Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2154/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 1 ünvandakı əmlakın saxlanması və kommunal xidmətlərə görə hesablanmış zəruri xərclərə görə və yarısı həddində cəmi 784 manat pulun Cavabdeh Oqtay oğlundan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında “əmlakın naturada bölünməsi, mümkün olmadığı halda açıq hərracda satılması və əldə edilmiş pul vəsaitinin tərəflər arasında bölünməsi" tələbinə dair iddia üzrə Səbail rayon Məhkəməsi xx.xx.2024-cü il tarixdə qətnamə çıxarmışdır. Qətnaməyə görə əmlak hərracda satılmalı və əldə olan pul vəsaiti tərəflər arasında bölünməlidir. Qeyd edir ki, paylı mülkiyyətdə olan əmlakın saxlanması və zəruri xərclərinin ödənilməsində cavabdeh iştirak etməmiş və bütün xərclər iddiaçı tərəfindən həyata keçirilmişdir. Əmlak satılıb bölünəndən sonra cavabdeh onun xərcini ödəməyəcəkdir. Nə qədər ki, Cavabdeh mənzilin hərracda satılmasını və payına uyğun məbləği ona ödənilməsini tələb edir, o zaman o da, mənzilin saxlanması və kommunal xidmətlərə görə ödədiyi və ödəniləcək məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin hazırlıq və məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. İş materiallarında olan AA******* 2JSNRKVV nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Oqtay oğlu xx.xx.1970-ci ildə anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-256/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 1/2 və İddiaçı 1/2 hissədə paylı mülkiyyəti kimi tanınmış Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi 1 saylı evin 50 saylı mənzilinin hərraca çıxarılaraq satılması, mənzilin satışından əldə olunmuş pul vəsaitinin əmlakdakı paylara mütənasib surətdə iddiaçı və cavabdeh arasında bölünməsi qət edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** nömrəli və xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 saylı evin 50 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan AR Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, ünvan 2 ünvanında İddiaçı və Cavabdeh qeydiyyatdadırlar. İş materiallarında olan ünvan 2 ünvanın sahibi İddiaçı, usta R.Kərimov və texnik mühafizəçi M.Babayev tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, 21 iyul 2023-cü il tarixdə F.Əmirov küçəsi, ev 1, blk 1, 5-ci mərtəbə, 50 nömrəli mənzildə hamamın divarlarında 2 ədəd boru zədələnmişdir. Su qızdırıcısının altında bir boru və ayaqyolu çanağının yanında divarda başqa bir boru. Həmin vaxt qapı qonşularında işləyən santexnik ustası X2 50 saylı mənzilin sahibi İddiaçı ilə məsləhətləşməyə dəvət olunmuşdu. Usta məsləhət gördü ki, kafel iki yerdən sökülməlidi və boruların recordanları təmir olunmalıdı, sonra yeni kafel yerinə yapışdırılmalıdır. Ustanın zəhmət haqqı 150 manat. Blok 1-də çalışan qonşular tərəfindən işə götürülən texnik mühafizəçi işçi M.Babayev 4-cü mərtəbədən qonşuların narazılığını təsdiqləyib. Borular təmir edilənə qədər 50 saylı mənzilin sahibi İddiaçı mənzilin suyunu tam kəsməli olmuşdur. İş materiallarında olan ünvan 2 ünvanın sahibi İddiaçı, usta Rafət İmanov və texnik mühafizəçi M.İ.Babayev tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli Yataq otağında istilik borusunun təmiri haqqında xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, ünvan 3 ünvanında borudakı sızmanın aradan qaldırılması üçün aşağıdakı işlər görüldü: 1. Tavan və divar qismən sökülüb, 2. İstilik borusunun dəyişdirilməsi və qaynağının təmiri üçün santexnika işləri istilik təchizatı idarəsinin ustası tərəfindən aparılmışdır, №. Tavan və divar təmir işləri, 4. Qaynaq maşını, borular və rəngləmə işləri üçün tikinti materialları. İşi ev sahibəsi İddiaçı qəbul edib və pulunu ödəyib. Ümumi məbləğ 200 manat. İş materiallarında olan ünvan 2 ünvanın sahibi İddiaçı və texnik mühafizəçi M.İ.Babayev tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli təmir işləri (ikinci hissə) Aktından görünür ki, ünvan 1 ünvanında usta X2 tərəfindən evin vanna otağında aşağıdakı işləri görüb: hamam lavabonun arxasındakı 2 arko kranlar, 2 şlanqların, 1 smesitelin, 2 divarın içində recorların və kafelin təmiri. 2 ədəd arko kran və 2 ədəd şlanq, 1smesitel, 1 sifon, 2 recor, 1 kafel, gips, 2 kq mata, 2 kq sement, silikon, qiymət-100 manat, ustanın zəhmət haqqı 90 manat, ümumi 190 manat. Xərcləri ödədi İddiaçı. İş materiallarında olan ünvan 2 ünvanın sahibi İddiaçı və usta R.İ.Kərimov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli təmir işləri üçün Aktdan görünür ki, ünvan 1 ünvanda usta X2 hamamda aşağıdakı işləri görüb: iki divarlarda su borularında dörd santexnika plastik birləşdirən dirsəklərin dəyişdirilməsi, iki kafelin vurulması. İstifadə olunan materiallar: 4 ədəd santexnika plastik birləşdirən dirsəklər. 1 ədəd metal mişar, 4 ədəd birləşdirici metal fitinq, suvaq, sement, 2 ədəd kafel. Qiyməti 40 manat. Usta zəhmət haqqı 150 manat, ümumi-190 manat. Xərcləri ödədi İddiaçı. İş materiallarında olan ünvan 2 ünvanın sahibi İddiaçı və usta Rafət İmanov tərəfindən tərtib olunmuş 25 yanvar 2023-cü il tarixli İstilik təchizat batareyasının təmiri haqqında Aktdan görünür ki, ünvan 3 ünvanında istilik sisteminin çürümüş siyirtmə klapanlarının (istilik təchizatı batareyasının) göstərilən ünvanda təmiri aparılıb. Təmir usta santexnik Rafət İmanov tərəfindən aparılmışdır. İş mənzil sahibi İddiaçı tərəfindən qəbul edilib və ödənilib. İki klapanın qiyməti - 25 manat, usta işinin qiyməti - 50 manat. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan və qəbzdən görünür ki, ünvan 3-də təmir sexindən usta Namiq Əliyev su qızdırıcısının “freş” içini təmizləmiş və 30 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2021-xx.xx.2024-cü il tarixlərə "xxxx" ASC Səbail rayon sukanal idarəsi üzrə ödənişlərin siyahısınıdan görünür ki, ünvan 5 ünvan üzrə 178.16 manat ödəniş olmuşdur. İş materiallarında olan Baklift-1 ödəniş qəbzindən görünür ki, ünvan 5 ünvan üzrə lift xidmət haqqı olaraq 9,0 manat ödəniş olmuşdur. İş materiallarında olan abunəçi X1 ******* nömrəli abunə haqqı 147,00 manat məbləğində təşkil edir. İş materiallarında olan abonent hərəkətlərindən görünür ki, xx.xx.2021-ci il xx.xx.2024-cü il tarixə istilik üzrə ünvan 6 ünvana abonent 136,75 manat ödəniş olmuşdur. İş materiallarında olan Bələdiyyələr Onlayın ödəmək qəbzindən görünür ki, Cavabdeh və İddiaçı Oktay qızının bələdiyyə əmlak vergisi 129.82 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası MM-nin 425.1 maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 396-cı maddəsinə görə öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir. Azərbaycan Respublikası MM-nin 14.1 maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. MM-nin 14.2.1 maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, həmçinin MM-nin 14.2.8 maddəsinə görə fiziki və hüquqi şəxslərin digər hərəkətləri də mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası kimi çıxış edə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1 maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə, hazırkı iddiaya da sübutetmə aspektindən yanaşaraq bildirir ki, iddiaçı tələbinin faktiki əsası kimi aktlara istinad etmişdir. Aktda əks olunmuş halların borc sənədi ilə bir daha təsdiq olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, aktların mətnində nəzərdə tutulmuş halların həqiqi olduğu qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh paylı mülkiyyətdə olan mənzilin saxlanılması və kommunal xidmətlərə görə hesablanmış xərcini xərcin əvəzi olaraq 784 (yeddi yüz səksən dörd) manat pul tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh paylı mülkiyyətdə olan mənzilin saxlanılması və kommunal xidmətlərə görə hesablanmış xərcin əvəzi olaraq 784 (yeddi yüz səksən dörd) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2154/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2154/2024
25.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver