Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2234/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh Alekseveyeviçə qarşı qeyri-yaşayış binasına (Kottec) köçürülmə tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Alekseveyeviçə qarşı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 14-cü km-2, korpus B, 17 ünvanında yerləşən qeyri-yaşayış binasına (Kottec) köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-2234/2023 saylı qərardadı ilə həmin iddia ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh Alekseveyeviçin nümayəndəsi və vəkili Nümayəndə2 mülki işin icraatının dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddianın predmeti olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 14-cü km-2, korpus B, 17 ünvanında yerləşən qeyri-yaşayış binasında (Kottec) iddiaçının qeydiyyatı mövcud deyil, çünki iddiaçı əcnəbi vətəndaş – Belarus Respublikasının vətəndaşıdır, həmin kottecdə xx.xx.2023-cü il tarixədək müvəqqəti qeydiyyatda alınmışdır. İddiaçının Nizami rayon Məhkəməsinə verdiyi iddia ərizəsində yaşayış yeri kimi ünvan 2 ünvanını faktiki yaşayış yeri kimi göstərmişdir. İddiaçı mənzilə köçürülmənin hüquqi əsası kimi Kottecin birgə nikah dövründə əldə edilməsini göstərmiş və hazırda həmin daşınmaz əmlakın birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölgüsü ilə bağlı Nizami rayon Məhkəməsində iddia qaldırmışdır. Cavabdehin nümayəndəsi köçürülməsi xahiş olunan daşınmaz əmlakın birgə nikah dövründə əldə edilməsinə və onun bölgüsünə dair digər məhkəmə icraatında mülki iş olduğundan hazırki işin icraatının həmin işə baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ilk növbədə cavabdehin nümayəndəsi kimi Nümayəndə2 səlahiyyətsiz olma əsası ilə vəsatət verə bilməməsini qeyd edərək, vəkil orderinin digər mülki iş üzrə və hazırki iddia ərizəsi ilə iddiaçının məhkəməyə müraciət edilən tarixdən əvvəl verilməsini bildirmiş, digər tərəfdən həqiqətən Nizami rayon Məhkəməsində hazırda iddiaçının köçmək istədiyi Kottec və digər əmlaklarla bağlı bölgünün həyata keçirilməsinə dair mülki iş vardır. Həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Nizami rayon Məhkəməsində baxılan işlə hazırki işin heç bir əlaqəsi yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki işin icraatın dayandırılması barədə vəsatət təmin edilməməli, lakin hazırki mülki iş Nizami rayon Məhkəməsinin icraatında olan 2(007)- 2000/2023 saylı mülki işlə birlikdə bir icraatda birləşdirilərək baxılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh Alekseveyeviçə qarşı hazırki məhkəmə baxışının predmeti olan daşınmaz əmlakın birgə nikah dövründə əldə olunmuş əmlak kimi payın tanınması barədə iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət etmiş və Nizami rayon Məhkəməsinin (hakimi Həqiqət Əhmədova) xx.xx.2023-cü il tarixli 2(007)-2000/2023 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmiş və məhkəmədə baxılmağa hazırlanması haqqında qərardada əsasən həmin iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hazırki mülki iş üzrə iddia tələbinin əsasını iddiaçının Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 14-cü km-2, korpus B, 17 ünvanında yerləşən qeyri-yaşayış binasının (Kottec) birgə nikah dövründə əldə olunması və ora yaşayış yeri üzrə qeydiyyatının olması təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, Nizami rayon Məhkəməsinin icraatında olan iddia ərizəsində tələb hazırki iş üzrə mübahisə predmeti olan daşınmaz əmlakla bağlı həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölgüsünün həyata keçirilməsi ilə əlaqədardır. Həmin mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. AR MPM-nin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülkü, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin «Konstiutsiya məhkəməsi icraatı qaydasında, mülki, cinayət və inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Konstitusiya Məhkəməsinin bu qərarında AR MPM-nin 254-cü maddəsinə verilmiş şərh, hər hansı bir mülki işin icraatının dayandırılması, məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarına əsasən hazırki mülki iş üzrə icraat yalnız o halda dayandarıla bilər ki, Nizami rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilmiş olsun və qanuni qüvvəyə minməsin. Bu halda icraat həmin yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmalıdır. Lakin Nizami rayon Məhkəməsinin icraatında olan mülki iş hazırda baxış mərhələsində olduğu üçün, hazırki mülki işin icraatı Nizami rayon Məhkəməsinin icraatında olan İddiaçı iddiasına baxılıb yekun məhkəmə aktı çıxarılana qədər dayandırılması yolverilməzdir. Bununla belə məhkəmə qeyd edir ki, hər iki məhkəmənin icraatında olan işlər bir-biri ilə əlaqədar olduğundan onların bir icraatda baxılması məqsədəmüvafiq hesab edilməlidir. Belə ki, AR MPM-nin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, mülki işlərin bir icraatda birləşdirilməsinin məqsədi bir-biri ilə əlaqəsi olan müxtəlif mahiyyətli mülki mübahisələrin daha tez, obyektiv və hərtərəfli həllini təmin etməkdir. Mülki işlərin bir-biri ilə əlaqəsi, baxılan iş üzrə tərəflərin eyni olmasında, mübahisə predmetinin eyniliyində, mübahisə doğuran hüquq münasibətlərinin subyektlərinin və ya obyektin eyniliyində ifadə olunmalıdır. Həm Səbail rayon Məhkəməsinin icraatında, həm Nizami rayon məhkəməsinin icraatında olan mülki işlər üzrə tərəflər eyni olmaqla mübahisə predmeti də eynidir. Belə olan halda məhkəmə qeyd edir ki, hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqə mövcuddur. Ədalət mühakiməsinin düzgün həyata keçirilmə zərurətini, hər iki mülki işin bir icraatda baxılmasının məqsədəmüvafiqliyini, hər iki mülki işə mahiyyəti üzrə baxılmağa başlanılmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mülki iş ilkin olaraq icraata götürülmüş və Nizami rayon məhkəməsinin icraatında olan 2(007)2000/2023 saylı mülki işlə birləşdirilməlidir. Məhkəmə həmçinin aşağıdakılara əsasən hesab edir ki, hazırki qərardaddan şikayət verilə bilməz. Belə ki, mülki-prosessual məcəllənin XLİİ fəsli birinci instansiya məhkəməsinin qərardadlarından şikayət verilməsi məsələsini tənzimləyir. Həmin fəsildə yer alan 395-ci maddədə birinci instansiya məhkəməsinin ayrıca akt şəklində qəbul olunmuş qərardadlarından hansı halda şikayət verilməsi göstərilmişdir. Maddədə həmin qərardadlardan şikayət verilməsinin iki məqsədli əsası müəyyən edilmişdir- bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda (395.1.1-395.1.2). Normanın tələbinə görə birinci instansiya məhkəməsinin digər qərardadlarından şikayət verilmir, işdə iştirak edən şəxslər bu qərardaddan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər(395.2). AR MPM-nin 43-cü maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəmələrinin qəbul etdiyi qərardadlardan, həmçinin AR MPM-nin 258-ci madəsinə əsasən isə iş üzrə icraatın dayandırılmasından imtina edilməsi barədə qərardaddan şikayət verilməsi göstərilməmişdir. Eyni zamanda həmin normalara əsasən qəbul olunmuş qərardadın mülki işin sonrakı hərəkətinə mane olmadığı da mübahisəsizdir. Bütün bu hallar onu təsdiq edir ki, icraatın dayandırılması barədə ərizənin təmin edilməməsi və bir-biri ilə əlaqədar olan işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadlardan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-nin 39, 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: Cavabdeh Alekseveyeviçin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən hazırki mülki işin icraatının Nizami rayon Məhkəməsinin icraatında olan mülki işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması barədə verilən ərizə təmin edilməsin. Bakı şəhər Səbail Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh Alekseveyeviçə qarşı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 14-cü km-2, korpus B, 17 ünvanında yerləşən qeyri-yaşayış binasına (Kottec) köçürülməsi barədə 2(009)-2234/2023 saylı mülki iş Nizami rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh Alekseveyeviçə qarşı qaldırdığı 2(007)-2000/2023 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin və baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim:Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2234/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2234/2023
30.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver