Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2202/2021 06.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, Ərizəçi nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İN yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilməklə “hüquqi faktın müəyyən olunması” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İN yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi faktın müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində, Albalı-İ bağ massivi, 85 saylı bağ sahəsindəki 0,25 ha (25 sot) torpaq sahəsi ilə birgə bu bağın 41 ildir ki, istifadəmdə və sahibliyimdə olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur və qeyd etdiyi Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı-İ bağ massivi, sahə 85-də yerləşən ünvanda 40 ildən aıtıq bir müddətdir ki, yaşayır. Bu ünvandakı 25 sot ümumi sahəsi olan bağ sahəsinin yerləşdiyi torpaq keçmiş Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə atası X7 arasında bağlanmış bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi haqqında 27.05.1980-ci il tarixli 6347 №-li müqaviləyə əsasən Həsənov Mikayılın uzunmüddətli istifadəsinə verilmişdir. Bu bağ sahəsində Ərizəçi atam və anam X14 tərəfindən müxtəlif meyvə ağacları, üzüm tənəkləri və s. əkilmiş, sahəyə qulluq edilmiş və onlar burada yaşamışlar. X7 ilə X14 rəsmi evlənərək ailə qurmuşlar və onların rəsmi nikahı 04.03.1951-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində 146 №-li akt qeydi ilə qeydə alınmışdır. Həsənov Mikayıl 11.02.1984cü ildə, Vera Trofımova isə 01.07.2002-ci ildə vəfat etmişdir. Sözügedən bağ sahəsindən Ərizəçi 37 ildir ki, istifadə edir, bu sahəyə sahiblik edir. Atası vəfat etdikdən sonra isə bu bağ sahəsində həyat yoldaşı X9 ilə birgə yaşayır, burada müxtəlif meyvə ağacları əkərək, sahənin əkilib-becərilməsindən ötrü ərazinin təmizlənməsi, müəyyən yardımçı tikililərin tikilməsi, ərazinin hasara alınması, təmiz saxlanılması, toyuq-cücə və ev heyvanları (it) saxlanılması işləri ilə məşğul olur. Bu bağ sahəsindən o və həyat yoldaşından başqa digər bir şəxs istifadə etmir və bu bağda yalnız o və həyat yoldaşı X9 yaşayaraq istifadə edir və buradakı həyətdə inşa etdiyi iki otaqlı, hər cür kommunal şəraiti olan evdə qalmaqla həyatlarını keçirirlər. Ərizəçi bu bağ sahəsində insanın normal yaşayışı üçün hər bir şəraiti yaratmış və ərazinin sanitar-gigiyena vəziyyətinə də xüsusi diqqət yetirir. Belə ki, qeyd etdiyi həyət evindən başqa, burada su quyusu, toyuq-cücə üçün xüsusi tikili, it üçün ayrıca qalacaq yeri, su, qaz, elektrik xətti və ən zəruri şərait yaratmışlar və bunların aylıq xərclərini Ərizəçi ödəmişdir. Qeyd etdiyi bağ sahəsindən fasiləsiz olaraq o özü 37 ildir ki, istifadə edir və bu torpaq sahəsinə sahiblik edir. Bu müddətə atasının da həmin bağ sahəsindən istifadə etdiyi müddəti əlavə etsə, bu müddət 41 ildən artıq bir müddəti əhatə edir. Bunları Ərizəçi Mikayılovçin təqdim etdiyi sənədlər, həyat yoldaşı, qonşularının - X1, X8, X5 notarial qaydada təsdiq olunmuş ərizələri, fotoşəkillər, arayışlar da təsdiq edir. Bütün bu dövrləri isə Ərizəçi mövcud Qanunvericiliyə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətinə əsaslanaraq valideynin hüquq varisi kimi 1984cü ildən hazırkı dövrədək olan 41 illik sahiblik müddətinə birləşdirilməsini tələb etməkdə haqlıdır və bunu birləşdirə bilər. Hazırda bir sıra sosial və hüquqi məsələləri həll etmək məqsədilə və bu bağ sahəsinə sahibliyimi təsdiq etdirmək və mülkiyyətçi kimi hüququnun tanınması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi zəruridir. Bu səbəbdən də həmin faktın müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, sözügedən faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir və onun əldə edilməsi başqa qaydada qeyrimümkündür. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X9 iddia ərizəsinə uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası İN yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İş materiallarında olan XV-ЖГ 385966 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1954-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X7, ana qrafasında X14 qeyd edilmişdir. İş materiallarında olan 27.05.1980-ci il tarixli, 6347 saylı Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə X7 arasında bağlanmış bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə müqaviləyə əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı-İ bağ massivi, sahə 85-də yerləşən bağ sahəsi 25.09.1989-cu il tarixədək X2 istifadəsinə verilmişdir. İş materiallarında olan AZ-İİ 120420 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 17.08.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 30.06.2021-ci il tarixli, 557 saylı arayışdan görünür ki, Azərbaycan Respublikası Bakı Şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı İ bağ massivi sahə 85 ünvanda yerləşən torpaq sahəsindən oğlu Ərizəçi Mikayiloviç istifadə etmiş, torpaq vergisi də onun tərəfindən ödənilmilmişdir. İş materiallarında olan X12 **********869 saylı ərizəsində qeyd etmişdir ki, Albalı İ bağ massivi sahə 115K ünvanında yaşadığı dövrdə 30 il qonşum Ərizəçi Mikayıloviç 85-ci sahə ünvanında bağda daimi yaşamağını, torpağa, ağaclara, əkinlərə qulluq etməyini, sahədə bütün tikinti (quyu, hasar, elektrik və qaz xətləri, ev, mətbəx, küləfrəngi və digərləri) və bağın adablaşdırılmasını öz qüvvəsi ilə və öz maliyyə vəsaiti ilə apardığını təsdiqləyirəm. Bağda ondan və onun ailə üzvlərindən başqa heç kəs nə qışda nə də yayda olmur. İş materiallarında olan X6 **********877 saylı ərizəsində qeyd etmişdir ki, Albalı İ bağ massivi sahə 89A ünvanında yaşadığı dövrdə 25 il qonşum Ərizəçi Mikayıloviç 85-ci sahə ünvanında bağda daimi yaşamağını, torpağa, ağaclara, əkinlərə qulluq etməyini, sahədə bütün tikinti ( quyu, hasar, elektrik və qaz xətləri, ev, mətbəx, küləfrəngi və digərləri) və bağın adablaşdırılmasını öz qüvvəsi ilə və öz maliyyə vəsaiti ilə apardığını təsdiqləyirəm. Bağda ondan və onun ailə üzvlərindən başqa heç kəs nə qışda nə də yayda olmur. İş materiallarında olan X10 **********878 saylı ərizəsində qeyd etmişdir ki, Albalı İ bağ massivi sahə 115K yaşadığı dövrdə 30 il qonşum Ərizəçi Mikayıloviç 85-ci sahə ünvanında bağda daimi yaşamağını, torpağa, ağaclara, əkinlərə qulluq etməyini, sahədə bütün tikinti ( quyu, hasar, elektrik və qaz xətləri, ev, mətbəx, küləfrəngi və digərləri) və bağın adablaşdırılmasını öz qüvvəsi ilə və öz maliyyə vəsaiti ilə apardığını təsdiqləyirəm. Bağda ondan və onun ailə üzvlərindən başqa heç kəs nə qışda nə də yayda olmur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyun 2021-ci il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, 27.05.1980-ci il tarixli, 6347 saylı müqavilə ilə Bakı Şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı İ bağ massivi sahə 85 ünvanda yerləşən torpaq sahəsinin keçmiş Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən mərhum X3 uzunmüddətli istifadəsinə verildiyi müəyyən edilmiş, müqavilənin qüvvədə olduğu müddət ərzində X7 vəfat etmiş, vəfatından sonra mərhumun oğlu Ərizəçi Mikayıl oğlunun istifadəsində olmuş və hal-hazırda da torpaq vergisi ödənilməklə onun istifadəsindədir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı –İ bağ massivi 85 saylı bağ sahəsindəki 0,25 ha (25 sot) torpaq sahəsinin Ərizəçi Mikayıl oğlunun istifadəsində (sahibliyində) olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı –İ bağ massivi 85 saylı bağ sahəsindəki 0,25 ha (25 sot) torpaq sahəsinin Ərizəçi Mikayıl oğlunun istifadəsində (sahibliyində) olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2202/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2202/2021
06.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver