Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2209/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X10 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Səbail rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) «hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə 06 noyabr 2024-cü il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Səbail rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs kimi qeyd edilən) «doğum faktın müəyyən edilməsi» barədə ərizə və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx xxx 1972-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda doğulması faktının müəyyən edilməsi və ata qrafasında X3, ana qrafasında X1 yazılmasının Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ərizəçi xx xxx 1972-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. Ermənistandan qaçqın düşmüşdürlər. O, doğum haqqında şəhadətnaməni itirmişdir. Gələcəkdə təqaüdə çıxmağı ilə əlaqədar və ya adına olan mənzilin vərəsələr dairəsini müəyyən etmək üçün doğum haqqında şəhadətamə tələb olunur. O isə bu sənədi başqa cür əldə edə bilmir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Maraqlı şəxs lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Ərizəçi xx xxx 1972-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. Lakin qaçqınçılıq zamanı doğum haqqında şəhadətnaməsini itirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirmişdir ki, ərizəçi onun böyük qardaşıdır. Ərizəçi xx xxx 1972-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. Lakin qaçqınçılıq zamanı doğum haqqında şəhadətnaməsini itirmişdir. Atalarının adı X3, analarının adı isə X4 olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1972-ci ildə anadan olmuşdur. H3 № ******* hərbi biletin surətindən görünür ki, Ərizəçi xx xxx 1972-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nın 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə görə, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə hesab edir ki, iş materialları və ərizəçinin izahatı ilə Ərizəçi xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olduğu, atasının X3, anasının isə X4 olduğu faktı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Odur ki, ərizəçi doğum haqqında akt qeydinin göstərilməsini təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, düzgün olaraq məhkəməyə müraciət etmiş və həmin fakt müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nın 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutuaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olması faktı müəyyən edilsin. Ərizəçi ata qrafasında X3 (milliyyəti azərbaycanlı), ana qrafasında isə X4 (milliyyəti azərbaycanlı) göstərilərək, müvafiq məlumatları əks etdirən doğum һaqqında şəһadətnamənin verilməsi Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə olunsun Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-2209/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2209/2024
06.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver