Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2325/2021 18.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi M.Ə.Ələkbərovun iştirakı ilə İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2-42/04 saylı, 08.09.2004-cü il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdehlər X17, X39, Səbail rayon İH-nə və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, sərəncamın, müqavilənin və şəhadətnamələrin etibarsız hesab edilməsi və bağdan çıxarılmaya dair iddiaları qismən təmin olunmuş, Səbail RİHB-nın 12.01.1999-cu il tarixli sərəncamı ləğv edilmiş, cavabdeh V.Y.Puqaçovanın adına verilmiş mülkiyyət hüququna dair şəhadətnamə etibarsız hesab edilmiş, torpaq sahəsinin alqı-satqısı barədə V.Y.Puqaçova ilə Ş.S.Şabanov arasında bağlanmış müqavilə ləğv edilmiş, Ş.S.Şabanovun adına verilmiş şəhadətnamə etibarsız hesab edilmiş və iddia qalan hissədə rədd olunmuşdur. Xətai rayon Məhkəməsinin qeyd edilən qətnaməsi sonradan apellyasiya və kassasiya instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi dövlət mülkiyyətindədir və aparılmış yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, həmin torpaq sahəsi qanunsuz və əsassız olaraq Cavabdeh tərəfindən zəbt olunmuşdur. Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Samir Zamanovun 24.08.2020ci il tarixli 136 saylı məktubundan görünür ki, Badamdar qəsəbəsi, 2-ci massiv, Bağlar döngəsi 14də yerləşən torpaq sahəsi Bələdiyyənin mülkiyyətinə verilməmişdir, həmin torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Göstərilənləri nəzərə alaraq iddiaçı dövlət mülkiyyətində olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi, 14 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin qanunsuz olaraq özbaşına zəbt olunmasına son qoyulması və geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X28 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, qanuni qüvvəyə minmiş və ləğv olunmamış məhkəmə qətnaməsi ilə torpağın dövlətin mülkiyyətində olması müəyyən olunmuşdur. Bələdiyyənin 22.08.2005-ci il tarixli 097 saylı qərarı isə 03.06.2019-cu il tarixli Bələdiyyə qərarı ilə ləğv edilmişdir. Cavabdehin nümayəndəsinin etirazda istinad etdiyi məhkəmə qətnaməsində iddianın rədd əsası kimi göstərilən hal - 22.08.2005-ci il tarixli 097 saylı qərarı artıq ləğv olunmuş və hüquqi qüvvəli deyil. Dövlət mülkiyyətində olan torpağın sərəncamçısı kimi Bakı şəhər İcra Hakimiyyəti hazırki tələblə əsaslı olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin, o cümlədən 3-cü şəxs qismində cəlb olunmuş X7 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmiqş, lakin məhkəmə elektron məhkəmə sistemi vasitəsi ilə ünvanlandığı ərizədə işə onların iştirakı olmadan baxılmasını, iddiaya dair verilən etirazda məhkəmə tərəfindən hüquqi qiymət verilərək iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə məhkəmə tərəfindən 3-cü şəxsi qismində işə cəlb edilmiş Səbail rayon Badamdar Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət mülkiyyətində olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2ci yaşayış massivi, Bağlar döngəsi 14 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin qanunsuz olaraq özbaşına zəbt olunmasına son qoyulması və geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi aşağıdakı qaydada əsaslandırılmışdır: - Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 sentyabr 2004-cü il tarixli qətnaməsinə, həmin iş üzrə apellyasiya və kassasiya istansiyası məhkəmələrinin qərarlarına; - məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi 14 ünvanında yerləşən torpaq sahəsi dövlət mülkiyyətindədir və aparılmış yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, həmin torpaq sahəsi qanunsuz və əsassız olaraq Cavabdeh tərəfindən zəbt olunmuşdur; - Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Samir Zamanovun 24.08.2020-ci il tarixli, 136 saylı məktubundan görünür ki, Badamdar qəsəbəsi, 2-ci massiv, Bağlar döngəsi 14-də yerləşən torpaq sahəsi Bələdiyyənin mülkiyyətinə verilməmişdir, həmin torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. - Sonra isə AR Torpaq Məcəlləsinin 48-ci və 51.3-cü maddələrinə və Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 3.16.1-ci, 4.1.15-ci və 4.16.4-cü bəndlərinə istinad olunmuşdur. İddia ərizəsinin tərtibatından müəyyən olunur ki, hazırkı iddia predmetinin obyekti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi 14 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi ilə bağlı 18 il bundan öncə məhkəmə mübahisəsi olmuşdur. Məlumat üçün qeyd edir ki, 18 il bundan öncə məhkəmə mübahisəsində cavabdehlər sırasında Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti iştirak etmiş və həmin qətnamədən nə apellyasiya, nə də kassasiya şikayətləri verməmişdir. Həmin qətnamədən X49 və digər cavabdeh şikayətlər versə də, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin dövrdən başlayaraq, hazırkı iddia predmetinin obyekti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi 14 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin X39 məxsus olduğu bəyan edilməklə, həmin şəxs tərəfindən qeyd olunan məsələ ilə bağlı müxtəlif məhkəmə mübahisələri açmış, eləcə də müxtəlif dövlət qurumlarına və hüquq mühafizə orqanlarına şikayət ərizələri ilə müraciətlər edilmişdir. Qeyd etmək lazımdır ki, X25 5-6 il ərzində açıq-aşkar hədə-qorxu gəlməklə bəyan edirdi ki, torpaq sahəsinin ona qaytarılması üçün onun həmyerlisi olan yüksək rütbəli dövlət məmuru köməklik göstərir və gec-tez həmin torpaq sahəsini X10 geri alacaqdır. Bakı şəhər İcra Hakimiyyətinin hazırkı iddia tələbi məhkəməyə təqdim olunmayanadək, göstərilənlərə inanmaqları gəlməsə də, artıq açıq-aşkardır ki, Bakı şəhər İcra Hakimiyyətinin yüksək rütbəli dövlət məmuru bu işin nəticəsində maraqlıdır. Belə ki, hazırkı iddia tələbinin əsas dəlilini təşkil edən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 sentyabr 2004-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, hazırkı iddia predmetinin obyekti olan torpaq sahəsi üzərində X29 mülkiyyət hüququna xitam verilmişdir. Həmin iş üzrə apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin qərarlarından müəyyən olunur ki, həmin məhkəmə işlərində Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti cavabdeh qismində iştirak etsə də, həmin qərarlardan apellyasiya və kassasiya şikayətləri verməmiş, yəni birinci instansiya məhkəməsinin qətnaməsindən razı qalmışdır. Hazırkı iddia ərizəsində İddiaçı tərəfindən həmin iş üzrə apellyasiya və kassasiya instansiyaları məhkəmələri barədə məlumat verilsə də və mübahisə edilən torpaq sahəsinin dövlət mülkiyyətində olmasının məhkəmələr tərəfindən guya müəyyən olunması qeyd edilsə də, iddiaçı tərəfindən nədənsə apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin qəbul etdikləri qərarlar iş materiallarına təqdim olunmamışdır. Həmin məhkəmələr tərəfindən isə torpaq sahəsinin dövlət mülkiyyətində deyil, bələdiyyə mülkiyyətində olması açıq-aşkar qeyd olunmuşdur. Bundan başqa, iddiaçının digər dəlili ondan ibarətdir ki, aparılmış yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, həmin torpaq sahəsi qanunsuz və əsassız olaraq Cavabdeh tərəfindən zəbt olunmuşdur. Bununla bağlı isə, yəni iddiaçı tərəfindən hansı yoxlamaların aparılmasını, həmin yoxlamaların kimlər tərəfindən həyata keçirilməsini, yoxlamalar deyərkən neçə dəfə yoxlama aparılmasını, ümumiyyətlə yoxlamaların nəticəsinə dair və s. bu kimi halları təsdiqləyən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddia ərizəsində, bu halı sübut etmək üçün yalnız tabeçiliyində olan, yəni Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Samir Zamanovun 24.08.2020-ci il tarixli, 136 saylı məktubu qeyd olunur. Həmin məktub isə iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə deyil, ünvan 4 ünvanında yaşayan X39 ünvanlanmışdır. Deməli, yuxarıda qeyd olunduğu kimi, X15 5-6 il ərzində torpaq sahəsinin ona qaytarılması üçün onun həmyerlisi olan, yüksək rütbəli dövlət məmurunun köməyindən istifadə etməsi-faktı artıq üzə çıxmış və hazırkı iddia tələbi irəli sürməklə, Bakı şəhər İcra Hakimiyyəti sanki X29 vəkilinə çevrilmişdir. Belə ki, X29 hüquqi varisi kimi, maraqlarına toxunan 3-cü şəxs qismində işə cəlb olunması barədə 29.09.2021-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edən X50 tərəfindən açıq-aşkar bildirilmişdir ki, mübahisə atasının mülkiyyətində olmuş torpaq sahəsinə aiddir. Həmin vəsatətdə də, açıq-aşkar təsdiq olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı cənab Eldar Əzizova müraciət olunmuş, X50 atasının mülkiyyətində olmuş həmin torpaq sahəsindən Cavabdeh çıxarılmasını və həmin torpaq sahəsini X40 təhvil verilməsi işlərinin həyata keçirilməsi məqsədi ilə, adiyyəti xidmətlərə göstəriş verilməsini xahiş etmişdir. Artıq şərhə ehtiyac qalmır ki, X50 həmyerlisinə müraciət etmiş və həmyerlisi də müvafiq adiyyəti xidmətlərinə göstəriş verməklə, 18 ildən sonra həmin torpaq sahəsinin alınmasına dair məhkəmədə iddia qaldırmış və sonradan X56 oğluna təhvil verilməsi üçün tədbirlər görmüşdür. Qəribəsi budur ki, X50 heç nədən çəkinmədən, həmin faktları açıq-aşkar vəsatətdə əks etdirir. Digər tərəfdən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarında işin hallarına artıq hüquqi qiymət verilsə də və bu iş üzrə 4 dəfə Ali Məhkəmədə hüquqi mövqey formalaşsa da, Bakı şəhər İcra Hakimiyyətinin bu işə məsul şəxslərinin hazırkı hərəktləri qəbul edilən deyil və həmin şəxslərin vəzifələrindən sui-istifadə etmələri açıq-aşkar həmin vəsatətdə təsdiqlənir. Odur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İqor Ağayev, 39 ünvanında yaşayan X29 diqtəsi əsasında təqdim olunmuş Bakı şəhər İcra Hakimiyyətinin iddiası yalnız və yalnız formal mülahizələrə və fərziyələrə əsaslandırılmış və həqiqəti əks etdirmir. Ona görə də iddia tələbi əsassız olduğundan onun rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edirlər. Bundan başqa, iddia ərizəsinə qoşma olaraq 23 səhifədən ibarət əlavə olunmuş sənədlərdən, işin hallarına aid edilənlərin heç birinin əsli və ya təsdiq olunmuş surətləri təqdim olunmamış; eləcə də həmin sənədlərin Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanması da təsdiq olunmur. Bir daha qeyd edirlər ki, 18 il bundan öncə ilk dəfə məhkəmə mübahisəsinin predmeti olan və hazırda iddia predmetinin obyekti olan torpaq sahəsi ilə bağlı 4 müxtəlif məhkəmə mübahisələri üzrə yekun məhkəmə aktları qəbul edilmiş və qanuni qüvvəyə minsə də nəyə görə yenidən 18 ildən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi məsələsinə aydınlıq gətirilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Badamdar qəsəbə nümayəndəliyinin 16.01.2020-ci il tarixli məktubundan və Səbail rayon Badamdar Bələdiyyəsinin 03.06.2019-cu il tarixli Protokolundan Çıxarışdan müəyyən olunur ki, Ş.Şabanov həmin sənədləri verən təşkilatların vəzifəli şəxsləri ilə əvvəlcədən düşünülmüş və bir qrup şəxslərin birləşməsi halında qanuni qüvvəyə minmiş məhkəmə aktlarında müəyyən olunmuş Ş.Şabanovla Ə.Abasov və Cavabdeh arasındakı hüquqi mövqeyini və faktları heç bir əsas olmadan təkzib etməklə bilə-bilə qanunsuz hərəkətlərə yol vermişlər. Hazırda isə Bakı şəhər İcra Hakimiyyətinin də vəzifəli şəxslərinin bu işdə maraqlı olduqları məlum olur. Açıq-aşkardır ki, həmin şəxslər xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib onların qanunla qorunan mənafeylərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi ilə vəzifə saxtakarlığı törətmişlər. Xüsusi olaraq qeyd edirlər ki, mübahisəli torpaq sahəsi ilə bağlı artıq 4 məhkəmə işi üzrə hüquqi qiymət verilmiş, yekun məhkəmə aktları çıxarılmış və həmin məhkəmə qərarları qanuni qüvvəyə minmişdir. Qeyd edirlər ki, onlarla iddiaçı arasında yaranmış mülki hüquq münasibətlərinə artıq 4 müxtəlif məhkəmə qərarları ilə hüquqi qiymət verildiyindən və həmin dövrdən hal-hazıradək onlar tərəfindən iddiaçının hüquqlarına qarşı hər hansı bir qanunsuz hərəkətə yol verilmədiyindən, hazırda iddiaçı tərəfindən yenidən torpaq sahəsini mübahisə obyektinə çevirməsi həmin iddia tələbinin əsaslı olmasına zəmin yarada bilməz. Birincisi: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi 14 ünvanında yerləşən torpaq sahəsi ilə bağlı başa çatmış məhkəmə mübahisələri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında müəyyən edilmiş faktlar və hüquq münasibətləri barədə: 1.1. S.Abdurəhmanovun iddiası əsasında Xətai rayon Məhkəməsinin 08 sentyabr 2004-cü il tarixli qətnaməsi ilə Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcüd bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə 1999-cu il 2 yanvar tarixli sərəncamı ləğv edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin Valentina X18 qəsəbəsi, bağlar ərazisindəki Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi, 14-də yerləşən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən 2002-ci il 30 iyun tarixli, JN 3493 H seriyalı, 00400016 saylı şəhadətnamə etibarsız hesab edilmiş, Bakı şəhəri, 28-ci Dövlət Notariat X3 Valentina Yakovlevna Puqaçova arasında Badamdar qəsəbəsi, bağlar ərazisindəki, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi, 14-də yerləşən 0,04 ha torpaq sahəsinə 2002-ci il sentyabrın 15-də rəsmiləşdirilmiş və 4ə 2/237 saylı reyestrdə qeyd edilmiş alqısatqı müqaviləsi ləğv edilmiş, X34 adına Badamdar qəsəbəsi, bağlar ərazisindəki, Badamdar qəsəbəsi, 2-ci yahayış massivi, bağlar döngəsi, 14-də yerləşən 0,04 ha torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin 2002-ci il oktyabrın 11-də verilmiş JN 4353 H seriyalı, 00400016 saylı şəhadətnaməsi etibarsız hesab edilmişdir. Həmçinin həmin qətnamə ilə mübahisəli torpaq sahəsinin Ş.S.Şabanovun istifadəsində və sahibliyində olmadığı, o cümlədən həmin torpaq sahəsində olan tikililərin Ş.S.Şabanov tərəfindən inşa edilmədiyi müəyyən edilmişdir. Apellyasiya Məhkəməsinin 1 mk 231\2005 saylı, 12.01.2005-ci il tarixli qətnaməsi ilə Xətai rayon Məhkəməsinin 08 sentyabr 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k-1203/2005 saylı, 22.06.2005-ci il tarixli Qərarı ilə Apellyasiya Məhkəməsinin 1 mk 231/2005 saylı, 12.01.2005-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Deməli, hazırkı iddia predmetinin obyekti olan mübahisəli torpaq sahəsinin S.Şabanovun istifadəsində və sahibliyində olmadığı, eləcə də mübahisəli torpaq sahəsində hər hansı tikintinin aparmaması, o cümlədən onun həmin torpaq sahəsinə hüquqlarını təsdiq edən sənədlərin etibarsız sayılması - qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k-1203/2005 saylı,22.06.2005-ci il tarixli Qərarından konstitusiya şikayəti verisə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının «Şabanov Şamil Sadıq oğlunun şikayətinə dair” 02.02.2006-cı il tarixli qərardadı ilə şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. 1.2. Bundan başqa, hazırkı iddia predmetinin obyekti olan mübahisəli torpaq sahəsi ilə bağlı Şabanov Şamil Sadıq oğlu Cavabdeh qarşı tikilinin qeyri-qanuni sökülməsinin dayandırılması, cavabdeh tərəfindən sökülmüş tikililərin bərpa edilməsi, yaxud qanunsuz sökülmüş tikililərə görə ona vurulmuş maddi ziyanın ödənilməsi tələblənnə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-cı yaşayış massivi Bağlar döngəsi, 14-də yerləşən tikililərin Cavabdeh tərəfindən sökülməsinin qarşısı təcili alınmaqla iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail rayon Məhkəməsinin 2-1281/2005 saylı 14 sentyabr 2005-ci il tarixli qətnaməsi ilə iddiaçı Şabanov Şamil Sadıq oğlunun Cavabdeh qarşı tikilinin qeyri-qanuni sökülməsinin dayandınlması, cavabdeh tərəfindən sökülmüş tikililərin bərpa edilməsi, yaxud qanunsuz sökülmüş tikililərə görə ona vurulmuş maddi ziyanın ödənilməsi tələblərinə dair iddiası rədd edilmişdir. Qətnamənin 1-ci səhifəsinin 5-ci abzasında göstərilmişdir ki, Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi Bağlar döngəsi, 14 saylı bağda onun tərəfindən inşa edilmiş tikililərin yerləşdiyi torpaq sahəsi Bələdiyyələr yarandığı gündən bu vaxta qədər Badamdar Bələdiyyəsinin balansındadır. Xətai rayon məhkəməsinin 08.09.2004-cü il tarixli qətnaməsi qüvvəyə mindikdən sonra sərəncam vermək hüququ Bələdiyyəyə məxsusdur. Qətnamənin 2-ci səhifəsinin 1-ci abzasında göstərilmişdir ki, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi Səbail rayon İcra Hakimiyyəti Bascısının 12 iyul 2005-ci il tarixli, 412 saylı sərəncamından görünür ki, Xətai rayon məhkəməsinin 08 sentyabr 2004-cü il tarixli qətnaməsinin və onunla bağlı olan 05 iyul 2005-ci ıl tarixli icra vərəqəsi rəhbər tutularaq X9 adına «Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi haqqında» Səbail rayon İH Başçısı tərəfindən verilmiş 21 yanvar 1999-cu il tarixli, 44 saylı sərəncamı ləğv edilmişdir. Qətnamənin 2-ci səhifəsinin 2-ci abzasında göstərilmişdir ki, işdə olan Səbail rayon icra Hakimiyyəti Başçısının İ müavininin Badamdar Bələdiyyəsinin sədrinə ünvanladığı 14.07.2005-ci il tarixli məktubundan görünür ki, mərhum X11 vərəsəlik hüququ üzrə səlahiyyətli nümayəndəsi X12 iddiasına əsasən Səbail rayon İH Başçısı tərəfindən verilmiş 21 yanvar 1999-cu il tarixli, 44 saylı sərəncamı ləğv edildiyindən ilk mülkiyyətçinin vərəsəsi Ə.T.Abasovun uzun müddət Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, «köhnə bağlar» döngəsində istifadə etdiyi 400 kv.m torpaq sahəsinin onun adına sənədləşdirilməsinə köməklik edilməsi xahiş edilmişdir. Qətnamənin 2-ci səhifəsinin 7-ci abzasında göstərilmişdir ki, məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir kı, Cavabdeh tərəfindən özbaşınalıq edilməsi və qeyri-qanuni olaraq iddiaçıya məxsus hər-hansı əmlakın, o cümlədən, tikililərin sökdürülməsi və dağıdılması, ümumiyyətlə, iddiaçının əmlakına zərər vurulması, cavabdehin digər qanunsuz hərəkətlərə yol verməsi halları məhkəmə iclasında sübuta yetirilməmişdir. Apellyasiya Məhkəməsinin 1 mk 373/2006 saylı, 16.02.2006-cı il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin 2-1281/2005 saylı, 14 Sentyabr 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin 3-cü səhifəsinin 1-ci abzasında qeyd olunur ki, beləliklə iş materiallarından göründüyü kimi, mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüquqa malik olmadığından həmin sahədəki tikililərin sökülməsi ilə bağlı S.Şabanovun qanunla müdafiə edilən mənafelərinə zərər vurulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k-1168\2007 saylı,23.05.2007-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin 1 mk 373/2006 saylı, 16.02.2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Deməli, bu məhkəmə işi üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnaməsi ilə də müəyyən olunmuşdur ki, Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi Bağlar döngəsi 14 saylı bağda onun tərəfindən inşa edilmiş tikililərin yerləşdiyi torpaq sahəsi Bələdiyyələr yarandığı gündən bu vaxta qədər Badamdar Bələdiyyəsinin balansındadır. Xətai rayon məhkəməsinin 08.09.2004-cü il tarixli qətnaməsi qüvvəyə mindikdən sonra sərəncam vermək hüququ Bələdiyyəyə məxsusdur. Eləcə də, S.Şabanov mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüquqa malik olmamış və bu səbəbdən də həmin sahədəki tikililərin sökülməsi ilə bağlı S.Şabanovun qanunla müdafiə edilən mənafelərinə zərər vurulmamışdır. Eyni zamanda, Səbail rayon icra Hakimiyyətinin 16 il bundan öncə mövqeyi ondan ibarət olmuşdur ki, mərhum X11 vərəsəlik hüququ üzrə səlahiyyətli nümayəndəsi X12 iddiasına əsasən Səbail rayon İH Başçısı tərəfindən verilmiş 21 yanvar 1999-cu il tarixlı, 44 saylı sərəncamı ləğv edildiyindən ilk mülkiyyətçinin vərəsəsi Ə.T.Abasov, hazırkı iddia predmetinin obyekti olan mübahisəli torpaq sahəsini öz adına sənədləşdirilməsi üçün Badamdar Bələdiyyəsi tərəfindən ona köməklik göstərilməsi xahiş olunmuşdur. 1.2.1.Hazırda isə Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Samir Zamanovun 24.08.2020-ci il tarixli, 136 saylı məktubu ilə müəyyən olunur ki, həmin vəzifəli şəxs vəzifə səlahiyyətlərindən açıq-aşkar sui-istifadə etməklə, mübahisəli torpaq sahəsinin guya dövlət mülkiyyətində olmasını sübuta yetirilməsinə cəhd etmişdir. Hansı ki, qeyd olunan məktub 16 il bundan öncə Səbail rayon İcra Hakimiyyətinin mövqeyinə uyğun deyildir. Bu fakt isə onu sübut edir ki, Bakı şəhər İcra Hakimiyyətinin bəzi vəzifəli şəxslərinin maraq çərçivəsindədir ki, 16 ildən artıq, qanuni əsaslarla cavabdehin sahibliyində və istifadəsində olan torpaq sahəsi hazırkı iddia tələbi ilə cavabdehdən alınsın və sonra Şabanov Şamil Sadıq oğlunun vərəsəsi və oğlu Kamilin mülkiyyətinə verilsin. 1.2.2.Hesab edirlər ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Samir Zamanovun 24.08.2020-ci il tarixli, 136 saylı məktubu hüquq yaradan sənəd hesab edilə bilməz və həmin məktub qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında müəyyən edilən hüquqi mövqeyi və faktların təkzib edilməsi üçün əsas ola bilməz. 1.2.3.Bundan başqa, hazırda mübahisə edilən torpaq sahəsi ilə bağlı 16 il bundan öncə Səbail rayon İcra Hakimiyyətinin mövqeyinə açıq-aşkar zidd olan, hazırkı iş üzrə iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin və Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsinin açıq-aşkar bilə-bilə qanunsuz hərəkətlərinin müqayisəli təhlilindən yaranan hüquqi mövqey bizə əsas verir ki, həmin torpaq sahəsinin bizdən alınması üçün həmin təşkilatların bəzi vəzifəli şəxsləri mütəşəkkil dəstə halında biləşərək əvvəlcədən düşünülmüş planlarını hazırkı məhkəmə vasitəsilə həyata keçirsinlər. 1.3. Digər məhkəmə mübahisəsi üzrə hazırkı iddia predmetinin obyekti olan mübahisəli torpaq sahəsi ilə bağlı, S.Şabanov yenə də Səbail rayon Badamdar Bələdiyyəsinə və X13 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Səbail rayon Badamdar Bələdiyyəsinin 22.08.2005-ci il tarixli 097 saylı qərarının etibarsız sayılması, torpaq sahəsinə və evdən istifadə hüququnun müəyyən olunması, cavabdeh Əbülfəz Abbasovun torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları aşağıdakı sənədlər və dəlillər əsasında sübut etməyə cəhd etmişdir: - V.Y.Puqaçovanın adına verilmiş Səbail İcra Hakimiyyəti Başçısının 44 saylı, 21.01.1999-cu il tarixli sərəncamı; -Həmin sərəncam əsasında mübahisəli torpaq sahəsinə V.Y.Puqaçovanın mülkiyyət hüququnu təsdiq edən 30.06.2002-ci il tarixli şəhadətnamə; -iddiaçı ilə Puqaçova arasında bağlanmış 14.09.2002-ci il tarixli alqı-satqı müqaviləsi; -iddiaçının mülkiyyət hüququnu təsdiq edən 11.10.2002-ci il tarixli şəhadətnamə; -iddiaçı tərəfindən torpaq sahəsində yaşayış evinin inşa etməsi; -iddiaçının Nabran kəndinə getməsindən istifadə edərək qonşuluqda yaşamış Əbülfəz Abbasov tərəfindən dəmir darvazanı çıxararaq yerində hasar çəkmiş; -Səbail rayon Badamdar Bələdiyyəsi isə həmin sahəyə dair 22.08.2005-ci il tarixli 097 saylı qərarını qanunsuz və əsassız vermiş və s. kimi hallar. Bakı səhəri Səbail rayon məhkəməsinin 23 iyun 2006-cı il tarixli qətnaməsi ilə iddiaçı Şabanov Şamil Sadıq oglunun cavabdehlər Səbail rayonu Badamdar Bələdiyyəsinə və X21 ünvan 9 ünvanda 0,04 ha torpaq sahəsinin mülkiyyətə verilməsi barədə (22.08.2005-ci il tarixli 097 saylı) qərarın etibarsız hesab olunması, evdən istifadə hüququnun müəyyən edilməsi, torpaq sahəsindən çıxarılma barədə iddiası təmin olunmamışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİUMK-nın 1 mk-6299/2006 saylı, 02 noyabr 2006-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail rayon məhkəməsinin 23 iyun 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilmişdir: - Belə ki, Apellyasiya Məhkəməsi MİÜMK-sı tərəfindən müəyyən edilmişdir ki, Badamdar Bələdiyyəsinin 097 saylı 22 avqust 2005-ci il tarixli qərarı ilə X22 400 kv.m torpaq sahəsi satılmış, 017186 saylı 22 avqust 2005-ci il tarixli kassa-mədaxil orderinə əsasən Ə.X19 hesabına 8.320.000 manat pul ödəmişdir. - Apellyasiya Məhkəməsi qeyd edilən maddi və prosesual hüquq normalarına istinad etməklə belə nəticəyə gəlmişdir ki, iddiaçı Şabanov Şamil Sadıq oğlunun mübahisəli ünvan 10 ünvanda yerləşən 0,04 ha torpaq sahəsinə heç bir hüququ yoxdur. Həmin sahə bələdiyyə mülkiyyətindədir. -Badamdar Bələdiyyəsi qanuni əsaslarla 097 saylı 22 avqust 2005-ci il tarixli qərarla 0.04 ha torpaq sahəsini cavabdeh Ə.T.Abasova satmışdır. Qərar ləğv oluna bilməz. -odur ki, 1-ci instansiya məhkəməsi düzgün olaraq iddianın rədd olunması barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k-554/2007 saylı,14.03.2007-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin 1 mk 6299/2006 saylı, 02.11.2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Deməli, bu məhkəmə işi üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnaməsi ilə də müəyyən olunmuşdur ki, Şabanov Şamil Sadıq oğlunun mübahisəli Bakı şəhəri Badamdar qəsəbəsi 2- ci yaşayış massivi bağlar döngəsi 14 saylı ünvanda yerləşən 0.04 ha torpaq sahəsinə heç bir hüququ yoxdur. Həmin sahə, yəni Bakı şəhəri, Badamdar qəsəbəsi 2-ci yaşayış massivi bağlar döngəsi 14 saylı ünvanda yerləşən 0.04 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Badamdar Bələdiyyəsi qanuni əsaslarla 097 saylı 22 avqust 2005-ci il tarixli qərarla 0.04 ha torpaq sahəsini cavabdeh Ə.T.Abbasova satmışdır. Qərar ləğv oluna bilməz. 1.4. Onu da qeyd edirlər ki, iddiaçı Şabanov Şamil Sadıq oğlu tərəfindən yeni açılmış hal üzrə ərizə təqdim edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k-554\2007 saylı,14.03.2007-ci il tarixli qərarı 2017-ci ildə mübahisələndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin» 13(102)-76/2017 saylı, 05.05.2017-ci il tarixli qərardadı ilə Şabanov Şamil Sadıq oğlunun ərizəsi rədd edilmişdir. 1.5. Yenə də başqa məhkəmə işi üzrə, artıq 4-cü dəfə, iddiaçı X49 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsini zəbt etmiş Cavabdeh Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi 14-saylı ünvanda yerləşən torpaq sahəsindən çıxarılması barəsində və Bakı şəhəri reyestr xidmətinə torpaq sahəsinin iddiaçının adına yenidən rəsmləşdirilməsinə qərar çıxarılmasını xahiş etmişdir. Xüsusi olaraq qeyd edirlər ki, hazırkı iddia ərizəsinə əlavə edilmiş sənədlərə həmin məhkəmə işində hüquqi qiymət verilmiş və həmin hüquq münasibətləri artıq Ali Məhkəmədə də dəyərləndirilmişdir. Belə ki, Səbail rayon Məhkəməsinin 2-1281/2005 saylı, 14 Sentyabr 2005-ci il tarixli qətnaməsi ilə X29 Cavabdeh və X21 qarşı «Torpaq sahəsindən çıxaılma və onun adına yenidən rəsmləşdirmə» tələbinə dair iddiaçı təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2070/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(009)- 1545/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi aşağıdakılardan ibarət olmuşdur: 1.5.1. Məhkəmə iddia tələblərinin əsası kimi istinad edilən hallara qiymət verməyə davam edərək hesab edir ki, irəli sürülən dəlillər hazırki iddianın əsaslı olması kimi qiymətləndirilə bilməz. 1.5.2. Bu sənədə də əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının müraciəti əsasında, Badamdar qəs., Bağlar döngəsindəki 0,04 ha həmin mübahisəli torpaq sahəsi yeni ekspert komissiyası tərəfindən yenidən onun öz adına qeydiyyata alınmasına dair Səbail Rayon İcra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi N.Abbasovun 09 saylı 16 yanvar 2020-ci il tarixli məktubu da hüquqi əhəmiyyət kəsb edən və iddianın əsaslı olmasını təsdiq edən mötəbər sübut növü kimi qiymətləndirilmir. 1.5.3. Göründüyü kimi, mübahisəli torpaq sahəsi üzərində iddiaçının hüquqları yeni ekspert komissiyası tərəfindən qeydiyyata alınması yolu ilə deyil, qanunvericinin tələbləri üzrə həyata keçirilə bilər. 1.5.4. Belə ki, iddiaçının hazırki iddiasının faktiki əsasını Səbail Rayon İcra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi N.Abbasovun 09 saylı 16 yanvar 2020-ci il tarixli məktubu təşkil edir. Həmin məktubda Şabanov Şamil Sadıq oğlunun müraciətinə cavab olaraq Bağlar döngəsindəki mübahisəli 0,04 ha torpaq sahəsinin yerli ekspert komissiyası tərəfindən Şabanov Şamil Sadıq oğlunun adına qeydiyyata alındığı göstərilmişdir. Məhkəməyə müraciət etdikdən sonra isə iddiaçı tərəfindən təqdim edilən Badamdar Bələdiyyəsinin sədri tərəfindən iddiaçının adına göndərilmiş 18.08.2020-ci il tarixli, 08/98 saylı məktubun və məktuba əlavə edilmiş, Badamdar Bələdiyyəsinin 06 saylı, 03 iyun 2019-cu il tarixli iclasının gündəliyi və həmin İclasın Protokolundan çıxarışında isə Səbail rayon Badamdar Bələdiyyəsinin 06 saylı iclasının 03 iyun 2019-cu il tarixli qərarına əsasən, Bələdiyyənin 22.08.2005-ci il tarixli 097 saylı qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun olmayaraq qəbul edildiyindən, Badamdar qəsəbəsi, köhnə Bağlar küçəsində yerləşən 400,0 kv.metr torpaq sahəsinin vətəndaş Əbülfəz Abbasova satılması barədə Bələdiyyə sədri Bəybala Hüseynov tərəfindən, buna səlahiyyəti olmadan, Bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənədi, müvafiq icra hakimiyyəti orqanlarının rəyi və torpağın dəyərinin ödənilməsi haqqında təsdiqedici sənəd belə olmadan təkbaşına qərar qəbul etdiyindən, Badamdar Bələdiyyəsinin 097 saylı 22.08.2005-ci il tarixli qərarı ləğv edilmişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Samir Zamanovun 24 avqust 2020-ci il tarixli, 136 saylı məktubunda isə Badamdar qəsəbəsi, 2-ci massiv, Bağlar döngəsi 14-də yerləşən torpaq sahəsi Bələdiyyənin mülkiyyətinə verilmədiyini, həmin torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu göstərilmişdir. 1.5.5. Qeyd olunan sənədlərə əsasən də iddiaçı iddiasının əsaslı və təmin olunmalı olduğunu düşünür. Əvvəla, iddiaçı Mülki Məcəllənin 241.2-ci maddəsinə istinad etsə də Səbail Rayon İcra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəliyi yaxud nümayəndəsi Səbail Rayon İcra Hakimiyyəti demək deyil yaxud da onun adından mübahisəli torpaq sahəsini də istifadəyə verməyə vəkil edilmiş yaxud səlahiyyət verilmiş dövlət orqanı sayılmır. Əks halda Badamdar Nümayəndəliyinə yaxud onun yerli ekspert komissiyasına hansısa torpaq sahəsi, o cümlədən mübahisəli torpaq sahəsini istifadəyə vermək üçün qərar qəbul etmək səlahiyyəti verilsəydi, mütləq ki, bu barədə ya həmin məktubda qeyd edilərdi, yaxud ayrıca sənəd verə bilərdi. Göründüyü kimi, torpaq sahəsinin üzərində iddiaçının hansısa hüququnun yaranması üçün əsas hesab edilən yerli icra hakimiyyəti orqanının qanunla müəyyən edilmiş qaydada verilməli olan qərarı olmamışdır. 1.5.6. Bundan əlavə, mübahisəli torpaq sahəsinin dövlət, bələdiyyə yaxud xüsusi mülkiyyətdə olmasını müəyyən etmək də Badamdar Nümayəndəsinin səlahiyyəti deyildir, istəsə belə bunu müəyyənləşdirə bilməzdi. Çünki, torpaq sahələrinin hansı şəxslərə aid olması, təyinatı, kateqoriyası və.s müəyyən edilməsini Əmlak Məsələləri Dövlət Xidməti və onun müvafiq qurumları həyata keçirir. İddiaçı həqiqətən hesab edirsə ki, qeyd olunan torpaq sahəsi qanuni əsaslarla ona ayrılmışdır, onda həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından sonra məhkəməyə müraciət edə bilərdi. Ancaq Səbail Rayon İcra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəliyinin yaxud Badamdar Bələdiyyəsinin hansısa qanuni əsası olmayan məlumatlarına(məktubuna) əsasən iddia əsaslı hesab edilə bilməz. Çünki, bu cür məktub və məlumatları iddiaçıya mübahisəli torpaq sahəsinə görə iddia irəli sürməyə subyektiv (tələb etmək) hüququ yaratmır. Ən azından həmin qurumlar mübahisəli torpaq sahəsinin statusunu bilmir. Əks halda bu torpaq sahəsi barədə ziddiyyətli məlumatlar (biri dövlət torpağı olduğunu bəyan, digəri isə mübahisəli torpaqla bağlı əvvəlki Bələdiyyənin qərarını ləğv edir) verməzdilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5521№-li, 12.10.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2070/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» 25.03.2004-cü il tarixli qərarında göstərilir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18.03.2019-cu il tarixli qərarında qeyd olunur ki, «Həmçinin hüquqi mənada həqiqət prinsipinin adresatı kimi yalnız birinci və apellyasiya instansiyası məhkəmələri çıxış edirlər. Məhz bu məhkəmələr işin faktiki hallarını müəyyən etmək səlahiyyətinə malikdir. Məhz, qüvvədə olan prosessual qanunvericiliyn tələbinə əsasən-qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar hazırkı məhkəmə üçün məcburi olmaqla yanaşı, həmin qətnamədə müəyyən edilmiş faktlar yenidən sübut edilmir (Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən sübut olunmasına yol vermir. «A.Əliyevin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11.06.2019-cu il tarixli qərarında Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. «C.İsmayılzadənin şikayəti üzrə şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06.06.2014-cü il tarixli qərarında göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Odur ki, Konstitusiya məhkəməsində formalaşmış hüquqi mövqeyə görə hazırkı iddia tələbi əsaslı hesab edilə bilməz. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Penias və Ortmair Avstriyaya qarşı iş üzrə 2011-ci il 18 oktyabr tarixli qərarında qeyd olunmuşdur ki, hüququn aliliyinin fundamental əlamətlərindən biri olan hüquqi müəyyənlik prinsipi baxımından daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları mübahisələndirilməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli Qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. Göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü qeyd-şərtsiz isbatlayır. İkincisi: Məlumat üçün qeyd etmək lazımdır ki, Badamdar qəsəbəsi 2-ci yaşayış massivi 14-də olan 0,4 ha köhnə bağ sahəsi də, həmin yaşayış ərazisində yerləşən digər bağlarla birlikdə bağçılığın və bostançılığın inkişafı məqsədilə 26 Bakı Komissarları rayonu X38 İcraiyyə Komitəsinin 14 iyul 1989-cu il tarixli 22/2175 nömrəli qərarına əsasən orada olan faktiki istifadəçilərə verilmişdir. Hal-hazırda həmin ərazidə 200-ə yaxın ailə yaşamaqla yanaşı, həmin ərazi yaşayış massivi olaraq, hər bir bağın ayrı-ayrılıqda ünvanı mövcuddur. Yəni, həmin torpaq sahələri dövlət mülkiyyətində deyil, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aiddir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla, qalan torpaqlar Bələdiyyə Torpaqlarıdır. Qeyd edirlər ki, hazırkı iddia üzrə cavab verməli olan şəxs X54 rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, İcra Hakimiyyətinin Bələdiyyəyə göndərdiyi rəsmi müraciəti əsasında və qanunvericiliyin tələblərinə uyğun olaraq Badamdar Bələdiyyəsinin iclas protokolu əsasında qəbul edilmiş Bələdiyyənin 22 avqust 2005-ci il tarixli 097 nömrəli qərarı ilə, torpağın dəyəri 8.320.000 AZM manat ödənildikdən sonra, həmin torpaq sahəsi Ə.Abasovun adına sənədləşdirilib. Sənədləşmə qanunvericiliyin tələblərinə uyğun aparılmış və göstərilən hallar və faktlar qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə tam sübut olunur. "Torpaq islahatı haqqında" Qanunun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsində müəyyən olunmuş səlahiyyətləri bələdiyyələr 2001-ci ilin yanvar ayının 1-dən etibarən həyata keçirdikləri üçün 2001-ci ilin yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrinin ehtiyac fondundan yaşayış ev tikmək, həyətyanı və bağ sahələri üçün verdikləri torpaqlar bələdiyyələr tərəfindən geri tələb oluna bilməz. Üçüncüsü: Bununla yanaşı qeyd edirlər ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti X31 tələbi ilə 18 il vaxt keçdikdən sonra 2021-ci ildə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hansıki, həmin torpaq sahəsi və torpaq sahəsində yerləşən əmlak üzərində 2005-ci il tarixdən cavabdehin hüquqları yaranmış və iddiaçı artıq 2004-cü il tarixdə baş verən və bitmiş məhkəmə mübahisələri zamanı bilirdi və ya bilməli idi (çünki Səbail rayon İcra Hakimiyyəti tərəf olmuş və yuxarıda qeyd olunan məktubla həmin torpaq sahəsinin Ə.Abasovun adına sənədləşdirilməsi üçün Bələdiyyəyə müraciət etmişdir) ki, artıq onun hazırda mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı bütün hüquqi münasibətlər qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş; Bakı şəhəri Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi Bağlar döngəsi 14 saylı torpaq sahəsi Bələdiyyələr yarandığı gündən Badamdar Bələdiyyəsinin balansında olmaqla, Xətai rayon Məhkəməsinin 08.09.2004-cü il tarixli qətnaməsi qüvvəyə mindikdən sonra sərəncam vermək hüququ Bələdiyyəyə məxsusdur. Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, həmin torpaq sahəsi hazırda dövlət mülkiyyətində olmamaqla, hazırda İcra Hakimiyyətinin heç bir hüququ qalmamışdır. Məhz, X32 müraciətindən sonra qeyd olunan iddia ilə məhkəməyə müraciət etmişdir. Ümumiyyətlə, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi üzərində hər hansı bir hüququnun olmadığı məhkəmə qərarları müəyyən edildiyi təqdirdə, həmin qərarlar qüvvədə olduğu zaman bu və ya başqa qaydada həmin torpaq sahəsinin mübahisələndirilməsi qəbul edilən deyil. Adi anlamdan müəyyən edilir ki, bir sıra vəzifəli şəxslər əlbir olaraq, bir qrup dəstə halında özlərinə maddi neymət əldə etməkdən ötrü əvvəlcədən düşünülmüş plan şəklində, yəni məhkəmələr tərəfindən cavabdehə ayrılmış torpaq sahəsinin qanuni əsaslarla verilməsi və həmin qərarın ləğv edilə bilməməsi müəyyən edildiyi halda, həmin vəzifəli şəxslər açıq-aşkar qanunsuz olaraq ilə birgə hərəkət etməklə, hazırkı məhkəmə vasitəsilə onların əmlakılarını ələ keçirmək niyyətindədirlər. Odur ki, iddiaçının bir sıra vəzifəli şəxsləri tərəfindən mütəşəkkil dəstə halında bizə qarşı edilmiş açıq-aşkar bilə-bilə qanunsuz hərəkətlər, göründüyü kimi bü cür əməllər ilk dəfə törədilməmiş, israrlı şəkildə davam etməkdədir və belə halların davamlı törədilməsi bizdə əsaslı şübhələr yaratdığından həmin vəzifəli şəxslər barəsində, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsini xahiş edirlər. Qeyd olunanları nəzərə alaraq cavabdeh iddia tələbi əsassız olduğu üçün təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin, Səbail rayonu Badamdar Bələdiyyəsinin və Badamdar icra nümayəndəliyinin bəzi vəzifəli şəxsləri qrup halında cavabdehin əmlak üzərində olan hüquqlarına qarşı bilə-bilə qanunsuz hərəkətlərə yol verdiklərinə görə və onların əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu, 308-ci və 313-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onlar barəsində xüsusi qərardad çıxarılmasını və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Xətai rayon Məhkəməsinin 2-42/04 saylı, 08.09.2004-cü il tarixli qətnaməsinin kserosurətindən görünür ki, iddiaçı X5 cavabdehlər X20, X41, Səbail rayon İcra Hakimiyyətinə, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə və Bakı şəhər 28-ci Dövlət Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, sərəncamın, müqavilənin və şəhadətnamələrin etibarsız hesab edilməsi və bağdan çıxarılması tələbinə dair iddianın qismən təmin edilməsi, Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə 1999-cu il 21 yanvar tarixli 44 saylı sərəncamı, Şamil Sadıq oğlu X23 Puqaçova arasında Badamdar qəsəbəsi, bağlar ərazisindəki Badamdar qəsəbəsi 2-ci yaşayış massivi, bağlar döngəsi 14-də yerləşən 0,04 hektar torpaq sahəsinin alqı-satqısı barədə bağlanmış və 28-ci Dövlət Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi ləğv edilmiş, həmin torpaq sahəsinə dair V.P.Yakovlevnanın və X36 adına verilmiş mülkiyyət hüququ barədə şəhadətnamə etibarsız hesab edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İş üzrə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1mk-231/2005 saylı, 12.01.2005ci il tarixli qətnaməsinin kserosurətindən görünür ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 08.09.2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 6K-1203 saylı, 22.06.2005-ci il tarixli qərarın kserosurətindən görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 12.01.2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X2 02.02.2006-cı il tarixli qərardadın kserosurətindən görünür ki, Ş.Şabanov şikayətində S.Əbdürəhmanovanın iddiasının əsassız olaraq təmin edilərək alqı-satqı müqaviləsinin ləğv edilməsini və bununla onun mülkiyyət hüququnun pozulması göstərməklə həmin iş üzrə qəbul olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 22 iyun tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Palatası Ş.Şabanovun şikayətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İş üzrə Səbail rayon Məhkəməsinin 2-1281/2005 saylı, 14.09.2005-ci il tarixli qətnaməsinin kserosurətindən görünür ki, iddiaçı Şabanov Şamil Sadıq oğlunun Cavabdeh qarşı tikilinin qeyriqanuni sökülməsinin dayandırılması, cavabdeh tərəfindən sökülmüş tikililərin bərpa edilməsi, yaxud, qanunsuz sökülmüş tikililərə görə ona vurulmuş maddi ziyanın ödənilməsi tələblərinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən özbaşınalıq edilməsi və qeyri-qanuni olaraq iddiaçıya məxsus hər-hansı əmldakın, o cümlədən, tikililərin sökdülməsi və dağıdılması, ümumiyyətlə iddiaçının əmlakın zərər vurulması, cavabdehin digər qanunsuz hərəkətlərə yol verməsi halları məhkəmə iclasında sübuta yetirilməmişdir. İş üzrə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasının 1MK-373/2006 saylı, 16.02.2006-cı il tarixli qətnaməsinin kserosurətindən görünür ki, Ş.S.Şabanovun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 14.09.2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k-1168/07 saylı, 23.05.2007-ci il tarixli iddiaçı Şabanov Şamil Sadıq oğlunun kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 16.02.2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2-639/06 saylı, 23.06.2006-cı il tarixli qətnaməsinin kserosurətindən görünür ki, iddiaçı Şabanov Şamil Sadıq oğlunun cavabdehlər Səbail rayon Badamdar Bələdiyyəsinə, X14 qarşı torpağın mülkiyyətə verilməsinə dair qərarının etibarsız hesab olunmasına, torpaq sahəsindən və evdən istifadə hüququnun müəyyən olunması, torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Səbail rayon Badamdar Bələdiyyəsinin 097 No-li 22.08.2005-ci il tarixli Bələdiyyə ərazisində olan torpaq sahəsinin X8 mülkiyyətinə verilməsi barədə qərarına əsasən Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsində olan 400 kv.m. torpaq sahəsi uzun müddət istifadəsində olduğuna görə X21 alqı-satqı yolu ilə satılmışdır.Qərarın məzmununda qeyd edilir ki, torpağın satış dəyəri 20.08.2005-ci il tarixdə Badamdar Bələdiyyəsinin xəzinəsinə ödənilmişdir. Məhkəmə iclasında Səbail rayon Badamdar Bələdiyyəsinin 097 No-li 22.08.2005-ci il tarixli qərarının ləğv edilməsinə əsas verən heç bir qanunsuz hal müəyyən edilmədi. Qeyd edilənlər məhkəməyə mübahisəli torpaq sahəsinin cavabdeh Abbasova satılması barədə Səbail rayon Badamdar Bələdiyyəsinin 097 No-li 22.08.2005-ci il tarixli qərarının qanuni və əsaslı olması barədə nəticəyə gəlməyə əsas verir. İş üzrə Apellyasiya Məhkəməsinin MİÜMK-nın 1 MK-6299/ 2006 saylı, 02.11.2006-cı il tarixli qətnaməsinin kserosurətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23.06.2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, iddiaçı Ş.S.Şabanov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.Həmin qətnamə ilə müəyyən edilmişdir ki, 017186 saylı 22.08.2005-ci il tarixli kassa-mədaxil orderindən görünür ki, X1 Bələdiyyəsinin hesabına 8.320.000 manat pul ödəmişdir. Badamdar Bələdiyyəsinin 097 saylı, 22.08.2005-ci il tarixli qərarından görünür ki, Ə.T.Abbasova 400 kv.m. torpaq sahəsi satılmışdır. İş materialları, tərəflərin izahatları və qüvvədə olan məhkəmə qətnamələri ilə sübuta yetirilmişdir ki, iddiaçı Şabanov Şamil Sadıq oğlunun mübahisəli ünvan 14 ünvanda yerləşən 0,04 ha torpaq sahəsinə heç bir hüququ yoxdur. Həmin sahə bələdiyyə mülkiyyətidir. Badamdar Bələdiyyəsi qanuni əsaslarla 097 saylı 22.08.2005ci il tarixli qərarla 0,04 ha torpaq sahəsini cavabdeh Ə.T.Abbasova satmışdır, qərar ləğv oluna bilməz. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 6K-544/07 saylı, 14.03.2007-ci il tarixli qərarın kserosurətindən görünür ki, iddiaçı Şabanov Şamil Sadıq oğlunun kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 02.11.2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 13(102)-76/2017 saylı, 05.05.2017-ci il tarixli qərardadının kserosurətindən görünür ki, Şabanov Şamil Sadıq oğlunun Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 14.03.2007-ci il tarixli 6k-544/07 saylı qərarına, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 02.11.2006-cı il tarixli, 1mk-6299/06 saylı qətnaməsinə və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23.06.2006-cı il tarixli, 2-639/06 saylı qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəsi rədd edilmişdir. İş üzrə Badamdar Bələdiyyəsi tərəfindən Şamil Şabanova ünvanlanmış 07.02.2019-cu il tarixli məktubun kserosurətindən görünür ki, İİ yaşayış massivi, Bağlar döngəsi, 14-də yerləşən torpaq sahəsi ümumiyyətlə Badamadr Bələdiyyəsinin mülkiyyətində olmayan torpaqlara aiddir. İş üzrə Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən Şamil Şabanova ünvanlanmış 16.01.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, Bağlar döngəsində 0,04 ha torpaq sahəsi yerli ekspert komissiyası tərəfindən Şabanov Şamil Sadıq oğlunun adına qeydiyyata alınmışdır. İş üzrə Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən Şamil Şabanova ünvanlanmış 11.02.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, ümumiyyətlə 2-ci yaşayış massivi, Köhnə bağlar döngəsi Badamdar Bələdiyyəsinin mülkiyyətinə verilməyib. İş üzrə Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən Şamil Şabanova ünvanlanmış 24.08.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, Badamdar qəsəbəsi, 2-ci massiv, Bağlar döngəsi, 14-də yerləşən 0,04 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilməyib və dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. İş üzrə Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən X29 nümayəndəsi X6 ünvanlanmış 13.11.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, müraciətində qeyd edilən faktlar və xüsusatlar mülki-mübahisə xarakterli daşıdığından və bu məsələnin həlli bələdiyyənin səlahiyyətli xaricində olduğundan mübahisə qanuni qüvvəyə minmiş məhkəmənin və ya istintaq və təhqiqat orqanlarının qərarlarına uyğun həll edilməlidir. Eləcə də bildirirlər ki, Şamil Şabanovun müraciətinə əsasən Badamdar qəsəbəsi Köhnə Bağlar küçəsində yerləşən 400 kv.m. torpaq sahəsinin vətəndaş Əbülfəz Abbasova satılması barədə Bələdiyyənin 22.08.2005-ci il tarixli, 097 saylı qərarı Badamdar Bələdiyyəsinin 03.06.2019-cu il tarixli, 06 saylı qərarı ilə qanunvericiliyin tələblərinə uyğun olmadığından ləğv edilmişdir. Qeyd olunanlara əsasən izah edirlər ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından yeni açılmış hallar üzrə icraat qaydasında Azərbaycan Respublikasında Ali Məhkəmənin Plenumuna müraciət etmək hüquqları vardır. İş üzrə Səbail rayon Badamdar Bələdiyyəsinin 06 saylı iclasın 03.06.2019-cu il tarixli protokolundan çıxarışın kserosurətindən görünür ki, Badamdar Bələdiyyəsinin 097 saylı, 22.08.2005-ci il tarixli qərarın ləğv edilməsi qərara alınmışdır. İş üzrə Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən X39 ünvanlanmış 18.08.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsində yerləşən 400 kv.m. torpaq sahəsinin vətəndaş Əbülfəz Abbasova satılması barədə Bələdiyyənin 22.08.2005-ci il tarixli, 097 saylı qərarı Badamdar Bələdiyyəsinin 03.06.2019-cu il tarixli 06 saylı qərarı ilə qanunvericiliyin tələblərinə uyğun olmadığından ləğv edilmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1545/2020 saylı, 06.11.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Şabanov Şamil Sadıq oğlunun cavabdehlər Cavabdeh və X14 qarşı “torpaq sahəsindən çıxarılma və onun adına yenidən rəsmiləşdirmə” tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2070/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməməsinə əsasən iddiaçı Şabanov Şamil Sadıq oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(009)- 1545/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Badamdar Bələdiyyəsinin 097 saylı, 22.08.2005-ci il tarixli qərarın ləğv edilməsinə dair Səbail rayon Badamdar Bələdiyyəsinin 06 saylı iclasın protokolundan 03.06.2019-cu il tarixli çıxarışına gəldikdə isə məhkəmə hesab edir ki, bu halın mövcudluğu hazırki iş üçün də mühüm əhəmiyyət kəsb edən hüquqi sənədi kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail rayon Badamdar qəsəbə Nümayəndəliyi tərəfindən Şabanov Şamil Sadıq oğluna ünvanlanmış 24.08.2020-ci il tarixli məktubdan görünür ki, Badamdar qəsəbəsi, 2-ci massiv, Bağlar döngəsi 14-də yerləşən 0,04 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilməmiş və dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Bu sənədə də əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının müraciəti əsasında, Badamdar qəs., Bağlar döngəsindəki 0,04 ha həmin mübahisəli torpaq sahəsi yeni ekspert komissiyası tərəfindən yenidən onun öz adına qeydiyyata alınmasına dair Səbail Rayon İcra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi N.Abbasovun 09 saylı 16 yanvar 2020-ci il tarixli məktubu da hüquqi əhəmiyyət kəsb edən və iddianın əsaslı olmasını təsdiq edən mötəbər sübut növü kimi qiymətləndirilmir. Mübahisəli torpaq sahəsinin dövlət, bələdiyyə yaxud xüsusi mülkiyyətdə olmasını müəyyən etmək də Badamdar Nümayəndəsinin səlahiyyəti deyildir, istəsə belə bunu müəyyənləşdirə bilməzdi. Çünki, torpaq sahələrinin hansı şəxslərə aid olması, təyinatı, kateqoriyası və.s müəyyən edilməsini Əmlak Məsələləri Dövlət Xidməti və onun müvafiq qurumları həyata keçirir. İddiaçı həqiqətən hesab edirsə ki, qeyd olunan torpaq sahəsi qanuni əsaslarla ona ayrılmışdır, onda həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından sonra məhkəməyə müraciət edə bilərdi. Ancaq Səbail Rayon İcra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəliyinin yaxud Badamdar Bələdiyyəsinin hansısa qanuni əsası olmayan məlumatlarına(məktubuna) əsasən iddia əsaslı hesab edilə bilməz. Çünki, bu cür məktub və məlumatları iddiaçıya mübahisəli torpaq sahəsinə görə iddia irəli sürməyə subyektiv (tələb etmək) hüququ yaratmır. Ən azından həmin qurumlar mübahisəli torpaq sahəsinin statusunu bilmir. Əks halda bu torpaq sahəsi barədə ziddiyyətli məlumatlar (biri dövlət torpağı olduğunu bəyan, digəri isə mübahisəli torpaqla bağlı əvvəlki Bələdiyyənin qərarını ləğv edir) verməzdilər. Mübahisəli torpaq sahəsi ilə bağlı 2000-ci illərin əvvəllərindən başlayaraq ona yaxın məhkəmə aktları qəbul edilmişdir. Bu məhkəmə aktlarının tam əksəriyyəti iddiaçının iddiası və təmin edilmədiyi halda verdiyi şikayətləri əsasında qəbul edilmişdir. Bütün bu məhkəmə aktları ilə iddiaçının mübahisəli torpaq sahəsinə qanunla müəyyən edilmiş qaydada hər hansı bir hüquqlarının olmadığı və yaranmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5521/2021 saylı, 12.10.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2070/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi dövlət mülkiyyətinə aiddir və bu səbəbdən iddiaçı həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasına son qoyulması və həmin torpaq sahəsinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin yuxarıda göstərilən tələblərindən göründüyü kimi mülkiyyətdə olan əmlaka qəsd və ya başqa maneələrin aradan qaldırılması, mülkiyyətə qəsd edəndən bu hərəkətlərə son qoyulmasını tələb edilməsi mülkiyyətçiyə mənsub hüquqdur və bu hüquq yalnız mülkiyyətçi tərəfindən həyata keçirə bilər. Hazırki iddia üzrə mübahisəli torpaq sahəsinin qanunsuz zəbt olunmasına son qoyulması və geri qaytarılması tələbi ilə çıxış etmək tələbi ilə yalnız həmin torpaq sahəsinin mülkiyyətçisi çıxış edə bilər. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14 ünvaında yerləşən 0,04 ha torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmasını və bu səbəbdən dövlət mülkiyyətində olan torpaqların zəbt olunması ilə bağlı məhkəmədə iddia irəli sürməyə səlahiyyətləri olduğunu iddia edir. Mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olmasını isə iddiaçı aşağıdakı sənədlərə istinadən iddia edir:
1. Badamdar Bələdiyyəsinin 097 saylı 22.08.2005-ci il tarixli qərarının ləğv edilməsi barədə Səbail rayon Badamdar Bələdiyyəsinin 06 saylı iclasın 03.06.2019-cu il tarixli qərarı;
2. Badamdar qəsəbəsi, 2-ci massiv, Bağlar döngəsi 14-də yerləşən 0,04 ha torpaq sahəsinin Bələdiyyənin mülkiyyətinə verilməməsi, həmin torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi omlsı barədə Səbail rayon İcra Hakimiyyəti Başçısının qəsəbəsi üzrə nümayəndəsi Samir Zamanovun 24.08.2020-ci il tarixli, 136 saylı məktubu. Məhkəmə ilk növbədə qeyd edir ki, torpaq sahəsi üzərində istifadə və onun üzərində nəzarəti müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilir. AR Torpaq Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” AR Prezidentinin 04.08.1999-cu il tarixli 176 saylı Fərmanının 2.2-ci bəndinə əsasən həmin Məcəllənin 6-cı maddəsinin on üçüncü və on dördüncü abzaslarında, 38-ci maddəsində, 45-ci maddəsinin 1-ci bəndində, 4-cü bəndinin birinci cümləsində (birinci halda), 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Göründüyü kimi Torpaq Məcəlləsinin tələblərinə əsasən torpaq sahəsinin hüquqi rejimi həmin torpaq sahəsi üzərində olan hüquqlarla müəyyən edilir. AR MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olmamasını iddia etsə, bununla bağlı təqdim etdiyi Səbail rayon İcra Hakimiyyəti Başçısının qəsəbəsi üzrə nümayəndəsi Samir Zamanovun 24.08.2020-ci il tarixli, 136 saylı məktubu Torpaq Məcəlləsinin yuxarıda göstərilən tələblərinə əsasən həmin torpaq sahəsinin hüquqi rejimini müəyyən edən sənəd kimi hesab edilə bilməz. Bu səbəbdən məhəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin Bələdiyyənin deyil, dövlətin mülkiyyətində olması ilə bağlı iddiaçının təqdim etdiyi 24.08.2020-ci il tarixli 136 saylı məktub mötəbər sübut kimi hesab edilmir və mübahisəli torpaq sahəsinin hüquqi rejimini müəyyən edən sənəd kimi qəbul edilə bilməz. Məhkəmə digər tərəfdən qeyd edir ki, Badamdar Bələdiyyəsinin 097 saylı 22.08.2005-ci il tarixli qərarının ləğv edilməsi barədə Səbail rayon Badamdar Bələdiyyəsinin 06 saylı iclasın 03.06.2019-cu il tarixli qərarı da mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində, yaxud Bələdiyyə mülkiyyətində olmasını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları aşağıdakılar müəyyən edilmişdir:
1. Səbail rayon Məhkəməsinin 2-1281/2005 saylı, 14.09.2005-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən özbaşınalıq edilməsi və qeyri-qanuni olaraq iddiaçıya məxsus hər-hansı əmldakın, o cümlədən, tikililərin sökdülməsi və dağıdılması, ümumiyyətlə iddiaçının əmlakın zərər vurulması, cavabdehin digər qanunsuz hərəkətlərə yol verməsi halları məhkəmə iclasında sübuta yetirilməmişdir.
2. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2-639/06 saylı, 23.06.2006-cı il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Səbail rayon Badamdar Bələdiyyəsinin 097 No-li 22.08.2005ci il tarixli Bələdiyyə ərazisində olan torpaq sahəsinin X8 mülkiyyətinə verilməsi barədə qərarına əsasən Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsində olan 400 kv.m. torpaq sahəsi uzun müddət istifadəsində olduğuna görə X21 alqı-satqı yolu ilə satılmışdır.Qərarın məzmununda qeyd edilir ki, torpağın satış dəyəri 20.08.2005-ci il tarixdə Badamdar Bələdiyyəsinin xəzinəsinə ödənilmişdir. Məhkəmə iclasında Səbail rayon Badamdar Bələdiyyəsinin 097 No-li 22.08.2005-ci il tarixli qərarının ləğv edilməsinə əsas verən heç bir qanunsuz hal müəyyən edilmədi. Qeyd edilənlər məhkəməyə mübahisəli torpaq sahəsinin cavabdeh Abbasova satılması barədə Səbail rayon Badamdar Bələdiyyəsinin 097 No-li 22.08.2005-ci il tarixli qərarının qanuni və əsaslı olması barədə nəticəyə gəlməyə əsas verir.
3. Apellyasiya Məhkəməsinin MİÜMK-nın 1 MK-6299/ 2006 saylı, 02.11.2006-cı il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, 017186 saylı 22.08.2005-ci il tarixli kassa-mədaxil orderindən görünür ki, X1 Bələdiyyəsinin hesabına 8.320.000 manat pul ödəmişdir. Badamdar Bələdiyyəsinin 097 saylı, 22.08.2005-ci il tarixli qərarından görünür ki, Ə.T.Abbasova 400 kv.m. torpaq sahəsi satılmışdır. İş materialları, tərəflərin izahatları və qüvvədə olan məhkəmə qətnamələri ilə sübuta yetirilmişdir ki, iddiaçı Şabanov Şamil Sadıq oğlunun mübahisəli ünvan 14 ünvanda yerləşən 0,04 ha torpaq sahəsinə heç bir hüququ yoxdur. Həmin sahə bələdiyyə mülkiyyətidir. Badamdar Bələdiyyəsi qanuni əsaslarla 097 saylı 22.08.2005-ci il tarixli qərarla 0,04 ha torpaq sahəsini cavabdeh Ə.T.Abbasova satmışdır, qərar ləğv oluna bilməz.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2070/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Badamdar Bələdiyyəsinin 097 saylı, 22.08.2005-ci il tarixli qərarın ləğv edilməsinə dair Səbail rayon Badamdar Bələdiyyəsinin 06 saylı iclasın protokolundan 03.06.2019-cu il tarixli çıxarışına gəldikdə isə məhkəmə hesab edir ki, bu halın mövcudluğu hazırki iş üçün də mühüm əhəmiyyət kəsb edən hüquqi sənədi kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail rayon Badamdar qəsəbə Nümayəndəliyi tərəfindən Şabanov Şamil Sadıq oğluna ünvanlanmış 24.08.2020-ci il tarixli məktubdan görünür ki, Badamdar qəsəbəsi, 2-ci massiv, Bağlar döngəsi 14-də yerləşən 0,04 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilməmiş və dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Bu sənədə də əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının müraciəti əsasında, Badamdar qəs., Bağlar döngəsindəki 0,04 ha həmin mübahisəli torpaq sahəsi yeni ekspert komissiyası tərəfindən yenidən onun öz adına qeydiyyata alınmasına dair Səbail Rayon İcra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi N.Abbasovun 09 saylı 16 yanvar 2020-ci il tarixli məktubu da hüquqi əhəmiyyət kəsb edən və iddianın əsaslı olmasını təsdiq edən mötəbər sübut növü kimi qiymətləndirilmir. Mübahisəli torpaq sahəsinin dövlət, bələdiyyə yaxud xüsusi mülkiyyətdə olmasını müəyyən etmək də Badamdar Nümayəndəsinin səlahiyyəti deyildir, istəsə belə bunu müəyyənləşdirə bilməzdi. Çünki, torpaq sahələrinin hansı şəxslərə aid olması, təyinatı, kateqoriyası və.s müəyyən edilməsini Əmlak Məsələləri Dövlət Xidməti və onun müvafiq qurumları həyata keçirir. İddiaçı həqiqətən hesab edirsə ki, qeyd olunan torpaq sahəsi qanuni əsaslarla ona ayrılmışdır, onda həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından sonra məhkəməyə müraciət edə bilərdi. Ancaq Səbail Rayon İcra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəliyinin yaxud Badamdar Bələdiyyəsinin hansısa qanuni əsası olmayan məlumatlarına(məktubuna) əsasən iddia əsaslı hesab edilə bilməz. Çünki, bu cür məktub və məlumatları iddiaçıya mübahisəli torpaq sahəsinə görə iddia irəli sürməyə subyektiv (tələb etmək) hüququ yaratmır. Ən azından həmin qurumlar mübahisəli torpaq sahəsinin statusunu bilmir. Əks halda bu torpaq sahəsi barədə ziddiyyətli məlumatlar (biri dövlət torpağı olduğunu bəyan, digəri isə mübahisəli torpaqla bağlı əvvəlki Bələdiyyənin qərarını ləğv edir) verməzdilər. Mübahisəli torpaq sahəsi ilə bağlı 2000-ci illərin əvvəllərindən başlayaraq ona yaxın məhkəmə aktları qəbul edilmişdir. Bu məhkəmə aktlarının tam əksəriyyəti iddiaçının iddiası və təmin edilmədiyi halda verdiyi şikayətləri əsasında qəbul edilmişdir. Bütün bu məhkəmə aktları ilə iddiaçının mübahisəli torpaq sahəsinə qanunla müəyyən edilmiş qaydada hər hansı bir hüquqlarının olmadığı və yaranmadığı müəyyən edilmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilən hallar mübahisəli torpaq sahəsinin qanuni əsaslarla cavabdehin istifadəsində olmasını, həmin torpaq sahəsinə dair Badamdar Bələdiyyəsi tərəfindən verilmiş 22.08.2005-ci il tarixli 097 saylı qərarının qanuni olması tam təsdiq olunur. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.03.2003-cü il tarixli Qərarının 7-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və MPM-nin 82.3-cü maddəsinin məzmununa əsasən, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Beləliklə iddiaçının torpaq sahəsi üzərində hüquq sahibi olmadığı təsdiq olunduğundan, bununla da onun hazırki tələblə çıxış etməyə subyektiv hüququ olmadığından, irəli sürülmüş iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığından, irəli sürülmüş tələb rədd edilməlidir. Şərh olunanlara əsasən və AR Mülki-Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ:
İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin Cavabdeh qarşı dövlət mülkiyyətində olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi, 14 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin qanunsuz olaraq özbaşına zəbt olunmasına son qoyulması və geri qaytarılması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev