Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2070/2021 06.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə Bakı şəhəri, Maraqlı şəxs kimi qeyd edildiyi ərizəsinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən olunması” barədə Bakı şəhəri Maraqlı şəxs kimi qeyd edildiyi ərizə ilə məhkəməyə müraciət edərək, onun 09.09.1953-cü il tarixdə Ermənistan SSRİ Masis rayonu, Zəngilər kəndində doğulmuş X2 ilə 18.01.1975-ci il tarixdə nikahının bağlanması və bu barədə 1975-ci ilin 1-ci ayının 18-ci günündə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4 saylı qeydin aparılması faktının müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilərək nikah haqqında akt qeydinin bərpa edilməsi, nikah haqqında şəhadətnamədə nikah bağlandıqdan sonra soyadları verilmişdir ərə qrafasında Xəlilov, arvada qrafasında Xəlilova, qeydə alındığı yer Ermənistan SSRİ, Masis rayonunun V.Necirlinskiy kənd soveti, verildiyi tarix 18 yanvar 1975-ci il göstərilməsi və çıxarılacaq qətnamənin Səbail rayon Qeydiyyat Şöbsəi tərəfindən ərizəçiyə yeni nikah haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçi xx xxxxxx 1953-cü il tarixdə Ermənistan Respublikası Masis rayonunda anadan olmuşdur. O, 18 yanvar 1975-ci il tarixdə X2 ilə rəsmi nikaha daxil olmuşdur. Nikahdan sonra ərizəçiyə Xəlilova soyadı verilmişdir. Ərizəçinin əri 20 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsində yerləşən 38 nömrəli fərdi yaşayış evi miras qalmışdır. Ərizəçi həmin evə dair vərəsəlik şəhadətnaməsi almaq üçün notariusa müraciət etsə də ona bildirmişdirlər ki, nikah şəhadətnaməsində qaralama olduğu üçün ərizəçi bunu bərpa etdirməlidir. Odur ki, məhkəmədən ərizənin təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəsinə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnın 185.5-ci maddəsinə əsasən isə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki iş materiallarında olan: AZ-İİ № 159811 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 20 aprel 2021-ci il tarixdə vəfat etmişdir. MH seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsində yerləşən 38 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1953-cü il tarixdə Ermənistan Respublikasının Masiskiy rayonunda anadan olmuşdur. İ-СЛ 275307 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 09 sentyabr 1953-cü il tarixdə anadan olmuş X2 ilə xx.xx.1953-cü il tarixdə anadan olmuş X3 18 yanvar 1975-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu barədə akt qeydləri kitabında 4 saylı qeyd aparılmışdır. Nikahdan sonra arvada Xəlilova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, ərizəçinin ərizədə qeyd etdiyi faktları təsdiq etmək üçün kifayət qədər sübut vardır. Göstərilənlərə əsaslanaraq və Azər. Resp. MPM-nın 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 09.09.1953-cü il tarixdə Ermənistan SSRİ Masis rayonu, Zəngilər kəndində doğulmuş X2 ilə 18.01.1975-ci il tarixdə nikahının bağlanması və bu barədə 1975-ci ilin 1ci ayının 18-ci günündə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4 saylı qeydin aparılması faktı müəyyən edilsin. Nikah bağlandıqdan sonra “soyadları verilmişdir ərə qrafasında Xəlilov”, “arvada qrafasında Xəlilova”, “qeydə alındığı yer Ermənistan SSRİ, Masis rayonunun V.Necirlinskiy kənd soveti”, verildiyi tarix 18 yanvar 1975-ci il göstərilməklə yeni nikah haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2070/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2070/2021
06.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver