Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2244/2021 23.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili V.Ə.Orucovun, Cavabdehin nümayəndəsi və vəkili M.H.Məcidovun iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda payın əvəzinə kompensasiya ödənilməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılması və paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda payın əvəzinə kompensasiya ödənilməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılması və paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qanun üzrə vərəsəliklə atasından qalan Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 22 saylı mənzilin üzərində qanun üzrə vərəsəlik qaydasında ½ payı müəyyən edilmişdir. Beləliklə, həmin mənzil paylı mülkiyyətdədir. Cavabdeh onun yeganə qardaşıdır, bacısı yoxdur, atası vəfat etmişdir. Cavabdeh olan qardaşı Cavabdeh həmin mənzildən özü istifadə edir, açarlar özündədir, bu isə ona həmin yaşayış sahəsindən payları üzrə istifadə etməyə imkan vermir və çətinlik yaradır. Həmçinin gələcəkdə payı üzərində sərəncam vermək və sair hallarla bağlı çətinliklərin yaranacağı indidən bəllidir. Çünki qardaşı ilə aralarında münasibətlər vərəsəliklə bağlı çox soyuqdur, cavabdeh atasına məxsus olan, lakin atasının adında olmayan digər əmlakları, o cümlədən avtomobili (avtomobili sataraq dəyərini) müxtəlif üsullarla özgəninkiləşdirmişdir. Dəfələrlə cavabdehlə razılıq əldə etməyə çalışsa da, bu mümkün olmamışdır. Əmlakın paylı mülkiyyətdə olması əmlakdan istifadəni və ona gələcək mümkün sərəncam imkanlarını çətinləşdirir. Hal-hazırda həmin mənzilin ona məxsus pay üzrə naturada bölünməsinə, bu mümkün olmadıqda payın əvəzinə 250000 manat pul kompensasiyasının cavabdeh tərəfindən ona ödənilməsi, ödənilmədikdə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə nail olmaq istəyir. Belə ki, həmin ərazidə bu sahəyə uyğun bu cür mənzilin satış qiyməti 500000 manatdan yuxarıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı paylı mülkiyyət hüququ ilə ona və cavabdehə məxsus olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 22 saylı mənzilin iddiaçıya məxsus pay üzrə naturada bölünməsi, bu mümkün olmadıqda payın əvəzinə 250000 manat pul kompensasiyasının cavabdeh tərəfindən ona ödənilməsi, ödənilmədikdə əmlakın açıq hərracdan satılması və satış pulunun cavabdehlə aralarında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, cavabdeh tərəfindən ona payına görə təklif olunan məbləğlə razı deyil, o, payına görə cavabdehdən 250.000 manat məbləğində kompensasiya tələb edir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, tərəflər doğma qardaşdılar, bu məsələnin sülh yolu ilə həll edilməsinə çalışmışdır. Hesab edir ki, iddiaçının qaldırdığı tələb qanunvericiliyə uyğundur. Ekspert rəyi ilə payın naturada ayrılmasının mümkün olmaması müəyyən edilmişdir. İddiaçının təklif etdiyi 250000 manat kompensasiyanı isə cavabdeh ödəmək iqtidarında deyil. Cavabdeh iddiaçıya 150.000 manat kompensasiya ödənilməsini təklif etmişdir. Digər tərəfdən cavabdeh bildirir ki, tələb olunan kompensasiya məbləği də evin real bazar qiymətinə uyğun deyil. Belə olan halda ev hərraca çıxarılmalıdır, lakin hesab edir ki, hərracda cavabdeh digər alıcılara münasibətdə üstünlük hüququna malik olmalıdır, qoyulan qiymətdən aşağı məbləğdə ona təklif edilməlidir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi və vəkili qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu,İstiqlaliyyət küçəsində yerləşən 5 saylı evin 22 saylı mənzili (Yeni qaydalarla: AZ1001, Bakı şəhəri, Səbail rayonu, BMTnin 50 illiyi küçəsi, 7,M9, m1) paylı mülkiyyət hüququ üzrə bərabər paylarla (1/2) 10.12.2020-ci ildən İddiaçı və 04.03.2021-ci ildən Cavabdeh mülkiyyətindədir. İş üzrə 03.11.2020-ci il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 5 saylı evin 22 saylı mənzilin (Yeni qaydalarla: AZ1001, Bakı şəhəri, Səbail rayonu, BMT-nin 50 illiyi küçəsi,7,M9,m1) ümumi sahəsi 117,4 kv.m., yaşayış sahəsi 70,2 kv.m. təşkil edir, mənzil bir dəhliz (15,7 kv.m.), bir mətbəx (12,9 kv.m.), bir şkaf (1,5 kv.m.), bir lociya (2,5 kv.m.), iki balkon (4,3 kv.m. və 3,2 kv.m.), iki sanitar qovşağı (4,3 kv.m. və 3,2 kv.m.) və dörd yaşayış otağından (18,7 kv.m, 18,6 kv.m., 20,8 kv.m.,12,1 kv.m.) ibarətdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 22.11.2021-ci il tarixli 10/5542 saylı rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, istiqlaliyyət küçəsində 5 saylı evin 22 saylı mənzilin on iki mərtəbəli yaşayış binasında doqquzuncu mərtəbəsində yerləşməsini, yardımçı (mətbəx, dəhliz) tikililərinin və giriş qapısının yeganə olmasını, tikililərin planlı yerləşməsini nəzərə alaraq, həmin mənzillərin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq ½ hissədə naturada təcrid şəkildə bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində 5 saylı evin 22 saylı mənzilin İddiaçı payına (əmlakın ½ hissə) uyğun əmlaka tənasübsüz zərər vurmadan naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 5 saylı evin 22 saylı mənzilin üzərinə qanun üzrə vərəsəlik qaydasında iddiaçı və cavabdehin bərabər paylarla mülkiyyət hüququ müəyyən edilmiş və bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflərin bərabər paylı mülkiyyətində olan mənzil dörd yaşayış otağından ibarətdir və cavabdeh iddiaçıya mübahisəli mənzildə istifadə etməyə imkan vermir. İddiaçının irəli sürdüyü iddia tələblərinə əsasən cavabdeh mübahisəli mənzildən mülkiyyətçi kimi ona istifadə etməsinə maneçilik törədir və bu səbəbdən iddiaçı həmin mənzilin real bölgüsünün həyata keçirilməsini, bu mümkün olmadıqda payın əvəzinə 250.000 manat pul kompensasiyasının cavabdeh tərəfindən ona ödənilməsini, bu mümkün olmadığı halda isə həmin mənzilin açıq hərracdan satılmasını və paylarına mütənasib surətdə bölüşdürülməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçı və cavabdehin bərabər paylı mülkiyyətində olan əmlakın naturada ayrılmasının mümkün olub-olmaması ilə əlaqədar ekspertiza təyin edilmiş və məhkəmə tikintitexniki ekspertizasının rəyi ilə mübahisəli mənzilin naturada təcrid şəklində ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Məhkəmə tərəflərin bərabər paylı mülkiyyətində olan mənzilin naturada təcrid şəklində ayrılmasının texniki cəhətdən mümkün olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi paylı mülkiyyət hüququ üzrə tərəflərə məxsus olan əmlakın real bölgüsünün həyata keçirilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin əmlakdan payın naturada ayrılması mümkün olmadığı təqdirdə payın əvəzinə 250000 manat pul kompensasiyasının tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə payına uyğun olaraq pul kompensasiyasının ödənilməsi təklif olunsa da, cavabdeh yalnız kompensasiya kimi 150.000 manat məbləğində kompensasiyanın verə biləcəyi imkanında olmasını, təklif olunan kompensasiya ödəmək imkanında olmamasını bildirərək kompensasiya ödənilməsi barədə iddiaçının təklifindən imtina etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə də tələbin təmin edilməsi mümkün deyil. Məhkəmə iddia tələbinin mənzilin naturada bölgüsünün mümkün olmadığı və payın əvəzinə kompensasiyanın ödənilməməsi halında onun açıq hərracdan satılması hissəsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən paylı mülkiyyətçi ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, onun paylı mülkiyyətdə olan payının naturada ayrılması mümkün olmasın. Digər tərəfdən məhkəmə qeyd edir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Belə ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər:
1. ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması;
2. pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Beləliklə əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə payına uyğun olaraq pul kompensasiyasının ödənilməsi təklif olunsa da, cavabdeh təklif olunan pul vəsaitinə malik olmamasını və kompensasiya ödəmək imkanında olmamasını bildirərək kompensasiya ödənilməsi barədə iddiaçının təklifindən imtina etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, ümumi paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması mümkün hesab edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Конститусийа Мящкямясинин йухарыда эюстярилян гярарында эюстярилмишдир ки, «Мцлкиййятчиляр тяряфиндян сащиблик, истифадя вя сярянъам сялащиййятляринин щяйата кечирилмясинин цмуми хцсусиййятляри мювъуддур: 1) пайлы мцлкиййятдя олан ямлака (яшйайа) сащиблик вя ондан истифадя онун бцтцн мцлкиййятчиляринин разылашмасы ясасында, разылашма ялдя едилмядикдя ися мящкямянин мцяййянляшдирдийи гайдада щяйата кечирилир; 2) пайлы мцлкиййятин мцлкиййятчиси цмуми ямлакын юз пайына уйьун щиссясиня сащиблик вя истифадя щцгугуна маликдир, бу мцмкцн олмадыгда ися онун пайына дцшян яшйайа сащиблик вя ондан истифадя едян диэяр мцлкиййятчилярдян мцвафиг явяз юдямяйи тяляб едя биляр. Пайлы мцлкиййятдя олан ямлака даир сярянъам верилмяси ися яшйанын бцтцн мцлкиййятчиляринин разылашмасы ясасында щяйата кечирилир; 3) разылашма ялдя олунмадыгда вя пайлы мцлкиййятин мцлкиййятчиляри цмуми ямлакын бюлцнмяси вя йа ондан пайын айрылмасы цсулу вя шяртляри щаггында разылыьа эяля билмядикдя онлар юз пайларынын натурада айрылмасыны мящкямя гайдасында тяляб едя билярляр. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli dörd otaqlı mənzil çoxmənzilli yaşayış binasında yerləşməklə həmin mənzil tərəflərin paylarına (1/2) uyğun olaraq naturada təcrid şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, cavabdeh iddiaçının payına uyğun tələb olunan kompensasiyanı vermək iqtidarında olmadığından və bundan imtina etdiyindən, iddia tələbi əmlakın açıq hərracdan satılması hissəsində təmin edilməli və mübahisəli mənzil açıq hərracdan satılaraq, satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza xərci Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində 5 saylı binada yerləşən 22 saylı mənzili (Yeni qaydalarla: AZ1001, Bakı şəhəri, Səbail rayonu, BMT-nin 50 illiyi küçəsi, 7,M9,m1) açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına (1/2 pay) münasib olaraq bərabər bölüşdürülsün. Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci – 100 (yüz) manat məbləğində pul tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev