Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2109/2022 14.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X14 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, ərizəçinin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, Ərizəçi (Səbail rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) «hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə 14 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Səbail rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs kimi qeyd edilən) «doğum faktın müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 24 dekabr 1929-cu ildə doğulması faktının müəyyən edilməsi və ata qrafasında X8, ana qrafasında X3 yazılmasının Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ərizəçinin atası X9 24 dekabr 1929-cu il tarixdə Lənkəranda anadan olmuşdur. X5 24 dekabr 1929-cu il tarixdə Lənkəranda doğulması barədə verilmiş doğum haqqında şəhadətnaməni onun ölümündən sonra ərizəçi tapa bilməmişdir. Hazırda ərizəçi mərhum babası X4 miras qalmış daşınmaz əmlakı qanun üzrə vərəsəlik qaydasında öz adına rəsmiləşdirmək istəyir, bununla əlaqədar ondan mərhum atasının doğumu haqqında şəhadətnamə tələb olunur. Qeyd edir ki, atasının bacısı X2 doğum haqqında şəhadətnamə verilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi-vəkili ərizəsini müdafiə edərək, ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Maraqlı şəxs lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: P1095296 nömrəli pasportun surətindən görünür ki, X9 24 dekabr 1929-cu il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. AZ-1№ 224382 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 22 noyabr 2006-cı il tarixdə vəfat etmişdir. Lənkəran Bələdiyyəsinin 27 iyul 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, həqiqətən Ərizəçi atası mərhum 1929-cu il təvəllüdlü, X9 xx.xx.2006-cı il tarixdə Lənkəran şəhəri “Kiçik Bazar” qəbristanlığında dəfn olunmuşdur. ИЕ № 691763 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 atası X8, anası X7r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nın 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə görə, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə hesab edir ki, iş materialları, ərizəçinin izahatı ilə X5 xx.xx.1929-cu il tarixdə Lənkəran şəhərində anadan olduğu, atasının X8, anasının isə X10 olduğu faktı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Odur ki, ərizəçi doğum haqqında akt qeydinin göstərilməsini təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, düzgün olaraq məhkəməyə müraciət etmiş və həmin fakt müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nın 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutuaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. X5 xx.xx.1929-cu il tarixdə Lənkəran şəhərində anadan olması faktı müəyyən edilsin. X6 ata qrafasında X8 (milliyyəti azərbaycanlı), ana qrafasında isə X10 (milliyyəti azərbaycanlı) göstərilərək, müvafiq məlumatları əks etdirən doğum һaqqında şəһadətnamənin verilməsi Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə olunsun Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-2109/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2109/2022
14.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver