Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2107/2022 05.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, Ərizəçilər Ərizəçi1 Davıdın və Ərizəçi2 nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs X10 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçilər Ərizəçi1 Davıdın və Ərizəçi2 maraqlı şəxslər qismində cəlb olunan Bakı şəhəri 9 saylı Notariat ofisinə və X14 qarşı qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 Davıd və Ərizəçi2 maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi1 Davıdın və Ərizəçi2 Zurufçu(Zurufi) Yaqub Qulu oğlu ilə qohumluq münasibətlərinin, yəni onun övladları olmaları faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Zurufçu(Zurufi) Yaqub Qulu oğlu ərizəçilər X25 və Ərizəçi2ın (X6 vətəndaşlarının) doğma atalarıdır. Ərizəçilər Yaqubun 1-ci nikahından olan uşaqlarıdır. Zurufçu (Zurufi, hətta bəzi sənədlərdə Zrofi kimi) Yaqub Qulu oğlu vəfat etdikdən sonra onun Azərbaycan Respublikasında bır sıra əmlakları miras qalmışdır. Həmin miras əmlaklara dair ərizəçilərin mərhum ataları Y.Zurufçu 2-cı nikahından olan, yetkinlik yaşına çatmayan X11 vəsiyyətnamə qoymuşdur. Vəsiyyətnamənin mövcud olmasına baxmayaraq, ərizəçilər Azərbaycan Respublikası Mulkı Məcəlləsinin 1193-cü maddəsinə əsasən məcburi paya malikdirlər. Ərizəçilər məcburi payın müəyyən edilməsi üçün Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X4 müraciət etsələr də, sonuncu miras əmlaklardan məcburi payın ayrılmasından imtina etmiş və bunu onların doğum haqqında şəhadətnamələrində soyad və ata adları ilə şəxsiyyətlərini təsdiq edən sənədlərdəki məlumatlara uyğun olmadığı ilə əsaslandırmışdır. Ərizəçilər ABŞ vətəndaşlarıdır və onların sənədlərdə, pasportlarda adları ingilis dilinə uyğunlaşdırılaraq yazılmışdır. Həmçinin doğum haqqında X17 Respublikasında verildiyi uçün həmin doğum haqqında Şəhadətnamələrdə düzəliş etmək mumkiin deyildir. Təqdim edilən sənədlərdən göründüyü kimi mərhum Yaqub Zurufçu (Zurufi) xx.xx.1979cu ildə İran İslam Respublikasının vətəndaşı X40 Fərzin ilə 1-cı dəfə rəsmi nikaha daxil olmuş və bu nikahdan onların iki uşaqları anadan olmuşdur: xx.xx.1982-ci il təvəllüdlü Dəniz, xx.xx.1990-cı il təvəllüdlü Dalga Davıd. Ərizəçilərin doğum haqqında Şəhadətnamələrində ata adları Yaqub, soyadları isə Zurufi göstərilmişdir. X37 Purian Fərzin ilə Yaqub Zurufçuya (Zurufiyə) məxsus İran İslam Respublikası tərəfindən verilmiş və tərcümə edilmiş sənədlərdən görünür ki, onların rəsmi nikahlarından xx.xx.1982-ci il təvəllüdlü Dəniz, xx.xx.1990-cı il təvəllüdlü Dalğa Davıd adlı uşaqları anadan olmuşdur. Lakin ərizəçilər sonradan ABŞ vətəndaşlığını qəbul etmiş və onların şəxsiyyətlərini təsdiq edən sənədlərdə ad və soyadları qeyd edildiyi kimi ingilis dilinə uyğunlaşdırılmış və Ərizəçi1 Davıd və Ərizəçi2 kimi qeyd olunmuşdur. Təqdim edilmiş sənədlərdən göründüyü kimi Ərizəçi1 Davıd və Ərizəçi2 Yaqub Zurufçunun (Zurufiınin) doğma övladlarıdır, ata-baladırlar, eynı şəxslərdir. Zurufçu və Zurufi soyadı məsələsinə gəldikdə isə Yaqubun oz rəsmi sənədlərində də əvvəllər soyadı Zurufi kimi göstərilmişdir. Yəni bu adları çəkilən şəxslər eyni şəxslərdir, ata-baladırlar. Bu faktı Yaqubun 2-ci ailəsi Zurufçu (Mustafayeva) Aynur Valeh qızı da danmır. Bu halları və faktları təsdiq edən şəxsər, iş yoldaşları, qonşular, qohumlar, ailə foto-video albomları var. Yaqubun özünün bu barədə Şüvəlanda Bağ evində mətbuat nümayəndələri ilə keçirdiyi video müsahibələrində Amerikada yaşayan Dalğa Davıd adlı oğlunun və Dəniz adlı qızının olduğunu, hətta bır müddət uşaq vaxtı onların - Dalğa Davıd və Dənizin Şüvəlanda 3/2-2038/2037 №-İi Bağ evində yaşadıqlarını, Dalğa Davıdin Bakıda "Oxford” məktəbində təhsil aldığını təsdiqləyir. Yaqub Zurufçu (Zurufi) məşhur müğənni olduğu uçun Azərbaycanda hamı onu və ailələrini tanıyırdı. Hətta Azərbaycan Respublikasının Prezidenti H.Əliyev onu 2001-2006-cı illərdə dəfələrlə qəbul edib, “Olimp” tərəfdə, Yasamal rayonu, İnşaatçılar pr. ev 66-da mənzillə mükafanlandırmışdır. Həmin mənzildə Bakıda Yaqub 1-ci ailəsi Vila Rezai və uşaqları Dalğa Davıd və Dənizlə birgə yaşamışdır. Sonradan ailə Əzizbəyov (Xəzər) rayonunda Şüvəlandakı Bağ evində yaşamışdır. Göründüyü kimi Dalğa Davıd və X26 (Zurufinin) doğma övladlarıdır. Qanunvericiliyin tələbinə əsasən ərizəçilərin sənədlərində soyad və adlarında olan hərf dəyişikliyi onlara mərhum atalarından qalan miras əmlakda qanunla onlara çatacaq məcburi payı qəbul etmək hüququndan məhrum etmir. Ancaq Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X5 17 mart 2022-ci il tarixli Qərarla notariat hərəkətlərini aparmaqdan imtina etmiş, nəticədə notarius tərəfindən miras əmlaklara dair vəsiyyətnamə uzrə vərəsə kimi yetkinlik yaşına çatmayan Zurufçu Atillaya və X14 isə məcburi pay hüququna dair Şəhadətnamələr verilmişdir. Ərizəçilər isə miras əmlak bölgüsündən kənarda qalmışlar. Nəticədə ərizəçilərin vərəsəlik hüquqlarının həyata keçirilməsində çətinliklər yaranmışdır. Yuxarıda qeyd etdikləri kimi ərizəçilərin şəxsiyyətlərini təsdiq edən sənədlər İran İslam Respublikasında və X7 verildiyindən həmin sənədlərdə düzəliş edilməsi qeyri-mümkündür. Bu səbəbdən Ərizəçi1 Davıd və Ərizəçi2 Zurufçu (Zurufi) Yaqub Qulu oğlunun qohumluq münasibətlərinin, yəni onların Yaqubun doğma övladları olmaları, onların eyni şəxslər olması faktının təsdiq edilməsi zərurəti yaranmışdır. Qeyd edildiyi kimi qohumluq münasibətlərinin müəyyən edilməsi ərizəçilətə vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün lazımdır və onlar bu faktı başqa qaydada təsdiq etdirə bilmirlər. xx.xx.2022-ci il tarixdə ərizəçilər Ərizəçi1 Davıdın və Ərizəçi2 Nümayəndə məhkəməyə ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, Ərizəçi1 Davıd və Ərizəçi2 Zurufçu (Zurufı) Yaqub Qulu oğlu ilə qohusluq münasibətlərinin, yəni onun övladları olmaları faktının təsdiq edilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 Davıd və Ərizəçi2 xarici şəxslər olmaqla X6 vətəndaşlarıdır. Qohumluq faktı münasibətlərinin müəyyən edilməsi ərizəçilərə vərəsəlik hüquqlarının həyata keçirilməsi və 9 saylı notariat ofisinin xüsusi notariusu X3 vərəsəliklə əlaqədar imtina qərarı ilə bağlı lazımdır. Bu barədə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində vərəsəliyin müəyyən edilməsi və s. iddia tələbi ilə bağlı iddia qaldırılmışdır. Hazırda işə baxılır. Ərizəçilər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərildiyi kimi, onların atalarının vəfatı ilə əlaqədar Azərbaycan Respublikasında olduğu və gəldiyi yer ünvan 1 ünvanı göstərilmişdir. Qeyd edilənlərə əsasən Ərizəçi1 Davıdın və Ərizəçi2 Zurufçu(Zurufi) Yaqub Qulu oğlu ilə qohumluq münasibətlərinin, yəni onun övladları olmaları faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə ərizəçilərin nümayəndəsi və vəkilinin ərizəyə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 Davıdın və Ərizəçi2 nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və ərizənin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində cəlb olunmuş X10 nümayəndəsi və vəkili Vəkil mərhum X19 aid və ərizəçilərə aid şəxsiyyəti təsdiq edən sənədlərdə ata adı və soyadı və eləcə də, X15 doğum şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində adı, ata adı, soyadı, eləcə də, doğum tarixi fərqli göstərildiyinə görə X15 ərizəçilər Ərizəçi1 Davıdın və Ərizəçi2 ataları olmasını qəbul etmədiklərini bildirmiş və ərizənin təmin olunmamasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri 9 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, ərizəçilərin nümayəndəsi və vəkilinin, maraqlı şəxs X10 nümayənqdəsi və vəkililinin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vəkil sorğusuna xx.xx.2022-ci il tarixli, 05/1556 cavab məktubundan görünür ki, X6 vətəndaşları, xx.xx.1990-cı il təvəllüdlü X28 və xx.xx.1982-ci il təvəllüdlü Ərizəçi2 sonuncu dəfə ünvan 2 ünvanına qeydiyyata alınmışlar. X6 vətəndaşı, xx.xx.1956-cı il təvəllüdlü X41 Fərzinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu R.Z.Sadıqovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, miras qoyan xx.xx.2021-ci il tarixdə vəfat etmiş X15 əmlakının qəbulu ilə əlaqədar notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlərdə: doğum haqqında şəhadətnamə ilə şəxsiyyəti təsdiq edən sənəd: pasportlarda uyğunsuzluq olduğu üçün (doğum haqqında şəhadətnamədə ad və soyadı - Zurufı Davud ata adı Yaqub, Zurufi Dəniz ata adı Yaqub, pasportda: Ərizəçi2 və X29) bildirir ki, notariat hərəkətinin aparılması qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda göstərilənləri və notariat haqqında qanunun 40-cı maddəsini nəzərə alaraq notariat hərəkətinin aparılmasından imtina edilməsi qərara alınmışdır. İş materiallarında olan Səbail RPİ tərəfindən xx.xx.2010-cu il tarixində verilmiş AZE 08628271 № li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 xx.xx.1950-ci il tarixində İranın Təbriz şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ-İİ 186982 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021 ilin 09 ayının 15 günündə 1318 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İ 811796 № li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X24 və X9 xx.xx.2010-cu il tarixində nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada “Zurufçu” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, AZ-İİ 765367 № li doğum haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2011-cı il tarixində Bakı şəhərində anadan olmuşdur, atası X24, anası X16r. İş materiallarında olan İran İslam Respublikası Məhkəmə orqanının nikahın pozulması haqqında 047732 nömrəli şəhadətnamənin fars dilindən tərcüməsinin surətindən görünür ki, Təbriz şəhəri 43 saylı boşanma bürosu 4089 №-li, xx.xx.1979-cu il tarixli nikah sənədi və Təbriz şəhər Ümumi Məhkəməsinin 19-cu şöbəsi tərəfindən verilmiş 1883 №-li, xx.xx.2006-cı il tarixli məhkəmə qərarına əsasən ər və arvad arasında mövcud nikah pozulur və xanım ona veriləcək məhriyəni bağışlamışdır. Boşanma iddiasıını irəli sürən tərəf, yəni Yaqub Zurufçu bu bağışlama və digər şərtləri qəbul etmişdir. X40 Farzin-imza. İş materiallarında olan İran İslam Respublikasının, Təbriz, X12 Qeydiyyatı İdarəsinin sənədinin fars dilindən tərcüməsinin surətindən görünür ki, Zroufı /Yaghoob/ Gholı xx.xx.1950-ci ildə Təbriz şəhərində doğulmuşdur, xx.xx.1956-cı il təvəllüdlü həyat yoldaşı Rezaeı Villa ilə xx.xx.1979-cu ildə nikah bağlamışdır. Onların uşaqları: xx.xx.1982-ci il təvəllüdlü Daniz və xx.xx.1990-cı il təvəllüdlü Dalğha. İş materiallarında olan İran İslam Respublikası Ölkənin VVADQ Təşkilatının doğum haqqında şəhadətnamənin fars dilindən tərcüməsinin surətindən görünür ki, X40 Fərzin xx.xx.1956-cı ildə Təbriz şəhərində anadan olmuşdur, həyat yoldaşı haqqında məlumat: xx.xx.1950-ci ildə Təbriz şəhərində anadan olmuş Yaqub Zorufı ilə xx.xx.1979-cu ildə nikah bağlamışdır. xx.xx.2006-cı ildə boşanmışlar. Uşaqları: Dəniz xx.xx.1982 il təvəllüdlü Dəniz və xx.xx.1990-cı il təvəllüdlü Davud. İş materiallarında olan İran İslam Respublikasının Dövləti Xarici pasportunun fars dilindən tərcüməsinin surətindən görünür ki, X31 xx.xx.1950-ci ildə Təbriz şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Beynəlxalq Məktəbinə (Bakı Oxford Məktəbi) qəbul üçün xx.xx.2005-ci il tarixli ərizənin ingilis dilindən tərcüməsindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X32 Bakı Oxford məktəbinin 8-ci sinfinə qəbul edilmişdir. Şagirdin atası Yakob Zourofchy (musiqiçi), anası Vila Rezai (evdar qadın). Yaşadığı ünvan Bakı şəhəri Əzizbəyov rayonudur. İş materiallarında olan Azərbaycan Beynəlxalq Məktəbinin təhsilin bitməsinə dair xx.xx.2006-cı il tarixli sertifikatının ingilis dilindən tərcüməsindən görünür ki, 2005-ci ildə məktəbə qəbul olunmuş xx.xx.1990-cı il təvəllüdlü Ərizəçi1nin məktəbdə son iştirak günü xx.xx.2006-cı ildə olmuşdur. İş materiallarında olan X13 vətəndaşının ********* nömrəli xx.xx.2014-cü il tarixli pasportunun ingilis dilindən tərcüməsindən görünür ki, Rezai Vila xx.xx.1956-cı ildə İranda doğulmuşdur. İş materiallarında olan İran İslam Respublikasının Bakıdakı Səfirliyində xx.xx.2005-ci il tarixdə təsdiq edilmiş 436 nömrəli etibarnamənin fars dilindən tərcüməsindən görünür ki, xx.xx.1950-ci ildə Təbrizdə anadan olmuş X33 xx.xx.1956-cı ildə anadan olmuş X34 Farzinə boşanma prosedurasını həyata keçirməsi səlahiyyətini etibar edir. İş materiallarında olan X13 vətəndaşının ********* nömrəli xx.xx.2014-cü il tarixli pasportunun ingilis dilindən tərcüməsindən görünür ki, Ərizəçi2 xx.xx.1982-ci ildə İranda doğulmuşdur. İş materiallarında olan X13 vətəndaşının ********* nömrəli xx.xx.2020-ci il tarixli pasportunun ingilis dilindən tərcüməsindən görünür ki, Ərizəçi1 xx.xx.1990-cı ildə İranda doğulmuşdur. İş materiallarında olan İran hökuməti tərəfindən verilmiş nikah şəhadətnaməsinin fars dilindən tərcüməsindən görünür ki, Jakob Surofchy və Vila Rezai 23 iyul 1979-cu ildə nikah bağlamışlar. İş materiallarında olan İran İslam Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 157 nömrəli xx.xx.1950-ci il tarixli doğum haqqında şəhadətnamənin fars dilindən tərcüməsindən görünür ki, X35 xx.xx.1950-ci ildə İranın Təbriz şəhərində doğulmuşdur. Arvadı xx.xx.1956-cı ildə doğulmuş Vila Rezai ilə xx.xx.1979-cu ildə nikah bağlamışlar. Uşaqları: xx.xx.1982-ci ildə doğulmuş Deniez və xx.xx.1990-cı ildə doğulmuş Dalga. İş materiallarında olan İran İslam Respublikasının X2 Dövlət qeydiyyatı tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli doğum haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, Dəniz Zurufi xx.xx.1982-ci ildə Tehranda doğulmuşdur. Atası Yaqub, anası Viladır. İş materiallarında olan İran İslam Respublikasının X2 Dövlət qeydiyyatı tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli doğum haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, Davud Zurufi xx.xx.1990-cı ildə Almaniya, Hamburqda doğulmuşdur. Atası Yaqub, anası Viladır. İş materiallarında olan Hamburq-Barmberk/Uhlenhorst VVAQ İdarəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 4879 nömrəli doğum haqqında arayışın alman dilindən tərcüməsindən görünür ki, Dalga Zoroufi xx.xx.1990-cı ildə Hamburqda doğulmuşdur. Valideynləri: Yaghoob Zoroufi və X38 Farzin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx.xx.2019-cu il tarixli 03 saylı qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və s.) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər üçün müəyyən edilməsi yolverilməzdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, Zurufçu (Zurufi) Yaqub Qulu oğlu xx.xx.1950-ci ildə Təbriz şəhərində doğulmuşdur. O, xx.xx.1979-cu ildə X40 Fərzin ilə rəsmi nikah bağlamaqla ailə qurmuş və həmin nikahdan onların iki övladları anadan olmuşdur: xx.xx.1982-ci il təvəllüdlü Dəniz və xx.xx.1990-cı il təvəllüdlü Dalğa David. Zurufçu (Zurufi) Yaqub Qulu oğlu ilə X40 Fərzin arasında olan nikah xx.xx.2006-cı il tarixdə İran İslam Respublikası Məhkəmə orqanı tərəfindən pozulmuşdur. Bundan sonra Vila Rezai övladları Dəniz və Dalğa Davidlə birlikdə X8 köçmüş və Amerika vəətəndaşlığını qəbul etmişlər. X24 xx.xx.2010-cu il tarixində Mustafayeva (Zurufçu) Aynur Valeh qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və həmin nikahdan onların xx.xx.2011-ci ildə bir övladları anadan olmuşdur: X20. X24 xx.xx.2021-ci ildə ölmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəçilərə aid sənədlərdə, eləcə də, mərhum X19 aid sənədlərdə onun adı və soyadı fərqli (Zurufi, Surofchy, Zoroufi) göstərilsə də, iş materiallarında olan sənədlərdən, ailə foto-video albomlardan ərizəçilər Ərizəçi1 Davıdın və Surofchy X1 övladları olması öz təsdiqini tapır. İş materiallarını araşdıran məhkəmə belə qənaətə gəlir ki, ərizədə qeyd edilənlər işdə olan sübutlarla kifayət qədər öz təsdiqini tapır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçilər Ərizəçi1 Davıdın və Ərizəçi2 məhrum X15 övladları olması faktı təsdiq edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçilər Ərizəçi1 Davıdın və Ərizəçi2 məhrum X15 övladları olması faktı təsdiq edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2107/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2107/2022
05.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver