Məhkəmə qərarları › İş №2(009)-2274/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2274/2023

19.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2274/2023 19.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh İsmayilova Həcər Sadıx qızının iştirakları ilə, İddiaçı Nəsımi rayon Mənzıl Kommunal Təssərüfatı Bırlıyınin cavabdeh İsmayilova Həcər Sadıx qızına qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Nəsımi rayon Mənzıl Kommunal Təssərüfatı Bırlıyınin cavabdeh İsmayilova Həcər Sadıx qızına qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavaddeh Cavabdeh bank hesabına səhvən xx.xx.2023- cü il tarixdə ödənilmiş 2444,00 (iki min dörd yüz qırx dörd) manat vəsait ondan tutularaq Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçisi X2 xx.xx.2023-cü il tarixli 02 saylı protokolu üzrə (cədvəl qeydiyyatı xx.xx.2023-cü il) “Hamiləlik və doğuma” görə hesablanmış müavinəti 2444 (iki min dörd yüz qırx dörd) manat onun hesabına köçürülməli olduğu halda səhvən Cavabdeh hesabına köçürülmüşdür. X2 doğuma görə hesablanmış vəsaitini onun hesabına qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli 102 saylı məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun SS və FU üzrə MF-na müracit edilmiş, müraciətə xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir ki, vət. G.A.Cəfərovaya məxsus müavinəti bank rekvizitlərinin səhv daxil edilməsi səbəbindən geri qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə "xxxx"ASC-yə rəsmi müraciət olunmuşdur. Həmçinin ABB-nin Nəsimi filialına xx.xx.2023-cü il tarixli 1/101 saylı məktubla müraciət olunmuşdur ki, Cavabdeh səhvən hesabına ödənilmiş maliyyə vəsaitini X2 hesabına köçürülməsinə göstəriş verilsin. Cavabdeh həmin maliyyə vəsaitini öz hüsabından nağdlaşdırdığına görə mümkün olmamışdır. Bununla bağlı cavabdehlə qeyd olunan maliyyə vəsaitinin qaytarılması üçün müvafiq söhbətlər aparılmış, lakin cavabdeh göstərilən maliyyə vəsaitini geri qaytarmaqdan imtina edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh İsmayilova Həcər Sadıx qızı, iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 17 yanvar 2021-ci il tarixdə xidmət etdiyi zaman onu maşın vurmuş, müalicə aldıqdan sonra 2022-ci ilin yanvar ayında işə çıxmışdır. Daha sonra 2022-ci ilin avqust ayına qədər işləmiş, avqust ayının sonunda xidmət etdiyi zaman onu təkrar maşın vurmuş, Semaşko (Musa Nağıyev adına) xəstəxanasına aparılmış, sonra evdə müalicə almışdır. 2023-cü ilin mart ayında işə getmiş, müdirindən pulunu istəmiş, ona bildirmişdir ki, müddət keçdiyindən pulunu ala bilməyəcək və işi ilə əlaqəli olan bütün sənədlərini əlindən aldı. Maaş kartının müddəti bitdiyindən pulunu götürə bilmirdi. Yeni kart əldə edəndən sonra pulunu kartına köçürdülər. Hal-hazırda isə iddiaçı onun kartına köçürdüyü pulu geri istəyir. Pulun səhvən ona köçürülməsi barədə iddia yalandır. Qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq, belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin müavinət təyin edən komissiyasının iclasının xx.xx.2023-cü il tarixli 02 saylı protokolundan görünür ki, ******* saylı xəstəlik vərəqəsi üzrə Günel Cəfərovaya müavinət təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ünvanlanmış 19 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçisi X2 xx.xx.2023-cü il tarixli 02 saylı protokolu üzrə (cədvəl qeydiyyatı xx.xx.2023-cü il) “Hamiləlik və doğuma” görə hesablanmış müavinət bu hesaba ******************** köçürülməli olduğu halda, səhvən Cavabdeh Sadiq qızının hesabına yəni **********410329207 hesaba köçürülmüşdür. X2 doğuma görə hesablanmış 2444 (iki min dörd yüz qırx dörd) manat vəsaitin bu hesaba ******************** köçürülməsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nəsimi filialına ünvanlanmış 19 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçisi X2 xx.xx.2023-cü il tarixli 02 saylı protokolu üzrə (cədvəl qeydiyyatı xx.xx.2023-cü il) “Hamiləlik və doğuma” görə hesablanmış müavinət bu hesaba ******************** köçürülməli olduğu halda, səhvən Cavabdeh Sadiq qızının hesabına yəni **********410329207 hesaba köçürülmüşdür. X2 doğuma görə hesablanmış 2444 (iki min dörd yüz qırx dörd) manat vəsaitin bu hesaba ******************** köçürülməsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 25 aprel 2023-cü il tarixli məktubundan görünür ki, sığortaolunan X1 (SSN **********105) hamiləliyə və doğuma görə müavinətlə bağlı X5 üzərindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra- MEİS) "Sığorta" (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş ********************607095 nömrəli haqq-hesab cədvəlinə əsasən Filial tərəfindən xx.xx.2023-cü il tarixdə 2444,00 (iki min dörd yüz qırx dörd) manat məbləğində vəsait "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nəsimi filialındakı ******************** nömrəli hesablaşma hesabına ödənişə göndərilmişdir. Müraciətə əsasən G.Gəncimalıyevaya məxsus müavinətin bank rekvizitlərinin səhv daxil edilməsi səbəbindən geri qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə "xxxx" ASC -yə rəsmi müraciət olunmuşdur. Vəsait Filialın hesabına qaytarıldıqdan sonra G.Gəncimalıyevaya məxsus müavinət sənədləri MEİS-in “Sığorta” altsistemindən geri qaytarılacaqdır. Uyğunsuzluq aradan qaldırıldıqdan və sığortaolunana aid müavinət ilə bağlı haqq-hesab cədvəli MEİS-in altsisteminə daxil edildikdən sonra sənədlərə yenidən baxılacaqdır. İş materiallarında olan Cavabdeh Sadiq qızının "Azərbaycan Beynəlxalq Bankı” ASCnin Nəsimi filialındakı bank hesabında çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə “DSMF Müavinət” qeydi ilə Cavabdeh Sadiq qızının hesabına 2444 manat məbləğində vəsait köçürülmüşdür. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçisi X3 xx.xx.2023-cü il tarixli Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin müavinət təyin edən komissiyasının 02 saylı protokol üzrə müavinət təyin edilmişdir. Hesablanmış 2444 (iki min dörd yüz qırx dörd) manat müavinət onun hesabına köçürülməli olduğu halda səhvən Cavabdeh hesabına köçürülmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. -1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, cavabdeh hesabına səhvən köçürülmüş pul vəsaitini nağdlaşdıraraq istifadə etmiş və həmin vəsaiti geri qaytarmaqdan imtina etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən texniki səhvə yol verilərək cavabdehin bank hesabına pul vəsaiti köçürülmüş və həmin vəsait nəticəsində cavabdeh əsassız varlanmış, hazıradək də həmin vəsait iddiaçıya qaytarılmamışdır. Belə olan halda, iddiaçı Cavabdeh bank hesabına səhvən köçürülmüş vəsaiti tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini (məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr) nəzərə alır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavaddeh Cavabdeh bank hesabına səhvən ödənilmiş 2444 (iki min dörd yüz qırx dörd) manat vəsait ondan tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh bank hesabına səhvən ödənilmiş 2444 (iki min dörd yüz qırx dörd) manat vəsait ondan tutularaq iddiaçı Nəsımi rayon Mənzıl Kommunal Təssərüfatı Bırlıyınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar