Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2104/2023 09.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Valerevanın cavabdeh “X1 Gənclər Gimnastika Məktəbi” Publik Hüquq şəxsə qarşı işə bərpa edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı Valerevanın cavabdeh “X1 Gənclər Gimnastika Məktəbi” Publik Hüquq şəxsə qarşı işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilində deyil, rus dilində tərtib edilmişdir. AR Konstitusiyanın 26-cı maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. AR Konstitusiyanın127-ci maddəsinin X bəndinə əsasən Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. AR MPM-nin 11.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində — Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. Göründüyü kimi Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dili olan azərbaycan dilində aparılmalı olduğundan, məhkəməyə təqdim edilən sənədlər də (iddia ərizəsi, şikayət və s) azərbaycan dilində tərtib edilməlidir. Əgər məhkəməyə müraciət edən şəxs qeyri-millətin nümayəndəsi olarsa (rus, ingilis, fransız və sair)həmin şəxslər məhkəməyə öz bildikləri dildə deyil, azərbaycan dilində tərtib etdikləri sənədləri təqdim etməlidirlər (hətta ərizə onların ana dilində tərtib edilsə belə həmin ərizə azərbaycan dilinə tərcümə olunmuş variantda məhkəməyə təqdim olunmalıdır). Hakim hesab edir ki, iddia ərizəsi rus dilində tərtib olunduğundan onun məhkəmə icraatı mümkün deyil. Hakim digər tərəfdən qeyd edir ki, əmək münasibətlərindən irəli gələn mübahisələrə dair işlərə məhkəmə qaydasında baxılmamışdan əvvəl tərəfin həmin mübahisənin məhkəmədənkənar mediasiya prosesində həll edilmə qaydasında riayət edilmədən, yəni mediasiya prosesində iştirakı tələb olduğu halda həmin tələbə riayət edilmədən məhkəməyə müraciət edildiyi üçün hazırki iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası “Mediasiya haqqında” AR Qanununun 3.1.3-cü maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələrə dair işlər üzrə mediasiya tədbiq edilir. Həmin Qanununun 27.1.1-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr bu qanuna uyğun olaraq Mediasiya vasitəsilə həll oluna bilər. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” AR Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb oldunduğu halda həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Beləliklə hakim yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı mübahisənin məhkəməyə qədər nizama salınmasına dair sübutları iddia ərizəsinə əlavə etmədiyindən və iddia ərizəsi Azərbaycan dilində tərtib edilmədiyindən iddia ərizəsinin icraata qəbulundan imtina edilməli və iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Valerevanın cavabdeh “X1 Gənclər Gimnastika Məktəbi” Publik Hüquq şəxsə qarşı işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2104/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2104/2023
09.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver