Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2338/2023 26.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "doğum faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, Təsviri hissə: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "doğum faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabail rayonu Salyan yolu küçəsi ev 32 də, 02 may 1984-cü ildə anadan olmuş X17 atasının X12 və X8 olmasını nəzərə alıb doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci ildə Bakı şəhəri Səbail rayonu Salyan yolu küçəsi ev 32 də anadan olmuşdur. X2 1936-cı ildə anadan olub, 18 avqust 2004-cü ildə vəfat etmişdir. X8 5 may 1949-cu ildə anadan olub, xx.xx.1996-cı ildə vəfat edib. X3 xx.xx.1980 ci ildə Bakı şəhəri Salyan yolu küçəsi ev 32-də ev şəraitində anadan olmuş, 04 iyul 2018-ci ildə 114584 saylı doğum haqında şəhadənaməni Səbail rayon Qeydiyyat Şöbəsindən almışdır. Şəx/vəsiqəsi AA1425736 fin 8PA2R12 Səbail rayon məhkəməsiniun 12 mart 2018-ci il iş 2(009)-1282/2018 saylı məhkəmə qətnaməsinə əsasən almışdır. Bakı şəhəri Səbail rayonu Salyan yolu küçəsi ev 32 də yaşayır. X5 Şəx/vəs AA ******* FİN 7WESBCU Doğum tarixi xx.xx.1978-ci il, qardaşının 3 yetkinlik yaşına çatmış övladlarının iki qız bir oğlu da doğum haqqımda şəhadətnamə və şəxsiyyət vəsiqlərini 2023-cü ildə Qaradağ rayon məhkəməsinin 2023-cü il çıxarılmış qətnaməsinə əsasən almışdır. Onlar bir necə bacı-qardaş olsa da, hamısının doğum haqqında şəhadətnaməsi olsa da X6 02 may 1984-cü ildə Bakı şəhəri Səbail rayonu ünvan 1 ünvanda qardaşı ilə yaşasa da onun doğum haqqında şəhadətnaməsi verilməyib. Halhazıradək yoxdur. O vaxtlar atası və anası səhlənkarlıq edərək X6 doğulduqdan sonra ona doğum haqqında şəhadətnamə almamışlar və doğumunu müvafiq qeydiyyat şöbəsində qeydiyyatdan keçirməmişlər. Qardaşının doğumu o vaxtı “Krupuskaya” adına doğum evində həyata keçirilmişdir. Lakin valideyinlərinə bununla bağlı müvafiq tibbi şəhadətnamə verilməmişdir. Lakin buna baxmayaraq qardaşının doğulmasını həkim ginekoloq həyata keçirmiş və bununla bağlı arayış da verilmişdir. Valideyinlərinin hüquqi savadsızlığından və bu işə məsuliyətsiz yanaşmaları nəticəsində X6 hal-hazırki vaxtadək doğum haqqında şəhadətnamə almamışdır. X4 artıq 39 yaşı var, ailə qurub iki övladı var. Hal-hazırda şəxsiyyət vəsiqəsi almaq istəyərkən onlardan doğum haqqında şəhadətnamə tələb etmişlər. Lakin qardaşının doğum aktı qeydi icra olunmadığından X6na doğum haqqında şəhadətnamə verilməmişdir. O, Səbail rayon qeydiyat şöbəsinə ərizə ilə müraciət etmiş, onlara imtina məktubu verildi ki, məhkəməyə müraciət etsinlər. Digər tərəfdən qardaşının hər hansı hüquq müəyyənedici sənədi olmadığından, o, hər hansı orqana ərizə də vermək imkanından da məhrum olmuşdur. Müvafiq peşə və ali təhsil almağına, işləməyinə maneçilik törədir. Qardaşı xx.xx.1988-ci ildə anadan olmuş X13 şəxsiyyət vəs. AZE 13387355 olan xanımla ailə qurmuşdur. X14 Ümüd Amid oğlu xx.xx.2008-ci ildə anadan olmuş və 2-ci qızı X28 xx.xx.2010-cu ildə anadan olmuşdur. Şahid: X3. xx.xx.1980-ci ildə Bakı şəhəri Salyan yolu küçəsi ev 32-də anadan olmuş şəx/vəsiqəsi AA1425736 fin 8PA2R12 Ünvanı Bakı şəhəri Səbail rayonu Salyan yolu küçəsi ev 32 də. Şahid: X5 Şəx/vəs AA ******* FİN 7WESBCU Doğum tarixi xx.xx.1978 il Ünvan: Abşeron rayonu Mehdabad qəsəbəsində kirayədə yaşayır. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabail rayonu Salyan yolu küçəsi ev 32 də, 02 may 1984-cü ildə anadan olmuş X17 atasının X12 və X8 olması faktını müəyyən edilməklə müvafiq doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsini Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi təkrar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabail rayonu Salyan yolu küçəsi ev 32 də, 02 may 1984-cü ildə anadan olmuş X17 X2 və X8 olmaqla doğum faktının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır, Amid isə kiçik qardaşıdır. Sənədləri valideynlərinin səhlənkarlığından ala bilməyiblər. O, özü də bu yaxınlarda öz sənədini almışdır. Qardaşı Bakı şəhərində anadan olub. X1, anaları X20 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır, Amid isə qardaşıdır. Valideyinləri- X1, anaları X20 olmuşdur. X6 02 may 1984-cü ildə Bakı şəhərində doğulmuşdur. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərii dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 28 oktyabr 2023-cü il tarixli Ərizəçi ünvanlanmış X4 xx.xx.1984-cü ildə Bakı şəhərində doğulduğunu və doğumun qeydə alınmağı barədə müraciətinə cavab məktubundan görünür ki, Azərbaycan Respublikası xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası“nın 2.5.3-cü yarımbəndinə əsasən doğumun qeydə alınması doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında aparılır. Tibbi şəhadətnamə olmadığından hazırda doğumun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 12 mart 2018-ci il tarixli 2(009)-1282/2018 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, Ərizəçi Fərqanə adlı bacısının xx.xx.1980-cı il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilmiş və qətnamə xx.xx.1980-cı il tarixdə anadan olmuş Fərqanə adlı qızın adına doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olması, doğum haqqında akt qeydləri icra olunarkən Fərqanə adlı qızın ata və ana qrafasındakı məlumatlar Ərizəçi doğum akt qeydindəkı valideynləri barədə məlumatlar kimi qeyd ediİməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, xx.xx.1977-ci il tarixli doğum haqqında şəhadətnaməyə əsasən X22 xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında X12, ana qrafasında X20 göstərilmişdir. İş materiallarında olan Səbail Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 114584 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X15 Bakı şəhərində anadan olmuşdur, ata qrafasında milliyyəti azərbaycanlı X12, ana qrafasında milliyyəti azərbaycanlı X20 qeyd edilmişdir. İş materiallarında olan 26 Bakı Komissarları qeydiyyat şöbəsi tərəfindən verilmiş Vİ-JQ seriyalı 362739 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X23 Bakı şəhərində anadan olmuşdur, ata qrafasında milliyyəti azərbaycanlı X12, ana qrafasında milliyyəti azərbaycanlı X20 qeyd edilmişdir. İş materiallarında olan Səbail Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş Vİ-JQ seriyalı 264983 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X22 arasında xx.xx.1995-ci il tarixdə nikah bağlanmış və həmin nikah 153 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Dadaşova” soyadı verilmişdir. İş materiallarında olan Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X12 xx.xx.2004-cü ildə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Ağdaş Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 187622 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X11 rayonunda anadan olmuşdur, ata qrafasında X24, ana qrafasında X13 qeyd edilmişdir. İş materiallarında olan Ağdaş Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 500253 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X9 rayonunda anadan olmuşdur, ata qrafasında X24, ana qrafasında X13 qeyd edilmişdir. İş materiallarında olan Kişiyev Amidin adına olan uşağın inkişaf tarixçəsi adlı sənəddən görünür ki, 02 may 1984-cü il təvəllüdlü Kişiyev Amidin atası kimi Kişiyev Ağaxan, anası kimi Dadaşova Radiya göstərilmiş, uşaq həkim yoxlanışlarından keçmişdir. İş materiallarında olan Dadaşova Radiya adına verilmiş tibbi sənəddən görünür ki, 02 may 1984-cü il tarixdə bir oğlan uşağı dünyaya gətirmiş və ana uşağı ilə birlikdə 08 may 1984-cü ildə evə buraxılmışdır. Əsaslandırıcı hissə: Ərizəçi X4 xx.xx.1984-cü ildə Bakı şəhərində doğulduğu, lakin doğumun qeydə alınmaması səbəbindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. MPM-nin 59.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. Məhkəmə xeyrinə iddia qaldırılmış X17 mənafeyini və verilmiş ərizənin onun hüquq və azadlıqlarının müdafəsi ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ var. Məhkəmə ərizəyə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə iclasında müəyyən edilmişdir ki, xeyrinə iddia qaldırılmış 02 may 1984-cü il təvəllüdlü şəxs ərizəçinin qardaşıdır və onun tibb müəssisəsində doğulması göstərilsə də, bunu təsdiq edən müvafiq sənədlər mövcud deyildir. İş materialları ilə yanaşı məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla da müəyyən edilmişdir ki, ərizəçinin X6 həqiqətən də 02 may 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qeyd edilən xüsusatlar iş üzrə dindirilmiş şahid ifadələri və təqdim olunmuş tibbi sənədlər əsasında öz təsdiqini tapır. Ərizəçi qardaşına doğum haqqında şəhadətnamə alınması üçün qeydiyyat orqanına müraciət etsə də, qeydiyyat orqanı şəxsin doğumunu təsdiq edən tibbi şəhadətnamə olmadığından doğum haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Məhkəmə şahid ifadələrinə qiymət verərək, onun ərizəçinin qohumları olduğunu, eləcə də həmin şahid ifadələrində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə də təsdiqləndiyini nəzərə alaraq, X16 və X7 ifadələrini mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə, iş materiallarına hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizəçinin qardaşının 02 may 1984-cü il tarixdə anadan olması iş materialları və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapdığından, həmçinin həmin faktın təsdiq edilməsi başqa yolla mümkün olmadığından, həmin faktın müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçinin X4 02 may 1984-cü il tarixdə Bakı şəhərində doğumunun qeydə alınması faktının müəyyən edilməsi məqsədə uyğundur. Məhkəmə xüsusi ilə vurğulayır ki, X17 bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.5-ci maddəsinə əsasən valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, nikah haqqında şəhadətnamə və uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında doğum haqqında şəhadətnamə almaq mümkündür. Məhkəmə qeyd olunanları, eləcə də ərizəçinin qardaşının doğumunun qeydə alınmasını təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, itirilmiş sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi X4 02 may 1984-cü ildə Bakı şəhərində doğumunun qeydə alınması faktı müəyyən edilməli, ata qrafasında X12, milliyəti azərbaycanlı, ana qrafasında isə X20, milliyəti azərbaycanlı göstərilməklə müvafiq məlumatlar qeyd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X4 02 may 1984-cü ildə Bakı şəhərində doğumunun qeydə alınması faktı müəyyən edilsin. X17 doğum haqqında akt qeydi icra olunaraq, akt qeydində doğum tarixi qrafasında – xx.xx.1984-cü il, doğum yeri qrafasında – Bakı şəhəri, ölkə qrafasında - Azərbaycan, ata qrafasında - X12, milliyəti - azərbaycanlı, ana qrafasında - X20, milliyəti - azərbaycanlı məlumatları qeyd edilsin. Hazırki qətnamə ərizəçi X17 adına doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2338/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2338/2023
26.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver