Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2326/2025 30.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı Ərizəçi (X1 üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi (X1 üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 qalmış miras əmlak ünvan 1 ünvanında yerləşən 5 saylı evə o, Ərizəçi mirası faktiki qəbul etdiyi üçün mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, yeganə vərəsə kimi tanınmağı və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, ərizə yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddiaçı Ərizəçi hazırki tələbinin əsasını X2 qalmış miras əmlak ünvan 1 ünvanında yerləşən 5 saylı evə dair miras hüququ tanınaraq vərəsəlik haqqında şəhadətnamə verilməsi təşkil edir. İş materiallarında olan Bakı şəhəri 1 saylı Notariat Ofisinin 28 dekabr 2024-cü il tarixli, 808 saylı məktubundan görünür ki, X1 ilə aralarında münasibətin müəyyən olunmadığı, aralarında mübahisə olduğu bildirilmiş və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması və miras əmlakdakı vərəsələrə çatası payları müəyyən etmək üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizə iddia ərizəsi, tərəflər isə iddiaçı və cavabdeh adlandırılsa da, tələb hissəsindən görünür ki, ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, yeganə vərəsə kimi tanınmağı və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı tələbə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi qaydasında, yəni xüsusi icraat qaydasında deyil, notariat ofisi və digər vərəsələr də cəlb edilməklə iddia icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə olan halda, iddiaçı Ərizəçi (X1 üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçı Ərizəçi qaytarılmalı və notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Ərizəçi (X1 üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər iddiaçı Ərizəçi qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəməyə müraciət etmək üçün iddiaçı Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli ********** saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2326/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2326/2025
30.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver