Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2240/2023 27.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Rüstəmova Çinarə Mübariz qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə qarşı işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə onun işə bərpa olunmaq və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi öhdəliklərinin qoyulması, cavabdehin ona vurduğu 1000 manat məbləğində maddi zərərin və 10000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehin ona qarşı əməllərində cinayətin əlamətləri olduğu üçün bu barədə xüsusi qərardad çıxararaq prokurora xəbər verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı iddia ərizəsinə əlavə etdiyi onun işdən azad edilməsi haqqında X1 xx.xx.2022-ci il tarixli, 01-K saylı əmrini deyil, başqa bir əmri mübahisələndirdiyini, iddia ərizəsində dəqiq göstərməsə də, X2 Xidmətinin Bakı şəhər idarəsinin məktubunda onun barəsində hansı əmrin qanunsuz olduğunun göstərildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadığı üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə qarşı işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra bu Məcəllənin 259.0.12-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2240/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2240/2023
27.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver