Məhkəmə qərarları › İş №2(009)-2260/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2260/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2260/2023 18.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ASC arasında 22 dekabr 2022-ci il tarixdə bağlanmış müddətli depozit müqaviləsinin şərtlərinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 ASC-nin cari hesabına qoyulmuş pul məbləğinin müqavilədə qeyd olunan faizlərlə birlikdə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə dəqiqləşmə ərizəsi verərək iddia tələbini xahiş etdi hissəsini iddiaçı ilə cavabdedeh Cavabdeh1 ASC arasında 22 dekabr 2022-ci il tarixdə (xx.xx.2019-xx.xx.2023-cü il tarixədək) bağlanmış müddətli depozit müqaviləsinin şərtlərinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 ASC-nin cari hesabına qoyulmuş 2220 (iki min iki yüz) manat pul məbləğinin müqavilədə qeyd olunan faizlərlə birlikdə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında 16 dekabr 2019-cu il tarixdə müddətli depozit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən 2200 (iki min iki yüz) manat məbləğində pul vəsaiti bankın ******************** nömrəli cari hesabına qoyulmuş, illik 10.50% olmaqla 22 dekabr 2023cü il tarixinədək cavabdeh tərəfindən pul məbləği qəbul edilmişdir. Lakin Cavabdeh1 ASC -nin 17 may 2023-cü il tarixdən etibarən ləğv prosesində olduğu iddiaçı tərəfindən aydın olduqdan sonra iddiaçı 23 iyun 2023-cü il tarixdə Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, bankın cari hesabına qoyduğu məbləği geri tələb etmişdir. X2 Fondu, iddiaçının depozit məbləği ilə əlaqədar sənədlərin itirilməsinə əsaslanaraq qanunsuz və əsassız olaraq pul məbləğini qaytarmaqdan imtina etmişdir. Daha sonra eyni məzmunda 22 avqust 2023-cü il tarixdə yenidən Əmanətlərin Sığortalanması Fonduna iddiaçı tərəfindən məktub ünvanlanmış, lakin cavabdeh tərəfindən yenə eyni məzmunda cavab verilmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanılan müqavilənin 5.2-ci maddəsinin şərtlərindən irəli gələrək, əmanət məbləğini bank kitabçası və digər sənədlərlə təsdiq emək Əmanətçinin vəzifəsidir. Əmanət məbləğinin mövcudluğuna dair sənədlərin surətinin təqdim olunması barədə iddiaçı tərəfindən X1 xx.xx.2023-cü il tarixdə müraciət edilsə də, müraciət təmin olunmamış, iddiaçının mülkiyyət hüquqları ciddi şəkildə pozulmuşdur. LPO Cavabdeh1 ASC-nin nümayəndəsi ərizə ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarından göründüyü kimi, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Lakin bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Sözügedən Plenum qərarında qeyd edilir ki, “Banklar haqqında” Qanunun 72.1.2-ci maddəsinin “dayandırma" ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır”. “Banklar haqqında” Qanunun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Həmin Qanunun “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1-76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. Məhkəmə qəbul və etiraz edilmiş tələblər siyahısının təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırmaq məqsədilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir. İddiaçı məxsus əmanət müqaviləsi qanunla müəyyən edilmiş yazılı formaya riayət edilmədiyindən və bank tərəfindən təsdiq olunmadığından tərəfimizdən sözügedən müqavilənin təqdim olunması mümkün olmamışdır. Əmanətlərin Sığortalanması Fonduna münasibətdə isə, aidiyyət qaydalarına riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmçinin 35.2-ci maddənin tələblərinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. “Banklar haqqında” Qanunun 82-ci maddəsində müflis elan olunmuş banka qarşı tələblərin xüsusi ödəniş növbəliliyi nəzərdə tutulmuşdur. Bank sektoru spesifik sahə olduğundan belə müəssisələrin təşkili və ləğvi qaydası digər müəssisələrdən fərqlənir. Bankın fəaliyyəti sırf maliyyə vəsaitinin dövriyyəsi ilə bağlıdır. “Banklar haqqında” Qanunun 82-ci maddəsində müəyyən edilmiş növbəlilikdə birinciliyin Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra - Fond) reqres tələblərinin ödənilməsinə verilməsi məhz sosial ədalət prinsipinə əsaslanır. Qanunun bu müddəalarından bəlli olur ki, müflis elan olunan bankın vəziyyəti lisenziyası ləğv edilmiş bankdan daha mürəkkəb olduğundan, bank öz öhdəliklərini tam yerinə yetirməyə qadir olmadığından onun ləğvinin xüsusi prosedur qaydası, kreditorların tələblərinin qəbulu və təsdiqinin fərqli şərtləri, tələblərin ödəniş növbəliliyi “Banklar haqqında” Qanunda müəyyən edilmişdir. Mülki Məcəllənin 63-cü maddəsinin tələblərinə görə, hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. Bildiyiniz kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-3(103)-42/2023 nömrəli qərarı ilə Cavabdeh1 ASC müflis elan olunmuş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Qanunun 87.1-ci maddəsinə əsasən, yəni bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. LPO Cavabdeh1 ASC hazırda 82.1.2-ci maddənin fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblərinin ödənilməsi mərhələsinin icrasını təmin edir. İddiaçı kreditor tələbi Qanunun 77.1-ci maddəsinə əsasən, 15 avqust 2023-cü il tarixində qeydə alınmış və 2.726.67 (iki min yeddi yüz iyirmi altı manat 67 qəpik) manat məbləğində qəbul edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 2- 3(103)-42/2023 nömrəli qərardadı ilə təsdiq edilmişdir. Yuxarıda göstərilən halları nəzərə alaraq İddiaçı tələbi Qanunun 82.1.8-ci maddəsinin tələblərinə əsasən, təminatsız kreditorların tələbləri ondan əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödəniləcəkdir. Qanunun yuxarıda qeyd olunan hallarını nəzərə alaraq İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “depozit müqaviləsi üzrə pul məbləğinin faizlərlə birgə qaytarılması” tələbinə dair 2(009)-2260/2023 nömrəli iş üzrə LPO Cavabdeh1 ASC-yə qarşı icraata xitam verilməsi, Əmanətlərin Sığortalanması Fonduna münasibətdə isə aidiyyət qaydalarına riayət olunaraq müvafiq məhkəməyə göndərilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikasının MPM-nin 262.1 maddəsinə əsasən cavabdeh LPO Cavabdeh1 ASC hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli fizki şəxs müddəli depozit müqaviləsinin 1.1-ci bəndinə əsasən bank əmanətcidən daxil olmuş pul məbləğini əsasən ******************** nömrəli cari hesaba qəbul etməyi və əmanəti cari hesabdan ******************** nömrəli əmanət hesabına köçürməyi, NMA 7780 nömrəli Əmanət kitabçası açmağı, Əmanəti bü müqavilə ilə müəyyən olunmuş qaydada Əmanətçiyə qaytarmağı və bu müqavilənin şərtləri çərçivəsində hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən bank tərəfindən qəbul edilən məbləğ 2200 AZN (iki min iki yüz) təşkil edir. İş materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli məktubuna cavab olaraq Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023-cü il tarixli, № **********279 saylı məktubunda bildirilmişdir ki, İddiaçı əmanət müqaviləsi bank tərəfindən təsdiq olunmamış və əmanəti təsdiq edən digər sənədlər aşkar edilməmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli məktubuna cavab olaraq Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023-cü il tarixli № **********313 saylı məktubunda bildirilmişdir ki, İddiaçı əmanət müqaviləsi bank tərəfindən təsdiq olunmamış və əmanəti təsdiq edən digər sənədlər aşkar edilməmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli məktubuna cavab olaraq Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023-cü il tarixli № **********416 saylı məktubunda bildirilmişdir ki, İddiaçı əmanət müqaviləsi bank tərəfindən təsdiq olunmamış və əmanəti təsdiq edən digər sənədlər aşkar edilməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən iddiaçının seçməsinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İddiaçının tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 946.1-ci maddəsinə əsasən bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin. Bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və əmanətçinin qoyduğu əmanət üzrə faizləri əldə etmək hüququ yaranır. Bank depozit əməliyyatı üzrə faiz dərəcələrini müəyyən edir və faizin miqdarı, bir qayda olaraq, bank əmanəti müqaviləsində göstərilir. Belə ki, Mülki Məcəllənin 948.1-ci maddəsinə əsasən, bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Bank əmanəti müqaviləsi üzrə bankın əsas vəzifələrindən biri əmanətlərin qaytarılmasının təmin edilməsidir. Mülki Məcəllənin 950.1-ci maddəsinə görə, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Fiziki şəxslərin banklara və ya bankın filialına təqdim etdiyi əmanətləri fiziki şəxsin adına açılmış hesaba yerləşdirmək, bankın avtomatlaşdırılmış bank informasiya sisteminə və bankın balansına salmaq fiziki şəxslərin deyil, bankın vəzifəsi olmuş, bankın öz vəzifəsini yerinə yetirməməsinə görə məsuliyyətin fiziki şəxslərin üzərinə qoyulması və əmanəti qaytarmaqdan imtina edilməsi əsassızdır. Bankın və ya bank filialının vəzifəli şəxslərinin əmanəti qəbul edərkən bank qaydalarını pozması və öz səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində əmanət müqaviləsini qanunla müəyyən edilmiş yazılı formaya riayət edilməməsi, əmanətin bankın balansına mədaxil edilməməsi, əmanət müqaviləsi bank tərəfindən təsdiq olunmaması və əmanəti təsdiq edən digər sənədlərin aşkar edilməməsi, əmanət müqaviləsində fiziki şəxsin bank hesabının qeyd edilməməsi bankın və ya bank filialının vəzifəli şəxslərinin öz vəzifələrini lazımi qaydada yerinə yetirmədiyini təsdiq edir və bu vəzifələrin icra edilməməsinə görə “Banklar haqqında” Qanunun 1.0.1-ci maddəsinin tələbinə uyğun olaraq bank məsuliyyət daşıyır. LPO Cavabdeh1 ASC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş ərizədən görünür ki, İddiaçı kreditor tələbi 15 avqust 2023-cü il tarixində qeydə alınmış və 2.726.67 (iki min yeddi yüz iyirmi altı manat, altmış yeddi qəpik) manat məbləğində qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı 2200 (iki min iki yüz) manat və müqavilədə qeyd olunan faizlərə görə 526.67 (beş yüz iyirmi altı manat, altmış yeddi qəpik) manat məbləğində pul vəsaiti ödənilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat+ 1000 manatdan yuxarı məbləğin 1 % dövlət rüsumu ödənilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 49 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 47 manat dövlət rüsumu cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı adına açılmış hesabda olan 2200 (iki min iki yüz) manat və müqavilədə qeyd olunan faizlərə görə 526.67 (beş yüz iyirmi altı manat, altmış yeddi qəpik) manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş 47 manat dövlət rüsumu Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı adına açılmış hesabda olan 2200 (iki min iki yüz) manat və müqavilədə qeyd olunan faizlərə görə 526.67 (beş yüz iyirmi altı manat, altmış yeddi qəpik) manat məbləğində pul vəsaiti Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumu Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar