Məhkəmə qərarları › İş №2(009)-2249/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2249/2024

18.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2249/2024 18.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X10 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, ərizəçinin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair (Sumqayıt bələdiyyəsi və Sumqayıt şəhər İcra Hakimiyyəti maraqlı şəxs qismində qeyd olunan) ərizəsi üzrə mülki işə Bakı şəhərində 18 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair (Sumqayıt bələdiyyəsi və Sumqayıt şəhər İcra Hakimiyyəti maraqlı şəxs qismində qeyd olunan) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı il tarixli 7 saylı protokolun və protokolda qeyd olunan torpaq sahəsinin X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ərizəçinin anası X4 xx.xx.1997-ci ildə vəfat etmiş və ölüm haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamədə anasının adı əsl adına uyğun olaraq qeyd edilmişdir. Hazırda anasına məxsus olmuş torpaq sahələrinin ərizəçinin adına keçirilməsi və həmin torpaq sahələrinə dair çıxarış alına bilməsi üçün arxiv sənədlərində anasının qeyd edilmiş adı ilə ölüm haqqında şəhadətnamədə qeyd edilən ad üst-üstə düşmədiyindən bu məsələnin həlli qaydasında çətinliklər yaranmaqdadır. xx.xx.1966-cı il tarixli 7 saylı protokolda adı qeyd edilmiş şəxslər siyahısında anası X1 Tora Kadı qızı kimi qeyd edilmişdir. Bu anlaşılmazlıq səbəbi ilə hazırda bəzi məsələlərin konkretləşdirilmək zərurəti vardır. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi-vəkili ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş: AZ-İİ № 279924 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 04 avqust 1997-ci il tarixdə vəfat etmişdir. ЮБ № 059820 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi anası X3r. AR Dövlət Arxivinin Sumqayıt X6 surətindən görünür ki, xx.xx.1966-cı il tarixli 7 saylı protokolda istifadəçinin adı kimi X11 qeyd edilmişdir. Həmin Çıxarışda qeyd olunur ki, X9 iş yeri “Semaşko” xəstəxanası olmuşdur. Məhkəmə tərəfindən verilmiş sorğuya cavabdan və Azərbaycan Tibb Universitetinin 29 noyabr 2024-cü il tarixli arxiv arayışından görünür ki, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu üzrə xx.xx.1960-cı il tarixli 44 №-li əmrə əsasən X4 həqiqətən də Semaşko adına Xəstəxananın Sinir xəstəlikləri kafedrasına dosent vəzifəsini icra etmək üçün işə qəbul edilmişdir. X4 vəfat etməsi ilə əlaqədar olaraq xx.xx.1997-ci il tarixindən universitetin əməkdaşları siyahısından çıxarılmışdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla, ərizəçinin nümayəndəsi-vəkilinin izahatı və iş materialları ilə müəyyən olunmuşdur ki, ərizəçinin anası X4 04 avqust 1997-ci il tarixdə vəfat etmişdir. xx.xx.1966-cı il tarixli 7 saylı protokolda ərizəçinin anası X7 qeyd edilmişdir. Ərizəçinin həmin protokolda adındakı səhvi təhlil edərək məhkəmə hesab edir ki, həmin yanlışlıq ərizəçinin doğum haqqında şəhadətnamədə göstərilən həqiqi adı nəzərə alınmadan, diqqətsizlik nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş materiallarında olan sübutlara istinadən belə qənaətə gəlir ki, xx.xx.1966cı il tarixli 7 saylı protokolda qeyd olunan X11 məhz X3r və həmin pasport ərizəçinin anası X2 məxsusdur. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 227, 233, 307-308, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1966-cı il tarixli 7 saylı protokolun X2 məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar