Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2040/2025 22.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı mənzilin naturada paylara ayrılması tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilin naturada paylara ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, reyestr nömrəsi **********480-05101-093021 qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 29a saylı mənzilin 23,9 kv.m. ibarət yaşayış sahəsi paylı mülkiyyət üzrə ona, xx.xx.2020-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi olan və 27,4 kv.m. ibarət yaşayış sahə isə Cavabdeh məxsusdur. Həmin evə dair DƏDRX tərəfindən çıxarış verilsə də, lakin bu gün cavabdehlə mülkiyyətində olan evə dair hüquqlarının həyata keçirilməsində bir sıra problemlər yaranmışdır.Bu anlaşılmazlıqlar isə onun mülkiyyət hüququnun kobud şəkildə pozulmasına səbəb olur. Belə ki, həmin paylı mülkiyyət naturada ayrılmadığı üçün aralarında xoşagəlməz söz söhbətlər yarandığını qeyd etmişdir. Hakim ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizənin məhkəmə icraatına qəbulundan imtina edilməli və ərizə sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, mübahisəli mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində paylı mülkiyyətçi kimi qeydiyyatdan keçməklə iddiaçı və cavabdeh arasında payları müəyyən edilməklə daşınmaz əmlak üzərində mülkiyyət hüquqları barədə tərəflərə çıxarış verilmişdir. Hakim qeyd edir ki, iş materiallarına əlavə edilmiş mənzilin planından aydın olur ki, mənzil 2 mərtəbədən ibarətdir və 1-ci mərtəbə 23.9 kv.m olmaqla iddiaçının, 2-ci mərtəbə isə 27.4 kv.m olmaqla cavabdehin mülkiyyəti hesab edilməklə faktiki olaraq tərəflər arasında payların naturada ayrılması müəyyən edilmişdir. AR Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Qeyd edilən Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Hakim qeyd edir ki, mübahisəli ev tərəflərin payı müəyyənləşdirilməklə və real bölgüsü həyata keçirilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, mənzilin naturada payın ayrılması barədə iddiaçının tələbinə baxılması yolverilməzdir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hakim həmçinin qeyd edir ki, digər paylı mülkiyyətçi tərəfindən iddiaçının mülkiyyətində olan sahə ilə bağlı maneənin yaradılması zamanı həmin halın aradan qaldırılması ilə bağlı iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edə bilər. AR MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Hakim qanunvericiliyin yuxarıda göstərilən tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 151.1, və 153.2.1, 153.3-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı mənzilin naturada paylara ayrılması tələbinə dair iddia ərizəsinin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən “mpay” vasitəsilə Səbail rayon məhkəməsinə verilmiş iddia ərizəsinə görə xx.xx.2025-ci il tarixdə ödənilmiş dövlət rüsumu – 100 (yüz beş) manat (qəbz nömrəsi **********) geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2040/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2040/2025
22.08.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver