Məhkəmə qərarları › İş №2(009)-2043/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2043/2025

21.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2043/2025 21.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi X1 maraqlı şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri X5rşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi X1 maraqlı şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri X5rşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı 6-cı Bayıl küçəsi) ünvanında yerləşən 96 saylı fərdi yaşayış evinin Ərizəçi mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə məhkəmədən xahiş etmişdir. Hakim ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizənin məhkəmə icraatına qəbulundan imtina edilməli və ərizə sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, xüsusi icraat qaydasında işlər üzrə məhkəmənin vəzifəsi hüquqi əhəmiyyətli olan faktların mövcud olub-olmamasını, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanların və notariat orqanlarının həyata keçirdikləri hərəkətlərin hüquqauyğun olub-olmamasını təsdiq etməkdən, habelə itirilmiş müəyyən növ sənədlərə hüquqları bərpa etməkdən, habelə şəxsin hüquqi statusunu müəyyən etməkdən və s.-dən ibarətdir. Məhkəmə xüsusi icraat qaydasında müəyyən etdiyi faktlardan yaranan hüquqi nəticələrə toxunmur. Xüsusi icraat məhkəmədə mülki işlərə baxılmasının hüquq haqqında mübahisənin olmaması və xüsusi müdafiə üsul və vasitələrinin tətbiqi ilə xarakterizə olunan qaydasıdır. Başqa sözlə, xüsusi icraat məhkəmənin hüquq haqqında mübahisənin həlli ilə əlaqədar olmayan və hüquqi faktların və ya halların müəyyənləşdirilməsi, həmçinin notariat və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının hərəkətlərinin qanuniliyinin təmin edilməsi ilə bağlı fəaliyyətdir. Ərizəçi mübahisəli tikilinin 1959-cu ildə X2 tərəfindən inşa edildiyini, 1973-cü ildə texniki inventarlaşma bürosu tərəfindən uçot kartası tərtib edilərək müvafiq qeydiyyatın aparılmasını ərizədə göstərsə də, həmin əmlakın hazırda daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət kimi qeydiyyatda olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Texniki pasport texniki göstəriciləri əks etdirən sənəd olub, mülkiyyəti təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ərizəçinin mübahisəli daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə cavab məktubundan məlum olur ki, ünvan 1 ünvanı 6-cı Bayıl küçəsi) ünvanında yerləşən 96 saylı fərdi yaşayış evinin texniki pasportunda hüquqi sahibi kimi göstərilmiş şəxslə ərizəçi arasında əlaqəli sənəd təqdim edilmədiyindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Digər tərəfdən iş materiallarına əlavə edilmiş 26 Bakı Komissarı RXD İKN-nın xx.xx.1989-cu il tarixli qərarı ilə X4 3 ailə tərkibi ilə Ermənistan SSR-də olan evlə dəyişdirilmiş, Bakı şəhərində yerləşən özbaşına tikili olan evə qeydiyyata alınması qərara alınmışdır. Həmin sənədə əsasən hazırda mübahisə predmeti olan evin özbaşına tikili olması müəyyən edilir. AR MPM-nin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsinə dair işlərə baxır. AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hakim digər tərəfdən qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 7-ci bndində Azərbaycan Respublikası MPM-in 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. -7.1-ci bəndində mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. -7.2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə və sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Beləliklə məhkəməyə təqdim edilən sübutlar əsasında, yəni mübahisəli tikilinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət kimi qeydiyyata alınması barədə sübutların mövcud olmamasını, özbaşına tikili olmasını nəzərə alaraq hakim hesab edir ki, ərizəçinin verdiyi tələbə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı olduğundan, lakin verilmiş ərizə xüsusi icraat qaydasında verildiyindən, həmin ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hakim izah edir ki, ərizəçi iddia icraatı qaydasında mövcud məsələnin həlli ilə əlaqədar aidiyyəti məhkəməyə müraciət etməlidir. Beləliklə hakim hesab edir ki, ərizəçi tərəfindən verilmiş ərizənin xüsusi icraat qaydasında baxılmasına yol verilmədiyindən, ərizə iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Göstərilən Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və AR MPM-nin 151.1-153.2.1-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi X1 maraqlı şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri X5rşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizənin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və ərizə sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə iddia icraatı qaydasında mövcud məsələnin həlli ilə əlaqədar aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı X3 tərəfindən www.epul.az (Paysıs MMC) ödəmə vasitəsilə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə xx.xx.2025-ci il tarixdə ödənilmiş dövlət rüsumu – 100 (yüz) manat (ödəniş qəbzinin nömrəsi **********) geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar