməsi barədə qeydin olduğunu gördü. Bununla əlaqədar bildirir ki, işəgötürən tərəfindən əmək müqaviləsinin 72-ci maddəsi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona rəsmi qaydada məlumat verilməmiş, işdən çıxma barədə əmrin surəti, son-haqq hesab təqdim olunmamış, eləcə də işlədiyi cari ayın 24 gününün əmək haqqı ( rəsmi əmək haqqım 376 AZN) ona verilməmişdir. Bu halı sübut edən mötəbər dəlil isə xx.xx.2019-cu il tarixdə 142 çağrı mərkəzinə əmək qanunvericiliyi ilə bağlı etdiyi şikayətdir. Şikayəti **********3 saylı kargüzarlıq nömrəsi ilə qeydiyyata alınmışdır. Şikayətini qeydə alan operator X3 belə bir qeyd aparmışdır: “Vətəndaş “Crescent beach hotel baku” da ( VÖEN **********) çalışıb. Ailə vəziyyəti ilə əlaqədar xx.xx.2019-cu il tarixindən işdən çıxmaq üçün ərizə yazıb və xx.xx.2019-cu il tarixində rəsmən işdən azad olunub. Vətəndaş bildirir ki, işlədiyi iyul ayının əmək haqqını almayıb və ordan bildiriblər ki, ərizə yazılan tarixdən sonra 1 ay işləmədiyi təqdirdə əmək haqqı verilməyəcək. Tələbi 24 günün əmək haqqını almaqdır. Vətəndaş xx.xx.2019-cu il tarixdə ölkədən gedəcəyi üçün həmin tarixədək müraciətinin cavablandırılmasını xahiş etmişdir. Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)- 2611/2019 saylı qətnaməsində isə qeyd olunmuşdur ki, Cavabdeh MMM-nin nümayəndəsi X2 iddia ərizəsini qəbul etməyərək onun təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən tərəflər razılığa gəlmişlər ki, işçi öz xahişi ilə işdən çıxmaq istədiyi vaxt 30 gün əvvəl işəgötürəni xəbərdar etməlidir. Lakin iddiaçı əmək müqaviləsinin qeyd olunan tələbinə məhəl qoymamış və 2019-cu ilin iyul ayının ortalarında işəgötürəndən şihafi olaraq onu dərhal, öz xahişi ilə tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. İddiaçı onun tutduğu vəzifədən dərhal azad olunmasına dair işəgötürənə yazılı ərizə təqdim etməmişdir. Qeyd edirəm ki, Cavabdeh MMM-nin nümayəndəsi X1 məhkəməyə verdiyi bu ifadə yalandır. Belə ki, xx.xx.2019-cu il tarixdə (işdən çıxarılmağımdan 1 həftə sonra) 142 çağrı mərkəzinə əmək qanunvericiliyi ilə bağlı etdiyim şikayətdə qeyd etmişdir ki, o işəgötürənə işdən çıxma ilə bağlı yazılı ərizə ilə müraciət etmişdir. Üstəlik hər bir iş yerində olduğu kimi onun iş yerimizdə də yazılmış qanunlarla yanaşı yazılmamış qanunlar da var idi. Belə ki, ondan öncə də işdən çıxma barədə işəgötürənə ərizə ilə müraciət edən şəxslər olmuş, onlar təxminən 7-14 gün aralığında işdən azad olunmuş, heç bir problem olmamışdır. Ona qarşı olan bu ədalətsizliyin kökündə nə dayanır hələ də ona aydın deyil. Düşünürəm ki, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 72. maddəsi ilə xitam verilməsi digər işçilərə “göz dağı vermək” xarakteri daşıyırdı. Çünki həmin ərəfədə müəssisədə kütləvi şəkildə işdən çıxmaq istəyənlər var idi. Ancaq o işdən çıxmaq istəmirdi. Sadəcə anasının xəstəliyi ilə əlaqədar Türkiyə Respublikasına getməli idi. Lakin işəgötürən ondan dəfələrlə xahiş etməyinə və üzürlü səbəbi olmağına baxmayaraq aralarında olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 72. maddəsinə əsasən xitam vermişdir. Üstəlik işə başlayarkən də mənə əmək müqaviləsinin bir surəti təqdim olunmamışdır. Esosial.az saytında sonradan görür ki, onu “ofisiant” kimi işə götürüblər. Halbuki o oteldə ofisiant vəzifəsini yox, “hostess” vəzifəsini icra etmişdir. “Hostess” və “ofisiant” vəzifələri tamamilə bir-birindən fərqli olan vəzifələrdir. İşəgötürən onu aldatsa da o bununla bağlı şikayət etməmişdir. Üstəlik o yazılı şəkildə işdən çıxma barədə ərizə yazmasaydı 142 çağrı mərkəzinə şikayət etməzdi. O işəgötürənə yazılı qaydada ərizə təqdim etmişdir. Lakin bunu poçt vasitəsilə etməmişdir. Məhz bu səbəbdən bu gün onların nümayəndəsi qeyd edir ki, guya onlara yazılı ərizə təqdim etməmişdir. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Mərkəzi Rayon Xəstəxanasının xx.xx.2019-cu il tarixli tibbi görüntüləmə rəngli doppler exokardioqrafıyadan və abdominal doppler ultrasonaqrafıyadan görünür ki, anası Xavər Lillahovaya İ dərəcəli diffuz hepatoz, böyrəklərdə duz kristalları, meteorizm, relaksativ tip diastolik disfunksiya, minimal mitral və trikuspidal requrqitasiya diaqnozu qoyulmuşdur. Xüsusilə vurğulamaq istərdi ki, anası Xavər Lillahova işdən çıxdığı ərəfələrdə ürəyində problem hiss etdiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Mərkəzi Rayon Xəstəxanasına müraciət etmişdir. Bundan başqa süd vəzilərində də problem olduğu üçün mən çox narahatçılıq keçirirdi. Ailəsində düşünürdü ki, burada düzgün diaqnoz qoyulmayıb. Bu səbəbdən Türkiyə Respublikasına getmək məcburiyyətində qaldı. Anasının ona atdığı diaqnoz sənədlərini Türkiyədə bir neçə həkimə göstərdikdən sonra rahatlıq tapdı ki, artıq anasında problem yoxdur. İstər özəl sektorda, istərsə də dövlət qulluğunda ƏməkMəcəlləsinin 72. maddəsi ilə müqaviləsinə xitam verilmiş şəxsləri demək olar ki, işə götürmürlər. Bu da çox ciddi problemlərə səbəb olur. Bundan başqa atası nümayəndə kimi onun adından Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə Cavabdeh MMM-ə qarşı “pul tələbi və əmək kitabçasına yazılmış qeydin ləğvi barədə” iddia ərizəsi ilə müraciət edərək ona ödənilməyən 1 aylıq əmək haqqının, yəni 500 manat məbləğində ziyanın əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi və əmək kitabçasına yazılmış xx.xx.2019-cu il tarixli, 06 saylı qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd etdiyi kimi, o və atası hüquqşünas deyil. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Bildirirəm ki, həqiqətən də anamın ürəyindəki nasazlıqlar səbəbi ilə bilet alaraq Türkiyə Respublikasına getmişəm. Bu da iş materialları ilə təsdiq olunur. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi qeyd edir ki, iddiaçı əmək müqaviləsinin qeyd olunan tələbinə məhəl qoymamış və 2019-cu ilin iyul ayının ortalarında işəgötürəndən şihafı olaraq onu dərhal, öz xahişi ilə tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. İddiaçı onun tutduğu vəzifədən dərhal azad olunmasına dair işəgötürənə yazılı ərizə təqdim etməmişdir. Yəni işəgötürənin nümayəndəsi özü məhkəmə iclasında etiraf etmişdir ki, sırf yazılı ərizə təqdim etmədiyinə görə əmək müqaviləsinə Əmək Məcəlləsinin 72. maddəsi ilə xitam verilmişdir. Bir daha bildirir ki, yazılı ərizə ilə müraciət etmişdir və bunu e-sosial.az saytında şəxsi kabinetimdə olan məlumatlar təsdiq edir. Lakin bir anlıq təsəvvür edək ki, ümumiyyətlə ərizə ilə müraciət etməmişdir. Axı cavabdehin nümayəndəsi özü də etiraf edir ki, şifahi olaraq ona müraciət etmişdir ki, onu işdən azad edin. Ən azından ona başa sala bilərdilər ki, get bir ərizə yaz və gətir ona təqdim et. Göründüyü kimi o hətta işdən çıxma barədə yazılı ərizə təqdim etməsə də öz işdən çıxma barədə iradəmi işəgötürənə bildirəndən sonra onu işdən Əmək Məcəlləsinin
72. maddəsinə əsasən azad etmişdir. Bu isə hüququn ümumi Cavabdehipləri olan ədalət və humanizm Cavabdehipləri ilə kəskin ziddiyyət təşkil edir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Cavabdeh” MMC-nin xx.xx.2019-cu il tarixli əmrinin hüquqi nəticələrinin ləğv edilməsi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əvəzinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması, müvafiq icra hakimiyyəti orqanının məzkəzləşdirilmiş elektron informasiya sistemində əmək müqaviləsinin xitamının səbəbi hissəsində müvafiq dəyişikliyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilsə də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx xxxx 2019-cu il tarixli əmrin surətindən görünür ki, həmin əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin məhkəmə iclasında iştirak etmiş CavabdehMMC-nin nümayəndəsi izahatında göstərmişdir ki, 2019-cu ilin iyul ayının ortalarında iddiaçı şifahi olaraq işəgötürəndən onu dərhal, öz xahişi ilə tutduğu vəzifədən azad olunmasını xahiş etmiş, lakin bu barədə yazılı surətdə işəgötürənə müraciət etməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və verilən izahatlarla müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh MMC-də mehmanxanada ofisiant vəzifəsinə işə qəbul edilmiş və onun işə qəbul edilməsi ilə əlaqədar Cavabdeh MMC tərəfindən müvafiq əmr verilmişdir. Sonra cavabdeh MMC-nin xx xxxx 2019cu il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən həmin tarixdən xitam verilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etməkdə haqlı olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Lakin işin hallarından da göründüyü kimi iddiaçı öncədən cavabdehi işdən azad olunması ilə bağlı şifahi olaraq xəbərdar etmiş, yalnız bundan sonra tutduğu vəzifə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və səhlənkarlıqla öz vəzifə borcunu yerinə yetirməsin və bunun nəticəsində istehsalın normal ahəngini pozmuş olsun. Cavabdeh isə öz növbəsində iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasının vacibliyini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMCnin xx.xx.2019-cu il tarixli əmrinin hüquqi nəticələri ləğv edilməli, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əvəzinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216‑220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh” MMC-nin xx.xx.2019-cu il tarixli əmrinin hüquqi nəticələri ləğv edilsin, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əvəzinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: İlkin Rüstəmli