Məhkəmə qərarları › İş №2(009)-2080/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2080/2020

14.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2080/2020 14.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə hüququn itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmədə iddia qaldıraraq, cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsində yerləşən 2 saylı evin 39 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki,Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsində yerləşən 2 saylı evin 39 saylı mənzilini iddiaçı Həsən Əliyevdən almışdır. Evi aldıqdan sonra cavabdeh bütün əmlakalrını da götürüb həmin evdən köçüb getmişdir. Lakin cavabdeh evi iddiaçıya təhvil versə də, mənzilin küçmiş sakinlərii bugünədək qeydiyyatdan çıxmamışlar. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verib, iddianın təmin olunması barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Az. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsində yerləşən 2 saylı evin 39 saylı mənzili Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən verilmiş çıxarışa əsasən xx.xx.2020-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı ilə H.Əliyev arasında Bakı şəhəri 28 saylı Notariat Kontorunda xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsində yerləşən 2 saylı evin 39 saylı mənzilinin alqı-satqısına dair müqavilə bağlanmışdır. Alqı-satqıdan sonra H.Əliyev həmin mənzili iddiaçıya təhvil verərək mənzildən köçmüşdür.Hazırda həmin mənzil iddiaçının sahibliyində və mülkiyyətindədir, H.Əliyev mənzili iddiaçıya satdıqdan sonra bütün əmlaklarının da götürüb həmin mənzildən köçüb getsə də, mənzilin keçmiş sakinləri halhazırki vaxtadək qeydiyyatdan çıxmamışdır, cavabdehlər həmin mənzildə yaşamamaqla və istifadə etməməklə, mənzildə yaşayış yeri üzrə qeydiyyatları formaldır. Qeyd edilənlər iddia ərizəsi, iddiaçının izahatı, işdə olan, xx.xx.2020-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı, ******* nömrəli arayış ilə təsdiqlənir. Məhkəmə tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı işin faktiki hallarına və Mülki Məcəllənin 203.1-ci, 228.4-cü və 262.2-ci maddələrinə əsaslanaraq cavabdehlərə qarşı hazırkı tələbini irəli sürməkdə haqlıdır və bu səbəbdən iddia təmin edilməlidir. Belə ki, H.Əliyev daşınmaz əmlakın dövlət reyestrində mənzilə dair öz adına olan qeydiyyat yazısını ləğv edib, daşınmaz əmlakın mülkiyyətini iddiaçıya keçirməklə, həmin mənzil üzərindəki mülkiyyət hüquqlarını (habelə onun tərkib hissəsi olan mənzildən istifadə hüququnu) aradan qaldırmış, iddiaçı isə mənzilin mülkiyyətini əldə etmişdir. Mülki Məcəllənin 203.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə xüsusilə qeyd edir ki, hazırki iddia üzrə digər cavabdehlər iddiaçıya məxsus mənzilin keçmiş sakinləri olsa da iddiaçı mənzili daşınmaz əmlakın dövlət reyestri məlumatına əsasən, yüksüz əldə etmiş və hazırda onun mülkiyyətçisidir. Digər cavabdehlər mənzilin keçmiş sakinləri olmaqla, mənzilin satılmasına notarial razılıq verməklə artıq orada yaşamadığından və daimi yaşamaq üçün başqa yerə getdiyindən, onların iddiada göstərilən mənzildən istifadə hüquqları aradan qalxmışdır. Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında da göstərilmişdir ki, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun qalxdığı hallara aiddir. Digər tərəfdən, adı çəkilən reyestrdə qeydə alınmayan istifadə hüququ yeni mülkiyyətçiyə (iddiaçıya) qarşı irəli sürülə bilməz. Belə ki, Mülki Məcəllənin 228.4-cü maddəsinə görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. MM-nin 262.2-ci maddəsinə görə, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsində yerləşən 16 saylı evin 15 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Hazırkı qətnamə Məmmədova Bənövşə Ağəli qızı, X2, X3 və X1 cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsində yerləşən 2 saylı evin 39 saylı mənzilinə olan yaşayış yeri üzrə pasport qeydiyyatlarının ləğvi üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM:İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar