Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2343/2024 26.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili M.Z.Yolçiyevin, Cavabdehin nümayəndəsi Z.S.Nağıyevin iştirakları ilə İddiaçı Cavabdehnə qarşı Müsabiqə Komissiyasının xx.xx.2024-cü il tarixli qərarın (müsabiqənin nəticələrinin) iddiaçıya münasibətdə ləğv edilməsi, həmin müsabiqədən keçmiş hesab edilməsi, əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ADPU-da fəaliyyət göstərdiyi 50 ildə müxtəlif ictimai və vəzifə səlahiyyətləri daxilində bütün işlərin öhdəsindən uğurla gələrək, 213 elmi əmərin (məqalə, dərslik, dərs vəsaiti, monoqrafiya, konfrans materialları) müəllifidir. 3 nəfər fəlsəfə doktorunun elmi rəhbəri və bir nəfər elmlər doktorunun məsləhətçisidir. Universitetdə “Fizikanın tədrisi texnologiyası” üzrə yeganə professordur. İndiyə qədər kafedrada tədris yükünü və əlavə tapşırılan bütün işləri yüksək səviyyədə yerinə yetirmişdir. Buna görə də Dövlət əməyini yüksək qiymətləndirərək onu “Qabaqcıl təhsil işçisi” və “Əməkdar müəllim” adına layiq bilmişdir. ADPU ilə aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış 5 illik əmək müqaviləsinin müddəti xx.xx.2024-cü ildə bitmişdir. Fizika fakültəsinin dekanı Arzu Daşdəmirovun göstərişi ilə ona kafedradan bildirmişlər ki, universitet üzrə olan müsabiqədə iştirak etsin. Burada iştirak etmişdir. Komissiyanın sədri Eldar Aslanov onu qarşılayaraq “professor, sizdən nə soruşaq, buna bizim səlahiyyətimiz də çatmır”. Lakin ümumi şəkildə kafedrada bir az sıxlıq yarandığından (“süni, məqsədli” yaradılmış) 0,5 ştat problemi meydana çıxmışdır. O, bildirmişdir ki, “bizim kafedrada belə problem yoxdur. Əksinə, bu il dərslər təcrübə ilə əlaqədar xeyli artmışdır. Fizikanın tədrisi texnologiyası kafedrada 3 nəfər əvəzçiliklə dərs deyir (350 saata qədər), iki nəfər 0,5 ştatda çalışır, bunlardan bir kənardan çağırılıb, 3 nəfər isə saathesabı dərs deyir. Çox şükür sağlamlığım və səhhətim göz qabağındadıir,dediyim dərslərin keyfiyyəti haqqında da yaxşı məlumatını vardır”. Bundan sonra heç nə deyilmədiyindən getmişdir. Onu qeyd etmək istəyir ki, 2016-cı ilə qədər BDUda uzun müddət laborant və saathesabı müəllim işləmiş, “dosent” olmadan fizika fakültəsinə dekan gətirilmiş Arzu Daşdəmirov gəldiyi ilk günlərdən qeyri-qanuni tələblər irəli sürməyə başlamışdır. O vaxt o, fakültə metod şurasının sədri idi. Onun bu cür tələblərini robot kimi yerinə yetirmədiyindən həmin vaxtdan ona qarşı düşmən münasibətində olmuşdur. Bu problem 2021-ci ildə bir kafedradan 3 nəfər (Arzu Daşdəmirov da olmaq şərtilə) “Əməkdar müəllim” adını aldıqda lap kəskinləşmişdir. A.Daşdəmirov ona qarşı aşkar şəkildə bildirmişdir ki, “əgər məntəqdimat yazmasaydım sən bu adı ala bilməzdin. Odur ki, mənim şirinliyimi verməlisən”. O, buna məhəl qoymasa da, sonuncu 3 dəfə müxtəlif vaxtlarda bunu təkrarlamışdır. Dördüncü dəfə isə “bunun acı nəticəsini görəcəksən” demişdir. Sonda belə də olmuşdur. Bundan soruşan yoxdur ki, o, sentyabr 2016-cı ildən dekan keçdikdən sonra 2017-ci ildə YAP sıralarına daxil olmuş, 3-4 il müddətində “dosent”, “Əməkdar müəllim” (əvəzçiliklə dediyi dərslərdən...) adlarına yiyələnmişdir. Onlar isə bu adlara yalnız 50 il elmi-pedaqoji fəaliyyətdən sonra nail olmuşlar. Bu illərdə ADPU-da qeyri-qanuni işlər üzrə bütün səlahiyyətləri özündə topladığından həmişə bildirirdi ki, “mənim kəsdiyim başın sorğu sualı yoxdur”. Tez-tez yaratdığı mübahisəli situasiyalarda isə həmişə etik normaları kobudluqla pozaraq ““beynimi çevirmə” yoxsa pis olar, mən “sünniyəm” dediyimi etməliyəm”. Cəmi 4 ildə onun əsəblərini elə bir vəziyyətdə çatdırmışdır ki, 2022-ci ildə iki dəfə “kollaps” vəziyyətinə düşmüşdür. Hiss etmişdir ki, bu adam onu fiziki məhv etmək istəyir. Dekanın ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar rektor Cəfər Cəfərova və onun müvafiq prorektorlarına yazılı müraciət etmişdir və burada bütün işlərin əsil səbəblərini açaraq bildirmişdir ki, dekan fakültədə daim onun nüfuzuna xələl gətirir, hüquqlarını pozur. Rektor məsələni araşdırarkən məlum olmuşdur ki, bütün bu işlərin hamısı doğrudur. Nəticədə olaraq görülən tədbir o oldu ki, bu adamla tez-tez qarşılaşmamaq üçün onun bütün yükü magistratura pilləsindən verilsin. Onsuz da yükünün 80-90% magistraturada idi. Seçki vaxtı isə A.Daşdəmirovun incə planı belə idi – “0,5 ştata keçirək özü çıxıb gedəcək”. Belə də oldu. O, rektorun qəbulunda olmuşdur. O, da (A.Daşdəmirovu bilavasitə müdafiə edərək) 0,5 ştatda işləməsini xahiş etmişdir. Halbuki bunu professor olduğu üçün təqaüdə gədəndə ona verir. Lakin o, buna heç cürə razı olmadığı üçün xx.xx.2024-cü il tarixdə bir ərizə (bütün səbəblər izah edilmiş formada) ikinci ərizəni isə qısaca qərəzçilik və qisas almaq niyyəti ilə 0,5 ştata keçirilməsinə etiraz əlaməti olaraq yazmış və xx.xx.2024-cü ildə poçtla göndərmişdir. İşəgötürən bu məktublarında onların qanunsuz hərəkətlərinə etdiyi narazılığı nəzərə almaq əvəzinə əksinə hərəkət edərək onun əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Xatırlatmaq istəyir ki, Əmək Məcəlləsinin 50-ci maddəsinə əsasən işəgötürən müsabiqə keçirməli qərar qəbul etməli idi. Müsabiqə nəticəsi barədə ona Əmək Məcəlləsinin 50-ci maddəsinə uyğun məlumat verməli idi. Qanunun pozub müsabiqə keçirmək əvəzinə ona 0,5 ştata keçirmək üçün təzyiqlər göstərməzdi. Demək olar ki, onunla heç bir müsabiqə və seçki keçirilmədən, heç bir səbəb deyilmədən təzyiq göstərilərək öz başlarına işinə xitam vermişlər. Göründüyü kimi, işəgötürən qaydaları açıq aydın pozmuşdur. Bu məsələ həm də Azərbaycan Respublikası Təhsil Nazirliyinin (xx.xx.1996-cı il tarixli 401 saylı əmrinə əlavə 1 maddə 1) tələbinə tam zidd olmasına baxmayaraq hazırda işəgötürən ADPU əmək müqaviləsinə müqavilə müddəti başa çatması ilə əlaqədar xitam vermişdir. İşəgötürən ADPU müddəti əmək müqaviləsinin xitam olunması barədə qanunda deyildiyi kimi ona yazılı xəbərdarlıq etmədən əmək müqaviləsinə kobud qanun pozunluğu ilə xitam vermişdir. Hesab edir ki, onun əmək hüquqları (Əmək Məcəlləsi 12,50 və 73-cü maddələri) işəgötürən tərəfindən kobud şəkildə pozulmuşdur. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Göstərilənləri nəzərə alaraq iddiaçı əmək müqaviləsini araşdırıb işə bərpa olunması, həmçinin işəgötürənin təqsirli hərəkətləri ilə əmək haqqının almadığı günlər üçün ona vurulmuş zərərin hesablanıb işəgötürən tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə verilmiş elan ilə ADPU-nin “Fizikanın tədrisi və texnologiyası” kafedrası üzrə vakant professor-müəllim vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqədə iştirak etmiş İddiaçı barəsində ADPU-nin rəhbərliyinin (rektoru, elmi şurası və sairə), o cümlədən müvafiq orqanlarının (dekan, kafedra müdiri, elmi şura, seçki komissiyası və sairə orqan) qəbul etdiyi qərarın, rəyin və (və ya) təqdimatın etibarsız hesab edilməsi və İddiaçı həmin müsabiqədən keçmiş hesab edilməsi, İddiaçı ilə Cavabdeh karasında xx.xx.2019-cu il tarixdə 5 illik müddətə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və iddiaçının işdən azad edilməsi barədə cavabdehin xx.xx.2024-cü il tarixli, 03/120-K saylı əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh “Fizikanın tədrisi və texnologiyası” kafedrası üzrə professor vəzifəsinə işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, hüquqi xidmət xərci olaraq 300 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tələblərinin bir daha dəqiqləşdirilməsinə dair zərurət yaranmışdır. Belə ki, daha əvvəl iddia tələbini dəqiqləşdirərkən xx.xx.2024-cü il tarixində verilmiş elan ilə ADPU-nin “Fizikanın tədrisi və texnologiyası” kafedrası üzə vakant professormüəllim vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqədə iştirak etmiş İddiaçı barəsində ADPU-nin rəhbərliyinin (rektoru, elmi şurası və sairə), o cümlədən müvafiq orqanlarının (dekan, kafedra müdiri, elmi şura, seçki komissiyası və sairə orqanın) qəbul etdiyi qərar, rəy və (və ya) təqdimatın hansı sənəd olduğu onlara məlum deyildi. Belə ki, həmin sənəd ona təqdim edilməmiş, ümumiyyətlə onun ondan xəbəri yox idi. Verilmiş vəkil sorğusu ilə həmin sənədi xx.xx.2024-cü il tarixdə əldə etmiş və məlum olmuşdur ki, həmin sənəd ADPU-nun Müsabiqə Komissiyasının xx.xx.2024-cü il tarixli qərarıdır. Məhz verilmiş vəkil sorğusu əsasında ona təqdim edilmiş ADPUnun Müsabiqə Komissiyasının xx.xx.2024-cü il tarixli iclasının 1 saylı protokolundan Çıxarışından görünür ki, Musabiqə Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Müsabiqə Komissiyası 2024/2025-ci tədris ili üzrə ADPU-nun Fizika fakültəsinin professoru İddiaçı əmək müqaviləsinin uzadılmaması tövsiyə edir. Həmçinin İddiaçı elmi adı və dərəcəsini, yaşını və magistratura səviyyəsindəki tədrisə daha çox marağının olmasını nəzərə alaraq ona növbəti ildə illik müqavilə 0,5 ştat vahidi professor vəzifəsi təklif edilə bilər. Qaydalara əsasən tövsiyyənin müvafiq kadedranın rəyi alınmaqla X23na çıxarılması təklif olunur. Həmin qərarın əsaslandırma hissəsində bildirilir ki, “İddiaçı 2022/2023-cü tədris ilində Fizikanın tədrisi metodikası -2 fənni üzrə dərslərə müntəzəm gəlməməsini, başqa müəllimlə dərsin saat hesabı qaydada əvəz edilməsini, Fizika fakültəsinin Elmi Şurasının üzvü kimi bir dəfə də iclaslarda, həmçinin üzvü olduğu kafedranın iclaslarında iştirak etməməsini, Google Akademy üzrə istinad statistikasının 1,İ10-indeksinin 0 olmasını, Universitetdə artıq 5 ildir tətbiq olunan professor müəllim heyətinin reytinq qiymətləndirilməsi üzrə son 4 ildə zəif nəticə göstərməsini, professor müəllim heyəti üçün zəruri olan işlək Moodle fərdi elektron tədris kabinetinin yaratmamasını əsas alaraq Müsabiqə Komissiyası onun müqaviləsinin növbəti 5 il üçün tam ştatla uzadılması məqsədə uyğun hesab etməyib”. Hesab edir ki, Müsabiqə Komissiyası müsabiqəni qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirib, ona görə də həmin qərar məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, birincisi müsabiqənin elanı qanunvericiliyin tələblərinə uyğun olaraq dərc olunmayıb. Belə ki, xx.xx.2024-cü il tarixdə Xalq qəzetində verilmiş elanda müsabiqəyə hansı vakant professor-müəllim yerlərini çıxarıldığı göstərilmir. Başqa bir ifadə ilə həmin elanda konkret hansı kafedra üzrə neçə yerin vakant olub-olmadığı, tam ştat və ya yarım ştat olub-olmadığı, vakant yerin professor, dosent, baş müəllim və sairə vəzifələr üzrə olub-olmadığı göstərilmir. Bu qanunvericiliyin kobud şəkildə pozulması hesab edildiyi kimi, qeyri-obyektiv keçirilməsində zəmin yaradıb. Bundan başqa Müsabiqə Komissiyası onun 2022/2023-cü tədris ilində Fizikanın tədrisi metodikası -2 fənni üzrə dərslərə müntəzəm gəlməməsini, başqa müəllimlə dərsin saat hesabı qaydada əvəz edilməsini, Fizika fakültəsinin Elmi Şurasının üzvü kimi bir dəfə də iclaslarda, həmçinin üzvü olduğu kafedranın iclaslarında iştirak etməməsini, Google Academy üzrə istinad statistikasının 1, İ10-indeksinin 0 olmasını, Universitetdə artıq 5 ildir tətbiq olunan professor müəllim heyətinin reytinq qiymətləndirməsi üzrə son 4 ildə zəif göstərməsini, professor müəllim heyəti üçün zəruri olan işlək Moodle fərdi elektron tədris kabinetinin yaratmamasını onun müsabiqədən keçməməsi üçün əsas olduğunu bildirib ki, bu qəbuledilməzdir, əsassız və tamamilə uydurmadır. Təqdim edəcəkləri sübutlardan görünəcəyi kimi, müsabiqə qanunvericiliyin kobud şəkildə pozulması və qeyri-obyektiv formada keçirilib. Məhz Əmək Məcəlləsinin 50-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edir. Bu halda qətnamə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir. Belə ki, həmin müsabiqədə iştirak etmiş iddiaçı uzun çox geniş elmi, pedaqoji təcrübəyə və uzun iş stajüna malikdir, o ümumi olaraq 209, son 5 ildə 50-dən çox elmi məqalənin və xeyli sayda elmi kitabın müəllifidir, çalışdığı dövr ərzində dərslərinin ən yüksək səviyyədə keçmiş, həmişə Universitetdən və digər reytinqli təşklatlardan Fəxri fərmanlar və təşəkkürlər almış, dəfələrlə “İlin Alimi” adına layiq görülmüş, o cümlədən cənab X15 2021-ci il tarixində ona “Əməkdar müəllim” adını vermiş və bir çox başqa ad və nişanlara layiq görülmüşdür. Çox maraqlı bir məsələdir ki, belə yüksək keyfiyyətli bir alim cavabdeh ADPU-nin xx.xx.2024-cü il tarixində verilmiş elan ilə “Fizikanın tədrisi və texnologiyası” kafedrası üzrə vakant professormüəllim vəzifələrinin tutulması üçün elan etdiyi müsabiqədən keçə bilməyib və onunla yeni əmək müqaviləsi bağlanmayıb. Hesab edir ki, bu qəbuledilməzdir və həmin müsabiqə üzrə iddiaçı ilə bağlı ADPU-nin rəhbərliyinin (rektoru, elmi şurası və sairə), o cümlədən müvafiq orqanlarının (dekan, kafedra müdiri, elmi şura, seçki komissiyası və sairə orqanın) qəbul etdiyi qərar, rəy və (və ya) təqdimatın məhkəmə qaydasında araşdırılması zəruridir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh Müsabiqə Komissiyasının xx.xx.2024-cü il tarixli qərarının (müsabiqənin nəticələri) ona münasibətdə ləğv edilməsi, onun həmin müsabiqədən keçdiyi hesab edilməsi, bu mümkün olmadıqda cavabdehin üzərinə ona münasibətdə həmin müsabiqənin yenidən keçirilməsini təmin etmək öhdəliyinin qoyulması, onunla Cavabdeh arasında xx.xx.2019-cu il tarixində 5 illik müddətə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və onun işdən azad edilməsi barədə cavabdehin xx.xx.2019-cu il tarixli 03/120-K saylı əmrinin ləğv edilməsi, onu cavabdeh Azərbaycan Pedaqoji Universitetinin “Fizikanın tədrisi və texnologiyası” kafedrası üzrə professor vəzifəsinə işə bərpa ediməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi, hüquqi xidmət xərci olaraq 300 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı həcmi artırılmış iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, 50 ildir qüsursuz pedaqoji fəaliyyəti ilə məşğuldur. Pedaqoji fəaliyyəti ilə məşğul olan şəxslərin əldə edə biləcəyi bütün nailiyyətləri əldə etmişdir, Əməkdar Müəllimdir. Müsabiqədən qərəzli surətdə onu keçirməmişlər. Fakültənin dekanı Arzu Daşdəmirovun son illər ona olan münasibəti məhz onun müsabiqədən keçirilməməsinə səbəb olub, orada iştirak edən üzvlərə təzyiq edilib ki, onun əleyhinə səs versinlər. Onun iclaslarda iştirak etməməsi üzrlü səbəbdən olub, bakalavr pilləsində dərsin əvəzlənməsi isə rektorun verdiyi icazə ilə olub. Əgər başqa cür olsa idi, ona töhmət verilərdi,maaşı kəsilərdi, xəbərdarlıq olunardı, lakin bunların heç biri olmamışdır. Hesab edir ki, Müsabiqənin nəticəsində qəbul edilən qərar qanunsuzdur. O, 1 il müddətinə 0,5 ştat işlə təmin olunması barədə təklifi ona olunan təhqir hesab etmiş, ona görə də bundan imtina edərək işdən çıxma barədə ərizə vermişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil həcmi artırılmış iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi izahatında həmçinin göstərmişdir ki, ilkin olaraq Müsabiqə barədə verilən elanda vakant yerlər barədə məlumat göstərilməmişdir. Bu isə qanunsuzdur. Reytinq ilə əlaqədar 2019-cu ildə iddiaçının balı 100 kimi göstərilib, halbuki onlar tərəfindən aparılan həmin il üçün hesabatda reytinq balının 1100 olması müəyyən edilir. Yəni bu hesabat qərəzlidir. Respublikada İsa müəllim yeganə metodika üzrə professordur. Onun geniş elmi fəaliyyəti olmuş, fəaliyyəti müddətində çoxsaylı kitablar və monoqrafiyalar nəşr etdirmişdir. Müsabiqə ümumiyyətlə formal və İsa müəllimin iştirakı olmadan keçirilmiş, əsassız qərar qəbul edilmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, professor İddiaçı ilə ADPU arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 03/244-k nömrəli əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə,03/120-k nömrəli Pedaqoji Universitet üzrə verilmiş əmrlə İddiaçıla ADPU arasında bağlanmış əmək müqaviləsinin 5 illik müddətinin bitməsi barədə rəsmiləşdirmə aparılmışdır. Bundan əvvəl ADPU Müsabiqə Komissiyasının təklifləri nəzərə alınaraq X23 tərəfindən İddiaçı 0,5 ştat professor vəzifəsi təklif olunmuş, lakin İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə yazaraq müddəti başa çatmaqda olan müqaviləyə xitam verilməsini iştəmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Əvvəla iddiaçının Əmək Məcəlləsinin 50-ci maddəsi ilə bağlı fikirlərinə münasitət bildirmək istəyir. Müsabiqə Əmək Məcəlləsi 50-ci maddəsinin müddəalarına uyğun keçirilmişdir. Əmək Məcəlləsinin 50-ci maddəsinə əsasən yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş müsabiqə elan edilə bilər. xx.xx.2024-cü il tarixdə “Xalq qəzeti”nin 101-ci (30505) nömrəsində vakant professor-müəllim vəzifələrinin tutulması üçün ADPU tərəfindən müsabiqə elanı verilmişdir. Elanda boş yer olan kafedralar göstərilmişdir. Bu elandan müsabiqə müddəti bitən müəllimlər xəbərdar olmuşlar və müsabiqə bu elan əsasında aparılmışdır. İddiaçı müsabiqədə qaydalara uyğun iştirak etmişdir, dəfələrlə müsabiqə ilə bağlı rektorun, dekanın, prorektorun qəbulunda olmuş, ona xəbərdarlıq verilməsinə ehtiyac olmamışdır, çünki hər məsələdən xəbərdar idi. Xəbərdar olduğu üçün də ərizə yazıb işdən çıxmasını tələb etmişdir. Yəni tədris ilinə hazırlıqla bağlı hər il olduğu kimi cari ildə də ADPU üzrə müqavilə vaxtı bitən vakant vəzifələrə professor-müəllim heyətinin müsabiqə elanı Universitetin rəsmi internet səhifəsində elan edilmişdir. 24 iyun-15 iyul 2024-cü il tarixlərində Universitet üzrə professormüəllim heyətinin işə qəbulu üzrə Müsabiqə Komissiyası müraciət etmiş, hər bir namizədlə görüşmüş, “Ali təhsil müəssislərində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”nin tələblərinə və “Cavabdehndə professor-müəllim və işçi heyətinin seçim meyarları”na əsasən müvafiq vəzifələrə iddiaçı haqqında məlumatları toplamış və rəyləri formalaşdırılmışdır. Müsabiqə Komissiyası 2024/2025-ci tədris ili üzrə ADPU-da professormüəllim vəzifələrinə iddiaçı haqqında təkliflərini təqdim etmiş və universitet rəhbərliyi tərəfindən təkliflər baxılmaq üçün X23na göndərilmişdir. Fizika fakültəsinin Fizikanın tədrisi texnologiyası kafedrasının sabiq professoru İddiaçıla ADPU arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03/244-k nömrəli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq o, da müsabiqədə iştirak etmişdir. Müsabiqə Komissiyası iddiaçının 2022/2023-cü tədris ilində “Fizikanın tədrisi metodikası- 2” fənni üzrə dərslərə müntəzəm gəlməməsini, başqa müəllimlə dərsin saat hesabı qaydasında əvəzləşməsini, Fizika fakültəsinin Elmi Şurasının üzvü kimi bir dəfə də iclaslarda, həmçinin üzvü olduğu kafedranın iclaslarında iştirak etməməsini, “Google akademy” üzrə istinad statistikasının 1,İ10- indeksinin 0 olmasını, Universitetdə artıq 5 ildir tətbiq olunan professor-müəllim heyətinin reytinq qiymətləndirilməsi üzrə son dörd ildə zəif nəticə göstərməsini, professor müəllim heyəti üçün zəruri olan işlək “Moodle” fərdi elektron tədris kabinetini yaratmamasını əsas olaraq müqaviləsinin növbəti 5 il üçün tam ştatla uzadılmasını məqsədəuyğun hesab etməmişdir. Müsabiqə Komissiyasının təklifləri müvafiq kafedrada və X23nda müzakirə edilmiş və müvafiq komissiyasının İddiaçı barəsində təklifləri dəstəkləmiş, onun elmi-pedaqoji fəaliyyətini qeyriqənaətbəxş olması nəzərə alınaraq, onunla müqavilənin növbəti 5 il üçün tam ştatla uzadılmamasını qərara alınmış və bu barədə ona məlumat verilmişdir. X23 İddiaçı uzun müddət Universitetdə işləməsini, elmi adı və dərəcəsini, yaşını, səhhətini nəzərə alaraq ona növbəti ildə 0.5 ştat vahidi professor vəzifəsi təklif edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, İddiaçı qarşı hər hansı təzyiq təsir olmamış, əksinə ona qarşı hörmətlə davranılmışdır. İddiaçı isə ADPU rektoruna yazdığı xx.xx.2024-cü il tarixli ərizəsində 0,5 ştat müqavilə təklifi qəbul etməmiş və müqaviləsinə xitam verilməsini istəmişdir. Müsabiqədə Fizika fakültəsinin 27 nəfər müqavilə müddəti bitən əməkdaşı müsabiqədə iştirak etmiş və onlardan 13 nəfərinin (o cümlədən İddiaçı) fəaliyyəti qeyriqənaətbəxş hesab edilmiş, həmin işçilərlə müqavilə müddətinin növbəti dəfə uzadılması məqsədəuyğun hesab edilməmişdir. Fəaliyyətləri müsbət qiymətləndirilməyən işçilər (İddiaçı haqda) müsabiqə komissiyasının təklifləri, müvafiq kafedranın rəylər X16 qərarı ilə razılaşaraq hər hansı bir etiraz və şikayət bildirilməmişlər. Cavabdehin nümayəndəsi iddia tələbi əsassız olduğu üçün onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Fizika kafedrasının dekanı vəzifəsində işləyir. Müsabiqənin prosedura ilkin olaraq elanın verilməsi ilə başlayır, sənədlər təqdim olunur və tövsiyyə olunur ki, müsabiqədə iştirak edilsin. İlkin kafedrada müzakirə olunur və Elmi Şuraya təqdim olunur. İddiaçı kafedra iclasından məlumatı olmuş, lakin iştirak etməmişdir. Müsabiqədə şəxsin son işlədiyi müddətdəki fəaliyyəti qiymətləndirilir. Konkret İsa müəllimin fəaliyyətinə qiymət verilmiş, onun 5 il müddətinə fəaliyyətin davam etdirilməsi məqbul hesab edilməmiş, lakin 1 il müddətinə 0,5 ştat vahidi ilə işləməsi təklif olunmuşdur. Lakin İsa müəllim bundan imtina etmişdir. Bakalavr pilləsində dərslərdə iştirak etməmişdir, əvəz edilmişdir. Lakin o, iştirak etməmənin üzrlü olub-olmamasını araşdırmır, onu digər qurum araşdırır. Reytinqi isə Keyfiyyət təminat şöbəsi araşdıraraq müəyyən edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Fizika kafedrasının dekan müavini vəzifəsində işləyir. Onun vəzifəsi tədrisə nəzarət etmək və təşkili ilə bağlıdır. İsa müəllim bavalavr pilləsində olan dərslərin bir neçəsində iştirak etmədiyi üçün əvəzlənmiş, sonradan ona məlum olmuşdur ki, bir müddət xəstə olmuş, daha çox magistr pilləsində dərs demişdir. Müsabiqə komissiyasının üzvü deyil. İş üzrə Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 03/244-k saylı əmək müqaviləsinin surətinə əsasən İddiaçı Cavabdehnə Fizikanın tədrisi texnologiyası kafedrasının professor vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilə xx.xx.2019-cu il tarixdən müddətli bağlanmışdır. əmək müqaviləsi xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 5 il müddətinə bağlanmış, işçinin aylıq əmək haqqı 940 manat təşkil etmişdir. İş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/97-k saylı əmrin surətindən görünür ki, ADPU-da idarəetmənin daha da yaxşılaşdırılması, tədrisin təşkili sahəsində qabaqcıl təcrübənin tətbiq edilməsi və tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, bütün struktur vahidlərində insan resurslarının idarə olunmasının təkmiləşdirilməsi, yüksək ixtisaslı kadr potensialının təmin edilməsi, habelə universitetin idarəedilməsi strukturunun optimallaşdırılması məqsədilə mövcud və gələcəkdə ehtiyac dayalacaq ixtisaslı mütəxəssislərin cəlb edilməsi və o cümlədən vakant vəzifələr üzrə müsabiqələrin təşkili və keçirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə komissiyanın yaradılması əmr edilmişdir. İş üzrə Fizika fakültəsinin dekan müavini dosent X.Məmmədov, “Fizikanın tədrisi texnologiyası” kafedrasının müdiri dosent S.Cəlilova, tyutor G.Rüstəmova tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, 2022/2023-cü tədris ilinin payız semestrində “FZM 1903” qrupunda “Fizikanın tədrisi metodikası-2” fənnini tədris edən professor İddiaçı yalnız xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərində dərsdə olmuş, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərində mühazirə dərslərində, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərində isə seminar dərslərində iştirak etməmişdir. Bu dərsləri dosent Dilbər Əliyeva əvəz etmişdir. İş üzrə Fizika fakültəsinin dekan müavini dosent Xankişi Məmmədov tərəfindən Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirova ünvanlanmış məlumatın surətindən görünür ki, 2022- 2023-cü tədris ilinin payız semestrində FZM1903B qrupunda “Fizikanın tədrisi metodikası-2” fənnini tədris edən professor İddiaçı yalnız xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərində dərsdə olmuş, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində mühazirə dərslərində, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, 07.12.202, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində isə seminar dərslərində iştirak etməmişdir. Bu dərsləri dosent Dilbər Əliyeva əvəz etmişdir. İş üzrə Fizika fakültəsinin dekanı dosent X.B.Məmmədov və “Fizikanın tədrisi texnologiyası” kafedrasının müdiri dosent S.X.Cəlilova tərəfindən Cavabdeh rektoru professor Cəfər Cəfərova ünvanlanmış təqdimatın surətindən görünür ki, “Fizikanın tədrisi texnologiyası” kafedrasının professoru İddiaçı səhhəti ilə əlaqədar 2022/2023-cü tədris ilinin İ yarımili üçün 63 saat dərs yükü qalmışdır. Bu səbəblə kafedranın əməkdaşı dosent X5 müvafiq dərs yükünün saathesabı qaydada yerinə yetirməsinə icazə verilməsini xahiş etmişlər. Fizikanın tədrisi metodikası-2 – 63 saat (mühazirə - 26 saat, seminar – 26 saat, məsləhət – 1 saat, imtahan – 10 saat). İş üzrə Cavabdeh Fizika fakültəsinin Elmi Şurasının yeni tərkibinin yaradılması barədə xx.xx.2022-ci il tarixli, 3/27 saylı əmrin surətindən görünür ki, ADPU-nun Fizika fakültəsinin səlahiyyət müddəti bitmiş Elmi Şurasının tərkibinin yenidən yaradılması məqsədi ilə Fizika fakültəsinin Elmi Şurası 3 il müddətinə təsdiq edilməsi əmr edilmişdir. Həmin əmrdən həmçinin görünür ki, “Fizikanın tədrisi texnologiyası” kafedrasının professoru İddiaçı Fizika fakültəsinin Elmi Şurasının üzvü seçilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, professor İddiaçı ADPU-nun Fizika fakültəsinin Elmi Şurasının xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli iclaslarda iştirak etməmişdir. İş üzrə ADPU-nun Fizikanın tədrisi texnologiyası kafedrasının xx.xx.2022-ci il tarixli, 7 nömrəli (Dekan seçkisi) icras protokolunun və xx.xx.2023-cü il tarixli, 13 nömrəli (Kafedra müdiri seçkisi) iclas protokolunun surətlərindən görünür ki, həmin iclaslarda professor İddiaçı iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə “Xalq” qəzetində və Cavabdeh rəsmi səhifəsində vakant professor-müəllim vəzifələrinin tutulması üçün Cavabdeh tərəfindən müsabiqə elanı verilmişdir. İş üzrə Cavabdeh Fizikanın tədrisi texnologiyasını kafedrasının professoru İddiaçı tərəfindən Cavabdeh rektoru professor Cəfər Cəfərovun adına yazılmış xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, ADPU-nun rəsmi səhifəsində və “Xalq” qəzentində dərc olunan xx.xx.2024cü il tarixli 101(30505) No-li elanına əsasən ona Fizika tədrisi texnologiyası kafedrasında professor vəzifəsini tutmaq üçün müsabiqədə iştirak etməsinə icazə verilməsini xahiş etmişlir. İş üzrə Cavabdeh Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov tərəfindən verilmiş professor İddiaçı ADPU-da reytinq qiymətləndirilməsinə dair göstəricilərdən görünür ki, professor İddiaçı 2018-ci ildə reytinq balı 350, fakültə üzrə 3, kafedra üzrə 2; 2019-cu ildə reytinq balı 100,39, fakültə üzrə 21, kafedra üzrə 7; 2020/2021-ci illərdə reytinq balı 470,03, fakültə üzrə 8, kafedra üzrə 5, 2022-ci ildə reytinq balı 436,45, fakültə üzrə 16, kafedra üzrə 7, 2023-cü ildə reytinq balı 692,55, fakültə üzrə 12, kafedra üzrə 5 təşkil etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ADPU-nun Fizika fakültəsinin “Fizika tədrisi texnologiyası” kafedrasının professoru İddiaçı 2022-ci il üçün reytinq cədvəli 436,45, 2022- 230cü il üçün X1 – ümumi bal 157, faizlə 39,25%, 2023-cü il üçün reytinq cədvəli – 692,55, 2023- 24-cü il üçün X1 – ümumi bal 210, faizlə (52,5%) təşkil etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -“Fizikanın tədrisi texnologiyası” kafedrasının 2022-23-cü tədris ili üçün ştatı, dərs yükü və saathesabı fondu haqqında məlumatına əsasən kafedra üzrə ümumi tədris yükü – 5688 saat təşkil etmişdir. “Fizikanın tədrisi texnologiyası” kafedrasının 2022-2023-cü tədris ili üzrə p.ü.e.d., professor İddiaçı illik icra olunmuş tədris yükü 531 saatdır. Kənardan dəvət olunan müəllimlər: p.ü.f.d., dosent X3 (5801.Təlim və tərbiyənin nəzəriyyəsi metodikası (fizikanın tədrisi metodikası) - 05 ştat vahidi (2281 saat)) və p.ü.f.d., dosent X14 (0,5 ştat vahidi (293 saat)), 2023-24-cü tədris ilində saathesabı fondunda İ yarımildə 60 saat tədris yükünü p.ü.f.d., baş müəllim Həşimov Xanlar tərəfindən icra olunmuşdur. 2022-23-cü tədris ilində əvəzçiliklə 53 saat tədris yükünü f.ü.f.d, müəllim X4 tərəfindən icra olunmuşdur. Qeyd: STEAM mərzəindən 1558 - tədris yükü alınmışdır; -“Fizikanın tədrisi texnologiyası” kafedrasının 2023-24-cü tədris ili üçün ştatı, dərs yükü və saathesabı fondu haqqında məlumatına əsasən kafedra üzrə ümumi tədris yükü – 6201 saat təşkil etmişdir. “Fizikanın tədrisi texnologiyası” kafedrasının 2023-2024-cü tədris ili üzrə p.ü.e.d., professor İddiaçı illik icra olunmuş tədris yükü 547 saatdır. Kənardan dəvət olunan müəllimlər: p.ü.f.d., dosent X3 (5801.Təlim və tərbiyənin nəzəriyyəsi metodikası (fizikanın tədrisi metodikası) - 05 ştat vahidi (293 saat)) və p.ü.f.d., dosent X14 (0,5 ştat vahidi (282 saat)), 2023-24-cü tədris ilində saathesabı fondunda İ yarımildə 52 saat tədris yükünü p.ü.f.d., baş müəllim Həşimov Xanlar tərəfindən icra olunmuşdur; -“Fizikanın tədrisi texnologiyası” kafedrasının 2024-25-cü tədris ili üçün ştatı, dərs yükü və saathesabı fondu haqqında məlumatına əsasən kafedranın ümumi ştatı 8 nəfər, kafedra üzrə ümumi tədris yükü – 6256 saat təşkil etmiş, STEAM mərkəzindən + 768 saat tədris yükü alınmışdır.Kənardan dəvət olunan müəllimlər: p.ü.f.d., dosent X3 (5801.Təlim və tərbiyənin nəzəriyyəsi metodikası (fizikanın tədrisi metodikası) - 05 ştat vahidi (292 saat)) və f.ü.f.d., müəllim X8 (0,5 ştat vahidi (309 saat)), 2024-25-ci tədris ilində saat hesabı fondunda İ yarımildə 52 saat tədris yükünü p.ü.f.d., baş müəllim Həşimov Xanlar (5801.Təlim və tərbiyənin nəzəriyyəsi metodikası (Fizikanın tədrisi metodikası)), t.ü.f.d., dosent X11 – 37 saat (mühazirə-15 saat, məsləhət-2 saat, imtahan-20 saat) tərəfindən icra olunacaq. İddiaçı 2024-25-ci tədris ilində ona ayrılan tədris yükündən imtina etmişdir. Kafedranın tədris yükünün icrasının tənzimlənməsi üçün kafedraya gənc kadrlar f.ü.f.d.X8 və t.ü.f.d., dosent X11 dəvət olunmuşdur. İş üzrə ADPU-nun Fizikanın tədrisi texnologiyası kafedrasının professor-müəllim heyətinin 2022-2023-cü tədris ilində X1ndən görünür ki, İddiaçı 2022-2023-cü tədris ilində akademik performasının qiymətləndirilməsinin yekun nəticəsi 157 bal (39,25%) təşkil etmişdir. İş üzrə ADPU-nun “Fizikanın tədrisi texnologiyası” kafedrasının müdiri dosent S.X.Cəlilova tərəfindən ADPU-nun rektoru “Fizika” fakültəsinin dekanı dosent A.O.Daşdəmirovun adına yazılmış təqdimatın surətindən görünür ki, ADPU-nun Nizamnaməsinə, ali təhsil müəssisəsinin professormüəllim heyətinin vəzifələrə seçilməsi və attestasiyası qaydalarına əsasən hazırlanmış və Ali təhsil müəssisələrində professor-müəllim heyətinin üzərinə qoyulmuş məsuliyyətin və akademik keyfiyyətin təmin edilməsi üçün onların X1 qaydalarını müəyyən edilmiş və professor müəllim heyətinin X1 qaydaları Fizika fakültəsinin genişləndirilmiş Elmi-Şurasının xx.xx.2022-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmişdir. Qəbul olunmuş qaydalara uyğun olaraq nəticələri ümumi göstəricilərin 50%-ndən aşağı olan 5 əməkdaşlar (o cümlədən İddiaçı – 157 bal (39,25%) barəsində ali təhsil müəssisəsinin professor-müəllim heyətinin vəzifələrə seçilməsi və attestasiyası qaydalarının 3,9 bəndinə müvafiq tədbirlər görülməlidir. Professor-müəllim heyətinin 2022-2023-cü tədris ilində X1nin yekun nəticəsi 50%-dən aşağı olan “Fizikanın tədrisi texnologiyası” kafedrasının əməkdaşlar haqqında müvafiq tədbirlərin görülməsi haqqında məsələ qaldırmasını xahiş etmişdir. İş üzrə Cavabdeh Fizika fakültəsinin dekanı dosent A.Daşdəmirov tərəfindən Cavabdeh rektoru professor Cəfər Cəfərova ünvanlanmış təqdimatın surətindən görünür ki, ADPU-nun Nizamnaməsinə, ali təhsil müəssisəsinin professor-müəllim heyətinin vəzifələrə seçilməsi və attestasiyası qaydalarına əsasən hazırlanmış və Ali təhsil müəssisələrində professor-müəllim heyətinin üzərinə qoyulmuş məsuliyyətin və akademik keyfiyyətin təmin edilməsi üçün onların X1 qaydalarını müəyyən edilmiş və professor müəllim heyətinin X1 qaydaları Fizika fakültəsinin genişləndirilmiş Elmi-Şurasının xx.xx.2022-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmişdir. Qəbul olunmuş qaydalara uyğun olaraq nəticələri ümumi göstəricilərin 50%-ndən aşağı olan əməkdaşlar barəsində ali təhsil müəssisəsinin “Professor-müəllim heyətinin vəzifələrə seçilməsi və attestasiyası” qaydalarının 3.9-cu bəndinə müvafiq olaraq tədbirlər görülməsi məqsədəmüvafiqdir. Professor müəllim heyətinin 2022-23-cü tədris ilində X1ni yekun nəticəsi 50%-dən aşağı olan Fizika fakültəsinin “Ümumi fizika” kafedrasının (5 əməkdaş), “Əməyin texnologiyası” kafedrasının (10 əməkdaş), “Fizikanın tədrisi texnologiyası” kafedrasının (3 əməkdaş, o cümlədən İddiaçı – 157 bal (39%)) adları göstərilən əməkdaşlarının vəzifələrə seçilməsi və müqavilə müddətlərinin uzadılması ilə bağlı yaradılmış komissiyanın yekun qərarının verilməsi zamanı nəzərə alınmasına və müvafiq qərarın qəbul edilməsinə münasibət bildirməsi xahiş etmişdir. İş üzrə Cavabdeh Müsabiqə Komissiyasının iclasının xx.xx.2024-cü il tarixli, 1 saylı protokolundan çıxarışından görünür ki, Fizika fakültəsinin Fizikanın tədris texnologiyası kafedrasının professoru İddiaçıla ADPU arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 03/244-k nömrəli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq onun 2022/2023-cü tədris ilində “Fizikanın tədrisi metodikası-2” fənni üzrə dərslərə müntəzəm gəlməməsini, başqa müəllimlə dərsin saat hesabı qaydasında əvəzlənməsini,Fizika fakültəsinin Elmi-Şurasının üzvü kimi bir dəfə də iclaslarda, həmçinin üzvü olduğu kafedranın iclaslarında iştirak etməməsini, “Google akademy” üzrə istinad statistikasının 1,İ10-indeksinin 0 olmasını, universitetdə artıq 5 il tətbiq olunan professor-müəllim heyətinin reytinq qiymətləndirilməsi üzrə son dörd ildə zəif nəticə göstərməsini, professor-müəllim heyəti üçün zəruri olan işlək “Moodle” fərdi elektron tədris kabinetini yaratmamasını əsas olaraq onun müqaviləsinin növbəti 5 il üçün tam ştatla uzadılmasını məqsədəuyğun hesab edilməməsi təklif olunmuşdur. Müsabiqə Komissiyası 2024/2025-ci tədris ili üzrə ADPU-nun Fizika fakültəsinin professoru İddiaçı müqaviləsinin uzadılmamasının tövsiyə edilməsi, həmçinin İddiaçı elmi adı və dərəcəsini, yaşını və magistratura səviyyəsində tədrisə daha çox marağı olmasını nəzərə alaraq, ona növbəti ildə illik müqavilə ilə 0,5 ştat vahidi professor vəzifəsinin təklif edilə bilməsi, qaydalara əsasən tövsiyyənin müvafiq kafedranın rəyi alınmaqla X23na çıxarılmasının təklif olunması qərara alınmışdır. İş üzrə ADPU-nun “Fizikanın tədris texnologiyası” kafedrasının xx.xx.2024-cü il tarixli 1 nömrəli iclas protokolunun surətindən görünür ki, kafedrada vakant olan professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması ilə bağlı Müsabiqə Komissiyasının müqavilə müddətinin uzadılmasının məqsədəuyğun hesab edilən əməkdaşlarla bağlı tövsiyyələrinin müzakirə olunmuş, Müsabiqə Komissiyasının tövsiyyələrini nəzərə alıb kafedranın iclas və tədbirlərində iştirak etməyən, dərsləri saat hesabı yolu ilə başqa müəllimlər tərəfindən əvəz olunan, səhhətində müntəzəm problemləri olan professor-müəllim heyətinin reytinq qiymətləndirməsi üzrə son 4 ildə zəif nəticə göstərən, “Google Academy” bazasında H-indeksi çox aşağı olan, “Professor-müəllim heyətinin X1 qaydaları”na müvafiq olaraq 50%-dən aşağı nəticə göstərən kafedranın professormüəllim heyətinin üzvləri ilə, o cümlədən professor İddiaçıla 0,5 ştat olmaqla 1 illik müqavilə bağlanması üçün universitet rəhbərliyinə müraciət edilməsi təklif edilmişdir. Müsabiqə Komissiyasının tövsiyyələri nəzərə alınması və məqsədəmüvafiq hesab edilməsi, kafedranın dərs yükü imkan verdiyi təqdirdə müqavilə müddəti bitmiş kafedranın professor-müəllim heyətinin üzvləri ilə, o cümlədən professor İddiaçıla (0,5 ştat) 1 illik əmək müqaviləsinin bağlanması ilə bağlı X23 qarşısında vəsaitəti qaldırılması qərara alınmışdır. İş üzrə ADPU-nun Fizika fakültəsinin Elmi Şurasının xx.xx.2024-cü il tarixli 1 saylı protokolunun surətindən görünür ki, Fizika fakültəsinin “Ümumi fizika”, Fizikanın tədrisi texnologiyası” və “Əməyin texnologiyası” kafedralarının tədris ehtiyaclarını nəzərə alaraq 2024/2025-ci tədris ilində həmin kafedraların əməkdaşlarına, o cümlədən “Fizikanın tədrisi texnologiyası” kafedrasının professoru İddiaçı (0,5 ştat vahidi) ayrılan dərs yükünün icra olunması üçün bir illik əmək müqaviləsinin bağlanması üçün rektora təqdimatın verilməsi qərara alınmışdır. İş üzrə Cavabdeh Fizika fakültəsinin dekanı dosent A.Daşdəmirov tərəfindən Cavabdeh rektoru professor C.Cəfərova ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimatın surətindən görünür ki, xx.xx.2024-cü il (101(30505) nömrəli əmr) tarixində dərc olunmuş elana əsasən Fizika fakültəsinin kafedralarında boş olan professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün müsabiqədə iştirak edənlərin xx.xx.2024-cü il tarixdə X23nda seçkiləri keçirilmiş (protokol No1) və “Ümumi fizika” kafedrasının (4 nəfər), “Fizikanın tədrisi texnologiyası” kafedrasının (1 nəfər), “Əməyin texnologiyası” kafedrasının (9 nəfər), “STEAM mərkəzi” kafedrasının (4 nəfər) əməkdaşları müsabiqənin qalibləri olmuşlar. Qeyd edilənləri nəzərə alaraq müsabiqənin qalibləri ilə göstərilən vəzifələrə təyin olunmaları və onlarla 5 illik müqavilə bağlanması barədə sərəncam verilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh Magistratura və doktorantura şöbəsinin müdiri R.Ə.Sadıqov və “Fizikanın tədrisi texnologiyası” kafedrasının müdiri S.X.Cəlilova tərəfindən Cavabdeh rektoru professor Cəfər Cəfərova ünvanlanmış təqdimatın surətindən görünür ki, 2023-2024-cü tədris ilində Fizikanın tədrisi texnologiyası kafedrasına qəbul olunan dostoranta (X9,5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası) 2024-2024-ci tədris ilində elmi rəhbərliyə görə ayrılan saatın adı qeyd olunan Pedaqogika üzrə elmlər dostoru, professor İddiaçı tərəfindən saathesabı yolla yerinə yetirilməsinə və əmək haqqının müvafiq qaydada ödənilməsinə göstəriş verməsi xahiş etmişlər. İş üzrə Cavabdeh Fizika fakültəsinin dekanı dosent A.Daşdəmirov tərəfindən Cavabdeh rektoru professor C.Cəfərova ünvanlanmış təqdimatın surətindən görünür ki, Fizika fakültəsinin “Ümumi fizika”, “Fizikanın tədrisi texnologiyası” və “Əməyin texnologiyası” kafedralarının tədris ehtiyaclarını nəzərə alaraq 2024/2025-ci tədris ilində “Ümumi fizika” kafedrasının (9 nəfər), “Fizikanın tədrisi texnologiyası” kafedrasının (4 nəfər, o cümlədən professor İddiaçı (0,5 ştat)), “Əməyin texnologiyası” kafedrasının (5 nəfər) əməkdaşlara ayrılan dərs yükünün icra olunması üçün 1 illik əmək müqaviləsinin bağlanması haqqında sərəncam verilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh Fizikanın tədrisi texnologiyası kafedrasının professoru, əmək müəllim İddiaçı tərəfindən Cavabdeh rektoru professor C.M.Cəfərovun adına yazılmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, kafedrada tədris yükünün kifayət qədər olmasına baxmayaraq, qərəzçiliklə onun 0,5 ştata keçirilməsinə etiraz əlaməti olaraq işdən çıxarılması ilə əlaqədar sərəncam verilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh 03/120-k saylı, xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, Fizika fakültəsinin “Fizikanın tədrisi texnolojiyası” kafedrasının prosessoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi əmr edilmişdir. Əmrin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndi göstərilmişdir. İş üzrə Cavabdeh Hüquq şöbəsinin müdiri Qürbət Əsgərov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı ilə ADPU arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 03/244-k nömrəli əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə 03/120-k nömrəli Pedaqoji Universitet üzrə verilmiş əmrlə İ.İsmayıldov ilə ADPU arasında bağlanmış əmək müqaviləsinin 5 illik müddətinin bitməsi barədə rəsmiləşdirrmə aparılmışdır. Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən hesab edirlər ki, İddiaçı hüquqları pozulmamışdır. İş üzrə Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-01323 saylı arayışından görünür ki, işə bərpa, əmək haqqı alınmadığı günlər üçün verilmiş zərərin ödənilməsi tələbi üzrə İddiaçı və Cavabdeh nümayəndəsi X10 xx.xx.2024-cü il tarixdə, saat 14.30-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 03/244k saylı, xx.xx.2009-cu il tarixli əmək müqaviləsinə əsasən o, ADPU-nun “Fizikanın tədrisi texnologiyası” kafedrasının professor vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi müddətli – xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək – 5 il müddətinə bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə “Xalq” qəzetində və Cavabdeh rəsmi internet səhifəsində ADPU üzrə müqavilə vaxtı bitən vakant vəzifələrə professor-müəllim heyətinin müsabiqə elan edilmişdir. İddiaçı ilə bağlanılmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq o, da müsabiqədə iştirak etmişdir. 24 iyun-15 iyul 2024-cü il tarixlərində universitet üzrə professor-müəllim heyətinin işə qəbulu üzrə Müsabiqə Komissiyası müraciət etmiş, hər bir namizədlə görüşmüş, “Ali təhsil müəssislərəində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”nin tələblərinə və “Cavabdehndə professor-müəllim və işçi heyətinin seçim meyarları”na əsasən müvafiq vəzifələrə iddiaçı haqqında məlumatları toplamış və rəyləri formalaşdırılmışdır. Müsabiqə Komissiyası 2024/2025-ci tədris ili üzrə ADPU-da professor-müəllim vəzifələrinə iddiaçı haqqında təkliflərini təqdim etmiş və universitet rəhbərliyi tərəfindən təkliflər baxılmaq üçün X23na göndərilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, ADPU-da fəaliyyət göstərdiyi 50 ildə müxtəlif ictimai və vəzifə səlahiyyətləri daxilində bütün işlərin öhdəsindən uğurla gələrək, 213 elmi əmərin (məqalə, dərslik, dərs vəsaiti, monoqrafiya, konfrans materialları) müəllifidir. 3 nəfər fəlsəfə doktorunun elmi rəhbəri və bir nəfər elmlər doktorunun məsləhətçisidir. Universitetdə “Fizikanın tədrisi texnologiyası” üzrə yeganə professordur. İndiyə qədər kafedrada tədris yükünü və əlavə tapşırılan bütün işləri yüksək səviyyədə yerinə yetirmişdir. Buna görə də Dövlət əməyini yüksək qiymətləndirərək onu “Qabaqcıl təhsil işçisi” və “Əməkdar müəllim” adına layiq bilmişdir. ADPU ilə aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış 5 illik əmək müqaviləsinin müddəti xx.xx.2024-cü ildə bitmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh “Fizikanın tədrisi və texnologiyası” kafedrası üzrə vakant professor-müəllim vəzifələrini tutmaq üçün müsabiqə elan etmiş və o, həmin müsabiqədə iştirak etmişdir. O, uzun, çox geniş elmi, pedaqoji təcrübəyə və uzun iş stajına malikdir, 50-dən çox elmi məqalənin və elmi kitabın məllifidir, çalışdığı dövr ərzində dərslərinin ən yüksək səviyyədə keçmiş, həmişə Universitetdən və digər reytinqli təşkilatlardan Fəxri fərmanlar və təşəkkürlər almış, dəfələrlə “İlin Alimi” adına layiq görülmüş, o cümlədən Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il tarixdə ona “Əməkdar müəllim” adını verilmiş və bir çox başqa ad və nişanlara layiq görülmüşdür. ADPU-nun Müsabiqə Komissiyasının xx.xx.2024-cü il tarixli iclasının 1 saylı protokolundan Çıxarışından görünür ki, Musabiqə Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Müsabiqə Komissiyası 2024/2025-ci tədris ili üzrə ADPU-nun Fizika fakültəsinin professoru İddiaçı əmək müqaviləsinin uzadılmaması tövsiyə edir. Həmçinin İddiaçı elmi adı və dərəcəsini, yaşını və magistratura səviyyəsindəki tədrisə daha çox marağının olmasını nəzərə alaraq ona növbəti ildə illik müqavilə 0,5 ştat vahidi professor vəzifəsi təklif edilə bilər. Qaydalara əsasən tövsiyyənin müvafiq kadedranın rəyi alınmaqla X23na çıxarılması təklif olunur. Həmin qərarın əsaslandırma hissəsində bildirilir ki, “İddiaçı 2022/2023-cü tədris ilində Fizikanın tədrisi metodikası -2 fənni üzrə dərslərə müntəzəm gəlməməsini, başqa müəllimlə dərsin saat hesabı qaydada əvəz edilməsini, Fizika fakültəsinin Elmi Şurasının üzvü kimi bir dəfə də iclaslarda, həmçinin üzvü olduğu kafedranın iclaslarında iştirak etməməsini, Google Akademy üzrə istinad statistikasının 1,İ10-indeksinin 0 olmasını, Universitetdə artıq 5 ildir tətbiq olunan professor müəllim heyətinin reytinq qiymətləndirilməsi üzrə son 4 ildə zəif nəticə göstərməsini, professor müəllim heyəti üçün zəruri olan işlək Moodle fərdi elektron tədris kabinetinin yaratmamasını əsas alaraq Müsabiqə Komissiyası onun müqaviləsinin növbəti 5 il üçün tam ştatla uzadılması məqsədə uyğun hesab etməyib”. Hesab edir ki, Müsabiqə Komissiyası müsabiqəni qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirib, ona görə də həmin qərar məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, birincisi müsabiqənin elanı qanunvericiliyin tələblərinə uyğun olaraq dərc olunmayıb. Belə ki, xx.xx.2024-cü il tarixdə Xalq qəzetində verilmiş elanda müsabiqəyə hansı vakant professor-müəllim yerlərini çıxarıldığı göstərilmir. Başqa bir ifadə ilə həmin elanda konkret hansı kafedra üzrə neçə yerin vakant olub-olmadığı, tam ştat və ya yarım ştat olub-olmadığı, vakant yerin professor, dosent, baş müəllim və sairə vəzifələr üzrə olub-olmadığı göstərilmir. Bu qanunvericiliyin kobud şəkildə pozulması hesab edildiyi kimi, qeyri-obyektiv keçirilməsində zəmin yaradıb. Bundan başqa Müsabiqə Komissiyası onun 2022/2023-cü tədris ilində Fizikanın tədrisi metodikası -2 fənni üzrə dərslərə müntəzəm gəlməməsini, başqa müəllimlə dərsin saat hesabı qaydada əvəz edilməsini, Fizika fakültəsinin Elmi Şurasının üzvü kimi bir dəfə də iclaslarda, həmçinin üzvü olduğu kafedranın iclaslarında iştirak etməməsini, Google Academy üzrə istinad statistikasının 1, İ10-indeksinin 0 olmasını, Universitetdə artıq 5 ildir tətbiq olunan professor müəllim heyətinin reytinq qiymətləndirməsi üzrə son 4 ildə zəif göstərməsini, professor müəllim heyəti üçün zəruri olan işlək Moodle fərdi elektron tədris kabinetinin yaratmamasını onun müsabiqədən keçməməsi üçün əsas olduğunu bildirib ki, bu qəbuledilməzdir, əsassız və tamamilə uydurmadır. Təqdim edəcəkləri sübutlardan görünəcəyi kimi, müsabiqə qanunvericiliyin kobud şəkildə pozulması və qeyri-obyektiv formada keçirilib. Məhz Əmək Məcəlləsinin 50-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edir. Bu halda qətnamə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir. Belə ki, həmin müsabiqədə iştirak etmiş iddiaçı uzun çox geniş elmi, pedaqoji təcrübəyə və uzun iş stajına malikdir, o ümumi olaraq 209, son 5 ildə 50-dən çox elmi məqalənin və xeyli sayda elmi kitabın müəllifidir, çalışdığı dövr ərzində dərslərinin ən yüksək səviyyədə keçmiş, həmişə Universitetdən və digər reytinqli təşklatlardan Fəxri fərmanlar və təşəkkürlər almış, dəfələrlə “İlin Alimi” adına layiq görülmüş, o cümlədən cənab X15 2021-ci il tarixində ona “Əməkdar müəllim” adını vermiş və bir çox başqa ad və nişanlara layiq görülmüşdür. Çox maraqlı bir məsələdir ki, belə yüksək keyfiyyətli bir alim cavabdeh ADPU-nin xx.xx.2024-cü il tarixində verilmiş elan ilə “Fizikanın tədrisi və texnologiyası” kafedrası üzrə vakant professormüəllim vəzifələrinin tutulması üçün elan etdiyi müsabiqədən keçə bilməyib və onunla yeni əmək müqaviləsi bağlanmayıb. Hesab edir ki, bu qəbuledilməzdir və həmin müsabiqə üzrə iddiaçı ilə bağlı ADPU-nin rəhbərliyinin (rektoru, elmi şurası və sairə), o cümlədən müvafiq orqanlarının (dekan, kafedra müdiri, elmi şura, seçki komissiyası və sairə orqanın) qəbul etdiyi qərar, rəy və (və ya) təqdimatın məhkəmə qaydasında araşdırılması zəruridir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh Müsabiqə Komissiyasının xx.xx.2024-cü il tarixli qərarının (müsabiqənin nəticələri) ona münasibətdə ləğv edilməsi, onun həmin müsabiqədən keçdiyi hesab edilməsi, bu mümkün olmadıqda cavabdehin üzərinə ona münasibətdə həmin müsabiqənin yenidən keçirilməsini təmin etmək öhdəliyinin qoyulması, onunla Cavabdeh arasında xx.xx.2019-cu il tarixində 5 illik müddətə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və onun işdən azad edilməsi barədə cavabdehin xx.xx.2019-cu il tarixli 03/120-K saylı əmrinin ləğv edilməsi, onu cavabdeh Azərbaycan Pedaqoji Universitetinin “Fizikanın tədrisi və texnologiyası” kafedrası üzrə professor vəzifəsinə işə bərpa ediməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi, hüquqi xidmət xərci olaraq 300 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinin Müsabiqə Komissiyasının xx.xx.2024-cü il tarixli qərarın (müsabiqənin nəticələrinin) iddiaçıya münasibətdə ləğv edilməsi, həmin müsabiqədən keçmiş hesab edilməsi, bu mümkün olmadıqda cavabdehin üzərinə iddiaçıya münasibətdə həmin müsabiqədən yenidən keçirilməsini təmin etmək öhdəliyinin qoyulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması Qaydaları haqqında” Əsasnamədən görünür ki, Ali təhsil müəssisələrində kafedra müdiri professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Ali təhsil müəssisəsi və ya kafedralar yeni təşkil edildikdə yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək zərurəti yarandıqda və digər müstəsna hallarda ayrı-ayrı şəxslər həmin vəzifələri sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çox olmamaq şərtilə) müddətli əmək müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar. Həmin müqavilənin müddətinin təkrar uzadılmasına yol verilmir (bənd 1.1). Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2024-cü il tarixli, KQ-12 nömrəli Qərarı ilə təsdiq edilmiş (1 nömrəli əlavə) “Ali təhsil müəssisələrində elmi tədqiqat və elmi-metodiki işlərin təşkili Qaydaları”nın 1.3-cü bəndinə əsasən Ali təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərinin professor-müəllim heyətinin müvafiq vəzifələrə seçkisi və təyin olunması zamanı nəzərə alınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 50.1-ci maddəsinə əsasən yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. İşçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakı təmin edilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. Göstərilən Məcəllənin 50.5-ci maddəsinə əsasən müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. Eyni Məcəllənin 50.7-ci maddəsinə əsasən keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində məhkəməyə müraciət edə bilər. Məhkəmə, müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyriobyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edir. Bu halda qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı əmək müqaviləsində müddətin bitməsi ilə əlaqədar vakant vəzifəyə qəbulla bağlı elan edilmiş müsabiqədə iştirak etməsi ilə əlaqədar müraciət etmiş, Müsabiqə Komissiyası iddiaçının 2022/2023-cü tədris ilində “Fizikanın tədrisi metodikası-2” fənni üzrə dərslərə müntəzəm gəlməməsini, başqa müəllimlə dərsin saat hesabı qaydasında əvəzləşməsini, Fizika fakültəsinin Elmi Şurasının üzvü kimi iclaslarda, həmçinin üzvü olduğu kafedranın iclaslarında iştirak etməməsini, “Google Akademy” üzrə istinad statistikasının 1,İ10- indeksinin 0 olmasını, universitetdə artıq 5 ildir tətbiq olunan professormüəllim heyətinin reytinq qiymətləndirilməsi üzrə son dörd ildə zəif nəticə göstərməsini, professor müəllim heyəti üçün zəruri olan işlək “Moodle” fərdi elektron tədris kabinetini yaratmamasını əsas tutaraq əmək müqaviləsinin növbəti 5 il üçün tam ştatla uzadılmasını məqsədəuyğun hesab etməmişdir. Müsabiqə Komissiyasının təklifləri müvafiq kafedrada və X23nda müzakirə edilmiş, iddiaçı barəsində təklifləri dəstəkləmiş, onun elmi-pedaqoji fəaliyyətini qeyri-qənaətbəxş olması nəzərə alınaraq, onunla müqavilənin növbəti 5 il üçün tam ştatla uzadılmamasını qərara alınmışdır. Fizika fakültəsinin Elmi Şurası iddiaçının uzun müddət Universitetdə işləməsini, elmi adı və dərəcəsini, yaşını və magistratura səviyyəsində tədrisə daha çox marağı olmasını nəzərə alaraq, ona növbəti ildə illik müqavilə ilə 0,5 ştat vahidi professor vəzifəsinin təklif edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı Fizika fakültəsinin Elmi Şurasının təklifini qəbul etməyərək və 0,5 ştat vahidinə keçirilməsinə etiraz edərək xx.xx.2024-cü il tarixdə ərizə yazaraq onunla bağlanmış əmək müqaviləsinin xitam verməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 03/120-k saylı, xx.xx.2024-cü il tarixli əmrinə əsasən Fizika fakültəsinin “Fizikanın tədrisi texnologiyası” kafedrasının prosessoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Komissiya iddiaçının yalnız təcrübəli mütəxəssis olmaması səbəbilə deyil, işlədiyi 5 il müddətindəki əmək fəaliyyətinə qiymət verərək onunla növbəti 5 il müddətinə əmək müqaviləsinin bağlanılmasını məqsədəmüvafiq və məqbul hesab etməmiş, lakin səhhətinin, elmi adı və dərəcəsi, Universitetdə uzun müddət işləməsini nəzərə alaraq ona növbəti ildə 0,5 ştat vahidi professor vəzifəsi təklif edilmişdir. Belə ki, iddiaçının mütəmadi olaraq Elmi Şura üzvü kimi iclaslarda iştirak etməməsi, reytinq qiymətləndirilməsində zəif nəticə göstərməsi, xəstəliyi ilə bağlı dərslərdə iştirak edə bilməməsi, başqa müəllimlər tərəfindən əvəzlənməsi Komissiyaya əsas vermişdir ki, onunla bağlanmış müqavilənin daha 5 il tam ştatla uzadılmaması nəticəsinə gəlinsin. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Universitetin Müsabiqə Komissiyasının xx.xx.2024-cü il tarixli qərarının iddiaçıya münasibətdə ləğv edilməsi və onun həmin müsabiqədən keçdiyi hesab edilməsi və ya həmin müsabiqənin yenidən keçirilməsinin təmin edilməsi hissəsində əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin iddiaçının işdən azad olunma əmrinin ləğv edilməsi və işə bərpa olunması hissələri üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Əmək hüququnu təsbit edən Konstitusiyanın 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin maddənin Vİİİ hissəsinə uyğun olaraq, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnun olması, həmçinin Əmək Məcəlləsinin preambulasında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilmişdir. Əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında iddiaçının Cavabdeh Fizika fakültəsinin “Fizikanın tədrisi texnologiyası” kafedrasının professor vəzifəsinə qəbul edilməsi ilə əlaqədar yazılı formada tərtib edilmiş əmək müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanılmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericilik əmək müqaviləsinin müddətli bağlanmasının hüquqi əsaslarını müəyyən edir. Belə əsaslardan biri 47-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuşdur. Azərbayan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar; d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Göstərilən Məcəllənin 73-ci maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilmə əsasını müəyyən edir. Qanunvericilik əmək müqaviləsinin xitam verilmə əsaslarının biri kimi əmək müqaviləsinin müddətinin qurtarmasını nəzərdə tutur. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsinin 2 şərtin olması zəruridir:
1. əmək müqaviləsinin müddətinin qurtarması;
2. müddətli əmək müqaviləsinin xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan, iddiaçının ona təklif edilmiş 1 illik müqavilə ilə 0,5 ştat vahidi professor vəzifəsini qəbul etməyərək 0,5 ştat vahidinə keçirilməsinə etiraz edərək işdən azad olunmasına dair iradə ifadəsini işəgötürənə ərizə ilə müraciət etməklə bildirdiyindən, cavabdeh təşkilat Qanunun yuxarıda göstərilən tələbləri baxımından əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqadar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən cavabdeh təşkilatla iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən, iddiaçının onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur və bu səbəbdən onun ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələblər əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, hüquqi yardım xərcinə görə 300 manat məbləğində pulun tutulması hissəsində də tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iclasında iddiaçı barəsində qəbul edilmiş əmrin əsassızlığı ilə bağlı gətirilən dəlillər öz təsdiqini tapmadığından, həmçinin təqdim edilmiş sübutlarla iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edildiyindən, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddiaçı Cavabdehnə qarşı Cavabdeh Müsabiqə Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı (müsabiqənin nəticələri) ona münasibətdə ləğv edilməsi, onun həmin müsabiqədən keçdiyi hesab edilməsi, bu mümkün olmadıqda cavabdehin üzərinə ona münasibətdə həmin müsabiqənin yenidən keçirilməsini təmin etmək öhdəliyin qoyulması, onunla Cavabdeh arasında xx.xx.2019-cu il tarixində 5 illik müddətə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və onun işdən azad edilməsi barədə cavabdehin xx.xx.2019-cu il tarixli 03/120-K saylı əmrinin ləğv edilməsi, onu cavabdeh Azərbaycan Pedaqoji Universitetinin “Fizikanın tədrisi və texnologiyası” kafedrası üzrə professor vəzifəsinə işə bərpa ediməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi, hüquqi xidmət xərci olaraq 300 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev