Məhkəmə qərarları › İş №2(009)-208/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-208/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-208/2024 25.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X1, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər “Şoranlıq-94” Çoxprofilli şirkəti və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “Şoranlıq-94” Çoxprofilli şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər “Şoranlıq-94” Çoxprofilli şirkətlər qrupunun sədri X5 və “Şoranlıq-94” Çoxprofilli şirkətlər qrupunun direktoru Cavabdeh2 müştərək qaydada ondan müqavilə bağlanmaqla 28 ay müddətində müqavilənin şərtlərini pozmaqla alıb qaytarmadıqları 18200 manat pul vəsaitinin, onu aldadaraq yeganə yaşayış evini satdırmaqla 28 ay müddətində ay ərzində 400 manat olmaqla 28 ay ərzində 11200 manat kirayə pulunu vəkilə hüquqi yardım üçün ödədiyi 321 manat pul vəsaitinin və məhkəmə rüsumu üçün ödədiyi 101 manat pul vəsaitinin, ümumilikdə 18200+11200+321+101=29822 manat pul vəsaitinin cavabdehlər “Şoranlıq- 94” Çoxprofilli şirkətlər qrupunun sədri X2 “Şoranlıq-94” Çoxprofilli şirkətlər qrupunun direktoru Cavabdeh2 müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, İddiaçı avqust 2021-ci tarixdə verilən elan əsasında “Şoranlıq-94” Çoxprofilli şirkətlər qrupunun direktoru Cavabdeh2 ilə görüşmüş və şərtlərlə razılaşaraq ilkin ödənişin 10 gün müddətinə ödənilməsi şərti ilə 5000 manat beh şəklində pul vəsaiti ödəmiş və 10 gün müddətində Xaçmaz şəhərindəki evi satıb ilkin ödənişi 20000 manata çatdırmışdır. Həmin pul vəsaitini “Şoranlıq-94” Çoxprofilli şirkətlər qrupunun direktoru Cavabdeh2 qəbzlə verdikdən sonra o, iddiaçı ilə müqavilə imzalamışdır. Müqavilənin şərtlərinə əsasən iki mərtəbəli 4 otaqlı, 150 m2 torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin ümumi dəyəri 78000 (yetmiş səkkiz min) manat razılaşdırılmaqla, evin ümumi dəyərindən 20000 manatını ilkin ödəniş kimi bəri başdan ödəməklə, qalan 58000 (əlli səkkiz min) manatını ay ərzində 700 (yeddi yüz) manat olmaqla 83 ay ərzində ödəməklə 6 ay ərzində tam təmirli 150 m2 torpaq sahəsində tikilmiş, 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evini iddiaçıya təhvil verməyi öz öhdəsinə götürmüşdür.Razılaşmamıza əsasən ilkin olaraq 20000 manatı avqust 2021-ci il tarixdə Cavabdeh2 qəbzlə ödədilər. (aylıq 700 manat omaqla 5 ay) 6-cı ayda fərdi yaşayış evini Cavabdeh2 tam təmirli şəkildə iddiaçıya verməli idi. İddiaçı fərdi yaşayış evinə baxmaq üçün Cavabdeh2la görüşdü, ev barədə heç bir məlumat verilmədi, müxtəlif bəhanələr gətirərək, müqaviləni yerinə yetirə bilmədiyini söylədi. Həmin tarixdən “Şoranlıq-94” Çoxprofilli şirkətlər qrupunun direktoru Cavabdeh2 onu aldadaraq işindən də azad etdirdi. Nəhayət iddiaçı və onun həyat yoldaşı X4 verdikləri pul vəsaitini geri tələb etməyə başlamışlar. Vəsaitin 5000 manatını güc-bəla ilə qaytardıqdan sonra Cavabdeh2 2-ci təklifi Abşeron rayonu, Masazır qəsəbəsi, “Mətanət-A” şirkətinin arxa tərəfində 100 m2 torpaq sahəsində mişar daşı ilə hörülmüş yarımtikilini hazır vəziyyətə, yəni yarımtikilinin tikilib tam təmirli hala gətirilərək, tam təmirli fərdi yaşayış evini ümumi dəyəri 75000 manata, 21800 manatını ilkin ödəməklə, qalan 53200 manatını 76 ay ərzində 700 manat olmaqla hissəhissə ödənilməsi şərti ilə, xx.xx.2023-cü il tarixinədək fərdi yaşayış evinin tikilib təhvil verilməsini təklif etdi. İddiaçı və həyat yoldaşı Cavabdeh2 bildirmişlər ki, oğulları 2016-cı il tarixdən ön cəbhədə müharibədədir. Məqsədləri ona ev alıb evləndirməkdir. Cavabdeh isə onların rayondakı yeganə yaşayış sahəsini satdırıb və onları 2 ildir ki, qapılarda kirayəşin saxlatdırmaqla məşğuldurr. Əgər, bu dəfə də onları aldatmayacaqsa, onunla razılaşsınlar, yoxsa pulun qalan hissəsini qaytarsın. Cavabdeh2 and-aman edərək əvvəlki müqaviləni ləğv edərək yeni müqavilə hazırladı və razılığa əsasən xx.xx.2023-cü il tarixli müqaviləni hazırladı və cavabdeh tərəfindən imzalandı. Efsuslar olsun ki, Cavabdeh2 yenə də nə pulu verir, nə də razılaşdığı fərdi yaşayış evini. Cavabdeh2 cavabdeh tərəfindən olunan telefon zənglərinə cavab vermir, belə görünür ki, Cavabdeh2 cavabdehdən aldığı pul vəsaitlərini əsassız olaraq mənimsəmişdir. Cavabdeh2 avqust 2021-ci il tarixdən cavabdehi aldadaraq aylıq 400 manatlıq kirayədə saxlatdırmaqla cavabdehə 28 ay ərzində 28 ay x400 manat=11200 manat maddi ziyan vurmuşdur. Cavabdeh2 cavabdehə vurduğu mənəvi ziyanı isə məhkəmənin səlahiyyətinə buraxırlar. Hal-hazırda Cavabdeh2 cavabdehə 18200 (on səkkiz min iki yüz) manat ödədiyi puldan borcu qalır. 2023-cü ilin oktyabr ayında cavabdehin vəkili ilə danışıqdan sonra Cavabdeh2 borclu olduğu 18200 manat pul vəsaitini bir ay müddətinə 3 dəfəyə verəcəyinə söz vermiş, ancaq sözünə əməl etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi X1, onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək “Şoranlıq-94” Çoxprofilli şirkətlər qrupunun sədri X6 və Şoranlıq-94” Çoxprofilli şirkətlər qrupunun direktoru Cavabdeh2 müştərək qaydada 28 ay müddətində müqavilənin şərtlərinin pozulması ilə alıb qaytarmadıqları 18200 manat pul vəsaitinin və həmçinin onları aldadaraq yeganə yaşayış yerini satdırmaqla 28 ay müddətində aylıq 400 manat olmaqla 11200 manat kirayə pulunu, vəkilə hüquqi yardım üçün ödədiyi 321 manat pul vəsaiti və məhkəməyə dövlət rüsumu üçün ödədiyi 101 manat pul vəsaitini, ümumiyyətlə 29822 manat pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli pay hüququnun hissə-hissə ödənişi şərti ilə həyət evinin verilməsi müqaviləsi “Şoranlıq-94” Çoxprofilli şirkətinin sədri X7 ilə İddiaçı arasında bağlanmışdır. Müqaviləyə əsasən şirkət Xırdalan şəhəri 1 sot həyətyanı sahəsi olan, ümumi mişar daşı səthi 128kv/m və 4 otaqdan ibarət tam təmirli həyət evini hazır vəziyyətdə əmlakın ümumi dəyərinin hissə-hissə ödənilməsi şərti ilə cavabdehə verməyi, cavabdeh isə evi təhvil almağı və ödənişləri vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1. bəndinə əsasən evin ümumi sahəsinin dəyəri 75.000 manat təşkil edir. Müqavilənin 2.2. bəndinə əsasən həmin məbləğin 21.800 manat pul nəğd olaraq ödənilmişdir. Qalan 53.200 manat məbləğ xx.xx.2023-cü tarixdən 76 ay müddətində hər ay 700 manat olmaqla hissə-hissə ödənilməsini cavabdeh öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.4 bəndinə əsasən şirkət razılaşdırılmış müddətdə, yəni xx.xx.2023-cü il tarixinədək evi tam təhvil verməzsə payçı ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malikdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində ödənilmiş 21.800 azn Cavabdeh2 və İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan “Şoranlıq-94” Çoxprofilli şirkətinin ödəniş qəbzindən görünür ki, İddiaçı 30.09.22-ci tarixdə 700, 30.10.22-ci tarixdə 700, 03.12.22-ci tarixdə 700, 01.03.23-cü tarixdə 700, 24.04.23-cü tarixdə 600 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 398.3-ci maddəsinə əsasən əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, tərəflərin arasındakı münasibət podrat münasibətidir. Cavabdeh X7 (podratçı) üzərinə götürdüyü öhdəliyi yerinə yetrmədiyinə görə iddiaçı müqavilədən imtina etməyə və ödədiyi pulun qaytarılmasını tələb etməyə haqldır. Belə ki, Mülki Məcəllənin 759.1-ci maddəsində “Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər” qeyd olunub. Müqavilədə nəzərdə tutulan işlər qurtarmayıb. Ona görə də iddiaçı müqavilədən imtina edərək ödədiyi pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı yeganə yaşayış evini satdığı üçün 28 ay müddətində hər ay 400 manat olmaqla 28 ay ərzində 11200 manat kirayə pulunu ödədiyinə dair hər hansı bir sübut (kirayə müqaviləsi və s.) məhkəməyə təqdim etmədiyindən tələb bu hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı ilə digər Cavabdeh2 arasında müqavilə bağlanmadığından tələb bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli saat 18:48 (ödəniş qəbzinin nömrəsi **********) qəbzdən görünür ki, İddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinə Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 101 manat məbləğində ödəniş etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən nümayəndələrə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xərclərinə aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-nin 121.1-ci maddəsinə əsasən vəkilə hüquqi hüquqi yardım üçün iddiaçı tərəfindən ödənilən 321 manat xərcin 300 manatı cavabdehə aid edilməlidir. Odur ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 80 (səksən) manatı “Şoranlı-94” çoxprofilli şirkətinin direktoru X3 tutularaq İddiaçı ödənilməlidir. “Şoranlı-94” çoxprofilli şirkətinin direktoru X3 dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 44.6 (qırx dörd manat, altmış qəpik) manat pul tutulsun. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, “Şoranlı-94” çoxprofilli şirkətinin direktoru X3 müqavilə üzrə ödənilmiş 18200 (on səkkiz min iki yüz) manat, vəkilə hüquqi hüquqi yardım üçün iddiaçı tərəfindən ödənilən 321 (üç yüz iyirmi bir) manat xərcin 300 (üç yüz) manatı və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 80 (səksən) manatı tutularaq İddiaçı ödənilməli, “Şoranlı-94” çoxprofilli şirkətinin direktoru X3 dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 44.6 (qırx dörd manat, altmış qəpik) manat pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Şoranlı-94” çoxprofilli şirkətinin direktoru X3 müqavilə üzrə ödənilmiş 18200 (on səkkiz min iki yüz) manat, vəkilə hüquqi hüquqi yardım üçün iddiaçı tərəfindən ödənilən 321 (üç yüz iyirmi bir) manat xərcin 300 (üç yüz) manatı və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 80 (səksən) manatı tutularaq İddiaçı ödənilsin. “Şoranlı-94” çoxprofilli şirkətinin direktoru X3 dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 44.6 (qırx dörd manat, altmış qəpik) manat pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar