Məhkəmə qərarları › İş №2(009)-2339/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2339/2023

18.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2339/2023 18.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs kimi göstərilməklə “doğum akt qeydinin bərpası” tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs kimi göstərilməklə “doğum akt qeydinin bərpası” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Ərizəçi ərizə ilə müraciət edərək, ərizəsinin və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılaraq ərizə və ona əlavə olunmuş sənədlə ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs kimi göstərilməklə “doğum akt qeydinin bərpası” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən xx.xx.2023-cü il tarixdə “Expresspay” ödəniş sistemi vasitəsilə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş ərizəsinə görə ödənilmiş 105 (bir yüz beş) manat dövlət rüsumu (ödəniş qəbzinin nömrəsi **********) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar