Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2180/2021 07.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin– Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC – Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1100 (min yüz) manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rusumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh nəqliyyat vasitəsi icrayə verilmişdir. İcarə müqaviləsinin təminatı kimi İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanaraq “Kia Optima” markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol vərəqəsinə əsasən 28.06.2021-ci il tarixdən 20.07.2021-ci tarixədək icarəyə verilmişdir. Cavabdeh müqavilnin şərtlərini pozaraq (icarə müqaviləsi 8.4) idarəetməni X2 ötürmüşdür. Avtonəqliyyat vasitəsi cavabdehin ixtiyarında olduğu vaxt 29.06.2021-ci il tarixdə, saat 02:20 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində X8 əməkdaşları tərəfindən avtonəqliyyat vasitəsinə İXM 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddəsi ilə 100 manat cərimə tətbiq edilmişdir. Əlavə olaraq icarə müqaviləsinin 8.4-cü bəndini pozduğuna görə Cavabdeh tərəfindən İddiaçı MMC-nin xeyrinə 1000 (min) manat məbləğində pul tutulmasını xahiş edirlər. Qəza törədilən vaxt cavab Cavabdeh sözügedən məbləği tezliklə İddiaçı MMC-yə qaytaracağına söz vermişdir. Lakin indiyə kimi cavabdeh həmin məbləği qaytarmağa hec bir cəhd göstərmir. Borcun tam ödənilməsi ilə bağlı dəfələrlə cavabdehlərə müraciət etsələr də, o, müxtəlif bəhanələrlə borcun ödənilməsindən yayınmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı MMC ilə onun arasında avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Kia Optima” markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol vərəqəsinə əsasən 28.06.2021-ci il tarixdən 20.07.2021-ci tarixədək ona icarəyə verilmişdir. Belə ki, 29.06.2021-ci il tarixdə, o, bir tədbirdə iştirak etmiş və içkili olduğundan avtomaşını idarə etmək üçün X4 çağırmış və Xəzər rayonu, Mərdəkan qəsəbəsində X8 əməkdaşları onları saxlayaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə X2 100 manat məbləğində cərimə yazmışlar. İcarəyə götürülmüş “Kia Optima” markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 20.07.2021-ci tarixdə İddiaçı MMC-yə qaytarılmışdır. Hazırda protokola müvafiq olaraq ödənilməli olan 100 manat cəriməni ödəməyə hazırdır. Lakin həmin cərimənin iddiaçı tərəfindən ödənilib-ödənilməməsi məlum deyil, bundan başqa müqavilə üzrə 1000 manat cərimənin tələb edilməsini də əsassız hesab edir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsindən görünür ki, İddiaçı MMC “Kia Optima” markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol vərəqəsinə əsasən 28.06.2021-ci il tarixdən 20.07.2021-ci tarixədək Cavabdeh icarəyə verməyi, Cavabdeh isə həmin nəqliyyat vasitəsindən istifadəyə görə müqavilə ilə müəyyən edilmiş məbləği icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 8.4-cü bəndinə əsasən avtonəqliyyat vasitəsini icarəyə götürən şəxs idarəetməni digər şəxsə ötürdükdə 1000 (min) manat məbləğində cərimə edilir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 28.06.2021-ci il tarixli yol vərəqəsindən görünür ki, İddiaçı MMC “Kia Optima” markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini 28.06.2021-ci il tarixdən 20.07.2021-ci tarixədək Cavabdeh idarə etmək üçün vermişdir. İş materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, 29.06.2021-ci il tarixli İXP ******* nömrəli protokola əsasən X5 29.06.2021-ci il tarixdə, saat 02:20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edilməsinə görə İXM 332.2-ci maddəsi ilə 100 manat cərimə edilmişdir. İş materiallarında olan 10.07.2021-ci il tarixli, 02 nömrəli pretenziya məktubundan görünür ki, cavabdeh MMC-yə olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsinə əsasən İddiaçı MMC “Kia Optima” markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol vərəqəsinə əsasən 28.06.2021-ci il tarixdən 20.07.2021-ci tarixədək Cavabdeh icarəyə verməyi, Cavabdeh isə həmin nəqliyyat vasitəsindən istifadəyə görə müqavilə ilə müəyyən edilmiş məbləği icarəyə verənə ödəməyi öhdəsinə götürmüş, həmin müqavilənin 8.4-cü bəndinə əsasən avtonəqliyyat vasitəsini icarəyə götürən şəxs idarəetməni digər şəxsə ötürdükdə 1000 (min) manat məbləğində cərimə edilir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh 29.06.2021-ci il tarixdə avtomaşını idarə etmək üçün X2 vermiş və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində X8 əməkdaşları onları saxlamış və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə X5 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iddia tələbinin “DYP tərəfindən yazılmış 100 (yüz) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəf X2 (sürücülük vəsiqəsinə) yazılan 100 (bir yüz) manat cərimə məbləğini ödəməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “1000 (min) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq, avtonəqliyyat vasitəsini icarəyə götürən şəxsin idarəetməni digər şəxsə ötürdüyünə görə hesablanmış “1000 (min) manat cərimə məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin cərimə (dəbbə) pulunun azaldılaraq 100 (bir yüz) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 5 (beş) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 25 (iyirmi beş) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 100 (bir yüz) manat cərimə borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 5 (beş) manat hissəsi tutulmalı, dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 100 (bir yüz) manat cərimə borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 5 (beş) manat hissəsi tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2180/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2180/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver