Məhkəmə qərarları › İş №2(009)-2057/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2057/2024

18.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2057/2024 18.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi E.M.Rüstəmovanın iştirakı ilə İddiaçı Ərizəçi Maqomed qızının cavabdeh ünvan 2rşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi Maqomed qızı cavabdeh ünvan 2rşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Özbəkistan Respublikasının vətəndaşıdır və Özbəkistan Respublikasında yaşayır. Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, ö/t 234a ünvanında yaşamış mərhum anası X18 xx.xx.2023-cü ildə vəfat etmiş, anasının dəfnində və yas mərasimlərində iştirak etmişdir. Həmin müddətdə anasının mirasını qəbul etmiş, ondan qalmış evdə məişət və elektrik əşyalarından istifadə edib bacılarına və qardaşına anasının mirasını qəbul etdiyini bəyan etmişdir. Bakı şəhərində qaldığı müddətlərdə anasdan miras qalmış evdə yaşayır. Özbəkistana qayıtdığına görə vərəsəlik haqqında şəhadətnamə almaq üçün müraciət etməmişdir. Onlar dörd bacı, bir qardaşdılar. X1, X9, X6 və qardaşı X2r. O, yenidən Bakı şəhərinə qayıtdıqdan sonra ünvan 4fisinə müraciət edərək xx.xx.2023-cü ildə vəfat etmiş anası X8 miras qalmış əmlakı qəbul etdiyini bəyan etmişdir. Eyni zamanda yuxarıda adları qeyd olunan bacıları və qardaşı da anasından qalmış mirasdan imtina etmələri barədə rəsmi olaraq ünvan 4fisinə müraciət etmişdirlər. Mirasın ona məlum olan hissəsi Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, ö/t 234a ünvanında yerləşən fərdi yaşayış evidir. Buna əsasında ünvan 2nun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişdir. Qeyd olunan müraciətə isə Notariat Ofisi tərəfindən Notariat hərəkətini imtina edilməsi barədə müddəi keçdiyinə görə qərarla vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bunun əsasında da hazırda bu iddia ərizəsi ilə məhkəməyə müraciət edilir. ünvan 4fisinə müraciətindən də göründüyü kimi xx.xx.2024-cü il tarixli 445 saylı cavab məktubu ilə qeyd olunan formada vərəsəlikdə bağlı şəhadətnamə verilməsindən imtina edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2023-cü ildə vəfat etmiş anası X12 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, ö/t 234a evə dair miras hüququnun tanınmasına görə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün keçirilmiş müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X9 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh ünvan 4fisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 XX.XX.1941-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuşdur. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 1961-ci il tarixdə Ermənistan SSR Basarkeçər rayonunda anadan olmuş, atası X4, anası X13r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, xx.xx.2009-cu il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 adına qeydiyyata alınmışdır İş üzrə Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X18 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 775 No ilə qeyd edilmişdir. İş üzrə ünvan 4fisinin notariusu Elmar Kərimov tərəfindən Özbəkistan Respublikasının vətəndaşı Ərizəçi nümayəndəsi X7 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, o, ünvan 4fisinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş anası X8 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Ərizəsində istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmənin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumu bu qərara gəlmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Onun isə vərəsəlik münasibətləri qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarından əvvəl yarandığından və eyni zamanda məhkəmənin icraatında həmin qərardan əvvəl olmadığından mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bərpa edilmədən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkünsüzdür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu ünvanında yerləşən 234a saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının anası X10 mülkiyyətində olmuşdur. X18 xx.xx.2023-cü ildə vəfat etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbindən görünür ki, o, Özbəkistan Respublikasının vətəndaşıdır və orada yaşayır. ünvan 5 ünvanında yaşamış mərhum anası X18 xx.xx.2023-cü ildə vəfat etmişdir. O, anasının dəfnində və yas mərasimlərində iştirak etmişdir. Həmin müddətdə anasının mirasını qəbul etmiş, ondan qalmış evdə məişət və elektrik əşyalarından istifadə edib bacılarına və qardaşına anasının mirasını qəbul etdiyini bəyan etmişdir. Bakı şəhərində qaldığı müddətlərdə anasından miras qalmış evdə yaşayır. Özbəkistana qayıtdığına görə vərəsəlik haqqında şəhadətnamə almaq üçün müraciət etməmişdir. Onlar dörd bacı, bir qardaşdılar - X1, X9, X6 və qardaşı X2r. O, yenidən Bakı şəhərinə qayıtdıqdan sonra ünvan 4fisinə müraciət edərək xx.xx.2023-cü ildə vəfat etmiş anasından miras qalmış əmlakı qəbul etdiyini bəyan etmişdir. Eyni zamanda yuxarıda adları qeyd olunan bacıları və qardaşı da anasından qalmış mirasdan imtina etmələri barədə rəsmi olaraq ünvan 4fisinə müraciət etmişlər. Həmin müraciətə isə Notariat Ofisi tərəfindən Notariat hərəkətini imtina edilməsi barədə müddət keçdiyinə görə qərarla vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bu səbəbdən iddiaçı xx.xx.2023-cü ildə vəfat etmiş anası X12 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, 234a evə dair miras hüququnun tanınmasına görə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün keçirilmiş müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Məhkəmə qeyd edir ki, göstərilən Plenum Qərarında vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab verməməsi, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxarması, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməməsi qeyd edilərək qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsənin mirası qəbul etmiş vərəsə hesab edilməsi və vərəsələr arasında miras əmlakın bölüşdürülməsinin Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməsi qərara alınsa da, Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Hazırkı hüquq münasibəti qeyd edilən Qərardan əvvəl yarandığı üçün məhkəmə verilmiş tələblə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, vərəsəlik hüquq münasibətləri dedikdə, vərəsəlik hüququ ilə tənzimlənən elə ictimai münasibətlər başa düşülür ki, həmin münasibətlər mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə etməsi prosesində yaranır. Nə mirasın açılması, nə şəxsin vərəsəlik hüququ əldə etməsi, nə də onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız miras əmlakı əldə etmək şansı (imkanı) verir. İddiaçı tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və bunu ifadə etsin. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir. Yəni mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasnə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Qeyd edilən Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, miras qoyanın vərəsələrindən heç biri miras əmlakı faktiki qəbul etməmişlər. Bununla belə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Özbəkistan Respublikasının vətəndaşıdır və orada yaşayır. Məhkəmə qeyd edir ki,qanunvericilik mirasın vərəsələr tərəfindən qəbul edilməsinin müddətlərini müəyyən edir. Qanunla müəyyən edilmiş müddət ötürüldüyü halda həmin müddətin uzadılması barədə vərəsə həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsini məhkəmədən xahiş edə bilər. Məhkəmə tərəfindən gecikmiş vərəsənin miras payı qəbul etmə müddəti uzadıldıqda onun miras payı almaq hüququ bərpa edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə Ərizəçi Maqomed qızının mərhum X8 qalan mirasın qəbul edilməsi ilə bağlı iradə ifadəsinin olmasını, lakin bunun üçün müəyyənləşdirilmiş müddəti ötürülməsini üzrlü hesab edərək belə qənaətə gəlir ki, həmin müddətin 2 ay uzadılması məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X10 13 iyul 2023-cü il tarixdə vəfatından sonra qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mirasın Ərizəçi Maqomed qızı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzrlü hesab edilməli və hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddəti 2 (iki) ay uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…

QƏT ETDİ:

İddia təmin edilsin. X10 13 iyul 2023-cü il tarixdə vəfatından sonra qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mirasın Ərizəçi Maqomed qızı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzrlü hesab edilsin və hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddəti 2 (iki) ay uzadılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar