Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2292/2024 29.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Bakı şəhəri Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı yaşayış sahələrinə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi Cavabdeh qarşı yaşayış sahələrinə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh mülkiyyət hüquqlarının qeydiyyat vəsiqəsinə əsasən yaşadığı Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, ev 14, 30 saylı mənzilinin 57,0 kv.m. payda mülkiyyətçisidir və 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin sakinidir. Belə ki, Cavabdeh xx.xx.2024-cü il tarixə mənzil haqqı üzrə 232,56 manat, məişət tullantıları üzrə 5,04 manat, cəmi 237,60 manat borcu vardır. Lakin cavabdeh istifadə etdiyi yaşayış sahəsinə görə qanunla müəyyən edilmiş haqların ödənilməsindən əsassız olaraq imtina edir. Dəfələrlə cavabdehə 7 saylı MKİS-nin işçiləri tərəfindən şifahi və yazılı xəbərdarlıq edilib borcun ödənilməsi tələb olunsa da, o, buna əhəmiyyət verməyib bu günə kimi borcunu ödəməmişdir. Mövcud qanunvericiliyə görə kommunal xidmətləri göstərən təşkilatlarla (elektrik enerjisi, qaz, su təchizatı üçün) vətəndaşlar arasında müqavilə bağlanmalıdır, lakin cavabdeh bu təşkilatlarla müqavilə bağlamadıqları halda həmin xidmətlərin haqqını ödəyirlər, amma mənzil haqqı və məişət tullantılarının haqqlarını ödəməkdən əsassız imtina edirlər. Ona xidmət müqaviləsi bağlanmasını təklif etdikdə bundan da imtina edirlər, halbuki cavabdehlə müqavilə olmadan da onlara tərəflərindən zibil daşıması, binanın ümumi istifadə olan yerlərinin təmiri, heyətlərin süpürülməsi və sair kimi xidmətlər göstərir. Cavabdehə qanuna riayət hissini aşılamaq, onun üzərinə dövlət tərəfindən qoyulmuş öhdəliyin yerinə yetirilməsini təmin etmək və dövlət büdcəsinə yığımların ödənişinə kömək məqsədilə iddia tələbi təmin olunmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh mənzil xidmət haqqı üzrə 232,56 manat, məişət tullantıları üzrə 5,04 manat, cəmi 237,60 manat borcun tutulub Səbail rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə ödənilməsi, həmçinin çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyini Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 255045 nömrəli, xx.xx.2006-cı il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsində yerləşən 14 saylı evin 5 otaqlı 30 saylı mənzili paylı mülkiyyət hüququ üzrə Cavabdeh (3 y/otaq-57,0 kv.m.) və X2 (2 y/otaq-37,0 kv.m.) adlarına qeydiyyata alınmışdır. İş üzrə Səbail rayon MKTB-nin 7 saylı MKİS tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh, X7 (qardaşı) və X3 (qohumu) Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsində yerləşən 14 saylı evin 3 otaqlı 30 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 7 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli haqq-hesab cədvəlindən görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsində yerləşən 14 saylı evin 30 saylı mənzilə dair xx.xx.2024-cü il tarixə mənzil xidmət haqqı üzrə 232,56 manat, məişət tullantılarına görə 5,04 manat, cəmi 237,60 manat borcu yaranmışdır və mənzil sahibi borcun ödənilməsinə imtina etmişdir. İş üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 7 saylı Mənzil Kommunal-İstismar Sahəsinin rəis əvəzi X6, mühasib X1 və kargüzar X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktına əsasən xx.xx.2024-cü il tarixdə saat 12.00-14.00 radələrində Səbail rayonu, Y.Məmmədəliyev küçəsi,14 mənzil 30 mülkiyyətçisi Cavabdeh (qeydiyyat vəsiqəsi No-si 30/27 saylı, xx.xx.2006-cı il tarixli) mənzilinə xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 40 saylı qərarına əsasən hesablanmış mənzil fondunun saxlanması və məişət tullantılarının daşınması borclarının ödənilməsi ilə əlaqədar sözü gedən mənzilə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bildiriş və xəbərdarlıqları qəbul etməyərək qapını açmırlar. İş üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 7 saylı MKİS tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 40 saylı qərarına əsasən müliyyətçisi olduğu Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, 14 saylı binanın 30 saylı mənzilin məişət tullantılarının daşınması üçün 5,04 manat və mənzil fondunun saxlanılması məqsədi ilə 232,56 manat xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək cəmi 237,60 manat qalıq borc yaranmışdır. Yaranmış borc ilə bağlı Səbail rayonu 7 saylı Mənzil Klmmunal İstismar Sahəsinə müraciət etməsini xahiş edirlər. İş üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 7 saylı MKİS tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığından görünür ki, mülkiyyətində olan Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, 14 nömrəli evin 30 saylı mənzilə görə xx.xx.2007-ci il tarixdən xx.xx.2024cü il tarixə mənzil xidmət haqqı üzrə 232,56 manat, məişət tulantılarına görə 5,04 manat, cəmi 237,60 manat məbləğində Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə borcu yaranmışdır. Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, 14 nömrəli evin 30 saylı mənzilə görə mənzil xidmət haqqı və məişət tullantılarına görə 237,60 manat məbləğində borcun Səbila rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ödənilməsi xahiş olunur. Yuxarıda qeyd edilən 237,60 manat məbləğində borcun Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ödəməyəcəyi təqdirdə Cavabdeh qarşı məhkəmədə iddia qaldırılacaqdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsində yerləşən 14 saylı evin 30 saylı mənzilin paylı mülkiyyətçisidir. Həmin mənzilə Səbail rayonu MKTB-nin 7 saylı MKİS-si xidmət göstərir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2007-ci il tarixdən mənzil xidmət haqqını və məişət tullantıları haqqını ödəməmiş və bu xidmətlərə görə cəmi 237,60 manat borc yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq olunsa da, həmin xidmət haqqı hal-hazırki vaxtadək ödənilməmişdir. Bu səbəbdən iddiaçı yaranmış borcun cavabdehdən tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranır (maddə 135.2.4). Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Göstərilən Məcəllənin 137.10-ci maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Mənzil qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən yaşayış sahəsinin və kommunal xidmətlərin ödənilməsi vəzifəsi mənzil mülkiyyətçisinin vəzifəsidir. Məhkəmə qeyd edir ki, iddiaçı kommunal xidmətlərin ödənilməsini mənzil mülkiyyətçilərindən tələb edə bilər. Lakin qanun həmin vəzifənin, yəni mənzil kommunal xidmət haqqının ödənilməsini mülkiyyətçinin vəzifəsi olduğunu müəyyən edir. Məhkəmə mənzil qanunvericiliyinin tələblərinə əsasən qeyd edir ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsində yerləşən 14 saylı evin 30 saylı mənzil üzrə kommunal xidmətlərdən istifadə ilə bağlı yaranmış borca görə cavabdehlik daşıdığından, iddiaçı yaranmış borcun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə tutulmalı olan borca bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Göstərilən Məcəllənin 140.3-cü madəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2005-ci il tarixli 153/2 saylı sərəncamına əlavəyə əsasən AR Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli qərarı ilə tənzimlənən mənzil-kommunal xidmət tarifləri ödəniş qəbzlərində, eyni zamanda həm köhnə, həm də yeni miqyasda, denominasiya olunmaqla mənzil xidməti tarifləri 1 kv.m yaşayış sahəsi üçün ayda 2 qəpik, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə adambaşı ayda 30 qəpik miqdarında müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, 7 saylı MKİS tərəfindən uzun müddət ərzində cavabdehin mülkiyyətində olan mənzilə xidmət göstərildiyindən və cavabdeh tərəfindən mənzil xidmət haqqı və məişət tullantılarının daşınması ilə bağlı yaranmış borc ödənilmədiyindən, iddia tələbi cavabdehdən mənzil haqqı üzrə 232,56 manat və məişət tullantıları üzrə 5,04 manat, cəmi 237,60 manat borcun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə hesab edir ki, kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilənin məcburi qaydada bağlanması ilə bağlı cavabdehin hər hansı öhdəlikləri qanunla müəyyən olunmadığından, iddia tələbi binanın idarə edilməsi ilə bağlı cavabdehin üzərinə iddiaçı ilə müqavilənin bağlanması öhdəliyinin qoyulması hissəsində əsassızdır və təmin edilməməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin «Dövlət rüsumu haqqında» AR Qanununun 9.1.14 və 9.1.15-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində təmin olunduğundan və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xeyrinə Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsində yerləşən 14 saylı evin 30 saylı mənzili üzrə ödənilməmiş mənzil xidmət haqqına görə 232,56 manat və məişət tullantılarına görə 5,04 manat, cəmi 237,60 manat (iki yüz otuz yeddi manat, altmış qəpik) manat məbləğində pul tutulsun. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2292/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2292/2024
29.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver