Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2253/2022 04.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X12 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhərində 04 noyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 22 avqust 2021-ci il tarixdə vəfat etmiş X2 02 iyul 2022-ci il tarixdə vəfat etmiş X3 qardaşı olması və ərizəçinin 02 iyul 2022-ci il tarixdə vəfat etmiş X3 qardaşı 22 avqust 2021-ci il tarixdə vəfat etmiş X2 oğlu olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ərizəçinin atası X6 22 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Atasının sağlığında, həmçinin atası vəfat etdikdən sonra bibisi X1na onlar baxmışdırlar. Nüşabə Musayeva ailə həyatı qurmadığından əri və ya övladları olmamışdır. İllər ərzində faktiki olaraq ərizəçi ona övladlıq etmişdir. X8 02 iyul 2022-ci il tarixdə vəfat etmişdir. O, əmək pensiyaçısı olduğundan onun dəfni ilə əlaqədar dövlət tərəfindən ödənilən dəfn pulu da ərizəçinin hesabına köçürülmüşdür. Ərizəçinin atasına məxsus doğum haqqında şəhadətnamə hələ atasının sağlığında itmiş olduğundan bibisindən qalmış miras əmlakın qəbulu üçün notariat orqanına müraciət etdikdə həmin sənədi təqdim etmək mümkünsüz olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi iddia ərizəsinə uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs 28 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İX-ЖГ № 343709 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X4r. xx.xx.2022-ci il tarixli AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət vərəqəsinin surətindən görünür ki, Ərizəçi əmək pensiyaçısı vəfat etdikdə dəfn üçün müavinətin verilməsi üçün müraciət etmişdir. AZ- İİ № 293619 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 02 iyul 2022-ci il tarixdə vəfat etmişdir. AZ- İİ № 208640 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 22 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla, ərizəçinin izahatı və iş materialları ilə müəyyən olundu ki, X6 ərizəçinin atası olmaqla 22 avqust 2021-ci il tarixdə vəfat etmişdir. X8 isə X2 bacısı olmaqla 02 iyul 2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmənin 21 oktyabr 2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasında şahid qismində dindirilən X7 bildirmişdir ki, ərizəçi onun əmisi oğludur. X1 əmisi Musayev Məhəmmədin, rəhmətə getdikdən sonra isə ərizəçinin himayəsində olmuşdur. X8 ailə həyatı qurmadığından həyat yoldaşı və uşağı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, 22 avqust 2021-ci il tarixdə vəfat etmiş X2 02 iyul 2022-ci il tarixdə vəfat etmiş X3 qardaşı olması və ərizəçinin 02 iyul 2022-ci il tarixdə vəfat etmiş X3 qardaşı 22 avqust 2021-ci il tarixdə vəfat etmiş X2 oğlu olması olması faktını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar var və həmin faktlar məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nın 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 22 avqust 2021-ci il tarixdə vəfat etmiş X2 02 iyul 2022-ci il tarixdə vəfat etmiş X3 qardaşı olması və Ərizəçi 02 iyul 2022-ci il tarixdə vəfat etmiş X3 qardaşı 22 avqust 2021ci il tarixdə vəfat etmiş X2 oğlu olması faktı müəyyən edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2253/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2253/2022
04.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver