Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2064/2020 15.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 5 saylı evin 48 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin qətnamənin onun pasport qeydiyyatının ləğvi üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 5 saylı evin 48 saylı mənzilin mülkiyyətçisidir. Qeyd edilən mənzili xx.xx.2019-cu il tarixdə alğı-satqı müqaviləsinə əsasən Validə Məmmədovadan alıb və həmin mənzilə dair xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən qeydə alınmışdır. Mənzilin keçmiş sahibi özünün və ailə üzvlərinin pasport qeydiyyatından çıxmağı öhdəsinə götürsə də, yaşayış sahəsini satdıqları vaxtdan köçüb getməsinə baxmayaraq Cavabdeh qeydiyyatdan çıxmamışdır. Bu hal isə onun mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, № AN-İ ******* saylı alğı-satqı müqaviləsinə əsasən satıcı X1 Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 5 saylı evin 48 saylı mənzili İddiaçısatmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ƏMDK yanında DƏDRX hüquqlarının qeydiyyatına dair çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 5 saylı evin 48 saylı mənzil İddiaçı adına xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 5 saylı evin 48 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci və 203.1-ci maddələrinə əsasən cavabdehə qarşı hazırkı tələbi irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirilməsinə maneə yaratdığından cavabdehin mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, qeydiyyatdan çıxarılması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Belə olan halda, məhkəmə, cavabdehin adı çəkilən evə hər hansı əşya hüququnun olmadığını, eləcə də onun faktiki olaraq həmin ünvanda yaşamamasını nəzərə alaraq hesab edir ki, cavabdehin qeydiyyatı formal xarakter daşıyır, onların həmin yaşayış evindən istifadə hüququ olmamışdır. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdehin mənzilə qeydiyyatı notarial əməliyyatları ilə bağlı formalaşmış mövcud təcrübəyə əsasən iddiaçının öz əmlakı üzərində sərbəst şəkildə sərəncam vermək hüququnu məhdudlaşdırılmasına səbəb ola bilər. Belə ki, X1 mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən ona verilən qeydiyyat vəsiqəsində mənzilə dair öz adına olan qeydiyyat yazısını ləğv edib, əşyanın mülkiyyətini iddiaçıya keçirməklə, həmin mənzil üzərindəki mülkiyyət hüququnu (habelə onun tərkib hissəsi olan mənzildən istifadə hüququnu) aradan qaldırmış, iddiaçı isə mənzilə mülkiyyəti əldə etmişdir. Belə olan halda, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 5 saylı evin 48 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki MM-nin 203.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirilməsinə maneə yaratdığından cavabdehin mənzilə dair istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 5 saylı evin 48 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 5 saylı evin 48 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2064/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2064/2020
15.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver