Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2207/2021 16.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, Ərizəçi Balakı̇ şi oğlunun, Maraqlı şəxs Hüseynova Sevı̇ nc Balakişi qızının iştirakları ilə Ərizəçi Balakı̇ şi oğlunun maraqlı şəxslər Bakı şəhərı̇ 28 Saylı Notarı̇ at ofı̇ si, Hüseynova Sevı̇ nc Balakişi qızı və Hacıyeva Səı̇ də Balakı̇ şi qızına qarşı mirasın qəbul edilməsi faktı tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Balakı̇ şi oğlu maraqlı şəxslər Bakı şəhərı̇ 28 Saylı Notarı̇ at ofı̇ si, Hüseynova Sevı̇ nc Balakişi qızı və Hacıyeva Səı̇ də Balakı̇ şi qızına qarşı mirasın qəbul edilməsi faktı tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi Balakı̇ şi oğlu ərizə ilə məhkəməyə müraciət edərək ərizəsinin baxılmamış saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçi ərizənin geri qaytarılmasını xahiş etdiyindən ərizə baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Balakı̇ şi oğlunun maraqlı şəxslər Bakı şəhərı̇ 28 Saylı Notarı̇ at ofı̇ si, Hüseynova Sevı̇ nc Balakişi qızı və Hacıyeva Səı̇ də Balakı̇ şi qızına qarşı mirasın qəbul edilməsi faktı tələbinə dair ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2207/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2207/2021
16.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver