Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2132/2020 27.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 55 saylı evi anası X8 xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 2 saylı notariat kontorunun notariusu Z.Abdullayeva tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Alqı-satqı müqaviləsi əsasında anasının aldığı ev xx.xx.2015-ci il tarixdə mülkiyyət hüququ üzrə X10nın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X10 xx.xx.2018-ci ildə vəfat etmişdir. Bundan sonra həmin ev vərəsəlik qaydasında mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə İddiaçı2, xx.xx.2019-cu il tarixdə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda onlar həmin mənzilin 1/2 hissə üzrə mülkiyyətçilərdirlər. Evi aldıqdan sonra Cavabdeh1 bütün əmlaklarını da götürüb həmin evdən köçüb getmişvə evi bizə təhvil vermişdir. Həmin vaxtdan ev onların istifadəsindədir. Lakin Cavabdeh1 mənzili onlara təhvil versə də, onun özü və övladları hal-hazırki vaxtadək qeydiyyatdan çıxmamışlar. Hal-hazırda cavabdehlərin onlara məxsus mənzildə qeydiyyatda qalması mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onların mülkiyyətlərində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Cavabdehlərin mülkiyyətlərində olan mənzilə olan hüquqları itirilmiş hesab edilməlidir. Cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsa da, həmin mənzildə yaşamırlar, mənzil alınarkən onların həmin mənzilə istifadə hüquqlarının saxlanılması nəzərdə tutulmamış və bu barədə heç bir razılaşma olmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçılar cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və onun yetkinlik yaşına çatmayan oğlu X5 Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 55 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini və həmin qətnamənin onların pasport qeydiyyatının ləğv edilməsi üçün əsas olmasını göstərilməsini xahiş etmişlər. Məhkəmə iclasında izahatı alınmış iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 yaşayış yeri məlum olmadığından onları məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçılarının izahatlarını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı şəhəri 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin kserosurətinə əsasən X8 Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 55 saylı evini Cavabdeh1 almışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 55 saylı evi tam mülkiyyət hüququ üzrə X3 mülkiyyətində olmuşdur. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X8 xx.xx.2018ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 1875 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X3 vərəsələri qızları İddiaçı1 və İddiaçı2 miras əmlakdan hər biri 1/2 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, istifadədə olan 0,007786 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 59,68 kv.m.olan 55 nömrəli fərdi yaşayış evindən ibarətdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların kserosurətlərinə əsasən Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 55 saylı evi hər birinə 1/2 hissədə məxsus olmaqla İddiaçı2 və İddiaçı1 qıznın paylı mülkiyyətindədir. İş üzrə 46 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2 saylı forma üzrə arayışa əsasən X2, Cavabdeh3, Cavabdeh2 və X9 Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsində yerləşən 55 saylı evində qeydiyyatdadırlar. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləninn 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıların anası Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsində yerləşən 55 saylı evi alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 almışdır və həmin ev onun xüsusi mülkiyyətində olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçıların anaları xx.xx.2018-ci il tarixdə ölmüşdür və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən iddiaçılar Təranə Həsənovanın vərəsələri kimi miras əmlakdan hər biri 1/2 hissədə pay almışlar və həmin ev hazırda onların paylı mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər həmin evin əvvəlki mülkiyyətçisi və onun ailə üzvləri olub və mübahisəli evdə qeydiyyatda olsalar da, həmin evdə yaşamırlar, ev alınarkən cavabdehlərin həmin evdə istifadə hüququnun saxlanılması nəzərdə tutulmamış və bu barədə heç bir razılaşma olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçılarının paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 55 saylı evdə yaşayış yeri üzrə qeydiyyatda qalmaları onların mülkiyyət hüquqlarını pozur və bu səbəbdən cavabdehlərin həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iddia tələbinin çıxarılacaq qətnamənin cavabdehlərin mənzilə yaşayış yeri üzrə qeydiyyatlarının ləğv edilməsi üçün əsas tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununa əsasən həyata keçirilir. Belə olan halda cavabdehlərin mənzilə istifadə hüquqları itirilmiş hesab olunduğu üçün, bu hal onların yaşayış yeri üzrə qeydiyyatlarının ləğv edilməsi üçün əsas hesab edilir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddəsinin rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X5 Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 55 saylı evinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X5 yaşayış yeri üzrə qeydiyyatlarının ləğv edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2132/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2132/2020
27.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver