Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2326/2021 29.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə 29 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmədə iddia qaldıraraq, cavabdehin Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 37/43 saylı evin 51 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 37/43 saylı evin 51 saylı mənzilinin 3/4 hissəsini Cavabdeh, 1/4 hissəsini isə X1 almışdır. Lakin cavabdeh iddiaçı mənzili aldığı gündən etibarən həmin mənzildə yaşamır və qeydiyyatdan da çıxmır. Bununla da o, müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Sadalananlara əsasən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verib, iddianın təmin olunması barədə qənamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin faktiki yaşayış yeri məlum olmadığından, məlum olan sonuncu qeydiyyatda olduğu əraziyə aid olan 4 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən cavabdehin həmin mənzildə yaşamadığına dair qeyd yazılmış arayış olduğundan məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 37/43 saylı evin 51 saylı mənzili Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. İddiaçı ilə satıcı Cavabdeh və X2 27.04.2021-ci il tarixdə Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 37/43 saylı evin 51 saylı mənzilinin alqı-satqısına dair müqavilə bağlamışdırlar. Alqı-satqıdan sonra Cavabdeh həmin mənzili iddiaçıya təhvil verərək mənzildən köçmüşdür. Hazırda həmin mənzil iddiaçının sahibliyində və mülkiyyətindədir, cavabdeh hal-hazırki vaxtadək qeydiyyatdan çıxmamışdır, cavabdeh həmin mənzildə yaşamamaqla və istifadə etməməklə, mənzildə yaşayış yeri üzrə qeydiyyatı formaldır. Qeyd edilənlər iddia ərizəsi, iddiaçının izahatı, işdə olan 21.08.2020-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin surəti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışınin surəti, 72 nömrəli arayış və 4 saylı Mənzil-Kommunal İstismar Sahəsinin möhürü ilə təsdiqlənmiş arayışla təsdiqlənir. Məhkəmə tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı işin faktiki hallarına və Mülki Məcəllənin 203.1-ci, 228.4-cü və 262.2-ci maddələrinə əsaslanaraq cavabdehə qarşı hazırkı tələbini irəli sürməkdə haqlıdır və bu səbəbdən iddia təmin edilməlidir. Belə ki, Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində mənzilə dair öz adına olan qeydiyyat yazısını ləğv edib, daşınmaz əmlakın mülkiyyətini iddiaçıya keçirməklə, həmin mənzil üzərindəki mülkiyyət hüquqlarını (habelə onun tərkib hissəsi olan mənzildən istifadə hüququnu) aradan qaldırmış, iddiaçı isə mənzilin mülkiyyətini əldə etmişdir. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 37/43 saylı evin 51 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Hazırkı qətnamə Cavabdeh Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 37/43 saylı evin 51 saylı mənzilinə olan yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2326/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2326/2021
29.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver