Məhkəmə qərarları › İş №2(009)-2084/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2084/2022

03.11.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2084/2022 03.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "əmək haqqından artıq aparılan tutulmaların geri alınması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etməklə "əmək haqqından artıq aparılan tutulmaların geri alınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə qədər X1 əmək haqqından, Cavabdeh tərəfindən aparılan artıq tutquların ona geri gaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Baki şəhər Mədəniyyət Baş İdarəsini cavabdeh kimi göstərməklə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə qədər X1 əmək haqqından, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Baki şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən aparılan artıq tutquların ona geri gaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası xx.xx.1979-cu il tarixdən Mədəniyyət Nazirliyi nəzdində müxtəlif mədəniyyət evlərində nağara müəllimi işləmişdir. xx.xx.2016-cı il tarixdən X2 İ qrup əlillik dərəcəsi almışdır. Bu barədə onun əmək kitabçasının ilk vərəqəsində müvafiq möhürlə qeydə alınmışdır. X2 xx.xx.2021-ci il tarixdə ağciyər ürək çatışmamazlığının digər formaları səbəbindən vəfat etmişdir. O, vəfat etmiş X1 adına xx.xx.2021-ci il tarixdə V-380/2021 saylı vərəsəlik işi açdırmışdır. Bu barədə 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli arayışı vardır. Atasının ölümündən sonra araşdırma zamanı müəyyən edildi ki, atası İ qrup əlil olduğuna görə o, gəlir vergisindən azad olmalı və eyni zamanda da ona digər güzəştlər tətbiq olunmalı idi. Hüquqi işlərin görülməsi üçün, o “X12” MMC ilə X1 əmək haqqından aparılan artıq tutmaların geri qaytarılması üçün, hüquqi xidmətin göstərilməsi barədə müqavilə bağlamışdır. Bağlanmış müqaviləyə uyğun olaraq, xx.xx.2021-ci il tarixdə “X12” MMC, Bakı şəhəri 4 saylı Uşaq Musiqi Məktəbinə, həmin musiqi məktəbində işləmiş xx.xx.2016-cı il tarixdən İ qrup əlillik dərəcəsi almış X3 gəlir vergisindən azad olması və güzəştlər tətbiq olunub-olunmaması barədə müvafiq sorğu ilə müraciət etmişdir. Bakı şəhər Mədəniyyət Baş İdarəsi 4 nömrəli Uşaq Musiqi Məktəbinin 19 nömrəli, 30 iyun 2021 -ci il tarixli məktubunda göndərilmiş sorğuya cavab olaraq, xx.xx.2012-ci il tarixdən etibarən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tərkibində 2 saylı Maliyyə və İqtisad Regional bölməsinin fəaliyyətə başladığını, həmin gündən etibarən adı gedən məktəbdə işçilərin əmək haqqlarına və bank hesablarına dair heç bir məlumat olmadığını və qeyd olunan məsələ ilə həmin bölmənin səlahiyyətlərinə daxil olduğu bildirilmişdir.Bu səbəbdən də, sorğu Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tərkibində 2 saylı Maliyyə və İqtisad Regional bölməsinə ünvanlanmışdır. Göndərilən sorğu üzrə 2 saylı Maliyyə və İqtisad Regional bölməsindən cəmiyyətlə telefon əlaqəsi saxlanılmışdır. Regional bölmənin əməkdaşı həmin sorğu üzrə müraciətin cavablandırılacağını bildirsə də, xx.xx.2021-ci il tarixdə, 27 nömrəli məktubla müraciət edilmiş sorğuya cavab verə bilmədiklərinə görə, lazım olan məlumatlar üçün Bakı şəhər Mədəniyyət Baş İdarəsinə müraciət edilməsi qeyd edilmişdir. Müraciətlə əlaqədar, Bakı şəhər Mədəniyyət Baş idarəsinin rəhbərliyinə tabeçiliyində olan Bakı şəhəri 4 saylı Uşaq Musiqi Məktəbində nağara müəllim işləmiş xx.xx.2016-cı il tarixdən İ qrup əlillik dərəcəsi almış X3 gəlir vergisindən azad olması və güzəştlər tətbiq olunub-olunmaması barədə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. Bakı şəhər Mədəniyyət Baş idarəsinin xx.xx.2021-ci il tarixli, 15/785 nömrəli məktubunda müraciətə cavab olaraq, X10 əlilliklə bağlı 4 nömrəli Uşaq Musiqi Məktəbinə təqdim etmək üçün 3 saylı Bakı Dost Mərkəzindən 9 mart 2021-ci ildə aldığı **********0 nömrəli arayış 2 nömrəli Maliyyə və X9 məktəbin xx.xx.2021-ci il tarixli, 08 nömrəli məktubu ilə daxil olduğunu və Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 102.8 maddəsi əsas tutularaq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədləri təqdim etdiyi andan X6 hesablanan əmək haqqına vergidən azadolmalar və güzəştlər tətbiq edilməsi göstərilmişdir. Bakı şəhər Mədəniyyət Baş idarəsinin sorğuya verdiyi rəsmi cavabla X1 əmək kitabçasının ilk vərəqəsində müvafiq möhürlə qeyd edilmiş möhür və tarix biri-birinin əksidir. Onu da bildirmək istəyir ki, X1 əmək kitabçası Bakı şəhəri 4 saylı Uşaq Musiqi Məktəbində saxlanılırdı. O, X1 əmək kitabçasını Bakı şəhəri 4 saylı Uşaq Musiqi Məktəbindən təhvil almışdır. X1 2016-cı il tarixdən İ dərəcəli əlilliyi barədə Bakı şəhəri 4 saylı Uşaq Musiqi Məktəbi vaxtında Mədəniyyət Baş idarəsinə məlumat vermədiyi üçün həmin idarə də vergidən azad olmanı vaxtında tətbiq etməmişdir. O, Bakı şəhər Mədəniyyət Baş idarəsi tərəfindən verilən cavabdar narazı olduğu üçün məcburiyyət qarşısında qalaraq, məhkəməyə ərizə ilə müraciət etməli olmuşdur.xx.xx.2022-ci il tarixdə o, X2nur əmək haqqından, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bak şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən aparılan artıq tutquların ona ger qaytarılması barədə ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsine iddia ərizəsi ilə müraciət etmişdir.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixi 2(009)-892/2022 saylı qərardadı ilə onun maraqlı şəxs Cavabdehnə qarşı “əmək haqqından artıq aparılan tutuquların geri qaytarılması” barədə ərizənin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilmişdir. İmtinanın səbəbi kimi qərardadın müəyyən etdi hissəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatf’na əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi inzibati orqandır. Maraql şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi inzibati orqan olduğundan, məhkəmə hesab etmişdir ki, həmin cavabdehə qarşı qaldırılan iddiaya mülki prosessual qanunvericiliyinin “tələbləri” qaydasında deyil inzibati prosessual qanunvericiliyin tələbləri qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.6-c bəndinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciəl etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasınır Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. O da, Bakı İnzibati Məhkəməsinə müraciət etmək üçün, ilkin olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin tələblərinə uyğun olaraq, mediasiya şurasına ərizə ilə müraciəl etmişdi. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/6-772 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış almışdır Verilmiş arayışda Cavabdeh tərəfindən təsvir edildiyi kimi əmək mübahisəsi tarixi və saatının keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini/iştirak etməkdən yazılı imtina etdiyini təsdiq etmək üçün verilmişdir. İlkin mediasiya sesiyasında o iştirak edib və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 AZN məbləğində mediasiyaya dair xərc ödədiyi göstərilmişdir.Sonradan, o ərizəsinə dəyişiklik edərək, Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112 7929/2022 saylı qərardadı ilə iddianın mümkünsüz sayılması qərara alınmışdır. Belə ki, qərara alınmış Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli, e-2-1(112)-7929/2022 saylı qərardadının müəyyən etdi hissəsində “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmə ilə arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcılığını əks etdirən Cədvəlində göstərilmişdir ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq əmək münasibətlərindən irəli gələn tələblərə ümumi məhkəmələrin baxıldığı qeyd edilmişdir. Yuxarıda göstəridən səbəblərə görə o yenidən Səbail rayon məhkəməsinə ərizə ilə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək iddianın əsassız olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş etirazdan görünür ki, mərhum X10 xx.xx.2014-cü ildən vəfat etdiyi xx.xx.2021-ci il tarixinədək Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli uşaq musiqi məktəbində əsas müəllim vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən İ və İİ dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır. Sözügedən dövr üzrə vergi qanunvericiliyinə - Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.8cü maddəsinə əsasən Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Məcəllədə də qeyd olunduğu kimi vergi güzəştləri məhz sənədin təqdim olunduğu vaxtdan tətbiq olunmalıdır. Belə ki, mərhum N.Ələkbərovun İ qrup əlilliyi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı Bakı DOST Mərkəzinin 9 mart 2021-ci il tarixli, **********0 nömrəli arayışı həmin tarixdə təqdim edilmişdir. Bu barədə 4 nömrəli uşaq musiqi məktəbi tərəfindən mühasibatlığa 12 mart 2021-ci il tarixində rəsmi məktubla müraciət olunmuş və qanunvericiliyə uyğun güzəşt tətbiq edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, onların izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri, 4 saylı Baki Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli AZ-İİ seriyalı, 195895 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 05 iyun 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 iyun 2021-ci il tarixdə 538 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhər Mədəniyyət Baş İdarəsi 4 nömrəli Uşaq Musiqi Məktəbi 30 iyun 2021-ci il tarixli 19 nömrəli məktubdan görünür ki, xx.xx.2012-ci il tarixindən etibarən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tərkibində 2 saylı Maliyyə və İqtisad Regional bölməsi fəaliyyətə başlamışdır. Həmin gündən etibarən məktəbdə işçilərin əmək haqqlarına və bank hesablarına dair heç bir məlumat yoxdur. Qeyd olunan məsələ həmin bölmənin səlahiyyətlərinə daxil edilmişdir. - X4 ******* nömrəli Əmək Kitabcasından görünür ki, onun sonuncu iş yeri 4 nömrəli Uşaq Musiqi Məktəbində nağara müəllimi olmuş, xx.xx.2014-cü ildə işə qəbul edilmiş, xx.xx.2021-ci ildə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin «e» bəndinə əsasən işçi (vəfət etdikdə) tutduğu vəzifədən azad edilmişdir. - Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 2 nömrəli Maliyyə və X11 tərəfindən xx.xx.2021-ci il 27 nömrəli məktubdan görünür ki 1 nömrəli Maliyyə və X11 Bakı şəhər Mədəniyyət Baş İdarəsinə tabe olduğu üçün sorğuya cavab verə bilmirlər. Lazım olan məlumatlar üçün Bakı şəhər Mədəniyyət Baş İdarəsinə müraciət edilməlidir. - Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən X12 MMC-nin 22 iyul 2021-ci il tarixli, 25-SH-21 nömrəli məktubuna cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, X10 əlilliklə bağlı 4 nömrəli Uşaq Musiqi Məktəbinə təqdim etmək üçün 3 saylı Bakı Dost Mərkəzindən 9 mart 2021-ci ildə aldığı **********0 nömrəli arayış 2 nömrəli Maliyyə və X9 məktəbin 12 mart 2021-ci il tarixli, 08 nömrəli məktubu ilə daxil olub. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.8 maddəsi əsas tutularaq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan X6 hesablanan əmək haqqına vergidən azaldılmalar və güzəştlər tətbiq edilmişdir. - 4 SAYLİ BAKİ "ASAN XİDMƏT" Mərkəzində Notariat ofisi tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli 184 nömrəli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atanız X3 adına xx.xx.2021-ci il tarixdə V-380/2021 saylı vərəsəlik işi açılmışdır. Vərəsə oğlu İddiaçı xx.xx.2021-ci il tarixdə 2V-1267 reyestr №li Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2021-ci il tarixli 2V- 1267 nömrəli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş- X5 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2015 - Asan4, FİN:xxxxxxx, d/t xx.xx.1989) və o miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013 tarixdə X8 verilmiş **********57-05101- 093008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 63.88 kv/m, yaşayış sahəsi 46 kv/m, yardımçı sahəsi 17.88 kv/m, 3 otaqlı olan mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2021 tarixli qeydiyyat nömrəsi **********EB30401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə-verilənədək Baki şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi., Mehmandarov küçəsi, ev 7, mənzil 17 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il MŞB/6-773 arayışdan görünür ki, İddiaçı əmək mübahisəsi xx.xx.2022-ci il tarixində, 13:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini/iştirak etməkdən yazılı şəkildə imtina etdiyini təsdiq etmək üçün verilib. - Baki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-7929/22 nömrəli qərardadınan görünür ki İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə qədər X1 əmək haqqından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən aparılan artıq tutmaların ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.İddia mümkün sayılmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən İ və İİ dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır. Cavabdeh tərəfin də iddiaya olan mövqeyindən görünuür ki, sözügedən dövr üzrə vergi qanunvericiliyinə - Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.8-cü maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Məcəllədə də qeyd olunduğu kimi vergi güzəştləri məhz müvafiq sənədin təqdim olunduğu vaxtdan tətbiq olunmalıdır. İddiaçı iddia ərizəsində “X1 2016-cı il tarixdən İ dərəcəli əlilliyi barədə Bakı şəhəri 4 saylı Uşaq Musiqi Məktəbinin vaxtında Mədəniyyət Baş idarəsinə məlumat vermədiyi üçün həmin idarənin vergidən azad olmanı vaxtında tətbiq etməməsini” göstərmişdir. Cavabdeh tərəfin möveyinə əsasən mərhum N.Ələkbərovun İ qrup əlilliyi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı Bakı DOST Mərkəzinin 9 mart 2021-ci il tarixli, **********0 nömrəli arayışı həmin tarixdə təqdim edilmişdir. Bu barədə 4 nömrəli uşaq musiqi məktəbi tərəfindən mühasibatlığa 12 mart 2021-ci il tarixində rəsmi məktubla müraciət olunmuş və qanunvericiliyə uyğun güzəşt tətbiq edilmişdir. Məhkəmə iddia ilə bağlı tərəflərin mövqeyini sadalasa da, iddiaçı və cavabdehin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların əsaslı olub-olmamasından əvvəl iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olub-olmamasına qiymət verməyi zəruri sayır. Belə ki, tələbdən aydın görünür ki, iddiaçı artıq vəfat etmiş atasının vaxtilə əmək münasibətlərində olduğu iş yeri üzrə İ qrup əlil olması əsası ilə aldığı əmək haqqına vergi güzəştlərinin tətbiq edilməli olduğunu, lakin işəgötürən tərəfindən güzəştlərin tətbiq edilmədiyini bildirməklə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə qədər X1 əmək haqqından artıq tutulmaların ona geri gaytarılmasını xahiş edir və bu tələb hüququnun olmasını da xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 adına xx.xx.2021-ci il tarixdə V- 380/2021 saylı vərəsəlik işi açılmaqla, ünvan 3 ünvanında yerləşən mənzili miras əmlak kimi qəbul etməsi, bir sözlə vərəsəsi olması ilə əsaslandırır. Məhkəmə qeyd edir ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarınıı ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə də göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Bununla əlaqədar məhkəmə qeyd etməyi də zəruri hesab edir ki, iddiaçı atasının vərəsəsi olmaqla atasının xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə qədər əmək haqqından Cavabdeh tərəfindən artıq tutulmalara yol verilmə halları mövcud olsa da belə, (halbuki buna dair məhkəməyə sübutlar təqdim edilməmişdir) bu ödəmələr (artıq tutulmalar) miras kütləsinə daxil olmadığı üçün bu ödəmələri geri tələb etmə hüququna malik ola bilməz. Belə ki, əmək haqqından artıq tutulmalara yol verilmə halları mərhumun sağlığında ikən qanunvericilikdə müəyyən edilmiş müddətlər ərzində mübahisələndirilə bilərdi. Mərhum isə sağlığında artıq tutulmalara yol verilməsini mübahisələndirmədiyi halda, onun övladı olan - hazırki iş üzrə iddiaçı bu ödəmələrin tutularaq ona qaytarılmasını tələb etməkdə subyektiv hüquqa malik olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, əgər işəgötürən tərəfindən mərhuma ödənilməli olan, lakin ödənilməmiş qalan hər hansı vəsait qalmışdırsa və bu vəsaitlər miras kütləsinə daxil olduğu halda, iddiaçı mərhumun vərəsəsi kimi qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında atasının sağlığında ala bilmədiyi vəsaitləri almaq hüququna malik ola bilərdi. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etməklə "əmək haqqından artıq aparılan tutulmaların geri alınması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova İş № 2(009)-2084/2022 Azərbaycan Respublikası adından QƏTNAMƏ (ÇİXARİŞ) Bakı şəhəri Səbail Rayon Məhkəməsi 03 noyabr 2022-ci il Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "əmək haqqından artıq aparılan tutulmaların geri alınması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etməklə "əmək haqqından artıq aparılan tutulmaların geri alınması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar