Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2242/2022 03.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli olan miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X5na məxsus olmuş və o, xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. O, ailə üzvləri ilə qeyd olunan ünvanda yaşayır. xx.xx.2009-cu il tarixdə vəfat etmiş əri X2 mülkiyyət üzrə ünvan 1 ünvanında yerləşən mənzildə yaşamaq hüququ vardır və o, həmin əmlak üzrə vərəsə kimi mülkiyyət hüququna malikdir. Qeyd olunan əmlak üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün ərazi aidiyyəti üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri 28 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. ünvan 2 ünvanladıqları xx.xx.2022-ci il tarixli məktublarında cavab olaraq bildirmişlər ki, X5 ona mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı və “Notariat haqqında” Qanununun 40-cı maddəsinə rəhbər tutaraq ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyildir. Belə olan halda o, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə təqdim olunmuş qeydiyyat sənədlərindən görünür ki, həqiqətən də o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla yaşayırlar. X5 vəfat etdiyi tarix mirasın açılma vaxtı hesab edildiyindən və miras əmlakın qəbul edilmə vaxtının başlanması miras qoyanın öldüyü (vəfat etdiyi) gündən hesablandığı üçün həmin vaxt qüvvədə olan və vərəsəlik münasibətlərini tənzimləyən maddi hüquq normalarına istinad olunmalıdır. Göstərilənləri nəzərə alaraq ərizəçi onun ünvan 1 ünvanda yerləşən mənzilin – mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi irəli sürülmüş tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin göstərmişdir ki, ev ərinə məxsus olmuş, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasa da, 1954-cü ildən tikilmiş, 1964-cü ildə əri ilə birlikdə həmin evi almış, 1971-ci ildə qeydiyyata düşmüşlər. Evin texniki göstəricilərinə əks etdirən sənədləri mövcuddur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri 28 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş üzrə texniki inventarizasiyanın mart 1974-cü il tarixli kartoçkasının surətindən görünür ki, Bakı şəhəri, Berqa (indiki Ə.Nəzmi) küçəsində yerləşən ö/t 5 saylı fərdi yaşayış evi X1 olmuşdur. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verlmiş xx.xx.2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2009-cu ildə Bakı şəhərində vəfat etmişdir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05/Q-149/69 nömrəli arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı XX.XX.1941-ci ildə anadan olmuş Ərizəçi ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə arxiv məlumatları xx.xx.2009-cu ildən xx.xx.2021-ci ilədək “X3” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün X3 üzrə yoxlama aparılmış və Ərizəçi nikahı haqqında akt qeydi aşkar edilməmişdir. X8 ilə Səbail rayon qeydiyyat şöbəsində xx.xx.1971-ci il tarimxdə 90 saylı nikah haqqında aktla nikahı rəsmiləşdirilmişdir. X6 ölümü xx.xx.2009-cu il tarixdə Səbail rayon qeydiyyat şöbəsində 536 saylı ölüm haqqında akt qeydinə əsasən qeyd alınıb. İş üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 46 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışına əsasən Ərizəçi ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsində yerləşən ö/t 5 saylı evidə yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə Bakı şəhəri 28 saylı notariat ofisinin notariusu E.Ə.Kərimov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, miras əmlaka dair hüquqmüəyyənedici sənəd olmadığından və mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə verilmiş tələblə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 3 ərizəçinin X5nun istifadəsində olmuşdur və ərizəçi həmin evdə ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. Ərizəçinin X5 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ərizəçi xx.xx.2022-ci il tarixdə miras qalmış əmlaka vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün Bakı şəhəri 28 saylı notariat ofisinə müraciət etmiş, lakin notarius miras qalmış əmlaka dair hüquqmüəyyənedici sənədlərin olmadığı və mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbini əsas tutaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Ərizəçi xx.xx.2009-cu il tarixə vəfat etmiş ərindən sonra onun həmin evdə yaşamaq hüququ olmasını və onun həmin əmlak üzrə vərəsə kimi mülkiyyət hüququna malik olmasını əsas gətirərək, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsini xahiş edir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair faktları müəyyən edir. AR Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Göstərilən Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. AR Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlak - Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsində yerləşən ö/t 5 saylı ev öz hüquqi statusuna görə özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Qeyd edilən Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə qeyd edir ki, mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları və vəzifələrin toplusu daxildir. Məhkəmə həmçinin qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak şəxsin həmin əmlak üzərində mülkiyyət hüquqlarını (istifadə, sahiblik, sərəncam) müəyyən etdiyindən miras qoyanın ölümü ilə yalnız həmin əmlak miras əmlak kimi onun kütləsinə daxil ola bilər. Məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından və öz hüquqi statusuna görə özbaşına tikili olduğundan, həmin ev şəxsin ölümü ilə əlaqədar miras əmlak hesab edilə bilmədiyindən, hazırki tələb əsaslı hesab edilə bilməz. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə hesab edir ki, ərizəçi tərəfindən mübahisəli daşınmaz əmlak üzərində miras qoyanın mülkiyyət hüququnun mövcudluğunu təsdiq edən, müvafq reyestrdə qeydiyyata alınmış sübutlar məhkəməyə təqdim edilə bilmədiyindən, ərizə əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 100 manat məbləğində ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizəçi ünvan 3 ünvanda yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə tələbi əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2242/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2242/2022
03.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver