Məhkəmə qərarları › İş №2(009)-2158/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2158/2022

30.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2158/2022 30.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs və Bakı 5 saylı Mediasiya Təşkilatı qeyd edilən) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs və Bakı 5 saylı Mediasiya Təşkilatı qeyd edilən) ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü ildə anadan olmuş X10 və xx.xx.2015-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatan kimi onların saxlanması üçün 11 aprel 2022-ci ildən başlayaraq hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən ərizəçiyə ödənilməsinə dair onunla Maraqlı şəxs arasında bağlanaraq Bakı 5 saylı mediasiya təşkilatının mediatoru Ülkər Zülfüqarova tərəfindən təsdiq edilmiş 11 aprel 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2014-cü ildə anadan olmuş X11 və xx.xx.2015-ci ildə anadan olmuş X8 adında 2 övladları vardır. Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-1318/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsilə nikahları pozularaq xx.xx.2014-cü ildə anadan olmuş X11 və xx.xx.2015-ci ildə anadan olmuş X3 onun yanında qalması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin X2 tutularaq ona ödənilməsi qərara alınmışdır. Həmin aliment məbləği yetərli olmadığı və artırılması zəruri olduğu üçün o, aliment məbləğinin artırılması ilə bağlı mediasiyaya müraciət etmiş, onunla X9 arasında bağlanaraq Bakı 5 saylı mediasiya təşkilatının mediatoru Ülkər Zülfüqarova tərəfindən təsdiq edilmiş 11 aprel 2022-ci il tarixli barışıq sazişi ilə uşaqlar yetkinlik yaşına çatana kimi onların saxlanması üçün 11 aprel 2022-ci ildən başlayaraq hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin X9 tərəfindən ona ödənilməsi müəyyən edilmişdir. Mövcud vəziyyətdə X9 tərəfindən alimentin ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada imtina edilərək həmin aliment məbləği ödənilməyir və bu səbəbdən sazişdə nəzərdə tutulmuş həmin aliment məbləğinin məcburi icra qaydasında tutulması üçün həmin mediasiya prosesi nəticəsində bağlanmış sazişin məhkəmə qətnaməsilə təsdiq edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək bildirmişdir ki, alimentin artırılmasına etiraz etmədiyi üçün mediasiya prosesində barışıq sazişi bağlanmışdır. Halhazırda da alimentin artırılmasına, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxslər kimi Bakı 5 saylı Mediasiya Təşkilatının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-ə əsasən mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 283116 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 06 mart 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Uşağın atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 565047 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 06 iyun 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Uşağın atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) - birgə nikahlarından doğulan xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün daha əvvəl məhkəmə qərarı ilə müəyyən edilmiş hər uşaq üçün 175 manat alimentin hər uşaq üçün 193 manata artırılmasına razılıq verməklə, həmin artıma uyğun alimenti 2022-ci ilin aprel ayından başlayaraq uşaqlar 18 yaşına çatanadək hər ay ərzində İ Tərəfə ödəməyi öhdəsinə götürmüşdür. (2.1) Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (2.5) Bu saziş son imzanın atıldığı gündən qüvvəyə minir.(3.7) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qismən qanuni şəkildə bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qararının 82/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan 193 manat məbləğində pul iddiaçının mediasiyaya müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Bundan başqa barışıq sazişindən görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş, lakin sazişin ikinci tərəfi barışıq sazişi ilə müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda hazıradək buna əməl etməmişdir. Belə olan halda sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qismən qanuni şəkildə bağlanmışdır, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 11 aprel 2022-ci il tarixdə bağlanmış barışıq sazişi məcburi icrası üçün qismən təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 11 aprel 2022-ci il tarixli aşağıdakı məzmunda Barışıq sazişi məcburi icra üçün təsdiq edilsin. xx.xx.2014-cü ildə anadan olmuş X10 və xx.xx.2015-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün atası Maraqlı şəxs hər uşaq üçün tutulan 175 manat alimentin məbləği artırılaraq 193 manat müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Ərizəçi xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar