Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2088/2021 29.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə Ərizəçi nümayəndə və vəkili Vəkil iştirakı ilə Ərizəçi Bakı şəhəri 28 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə mirasın qəbul faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Səbail rayon məhkəməsinə müraciət edərək onun tərəfindən atası X3 adına olan miras əmlakın qəbul edilməsi faktın müəyyən edilməsi və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 21 iyun 2001-ci il tarixdə vəfat etmiş atası X3 miras əmlakla əlaqədar vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 28 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. Həmin müraciətə əsasən, Bakı şəhəri 28 saylı notariat ofisin notariusu E.Ə. Kərimov ona 8 iyul 2021-ci il tarixli imtina qərarı vermişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246 və notariat haqqında Qanunu 40-cı maddəsinə əsasən vətəndaş Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Qeyd etmək istəyir ki, o, ünvan 1 ünvanda yerləşən mənzildə 2001-ci ilin iyun ayında pasport qeydiyyatında olmuş və həmin mənzili faktiki olaraq qəbul etmiş, ona görə də hesab edir ki, Bakı şəhəri 28 saylı notariat ofisin notariusu E.Ə.Kərimovun qəbul etdiyi qərar əsassızdır. Məhkəmə iclasında Ərizəçi tələbi müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verib ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. ünvan 2 ünvanlayaraq işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. Qardaşı ailəsi ilə birlikdə Gənclər küçəsi ev 3, mənzil 19-da yaşayır və qeydiyyatdadır. Qardaşı yaşadığı ev atasına məxsus olub, atası X5 21.06.2001-ci il tarixdə vəfat etmişdir. Anaları 2013-cü ildə rəhmətə gedib. Həmin evdə 1974-cü il tarixdən yaşayırdılar. Evi atası mədəndə işləyəndə dövlət tərəfindən verilmişdir. O, 1992-ci ildə isə ailə qurub və evdən ər evinə çıxıb getmişdir. Ata evində isə qardaşı Tofiq öz ailəsi ilə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. Onlar dörd bacı və iki qardaş olublar, qardaşları Xəlilov Oktay 1993-cü ildə rəhmətə gedib. X1 21.06.2021-ci ildə, anaları 2013-cü ildə rəhmətə gedib. Qardaşı Tofiq atasının və sonra anasının sağlığında onlarla və öz ailəsi ilə birlikdə Gənclər küçəsi ev 3, mənzil 19-da yaşayıb və hazırda da yaşayır. Qardaşı yaşadığı ev atasına məxsus olub. Həmin evdə 1974-cü il tarixdən yaşayırdılar. Evi atası mədəndə işləyəndə dövlət tərəfindən ona verilmişdir. O, ailə qurub və daimi yaşamaq üçün ər evinə çıxıb getmişdir. Ata evində Tofiq öz ailəsi ilə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Ərizəçi onun həyat yoldaşıdır. O, 1985-ci ilin dekabr ayında Ərizəçila ailə qurmuş və həmin ildən göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Həmin evdə o, ailəsi, qaynanası və qaynatası ilə birlikdə yaşayıblar. X5 21.06.2001-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 08 iyul 2021-ci il tarixli Bakı şəhəri 28 saylı notariat ofisinin notariusu E.Ə.Kərimov qərarından görünür ki, mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən vətəndaş Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan AZ 111775 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 21 iyun 2001-ci ildə 69 yaşında ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2001 ilin iyul ayının 03 günündə 335 № ilə qeyd edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən 10.03.2000-ci il tarixli, 30/162944 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Gənclər küçəsi, ev 3, 19 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə X3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan X6, X7, X10, X4, Şahid2 və Şahid1 notariat qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, X5 21.06.2021-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra miras qalmış daşınar və daşınmaz əmlakdan onlara düşən payı qəbul etməmişlər, etmirlər və bununla əlaqədar gələcəkdə müddətin bərpası üçün heç bir notariat və məhkəmə orqanlarına müraciət etməyəcəklər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı Bakı şəhəri, Səbail rayonu, Gənclər küçəsi, 3 saylı evin 19 saylı mənzili ərizəçi və onun ailə üzvlərindən başqa heç kimin yaşamaması və ərizəçidən başqa hər hansı digər şəxslərin mirası faktiki qəbul etmədiyi müəyyən edildiyindən, həmçinin qeyd edilən hallar mirasın qəbulunda maraqlı ola biləcək digər vərəsələr tərəfindən hər hansı şəkildə mübahisələndirilmədiyindən və ərizədə qeyd edilən faktlar bilavasitə onlar tərəfindən də təsdiq edildiyindən bu hallar hazırkı işin mübahisəsiz halları hesab edilməlidir. İşdə olan sübutlarla müəyyən edilir ki, X5 vəfat etsə də, ondan miras qalmış pay ərizəçidən başqa vərəsələrinin heç biri tərəfindən qəbul edilməmişdir. Ərizəçi Bakı şəhəri, Səbail rayonu, Gənclər küçəsi, 3 saylı evin 19 saylı mənzilində fasiləsiz olaraq yaşayaraq həmin evdən istifadə və həmin evə sahiblik edərək bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş və atasından miras qalmış payı faktiki qəbul etmişdir. Məhkəmə iclasında dindirildmiş şahidlər ərizənin təmin olunmasını xahiş etmişlər. Beləliklə məhkəmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qanun üzrə vərəsələrin dairəsini müəyyən edən 1159-cu maddəsinin tələbləri baxımından ərizəçi 2001-ci il tarixdə ölmüş doğma atası X2 miras qalmış əmlakı faktiki qəbul etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi tərəfindən atası X2 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Gənclər küçəsi ev 3, 19 saylı mənzilin faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən atası X2 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Gənclər küçəsi, 3 saylı evin, 19 saylı mənzilin faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Həmin qətnamə Bakı şəhəri, Səbail rayonu rayonu, Gənclər küçəsi, 3 saylı evin, 19 saylı mənzilinə müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2088/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2088/2021
29.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver